Yap-ın üzvlük vəsiqələri təqdim edilib



Yüklə 12,03 Kb.
tarix18.10.2018
ölçüsü12,03 Kb.
#74506

YAP-ın üzvlük vəsiqələri təqdim edilib

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Texnologiya Universitetində YAP sıralarına yeni qəbul edilmiş müəlim və tələbələrə üzvlük vəsiqələrinin təqdimat mərasimi keçiriib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının məsul işçiləri ,Universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

“Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu , ümummilli lider Heydər Əliyevin yaratdığı partiyanın üzvü olmaq hər birimiz üçün qürur mənbəyidir. Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyətinin, tələbələrin əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvü kimi Universitetimizin və şəhərimizin ictimai-siyasi həyatında fəal iştirak edir, Partiyanın Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən dəstəkləyir, dahi rəhbər Heydər Əliyev ideyaları ətrafında sıx birlik nümayiş etdirir”- Universitetin tədris işləri üzrə prorektoru Rövşən Əliyev deyib.

YAP Gəncə şəhər Təşkilatının İdeologiya şöbəsinin müdiri Hüseyn Budaqov ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində YAP sıralarına qəbulun xüsusi önəm daşıdığını vurğulayıb. Bildirib ki, tələbə -gənclərin cəmiyyətimizin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarına böyük həvəslə qoşulması, onların yüksək siyasi yetkinliyindən xəbər verir. İnanıram ki, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan üzvlər də partiyanın həyatında fəal iştirak edəcək, ictimai fəallıqla yanaşı yüksək bilik və peşə ixtisas hazırlığı nümayiş etdirəcəklər.



Sonda YAP sıralarına yeni qəbul edilmiş müəllim və tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Hicran Məmmədova
Yüklə 12,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə