Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   31


YAD QADINA MƏKTUBLAR   

 

 



Siz varsınız, mövcudsunuz, eyni zamanda da yoxsunuz, mövcud deyilsiniz. Dostlarımdan biri mənə 

təklif edəndə ki həftədə bir dəfə sizə məktub yazım, onda mən xəyalən sizin obrazınızın cizgilərini 

cızmağa başladım və təsəvvürümdə sizi gözəl yaratdım – həm qəşəng, həm də ağıllı, dərrakəli: Mən 

bilirdim: siz mənim xəyalımda uzun müddət donub-qalmayacaq, çox tezliklə canlanacaqsınız və mənim 

göndərdiyim məktubları oxuyub onlara cavab verəcək, müəllifin həsrətlə gözlədiyi hər şeyi mənə 

danışacaqsınız.   

İlk gündən mən sizə müəyyən bir sima vermişəm – bu sima mənim teatrda gördüyüm son dərəcə gözəl 

və gənc bir qadının simasıdır. Yox, o qadın teatrın səhnəsində deyildi, salonda idi. Mənim böyrümdə 

olan adamlardan heç biri onu tanımırdı. Həmin vaxtdan siz o qadının gözlərini və dodaqlarını, səsini və 

boy-buxununu almısınız, bununla belə, bu cür hallarda gözlənildiyi kimi, hələ də Yad qadın olaraq 

qalırsınız.   

Mənim iki-üç məktubum mətbuatda dərc edildi və mən qabaqcadan gözlədiyim kimi, sizdən cavablar 

almağa başladım. Burada «siz» – toplayıcı şəxssiniz. Sizdə çoxlu sayda müxtəlif yad qadınlar cəmlənib: 

biri – sadəlövhdür, o biri – mənasızdır, üçüncüsü isə – şıltaq və gülüncdür. Mən sizinlə məktublaşmağa, 

şəxsi yazışmaya səbirsizliklə can atırdım, amma özümü saxladım: siz bu qadınların hamısı olaraq 

qalmalıydınız, onlardan ayrıca biri olmağınız yaramazdı.   

Siz məni təmkinli olmağıma, sentimental nəsihətçiliyimə görə qınayırsınız. Amma neyləmək olar? 

Adamların ən səbirlisi, ən dözümlüsü belə yad qadına yalnız o şərtlə sadiq qalacaq ki, həmin qadın ona 

bircə dəfə ürəyini açmış olsun. Merime öz yad qadınının adının Jenni Daken olduğunu kifayət qədər tez 

öyrənmişdi və qadının qiyamət ayaqlarını öpməyə ona çox tezliklə icazə vermişdilər. Bəli, bizim 

kumirimiz gözəl ayaqlara da malik olmalıdır, bütün başqa    şeylərə də, çünki biz bədənsiz ilahələrin 

parıltısından yoruluruq.   

Mən vəd etmişdim ki, bu oyunu ondan aldığım məmnunluq duyğusunun tükəndiyi vaxtacan davam 

etdirəcəyəm. Bir ildən artıq vaxt keçdi, mən bizim yazışmalarımıza nöqtə qoydum və buna etiraz 

olmadı. Xəyali ayrılıq qətiyyən çətin deyil. Sizin barənizdə mənim qəlbimdə gözəl, saf bir xatirə 

qalacaq. Əlvida.   

 

A. M.   


 

 

 



  BİR GÖRÜŞ HAQQINDA   

 

Həmin axşam mən «Komedi-Fransez»də tək deyildim. «Cəmi-cümlətanı Molyeri göstərirdilər», amma 



çox böyük uğurla. İranın hökmdar qadını ürəkdən gülürdü; Rober Kemp, deyəsən, həzz alırdı; Pol 

Leoto bütün diqqətləri özünə cəlb etmişdi.   

Bizim böyrümüzdə əyləşmiş xanım öz ərinin qulağına pıçıldadı: «Zəng vurub Klemanse xalama 

deyəcəyəm ki, Leotonu görmüşəm, o, buna çox sevinəcək».   

Siz şimal tülküsünün xəz dərisinə bürünərək qabaq sırada oturmuşdunuz və mənim gözlərimin önündə 

Müsse dövründəkinə bənzər «gözəl boyundakı qara hörük» yırğalanırdı. Fasilə vaxtı siz öz rəfiqənizə 

tərəf əyilib həvəslə soruşdunuz: «Necə etməli ki, sevimli olasan?» Bu vaxt, öz növbəmdə, mən də sizin 

tərəfə əyilmək və sizə Molyerin müasirlərindən birinin sözləri ilə cavab vermək istədim: «Başqalarının 

xoşuna gəlmək üçün onların ürəyinə yatan və onları məşğul edən məsələlərdən danışmaq lazımdır; 

gərək əhəmiyyətsiz şeylər barədəki mübahisələrdən vaz keçəsən, nadir hallarda nəsə soruşasan və heç 

bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas verməyəsən».   

Bax budur insanlara bələd olan, onları tanıyan adamın məsləhətləri! Bəli, əgər biz başqaları tərəfindən 




sevilmək, onların rəğbətini qazanmaq istəyiriksə, onda həmin adamlarla bizi məşğul edən şeylərdən 

deyil, onları məşğul edən şeylərdən danışmağımız lazımdır. Bəs onları məşğul edən nədir? Elə onlar 

özləri. Biz heç zaman qadını darıxdırmarıq – əgər qadınla onun xasiyyəti və gözəlliyi barədə danışsaq, 

əgər ondan uşaqlığı, zövqləri, yaxud onu kədərləndirən şeylər haqqında soruşsaq. Siz də heç zaman 

kişiləri darıxdırmazsınız – əgər özü barəsində danışmasını ondan xahiş etsəniz. Neçə-neçə qadın özünə 

mahir dinləyici olmaq şöhrəti qazandırıb! Belə baxanda heç məxsusi olaraq dinləməyə də elə bir 

ehtiyac yoxdur, yetər ki, yalnız özünü qulaq asırmış kimi göstərəsən, vəssalam.   

«Əhəmiyyətsiz şeylər barədə mübahisələrdən vaz keçmək». Unutmayın ki, kəskin tonla ifadə edilən 

dəlillər müsahibi özündən çıxarır, ələlxüsus da haqq sizin tərəfinizdə olanda. «Hər cür haqlı irad adama 

toxunur», – Stendal belə deyirdi. Sizin müsahibiniz, ola bilsin ki, dəlillərinizin təkzibolunmazlığını lap 

etiraf da etməli olsun, ancaq o, bunu sizə heç zaman bağışlamayacaq. Sevgi məsələsində kişi hərbə yox, 

sülhə can atır. Zərif və mülayim qadınlar xoşbəxtdirlər, belələrini daha çox sevəcəklər. Kişini qadın 

təcavüzkarlığı qədər heç nə özündən çıxartmır. Amazon qadınları ilahiləşdirirlər, amma sevmirlər.   

Xoşa gəlməyin başqa, tamamilə ləyaqətli bir üsulu – adamlar haqqında yaltaqcasına tərif söyləməkdir. 

Əgər bu təriflər onlara çatdırılsa, ürəklərindən xəbər vermiş olacaq və cavabında onlar sizə rəğbət 

bəsləyəcəklər.   

– Xanım filankəs... mənim ürəyimcə deyil, – kimsə söylədi.   

– Çox təəssüf! Amma o, sizi çox məlahətli və cazibədar hesab edir, özü də bunu hər kəsə deyib, hər 

yerdə tərifinizi göyə qaldırır.   

– Nə danışırsınız?.. Belə çıxır ki, mən onun barəsində yanlış fikirdə olmuşam.   

Bunun əksi də doğrudur. Bəd niyyətlə deyilmiş bircə kəlmə acı söz, tikanlı ifadə kinli düşmənlərin 

yaranmasına səbəb olur. «Əgər biz hamımız hamımızın haqqında deyilənlərin hamısını bilsəydik, onda 

heç kim heç kimlə danışmazdı». Amma bəla orasındadır ki, hamının hamı barədə nə danışdığını gec-tez 

hamı öyrənir.   

Laroşfukoya qayıdaq: «Heç bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas 

verməmək». Bəyəm eyni vaxtda həm kimisə sevmək, həm də ona pərəstiş etmək mümkün deyilmi? 

Əlbəttə ki mümkündür, amma bir şərtlə – əgər həmin adam öz üstünlüyünü təkəbbürlə ifadə etmirsə və 

öz növbəsində, bu üstünlük başqalarına onu himayə etməyə imkan verən xırda zəifliklərlə tarazlıq 

təşkil edirsə. Mənim tanıdıqlarımın arasında ən dərrakəlisi olan Pol Valeri öz ağlını son dərəcə sadə 

şəkildə üzə çıxarırdı. O, dərin fikirləri zarafat formasına salırdı; ona həm uşaqlıq xas idi, həm də onu 

qeyri-adi dərəcədə ürəyəyatımlı edən şıltaqlıq. Son dərəcə ağıllı olan başqa birisi isə həm də çox ciddi 

və əhəmiyyətli adamdır, di gəl ki dostlarını öz qeyri-iradi lovğalığı, huşsuzluğu, yaxud hansısa 

gicbəsərliyi ilə əyləndirir. Talantlı olduğuna görə bunları ona keçirlər, çünki hədsiz məzəli olur; sizə də 

gözəl olduğunuza görə hər şeyi bağışlayacaqlar, çünki siz özünüzü çox sadə aparırsınız. Əgər qadın 

kişinin insan olduğunu yaddan çıxartmasa, belə qadın hətta dahi insanın da zəhləsini tökməyəcək, onu 

heç vaxt boğaza yığmayacaq.   

Necə etməli ki, sevimli olasan? Heyran etmək istədiyiniz adama özündənrazı olmağa tutarlı dəlillər 

verməklə. Sevgi başqa insanın xoşbəxtliyi ilə çulğaşan şəxsi gücün xoş duyğusunu hiss etməkdən 

başlanır. Xoşa gəlmək – həm bəxşiş vermək, həm də onu qəbul etmək deməkdir. Ey mənim qəlbimin 

yad qadını (ispanlar demiş), bax mən sizə belə cavab vermək istərdim. Bura daha bir məsləhət – 

sonuncu məsləhət – əlavə edirəm, həmin məsləhəti öz yad qadınına Merime verib: «Heç vaxt özünüz 

haqqında pis şey danışmayın. Bunu sizin dostlarınız edərlər». Əlvida.   

 

ZƏRİFLİYİN HÜDUDLARI HAQQINDA   



 

Pol Valeri bir çox şeylər, əsasən də məhəbbət haqqında çox gözəl mühakimələr edib; riyazi 

terminlərdən istifadə etməklə ehtiraslar haqqında fikir yürütmək onun xoşuna gəlirdi: o, tamamilə 

məntiqəuyğun surətdə belə hesab edirdi ki, ifadənin dəqiqliyi ilə hissiyyatın ələgəlməzliyi arasındakı 

təzad həyəcanlandırıcı uyğunsuzluq törədir. Onun düsturlarından biri mənim zövqümə xüsusilə 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə