Yaqub yaqubov



Yüklə 380,09 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü380,09 Kb.
#54174


                                                                            Müasir dövr                                                                             99 

Tarix və onun problemləri, № 1 2013 

 

 

YAQUB YAQUBOV 



Azərbaycan Milli Elmlər Akademiyası, 

Fəlsəfə, Sosiologiya və Hüquq institutu 

E-mail: yagubyagubov@mail.com 

 

1918-1920-CI ILLƏRDƏ ERMƏNI SIYASI IDEOLOGIYASI VƏ 

INSANLIQ ƏLEYHINƏ CINAYƏTLƏR 

 

Açar sözlər: dövlət siyasəti, zorakılıq, etnik birliklər, Ermənistan 

Ключевые слова: государственная политика, насилия, этнические общины, Армения 

Key words: state policy, violence, ethnic communities, Armenia 

 

1918-1920-ci  illər  arasında  da  ermənilər  onlara  məxsus  olan  etnosiyasi  cəhətə  sadıq 



qaldılar. Bu illər ərzində müxtəlif səviyyələrdə və müxtəlif yerlərdə azərbaycanlılara qarşı er-

mənilər tərəfindən hərbi cinayətlər həyata keçirildi. İlk əvvəl Bakı və onun ətrafında Bakı So-

veti vasitəsi ilə, sonra isə Qarabağ, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı Ermə-

nistanın dövlət siyasəti səviyyəsində soyqırım cinayətləri həyata keçirildi. Bu cinayətlərin qısa 

icmalını  verdikdən  sonra  münaqişənin  erməni  siyasi  düşüncəsindən  qaynaqlandığını  sübut 

etmək olar. Çünki proses və hadisələrin gedişi erməni siyasi düşüncəsinin niyyət və məramla-

rını ortaya çıxara bilər.  

Bütün dövrlərdə olduğu kimi bu zaman kəsiyində də erməni siyasi düşüncəsnin başlıca 

hədəfi  müəslman-türk  torpaqları  əsasında  böyük  Ermənistan  xülyasının  reallaşmasına  çalışıl-

ması idi. Erməni siyasi düşüncəsinin önündə gedən daşnaklar bu istiqamətdə  yerli və böyük 

güclərin timsalında müttəfiqlər arayırdılar. Özünün də erməni millətinə mənsub olmasına bax-

mayaraq  Daşnaksütyun  partiyasının  məramlarını  obyektiv  şəkildə  ortaya  qoyan  A.Lalayanın 

fikirləri diqqəti cəlb edir. Onun yazdığına görə bütün dövrlərdə olduğu kimi 1918-1920-ci illər 

ərzində də Ermənistan ərazilərini Azərbaycan, Türkyə və Gürcüstan hesabına genişləndirmək 

istəyən Daşnaksütyun milli münaqişələrin alovlanması istiqamətində dayanmadan çalışırdı(1). 

Onun  sözlərinin  doğruluğu  və  1918-1920-ci  illərdə  baş  verən  münaqişələrin  erməni 

siyasi  düşüncəsinin  fəaliyyətinin  nəticəsi  olması  haqqında  faktları  ingilis  jurnalisti  Lidellin 

sözləri davam etdirir. Qarabağa ezam edilmiş ingilis jurnalistini qərəzdə günahlandırmaq  isə 

mümkün deyildir. Adı çəkilən şəxsin fikrincə Daşnaksütyun partiyası terror mahiyyətli bir təş-

kilatdır. Həmin təşkilat neçə illərdir erməniləri türklərə, müsəlmanlara qarşı hücumlar etməyə 

təhrik  edir  (2,59).  Tədqiq  edilən  dövrdə  də  istər  azərbaycanlılara  qarşı  həyata  keçirilən  mart 

soyqırımı,  istərsə  də  Ermənistan  dövlətinin  terror  siyasəti  erməni  siyasi  düşüncəsinin  təhrik 

edici fəaliyyəti ilə bağlı olmuşdur. 

1918-1920-ci  illər  arasında  erməni  siyasi  düşüncəsinin  hərb  və  təzyiqə,  eləcə  də  zora 

əsaslanan tərəfləri bir sıra Azərbaycan mənbələrində də zahirə çıxmaqdadır. Bu dövrdə Naxçı-

van  bölgəsində  ermənilərin  azərbaycanlılara  qarşı  etdiyi  zülmləri  qeydə  almış  olan  Mirzə 

Bağır Əliyev onların məramlarını belə ifşa edir: “Müqəddimədə söylədiyimiz kimi hər xəyalə 

əsas ilə ermənilər müsəlmanların əleyhinə qiyam edəcək xəyalinə düşərək ənvayi-təşəbbüsdə 

bulunur  idilər.  Buna  binaən  hər  tərəfdə  müsəlmanlara  təzyiq  etmək  və  acı-acı  sözlər  ilə  qəti 

münasibətdə  bulunmaq  kimi  ürək  sancan  rəftarlara  başlamışlar  idi....  Ermənilər  daima 

cürəbəcürə rollar oynayıb planlar tökür idilər” (3,7).  



100                                                                             Müasir dövr                                                                            

Tarix və onun problemləri, № 1 2013

 

 

Ermənilər  daxildə  planlar  hazırlamaqla  qalmır,  beynəlxalq  səviyyədə  də  özlərinin  et-



dikləri cinayətləri ört-basdır etmək üçün fəaliyyətlərini davam etdirirdilər. Onlar erməni siyasi 

düşüncəsinin  sərsəm  ideyalarını  tək  Qafqazda  deyil,  hətta  coğrafi  cəhətdən  çox  uzaqlarda 

digər  qitələrdə  də  yayamaq  istəyirdilər.  Azərbaycan  mühacir  hərəkatının  öncüllərindən  olan 

Mirzə  Bala  Məmmədzədaə  ermənilərin  bu  fəaliyyətləri  haqqında  məlumat  verməkdədir: 

“1919-cu ildə Amerikada mühacir ermənilərin nəşr etdirdikləri “Ermənistana dair” kitabında 

verilmiş Böyük Ermənistan xəritəsində Ermənistan ərazisi ... Türkiyə, İran və Qafqazın türklər 

yaşayan bütün ərazilərini əhatə etməli idi”(4,5). 

Bir də onu da əlavə etmək lazımdır ki, 1918-1920-ci illər arasında müxtəlif siyasi par-

tiya və təşkilatlara daxil olaraq onların üzvü oduğunu göstərən ermənilər əslində ermən siyasi 

düşüncəsindən ayrılmırdılar.  Onların  siyasi düşüncəsində  türk-müəslman xalqlarının  cismani 

məhvi  üzərində  bir  erməni  dövləti  qurmaq  vardı.  Misal  kimi  azərbaycanlıların  adı  çəkilən 

dövrdə soyqırımını həyata keçirən S. Şaumyanı göstərmək olar. 1918-ci ilin martında Rusiya 

bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı 

təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni 

daşnaklarının  silahlı  qüvvələrinin  gizli  niyyətləri  üçün  şərait  yaratmışlar.  Martın  31-də  Bakı 

şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc 

azərbaycanlıların  qırğınında  Bakı  Soveitinin  6000  silahlı  əsgəri,  eyni  zamanda  «Daşnaksüt-

yun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir. Ancaq Şaumyanın mahiyyətini və 

siyasi görüşlərinin səhnə arxasında qalanını bu fikri ifadə etmişdi: “Azərbaycan millətçilərinin 

Bakını Azərbaycan xanlığının paytaxtı etmək istəyinə ” yol vermək olmazdı (5,257). Buradan 

aydın şəkildə görsənir ki, Şaumyanın əsas istəyi erməni millətçilərinin açıq-aşkar lideri olan 

Daşnaksütyunla üst-üstə düşürdü.  

Fikrimizi sübut etmək üçün daha bir iqtibas gətirək. Mart hadisələri ilə əlaqədar olaraq 

“Azərbaycan”  qazetində  məqalə  ilə  çıxış  edən  Ü.Hacıbəyli  Şaumyan  və  digər  erməni  millə-

tindən  olan  bolşeviklərin  əslində  daşnak  mahiyyətlərini  dəyişmədiklərini  qeyd  edirdi:  “So-

sialist  bayrağı  altında  Şuraya  daxil  olan  daşnak  Şaumyan,  Saakyan  və  Arakelyan  müsəlman 

fəhlələrin  Bakı  Sovetinin  tərkibinə  daxil  olmasına  hər  cür  mane  olurdular.  Qırmızı  Ordu 

bütünlüklə ermənilərdən ibarət idi. Bu ordunun başında Avakyan dururdu.”(6) 

1918-ci il mart soyqırımında yaxından iştirak edən Anastas Mikoyan belə Leninə yaz-

dığı  məktubunda  ermənilərin  əsl  niyyətlərinin  Qarabağın  Azərbaycandan  ayrılaraq  Ermənis-

tana birləşdirilməsi olduğunu etiraf etmişdir (7). Doğrudur bu etirafın da arxsaında  müəyyən 

maraqlar dayanmışdı. Maraqların başında mərkəzə obyektiv görünmək istəyi dayanırdı. Onsuz 

da Qafqaz regionunda bolşevik siyasəti də ermənilərin əlində idi. Bir sözlə erməni siyasi dü-

şüncəsi öz adamlarını digər siyasi cərəyanlar kimi bolşevizmin də ən üst səviyyələrinə daxil 

edə bilmişdi. Həmin adamlar isə 1918-1920-ci illər ərzində azərbaycanlılara qarşı həyata keçi-

rilən soyqırımlarda az rol oynamamışdılar. 

Ermənilər 1905-1907-ci illərdə rusların yardımı ilə xalqımızın başına gətirdiklərini ey-

nilə 1918-1920-ci illərdə də təkrarlayıblar. Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi 

və  fəal  iştirakı  ilə  milli  zəmində  törədilmiş  dəhşətli  qırğın  nəticəsində  dinc  azərbaycanlı 

əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdır. 

Tarixə  «Mart  faciəsi»  kimi  daxil  olmuş  bu  qanlı  hadisə  tezliklə  Bakı  hüdudlarından 

çox-çox kənara çıxmış, Lənkəranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yan-

dırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü ta-

lanlar, qırğınlar zamanı nə qoca, nə cavana, nə də körpələrə aman verilməmiş, adamların vəh-

şicəsinə qətlə yetirilmələri üçün onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab 



                                                                            Müasir dövr                                                                             101 

Tarix və onun problemləri, № 1 2013 

 

edilmişdir. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağ və Zəngəzurda, habelə Azərbay-



canın digər şəhər və kəndlərində  yüz minlərlə Azərbaycan türkü işgəncə ilə öldürüldü, evlər 

qarət edildi, yandırıldı.  

Həmin dövrdə daşnak qüvvələrinin vasitəsilə təşkil edilmiş bu soyqırımı başda Stepan 

Şaumyan olmaqla erməni bolşevikləri vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla 

da  əsl  tarixi  həqiqəti  ört-basdır  etməyə  çalışırdılar.  Ermənilər  törətdikləri  hadisələri  azərbay-

canlıların  adlarına  çıxır,  panislamizm  və  pantürkizm  düşüncələrini  ortaya  ataraq  guya  tama-

milə yer üzündən silinmək üzrə olduqlarını dünyaya yayırdılar. Onlar bu həyasız iddialarından 

hələ də əl çəkməyiblər.  

1918-ci il mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kə-

silmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-

diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi 

şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa 

çalışan  əhalini  gülləbaran  etmək  üçün  isə  ermənilər  şəhərin  müvafiq  yerlərində  əvvəlcədən 

pulemyotlar yerləşdirmişdilər.  

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. 

Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuş-

dur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə  yandırılmış,  əhalisi 

məhv edilmişdir.  

Mart soyqırımı sonrdan Azərbaycan Respublikası rəhbərliyi tərəfindən azərbaycanlıla-

rın soyqırım günü kimi qeyd edilməyə başladı. "Azərbaycanlıların soyqırımı haqqında" Azər-

baycan Respublikasının Ümummilli lider Heydər Əliyevin fərmanına əsasən hər il martın 31-

də ölkəmizdə soyqırımı qurbanlarının xatirəsi  yad edilir. 1998-ci il martın 31-də Azərbaycan 

Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanat qəbul edərək, BMT-dən, 

Parlamentlərarası İttifaqdan, ATƏT-dən, Avropa Şurasından, MDB-dən, digər beynəlxalq təş-

kilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni 

millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətləri-

ni tanımağı, gələcəkdə  bu cür  cinayətlərin cəzasız  qalmasının  qarşısını almaqdan  ötrü təsirli 

beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara 

qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan münaqişəsi-

nin  ATƏT-in  Minsk  qrupu  çərçivəsində  dinc  yolla  ədalətli  həllinə  kömək  göstərməyi  xahiş 

etmişdi. 

Azərbaycan  üçün  doğma  xalqımızın  müsibətləri  baxımından  fəciələrlə  dolu  bu  illər 

Naxçıvan  və  Zəngəzur  qəzasından  da  yan  keçməmişdir.  1918-ci  ilin  iyun-avqust  aylarında 

Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan 

tutmuşdur.  İşğalçılara  ciddi  müqavimət  göstərmiş  Yaycı  (Culfa  rayonu)  kəndinin  əhalisinə 

divan tutulmuş, kənd viran qoyulmuşdur. Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü 

yandırılmış və Ordubadda 2000 türk-müsəlman əhali qətlə yetirilmişdir. 

Qadınlara,  uşaqlara  və  qocalara  rəhm  edilməmiş,  əli  yalın  insanların  kürəyinə  qaynar 

samovar bağlanmış, hamilə qadınların qarınları  yırtılmış və başqa insanlığa sığmayan işgən-

cələr verilmişdir. Bu vəhşətdən qaçmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən 

boğulmuşdur.  

Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə “Yapon” ləqəbli quldurun başçılığı ilə Nax-

çıvan  şəhərindən  40  km  şimalda  yerləşən  Almalı  yaşayış  məntəqəsinin  əhalisini  qıraraq,  öz 

tarixi  yurdlarından  didərgin  salmışdır.  Təxminən  200  kişi  öldürülmüş,  xeyli  gənc  qadın  əsir 




102                                                                             Müasir dövr                                                                            

Tarix və onun problemləri, № 1 2013

 

 

aparılmışdır. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan 



bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etmişdir.  

1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr 

Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törət-

mişdir.  Müsəlmanlar  yaşayan  8  kənd  mühasirəyə  alınmış,  Dəmirçi  kəndi  dağıdılaraq  qarət 

olunmuş, 60 nəfər həbs edilərək İrəvana göndərilmiş, 200 nəfər Arazı keçmək istərkən çayda 

boğulmuşdur.  Yerli  əhalinin  ciddi  müqaviməti  ilə  qarışlaşan  erməni  hərbi  hissəsi  geri  çəkil-

məyə məcbur olmuşdur.  

1919-cu ilin 1-ci yarısında Naxçıvan mahalında həyata keçirilən ingilis və erməni ida-

rəçiliyi  zamanı  da  mahalın  azərbaycanlı  əhalisinə  qarşı  ağlasığmaz  zorakılıqlar  edilmişdir. 

Təxminən  iki  aylıq  “erməni  idarəçiliyi”  (1919,  may-iyul)  müddətində  yalnız  Naxçıvan  şəhə-

rində 330-dək axtarış aparılmış,  600 nəfərə  yaxın dinc  sakin həbs olunmuş, təqribən  150  nə-

fərə  isə  dəhşətli  işgəncələr  verilmişdir.  Bölgənin  yerli  əhalisinin  “erməni  idarəçiliyi”nə  qarşı 

bir həftəlik üsyanın (19-25 iyul) uğurla nəticələnməsi, yəni daşnak silahlı dəstələrinin mahal-

dan çıxarılması yeni soyqırımların qarşısını almışdır.  

Ermənilərin yürütdükləri “yandırılımış torpaq” - etnik təmizləmə siyasəti nəticəsində Nax-

çıvan mahalı 1918-1920-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üzləşmişdir. Bir tərəf-

dən ermənilərin İrəvan ətrafında və Zəngəzurdan qovduqları türk-müsəlman əhali Naxçıvana pə-

nah gətirmiş, digər tərəfdən isə, Andronikin işğalı və “erməni idarəçiliyi” zamanı bölgənin xeyli 

yerli  sakini  Cənubi  Azərbaycana  üz  tutmuşdur.  Erməni  hərbi  hissələrinin  Ordubad  mahalına 

1920-ci ilin martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdir.  

Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbaycan Rusiya tərəfindən yeni-

dən  işğal  olunduqdan  sonra,  sovet  hakimiyyətinin  ilk  vaxtlarında  da  ermənilərin  törətdikləri 

soyqırımlarına  məruz  qalmışdır.  Belə  dəhşətli  qırğınlardan  biri  1920-ci  ilin  yay  aylarında 

həyata  keçirilmişdir.  Erməni  silahlı  qüvvələrinin  Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur  istiqa-

mətindəki qanlı yürüşü zamanı həminərazilərin dinc əhalisinə qarşı törədilən vəhşilik və zora-

kılıqlara dair rəsmi araşdırma-təhqiqatlar aşağıdakı dəhşətli faciələri üzə çıxarmışdır: 

Zəngabasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-

dən  çox  uşaq,  150  qoca  kişi  və  qadın  öldürülmüş,  100  xəstə  yandırılmış,  816  qaçqın  Arazda 

boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz qalmışdır; Vedibasarda 

118  kənd  yandırılmış,  900  nəfər  artilleriya  atəşlərilə  öldürülmüş,  6  qadın  əsir  aparlmış  300-

dən  artıq  uşaq  və  qoca  qətlə  yetirilmişdir.  Dərələyəzdə  74,  Şərur  və  Şahtaxtıda  isə  76  kənd 

yandırılmışdır.  Şərurda  810  nəfər  xəstə  yatağındaca  qətlə  yetirilmiş,  144  qadın  əsir  götürül-

müş,  72  nəfər  top  atəşilə  məhv  edilmiş,  150  qoca  və  qadın  öldürülmüşdür.  Şahtaxtıda  isə  3 

qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdir. 

Bütövlükdə, 1918-21-ci illərdə erməni quldur dəstələri tərəfindən Naxçıvan bölgəsində 

73727  nəfər  türk-müsəlman  əhalisi  vəhşicəsinə  qətlə  yetirilmişdir.  Bütün  bu  mahallardan 

50000  iri  və  xırda  buynuzlu  mal-qara  aparılmış,  onların  500  min  nəfərlik  əhalisi  tamamilə 

yoxsul vəziyyətə salınmışdır. Kütləvi qırğın və talanlardan Cənubi Azərbaycana qaçanların 45 

mindən çoxu aclıq və xəstəliklərdən tələf olmuşdur. Qaçqınların 70 mini Cənubi Azərbaycanda, 

400 min nəfəri isə Naxçıvanda və onun ətrafındakı ərazilərdə yurdsuz-yuvasız qalmışdır (8). 

Yekunda  onu  deyə  bilərik  ki,  erməni  siyasi  ideologiyası  bütün  dövrlərdə  olduğu  kimi 

1918-20-ci  illərdə  də  özünün  aqressiv  mahiyyətinə  safiq  qalmış  və  hərbiləşmiş  halda  tarixə 

daxil  olmuşdur.  Erməni  iyasi  ideologiyasında  bu  cür  yanaşma  tərzi  özünü  daha  sonralar  da 

davm etdirdi. 1970-80-ci illərdə türk diplomatları məhz erməni hərbi-siyasi birləşmələri tərə-




                                                                            Müasir dövr                                                                             103 

Tarix və onun problemləri, № 1 2013 

 

findən qətlə yetirildi. Azərbaycan torpaqlarına təcavüz də erməni siyasi ideologiyasının terror-



çu mahiyyətini göstərdi.  

ƏDƏBIYYAT: 

1.Лалаян А. Контрреволюционный “дашнакцутюн” и империалистическая война 1914-

1918 гг. Ставка “Дашнакцутюн” на империалистическую войну // Революционный 

Восток. Орган научно-исследовательской ассоциации поизучению национальных и 

колониальных проблем, № 2-3 (36-37), М., 1936, стр.76-99. 

2.Помпеев Ю

.А. 

Кровавый омут



 Карабаха. Баку, издательство "Азербайджан", 1992, 

208с. 


3.Əliyev M. B.Qanlı günlərimiz (1918-1920, Naxçıvan) Bakı “Azərnəşr” 1993, 142 s. 

4.Məmmədzadə M. B. Ermənilər və İran. Bakı “Azərnəşr” 1993, 40 s. 

5.Шаумян, С.Г. Избранные произведения [Текст] : в 2 т. Госполитиздат, 1958 - . т. 2 : 

1917 - 1918 гг. - 411 с 

6.“Azərbaycan” qazeti 31 mart 1919-cu il 

7.Ermənilər özləri haqqında http://azefun.net/xeberler/2062-erm601nil601r-czl601ri-

haqqjenda.html 

8.http://dmfa.nakhchivan.az/page.php?page=09&lang=az 

9.Ленин В.И. Полное собрание сочинений. издательство политической литературы М., 

1970 


ЯКУБ ЯКУБОВ 

Азербайджанская Национальная Академия Наук 

Институт Философии, Социологии и Права 

АРМЯНСКАЯ ПОЛИТИЧЕСКАЯ ИДЕОЛОГИЯ И ПРЕСТУПЛЕНИЯ 

ПРОТИВ ЧЕЛОВЕЧНОСТИ В 1918-1920 ГОДАХ 

Некоторые народы вошли в историю как этнические единицы склонные к наси-

лию. Для удовлетворения своих политических интересов они осуществляли акты наси-

лия в различных проявлениях. Армяне также народ, который давал и дает преимущест-

во политическим идеологиям насилия.  1918-1920 годы  –  это период  армянского наси-

лия в отношении других народов, в особенности в отношении азербайджанского наро-

да. Все акты насилия имели идеологический корень. По этой причине статья посвящена 

выше указанной проблеме. Во время написания статьи использована литература по на-

значению. 

YAGUB YAGUBOV 

Azerbaijan National Academy of Sciences, 

Philosophy, Sociology and Law Institute 

 

THE ARMENIAN POLITICAL IDEOLOGY 

AND CRIMES AGAINST HUMANITY IN 1918-1920 

Some peoples entered  into the history as ethnic units inclined to the violence. For the 

provision  of  their  political  interests  they  perpetrated  acts  of  violence  in  different  manifesta-

tions. Armenians are also people which gave and give priority to the political ideologies of vi-

olence. 1918-1920 are the  years of Armenian violence against other people, especially Azer-

baijani people. All acts of violence had ideological roots. For this reason the article is dedicat-

ed to the abovementioned problem. In the process of writing the article relevant literature was 

used. 


 

Rəyçilər: t.e.d. Ə.Tağıyev, t.e.d.Q.Ə.Əliyev 

AMEA-nın  Fəlsəfə,  Sosiologiya  və  Hüquq  İnstitutunun  “Politologiya  və  Siyasi  So-

siologiya”şöbəsinin 05.12.2012-ci il  tarixli iclasının qərarı ilə  çapa məsləhət görülmüşdür 

(pr.22). 

Yüklə 380,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə