Yanvar 2017-ci IL, cümə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi



Yüklə 74,5 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü74,5 Kb.
#18331


6 yanvar 2017-ci il, cümə

7

 Azərbaycan Respublikası  

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi

Qlobal Fondun İİV Layihəsi çərçivəsində virus yükü analizləri üçün tələb 

olunan reaktivlərin və istismar materiallarının satın alınması ilə əlaqədar

AÇIQ  TENDER  ELAN  EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Virus yükü analizləri üçün 

tələb olunan reaktivlərin və istismar mate-

riallarının satın alınması. 

Mallarla təchiz olunma müddəti – 

2017-ci il ərzində

Tender iştirakçılarına təklif edilir 

ki, öz tender təkliflərini möhürlənmiş, 

imzalanmış şəkildə ikiqat zərflərdə yazılı 

surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün ten-

der iştirakçıları lazımi maliyyə və texniki 

imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 

Azərbaycan dilində tərtib olunmuş əsas 

şərtlər toplusunu Nərimanov rayonu, 

C.Hacıbəyli küçəsi, 16/18  nömrəli 

ünvanda yerləşən Ədliyyə Nazirliyi Tibb 

Baş İdarəsindən (əlaqələndirici şəxs: 

Quliyev Samir Bəkir oğlu,  

telefon: 012-567-48-86 (daxili 21)  

ala bilərlər.

İştirak haqqı alınmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 

aşağıdakı sənədləri təqdim etməlidirlər: 

- tenderdə iştirak etmək üçün yazılı 

müraciət;

- tenderdə  iştirak haqqının 

ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı 

tarixdən sonra ən azı 30 bank günü 

qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi 

həcmində bank təminatı (zərflərin açıl-

dığı tarixdən sonra ən azı 60 bank günü 

qüvvədə olmalıdır). 

- Azərbaycan Respublikasında 

vergilərə və digər icbari ödənişlərə 

dair yerinə yetirilməsi vaxtı keçmiş 

öhdəliklərin olmaması haqqında müva-

fiq vergi orqanından arayış;  

- iddiaçının son bir ildəki fəaliyyəti 

haqqında vergi orqanları tərəfindən 

təsdiq olunmuş maliyyə hesabatının 

surəti;

- iddiaçının son bir ildəki maliyyə 

vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, 

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə 

və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 

nüsxədə (əsli və surəti) tərtib olunma-

lıdır (xarici dildə olan tender təklifləri 

Azərbaycan dilinə tərcümə olunmalıdır).

Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Tender proseduru “Dövlət satı-

nalmaları haqqında” Qanuna uyğun 

keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün 

yuxarıda göstərilən sənədləri (tender təklifi 

və bank təminatı istisna olmaqla)  2017-ci il 

fevralın 2-si saat 18.00-a qədər, tender təklifi 

və bank təminatını isə möhürlənmiş ikiqat 

zərfdə 2017-ci il fevralın 9-u saat 18.00-a 

qədər, Bakı şəhəri, Ceyhun Hacibəyli küçəsi, 

16/18 nömrəli ünvanda yerləşən ƏN Tibb 

Baş İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gej təqdim olun-

muş zərflər açılmadan geri qaytarılajaqdır. 

İddiaçıların təklifləri  2017-ci il fevra-

lın 10-u saat 17.00-da yuxarıda göstərilən 

ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli 

nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

İqtisadiyyat Nazirliyinin 

Sahibkarlığa Kömək Milli Fondu

 tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq poçt xidmətinin 

göstərilməsi üçün satınalma proseduru keçirilir 

İddiaçılar satınalma prosedurunun predmetinə dair ha-

zırlanmış əsas şərtlər toplusunu Sahibkarlığa Kömək Milli 

Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) 

tərtib olunmalıdır. 

Təkliflər 11 yanvar  2017-ci il saat 15.00-a qədər qəbul 

olunur. 

Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs Zaur 

Nəhmətova müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 

küçəsi, 172.

Telefon: (012) 4345011.

Fax: (012) 4323717.

e-mail: info@anfes.gov.az 



İqtisadiyyat Nazirliyinin 

Sahibkarlığa Kömək Milli Fondu 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Res-

publikasının Qanununa uyğun  fondun balansında olan 

proqram təminatlarına 2017-ci il ərzində texniki xidmətin 

göstərilməsi üçün kotirovka sorğusu elan edir

İddiaçılar satınalma prosedurunun predmetinə dair 

hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin 

Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) 

tərtib olunmalıdır. 

Təkliflər 11 yanvar  2017-ci il saat 15.00-a qədər qəbul 

olunur. 


Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici 

şəxs Zaur Nəhmətova müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 

küçəsi, 172.

Telefon: (012) 4345011.

Fax: (012) 4323717.

e-mail: info@anfes.gov.az

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

bildirir ki, “Regionların inkişafına dəstək Qrant Proq-

ramı” çərçivəsində “İqtisadiyyat Nazirliyi üçün avadanlıq 

və proqram təminatının satın alınması” layihəsi ilə əlaqədar 

elan olunmuş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri 

qiymətləndirilmişdir.

  

Tenderin nəticələri haqqında tender komissiyasının 



qərarına əsasən, “EYÇ A Compani İnk” şirkəti qalib elan edil-

miş və həmin şirkətlə müqavilə bağlanmışdır.  



Tender komissiyası

Çempionlar Liqasında  

ikinci tur starta hazırlaşır

İlk günlərini yaşadığımız 2017-

ci ildə Azərbaycan idmançılarından 

qadınlardan ibarət voleybol klublarımız 

rəsmi beynəlxalq meydanda çıxışlarına 

birincilər sırasında başlayacaqlar. 

Artıq yanvarın 10-da “Telekom” 

komandası Çempionlar Liqası turnirinin 

qrup mərhələsinin ikinci turu çərçivəsində 

Bakıda “Çemik Polis”i (Polşa) qəbul 

edəcəkdir. Avropa Voleybol Konfedera-

siyası bu oyunda hakimliyi Lixtenşteyn 

və  Rumıniya voleybol federasiyalarının 

nümayəndələrinə həvalə etmişdir.

Ertəsi gün, yanvarın 11-də isə 

“Azərreyl” İstanbulda “Fənərbaxça”nın 

qonağı olacaq. Bu rəqiblərin hər ikisi 

turnirə qələbə ilə başlamışdır və onların 

maraqla gözlənilən görüşünün qali-

bi qrupun vahid lideri olacaq. Oyunu 

bolqarıstanlı və italiyalı hakimlər idarə 

edəcəklər. 

Çempionlar Liqasındakı 

təmsilçilərimizin Azərbaycan Superliqa-

sında  uğurla çıxış etdiklərini də xatırla-

daq. Yeddi turdan sonra turnir cədvəlinə 

18 xala malik “Telekom”  başçılıq edir, 

onun ən yaxın izləyicisi “Azərreyl” isə 16 

xal toplamışdır.



Azərbaycan şahmatçıları 

 Bazel və Brisbendə 

Ölkəmizin şahmat məktəbinin bir 

neçə yetirməsi bu günlər vətəndən uzaq-

larda beynəlxalq turnirlərin mükafatları 

uğrunda mübarizə aparır. 

İsveçrənin Bazel şəhərində təşkil 

olunmuş beynəlxalq festivalın “A” 

turnirində yarışan Eltac Səfərli ilk dörd 

turda üç qələbə və bir heç-heçə sayəsində 

3,5 xal toplayaraq liderlər qrupunda 

irəliləyir. Onun həmvətəni Nicat Aba-

sov isə dörd görüşdə 3 xal qazanmışdır. 

İsveçrə sistemi üzrə keçirilib doqquz 

turdan ibarət olan yarışda 127 rəqib, o 

cümlədən 15 qrossmeyster mübarizə 

aparır.  

Daha bir şahmatçımız Kənan İzzət isə 

Avstraliyanın Brisben şəhərinin qonağıdır. 

Təmsilçimiz dörd turdan sonra 3 xalla 

liderlərin izləyiciləri qrupundadır.



Oqtay BAYRAMOV,  

“Xalq qəzeti”

İDMAN

 

ˆ

2017-ci il yanvar ayının 7-də Azərbaycan arxeologiya elminin 



görkəmli nümayəndələrindən biri, tarix elmləri doktoru, professor, AMEA-nın 

müxbir üzvü İdeal Həmid oğlu Nərimanovun (1927-2006) anadan olmasının 

90 illiyi tamam olur. Qarabağda – Ağdam şəhərində dünyaya göz açan İdeal 

Nərimanov ömrünün 60 ilə yaxın bir dövrünü Azərbaycanda arxeologiya 

elminin inkişafına, yazıyaqədərki qədim tariximizin arxeoloji qazıntılarla 

öyrənilməsinə sərf etmişdir.

İ.Nərimanov Ağdamda 1 nömrəli orta 

məktəbi bitirib, 1944-cü ildə Azərbaycan 

Dövlət Universitetinin tarix fakültəsinə daxil 

olmuşdur. Üç il sonra təhsilini Leninqrad 

Dövlət Universitetinin tarix fakültəsində 

davam etdirmiş, 1950-ci ildə universite-

ti bitirib Bakıya qayıdaraq Azərbaycan 

Elmlər Akademiyasının Tarix Muzeyində 

işə qəbul olunmuşdur. SSRİ EA-nın Maddi 

Mədəniyyət İnstitunun aspiranturasında 

təhsil alaraq, orada “Gəncəçay rayonunun 

arxeoloji abidələri” mövzusunda namizədlik 

dissertasiyası, 1982-ci ildə isə Gürcüstan EA-

da “Azərbaycanın ən qədim əkinçi-maldar 

əhalisinin mədəniyyəti” mövzusunda dok-

torluq dissertasiyası müdafiə etmişdir. Hər 

iki dissertasiya kitab halında müvafiq olaraq 

1958 və 1987-ci illərdə nəşr olunmuşdur.

Hələ gənc arxeoloq olaraq İ.Nərimanov 

1951-1952-ci illərdə o dövrdə bütün Qafqaz 

arxeologiya elmi tarixində ən iri layihələrdən 

olan, görkəmli Azərbaycan arxeoloqu 

S.M.Qazıyevin rəhbərlik etdiyi Mingəçevir 

arxeoloji ekspedisiyasının qazıntılarında 

iştirak etmişdir. Bu ekspedisiyada fəaliyyəti 

onun bir arxeoloq kimi yetişməsində mühüm 

rol oynamışdır.

İ.Nərimanov elmi karyerasına hələ gənc 

mütəxəssis olaraq tunc dövrünün tədqiqatçısı 

kimi başlamışdır. Onun namizədlik disser-

tasiyası da Gəncəçay hövzəsinin əsasən 

son tunc – ilk dəmir dövrü Xocalı-Gədəbəy 

mədəniyyəti abidələrinə həsr olunmuşdur. 

Bu əsərində İ.Nərimanov XIX əsrin axırla-

rından başlayaraq İkinci dünya müharibəsinə 

qədərki müddətdə bölgədə əcnəbi və yerli 

şəxslər tərəfindən aparılmış qazıntıların 

nəticələrini ümumiləşdirərək təhlillər apar-

mış, üç min il əvvəlki qədim tarixin ümumi 

mənzərəsini yarada bilmişdi.

1953-1960-cı illərdə Mil-Qarabağın 

arxeoloji abidələrinin tədqiqatlarını 

həyata keçirən, tanınmış sovet arxeoloqu 

A.A.İyessenin rəhbərlik etdiyi “Örənqala” 

ekspedisiyasının işində İ.Nərimanov artıq 

təcrübəli arxeoloq kimi iştirak etmiş, 1959-

1960-cı illərdə bu böyük ekspedisiyanın rəis 

müavini olmuşdur. Örənqala yaxınlığında 

yerləşən bir qədim yaşayış məskənindən 

toplanmış xalkolit (eneolit) dövrünə 

aid  arxeoloji materialların İ.Nərimanov 

tərəfindən araşdırılması, demək olar ki, onun 

sonrakı elmi fəaliyyətində erkən əkinçilik 

mədəniyyətlərinin tədqiqi istiqamətinin 

müəyyən edilməsinə stimul vermişdir.

XX əsrin 50-ci illərinin sonları – 60-cı 

illərinin əvvəllərinə qədər Azərbaycanda 

və bütövlükdə Cənubi Qafqazda erkən 

istehsal dövrü keramikalı neolit abidələri 

O.Həbibullayevin Naxçıvanda qazdığı I 

Kültəpə qədim yaşayış yerinin alt təbəqəsi 

istisna olmaqla, öyrənilməmişdir. Həmin 

illərdən başlayaraq İ.Nərimanov bütün 

Şimali Azərbaycan üzrə erkən sivilizasiya-

ların əsasını təşkil edən neolit və xalkolit 

mədəniyyətlərinin tədqiqinə başlamışdır. 

Onun 20 ildən artıq müddətdə Gəncə-Qazax, 

Qarabağ, Mil, Muğan bölgələrində apardığı 

irimiqyaslı çöl tədqiqatları nəticəsində e.ə. 

VI-IV minilliklərə aid 50-dən artıq abidə 

aşkar edilmiş, bir sıra abidələrdə geniş qazın-

tılar aparılmışdır. 

İ.Nərimanovun bu elmi problemlə bağlı 

tədqiqatlarından danışarkən ilk növbədə 

onun Gəncə-Qazax bölgəsindəki arxeo-

loji qazıntılarından bəhs etmək lazımdır. 

Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonla-

rının əraziləri neolit və xalkolit dövrlərinə 

aid abidələrlə zəngindir.  Bu dövr abidələri 

həmin bölgədə ilk dəfə olaraq məhz 

görkəmli alimin araşdırmaları ilə aşkara 

çıxarılmış və tədqiq edilmişdir. Bunlardan 

Qazax rayonundakı Babadərviş və Ağstafa 

rayonundakı Töyrətəpə neolit dövrü yaşa-

yış yerlərini göstərmək olar. Töyrətəpədə 

arxeoloji kəşfiyyat işlərinin nəticəsi olaraq  

İ.Nərimanov C.Rüstəmovla birgə 1960-cı 

ildə nəşr etdirdikləri məqalədə bu abidənin 

məhz neolit dövrünə aid olduğunu yazmışlar.

Həmin ildən başlayaraq İ.Nərimanovun 

Ağstafa rayonu ərazisindəki neolit dövrü 

Şomutəpə yaşayış yerində apardığı qazıntı-

lar bütün Qafqaz arxeologiyası üçün ilk dəfə 

olaraq həmin dövrə aid yeni bir arxeoloji 

mədəniyyətin – Şomutəpə mədəniyyətinin 

kəşf edilməsi ilə nəticələnmişdir. 

Azərbaycan elmindəki bu yenilik keçmiş 

SSRİ-nin elmi ictimaiyyəti tərəfindən qəbul 

edilmiş və yüksək qiymətləndirilmişdir. 

Azərbaycanda erkən istehsal dövrünə aid 

belə bir arxeoloji mədəniyyəti kəşf etdi-

yini İ.Nərimanov 1966-cı ildə Praqada 

keçirilən “Tarixəqədərki və prototarix 

dövrünün tədqiqatçılarının VII beynəlxalq 

konqresi”ndəki məruzəsində elan etmişdir. 

Alim bu mədəniyyətə Şomutəpə ilə yanaşı, 

Ağstafa rayonu ərazisindəki  Töyrətəpə 

və Qarğalartəpəsi kimi qədim yaşayış 

məskənlərini də aid etmişdir. Həmin illərdə 

indiki Gürcüstan ərazisindəki Borçalı 

mahalında, Kür vadisində hələ bu tip 

abidələr məlum deyildi. İ.Nərimanovun 

tədqiqatları Gürcüstan arxeoloqları üçün də 

istiqamətverici olmuş və həmin ildən onlar 

da göstərilən ərazilərdə Şomutəpə tipli 

Şulaveris-qora, Aruxlo (əslində, yaxın-

lıqdakı Azərbaycan kəndi olan Arıxlının 

gürcücə təhrif olunmuş variantıdır) və 

s.  abidələr aşkar etmişlər. Lakin Gürcüs-

tan alimləri həmin abidələri arxeologiya 

elminin qanunlarına zidd olaraq süni 

şəkildə Şomutəpə mədəniyyətindən ayrı 

təqdim etməyə cəhdlər göstərmişlər və bu 

qeyri-elmi yanaşmalar bu gün də davam 

etməkdədir. Ən yaxşı halda onlar bu 

mədəniyyətin adını təhrif edərək Şulaveri-

Şomutəpə mədəniyyəti kimi təqdim 

edirlər. Lakin bütün bunlar görkəmli alim 

İ.Nərimanovun yeni elmi kəşfinə kölgə sala 

bilmədi. Sonrakı araşdırmalar, xüsusilə də 

son illərin arxeoloji qazıntıları Şomutəpə 

mədəniyyətinin daha qədim, yerli zəmində 

meydana çıxdığını sübut etdi.

İ.Nərimanov Qarabağda, o cümlədən 

doğulub boya-başa çatdığı Ağdam rayo-

nu ərazisində geniş arxeoloji araşdırmalar 

aparmışdır. Yalnız Ağdam rayonu ərazisində 

neolit və xalkolit dövrlərinə aid 30-a yaxın 

abidə aşkar etmiş, onlardan İlanlıtəpə və 

Çalağantəpə yaşayış yerlərində irimiqyaslı 

arxeoloji qazıntıları həyata keçirmişdir. Bu 

qazıntılar əsasında İ.Nərimanov Qarabağ-

da bəhs olunan dövrdə əhalinin təsərrüfat 

həyatı və bu abidələrdə aşkar etdiyi qəbirlər 

əsasında dəfn adətlərinin xüsusiyyətlərini 

şərh etmişdir. Arxeoloq Çalağantəpədəki 

e.ə. V minilliyin əvvəllərinə aid qəbirlərdən 

birində trepanasiyalı kəlləsi olan skelet 

aşkar etmişdir. Bütün Yaxın Şərq və Qafqaz 

üçün bu qəbildən ən qədim tapıntı olan bu 

kəllənin aşkar edilməsi hələ 7 min il əvvəl 

Azərbaycanda insanın kəllə sümüyündə tibbi, 

cərrahi əməliyyatın aparıldığını sübut edir.

  Görkəmli alim bu abidələrdən aşkar 

etdiyi arxeoloji materialları Naxçıvan-

dakı I Kültəpə yaşayış yerinin tapıntıları 

ilə müqayisəli şəkildə təhlil edərək, hər 

iki bölgənin abidələrinin vahid mədəni 

ənənələrdə birləşdiyini əsaslandırmışdır. 

Bütövlükdə, Qarabağın neolit və xal-

kolit abidələrini Şomutəpə və Kültəpə 

mədəniyyətləri, Muğan abidələri ilə 

müqayisəli təhlil edərək İ.Nərimanov 

Azərbaycanın bu dövr mədəniyyətlərinin 

ümumi inkişaf prinsiplərini və istiqamətlərini 

müəyyən edə bilmişdir. 

Ən erkən sivilizasiyanın vətəni olan 

Yaxın Şərqdə -- Mesopotamiyada arxe-

oloji qazıntılar aparmaq hər bir arxeolo-

qun ən böyük arzusudur və belə bir alim 

xoşbəxtliyi hər arxeoloqa qismət olmur. 

1969-cu ildə sovet rəhbərliyi tərəfindən, 

bu gün Qərb siyasətçilərinin avantürist 

əməlləri nəticəsində müharibələrin viran 

qoyduğu qədim Mesopotamiya torpağı-

na – indiki İraq ərazisinə arxeoloji ekspe-

disiya göndərilmişdir. Bu ekspedisiyaya 

dərin elmi biliklərə malik arxeoloqlar cəlb 

edilmişdilər. 1984-cü ilə qədər fəaliyyət 

göstərən  bu ekspedisiyaya SSRİ EA 

Arxeologiya İnstitutunun o zaman direktor 

müavini işləyən həmyerlimiz, əslən Zaqa-

taladan olan dünya şöhrətli arxeoloq Rauf 

Munçayev rəhbərlik edirdi. O, təcrübəli və 

elmi kəşfləri ilə yaxşı tanınan yaxın dostu və 

həmkarı İ.Nərimanovu da bu ekspedisiyaya 

daxil etmişdi. İ.Nərimanov on il (1971-1980) 

ardıcıl olaraq bütün qazıntı mövsümlərində 

həmin ekspedisiyanın tərkibində qədim 

Mesopotamiya ərazisində arxeoloji qazıntılar 

aparmışdır.

Mesopotamiya təcrübəsi 80-ci illərin 

əvvəllərində Qarabağda arxeoloji qazıntılar 

aparan İ.Nərimanova bir sıra mühüm elmi 

problemlərin həllində mühüm rol oyna-

dı. Belə ki, həmin illərdə Ağdam rayonu 

ərazisindəki e.ə. IV minilliyin birinci 

yarısına aid Leylatəpə yaşayış məskənində 

qazıntılar zamanı İ.Nərimanov Azərbaycan 

arxeologiyası üçün yeni faktlar – fərqli 

memarlıq və dəfn adəti, əvvəllər məlum 

olmayan minlərlə arxeoloji materiallar aşkara 

çıxardı. O, hərtərəfli elmi təhlillər əsasında 

bütün bu tapıntıların ən yaxın analoqlarının 

məhz Mesopotamiyada olduğunu müəyyən 

etdi və Azərbaycanda daha bir arxeoloji 

mədəniyyəti – mənşəyi ilə Yaxın Şərqə bağlı 

olan Leylatəpə mədəniyyətini kəşf etdi. Bu 

mədəniyyət istehsalatda o dövr üçün ən 

mükəmməl texnologiyaların tətbiqi, çox 

yüksək inkişaf səviyyəsi ilə özündən əvvəlki 

və sonrakı arxeoloji mədəniyyətlərdən köklü 

surətdə fərqlənirdi.

Bütövlükdə, Qafqazda arxeoloji 

mədəniyyətlər barmaqla sayılacaq qədərdir. 

Bir alim fəaliyyətində Azərbaycanın 

hüdudlarından da kənara yayılmış iki 

arxeoloji mədəniyyəti kəşf etmək hər bir 

tədqiqatçının öhdəsindən gələ biləcəyi 

iş deyil.  İ.Nərimanov əsil alim bacarığı, 

mükəmməl elmi bilikləri ilə Azərbaycanın 

qədim tarixinə dair iki arxeoloji mədəniyyəti 

– Şomutəpə və Leylatəpə mədəniyyətlərini 

arxeologiya elminə gətirə bilmişdi. Məhz bu 

abidələrin qazıntıları ilə Azərbaycanda hələ 

8-6 min il əvvəl Yaxın Şərq sivilizasiyaları 

ilə sıx təmasda erkən istehsal mədəniyyətinin 

mövcudluğu sübut edilmişdir.

İ.Nərimanov həm də vətənpərvər bir 

alim idi. Qarabağın işğal edilməsi onun 

bütün həyat tərzinə, düşüncələrinə ağır təsir 

göstərmişdir. Yaxın dostu Rauf Munçayev 

xatırlayır ki, “1995-ci ildə Almaniyanın 

Saarbryukken şəhərində Cənubi Qafqaz 

arxeologiyasına aid keçirilən konfransda 

İ.Nərimanov da iştirak edirdi. Arxeologiyaya 

dair məruzəsi üçün ona söz verildi və İdeal 

heç kəsin gözləmədiyi halda Bakıdan özü ilə 

gətirdiyi Azərbaycanın xəritəsini qarşıdakı 

lövhədən asdı. O, həyəcanla bu xəritədə 

Azərbaycanın və Ermənistanın coğrafi 

yerləşməsini, Qarabağn və ətraf rayonla-

rın ermənilər tərəfindən işğal edildiyini, 

Ermənistanın bu ərazilərə heç bir aidiyyatının 

olmadığını izah edirdi. Konfrans iştirakçıları 

bu gözlənilməz hərəkətdən nə edəcəklərini 

bilmirdilər və yalnız dinləyirdilər. Mən ona 

əvvəlcə elmi məruzəsini etməyi, sonda isə 

bu məsələlərdən daha geniş danışmağı təklif 

etdim. Lakin həmin məqamda İdealı saxla-

maq mümkün deyildi. O, Qarabağın əzəli 

Azərbaycan torpağı olduğunu və Ermənistan 

tərəfindən işğal olunduğunu konfrans iştirak-

çılarının diqqətinə çatdırdıqdan sonra elmi 

məruzəsinə başladı”.

Böyük alim, vətənpərvər ziyalı 

İ.Nərimanovun zəngin elmi irsi Azərbaycan 

arxeoloqlarının bugünkü və gələcək nəsilləri 

üçün böyük elmi məktəbdir. 



Nəcəf MÜSEYİBLİ,  

AMEA Arxeologiya və Etnoqrafiya 

İnstitutu direktorunun elmi işlər üzrə 

müavini, tarix üzrə elmlər doktoru

Arxeologiya elminin görkəmli nümayəndəsi

Respublikanın çaylarında və  

transsərhəd çaylarda mövcud vəziyyət

 

ˆ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya 



Departamentinin verdiyi məlumatda bildirilir ki, ötən günlər ərzində 

respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə 

olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında 

sululuq ongünlük normanın 160-230, Kiçik Qafqazın çaylarında 160-310, 

Lənkəran-Astara bölgəsi çaylarında isə  40-100  faizini təşkil edir.

 Yanvarın 5-də Kür çayının 

Qıraqkəsəmən məntəqəsində suyun 

səviyyəsində 4 sm azalma müşahidə 

olunub. Hazırda məntəqədə su sərfi 

saniyədə 147 kubmetr olmaqla on-

günlük normanın 90 faizini təşkil edir. 

2016-cı ildə isə bu rəqəm 93 kubmetr 

olmaqla ongünlük normanın 57  faizini 

təşkil edib.

Qanıx çayının Əyriçay 

məntəqəsində suyun səviyyəsində 

dəyişiklik müşahidə olunmayıb. 

Hazırda məntəqədə su sərfi saniyədə 53 

kubmetr olmaqla, ongünlük normanın 

75 faizini təşkil edir. 2016-cı ildə isə bu 

göstərici 37 kubmetr təşkil edərək ongün-

lük normanın 52 faizinə bərabər olub.

 Yanvarın 5-də Kür çayının aşağı axı-

nında suyun səviyyəsində əsasən azalma 

müşahidə olunub. Belə ki, Kür çayının 

Surra məntəqəsində 5, Şirvanda 2, Salyan-

da 8, Araz çayının Novruzlu məntəqəsində 

14 sm azalma qeydə alınıb, Bankədə isə 

suyun səviyyəsində dəyişiklik müşahidə 

olunmayıb.

Hazırda Surra məntəqəsində suyun 

səviyyəsi 468 sm (2016-cı il yanvarın 

5-də 458 sm), Şirvanda 377 sm (2016-cı 

ildə 339 sm), Salyanda 331 sm (2016-cı 

ildə 277 sm), Bankədə 251 sm (2016-

cı ildə 225 sm), Araz çayının Novruzlu 

məntəqəsində isə 188 sm (2016-cı ildə 

195 sm) təşkil edir.



 Samirə ƏLİYEVA, 

“Xalq qəzeti”

Azərbaycanın Xarici İşlər Nazirliyi 

İstanbulda baş verən terror aktını pisləyib

 

ˆ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanvarın 



1-də İstanbulda törədilən terror aktı ilə əlaqədar açıqlama yayıb. 

Nazirliyin mətbuat xidmətindən 

bildiriblər ki, açıqlamada İstanbulda gecə 

klublarından birində törədilən və çoxlu 

sayda insanın ölümünə və yaralanmasına 

səbəb olan qanlı terror aktı qəti şəkildə 

pislənib. “Bu xain terror aktı nəticəsində 

həyatını itirmiş şəxslərin ailələrinə və 

qardaş Türkiyə xalqına dərin hüznlə 

 başsağlığı verir, kədərini bölüşür və yara-

lananların tezliklə şəfa tapmasını diləyirik. 

Xain və alçaq terror əməllərini törədənlər 

heç zaman qardaş Türkiyənin terrorizmə 

qarşı mübarizədə əzm və qətiyyətini 

sarsıda bilməzlər. Biz, qardaş Türkiyə ilə 

həmrəyliyimizi bir daha vurğulayırıq”, – 

deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, son məlumata görə, ya-

ralananlar arasında Azərbaycan Respub-

likasının iki vətəndaşı da müəyyən edilib. 

Azərbaycanın İstanbuldakı baş konsulluğu 

məsələ ilə əlaqədar Türkiyənin müvafiq 

dövlət orqanları və vətəndaşlarımızla da-

vamlı təmasdadır. Əlavə məlumat olduqda 



ictimaiyyətə bildiriləcək.

AZƏRTAC

Yüklə 74,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə