Yardım İctimai Birliyi tərəfindən həyata keçirilib. Araşdırmanın məzmununa görə abş Beynəlxalq İnkişaf Agentliyi (usaiD) heç bir məsuliyyət daşımır



Yüklə 165,64 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü165,64 Kb.
#7473


 

                           



                           

 

 

 

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) 

İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyi 

 

 

 

 

 

 

 

 

 

«Gözəllik salonu» biznesinin təşkili: 

hüquqi qaydalar  və problemlər 

 

 

 

 

 

 

 

 

 

Müəllif:  Rövşən Ağayev  

 

 

 

 

 

 

 

 

Bakı - 2014 



 

 



 

 

Araçdırma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən 



“Kiçik sahibkarlığa dəstək layihəsi” (2012-2017) çərçivəsində İqtisadi Təşəbbüslərə 

Yardım İctimai Birliyi tərəfindən həyata keçirilib. Araşdırmanın məzmununa görə  

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) heç bir məsuliyyət daşımır.  

 

 



 

 

“Kiçik sahibkarlığa dəstək layihəsi” layihəsi aşağıdakı QHT-lərin daxil olduğu  



Konsorsium tərəfindən həyata keçirilir:  

·

 



Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondu,  

·

 



İqtisadi Təşəbbüslərə Yardım İB,  

·

 



İqtisadi Tədqiqatlar Mərkəzi İB,  

·

 



Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzi,  

·

 



Dünya Xalça Assosiasiyası,  

·

 



Gələcəyə Körpü İB.  

 

 



 

 

 

 

 

Az1102, Azərbaycan, Bakı şəhəri,  

Tbilisi prospekti, 2-ci Alatava küçəsi, 9 

Tel: (99412) 4317713 

Faks: (99412) 431771 

E-mail: sei@azeronline.com   

Web: www.sei.az 

 

 

 

 

 

 

 

 

 

 

 

© İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyi



 


 

 



Mündəricat 

 

 



Çiriş  

1. Azərbaycanda «gözəllik salonu» biznesinin hazırkı durumu ................................. 5 

2. Gözəllik salonu və bərbərxana biznesinin təşkili üçün hüquqi əsaslar ...............  6  

1)

 



Fəaliyyətin dövlət qeydiyyatına alınması .............................................................. 6 

2)

 



Əmlak üzərində mülkiyyət və ya icarə hüququnun rəsmiləşdirilməsi ............ 8 

3)

 



Vergi və sosial sığorta öhdəliklərinin icrası  .........................................................12 

4)

 



İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi ....................................................14 

5)

 



İşçilərin dövri tibbi müayiənəyə cəlbinin təmin olunması, salon və 

bərbərxanaların sanitar-gigiyenik qaydalara uyğunluğunun yoxlanılması ....14 

6)

 

Bərbər salonlarının təşkili və fəaliyyəti üzrə dövlət standartlarının  tətbiqi .. 15 



7)

 

Dövlət orqanlarına hesabatların təqdim edilməsi ............................................... 15 



3. «Gözəllik salonu» biznesinin təşkili sahəsində problemlər: nəticələr və   

təkliflər .................................................................................................................................. 17 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

Giriş 

 

Gözəllik salonu biznesi bütün dünyada kiçik və orta sahibkarlıq sektoruna daxildir. 



Hətta inkişaf etmiş ölkələrdə də bir qayda olaraq ən böyük gözəlllik salonlarının 

heyəti 20-25 nəfərdən çox deyil. Biznesin bu növü mürəkkəb menecmentin və 

marketinq texnologiyalarının tətbiqini, eyni zamanda start vəziyyətdə böyük 

sərmayə  tələb  etmir.  Odur  ki,  adətən  bu  sektorda  sərt  rəqabət  müşahidə  olunur.  

Lakin  gözəllik  salonu  biznesi  digər  xidmət  növləri  kimi  ticarət  və  istehsal  

sektorundan fərqli olaraq müştəri uğrunda deyil, peşəkar işçilər uğrunda mübarizə 

aparır. Çünki bu biznesə müştərini məhz yaxşı xidmət təklif edən heyət qazandıra 

bilir. 


Hazırda dünyada gözəllik salonu biznesi bazarında bir neçə seqment mövcuddur. 

Nisbətən ucuz və yüksək keyfiyyətli xidmətin olmadığı seqment sosial seqment 

hesab olunur. Qənaətcil (ekonom) seqmentdə keyfiyyət elə də aşağı olmasa da, 

xidmətlərin çeşidi məhdud olur. Bu bazarda «biznes-premium», «lüks» adlanan 

yüksək seqmentdərdə isə qiymətlərin bahalığı müşahidə olunsa da, müştərilər üçün 

xidmətlərin bütün çeşidləri təmin edilir, yüksək keyfiyyətli avadanlıqlardan və 

materillardan istifadə olunur.  

Dünya təcrübəsinin araşdırılması göstərir ki, son illər gözəllik salonları təkcə xidmət 

təklif  etmir,  həmçinin  ticarət  obyektləri  kimi  fəaliyyət  göstərir.  Belə  ki,  həmin  

salonlarda kosmetolji və gigiyenik məmulatların satışı təşkil olunur və xidmət almaq 

üçün  təşrif  edən  müştərilərə  təklif  edilir.  Məhz  bunun  sayəsində  gözəllik  salonu  

biznesinin daha sürətlə genişləndiyi bildirilir.  

Bəs  Azərbaycanda  gözəllik  salonu  biznesi  nə  dərəcədə  inkişaf  edib?  Ən  vacibi  bu  

biznes  sahəsi  əhalinin  keyfiyyətli  xidmətlə  təmin  edə  bilirmi?  Onun  təşkili  və  bu  

sektorla çalışanların maraqlarını müdafiə etmək üçün yetərli hüquqi əsaslar 

mövcuddurmu? Gözəllik salonu biznesində çalışanların hansı tipik inzibati manelər 

mövcuddur? Təqdim olunan araşdırmadv bu suallara cavabların tapılmasına səy 

göstərilib.      

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

1. Azərbaycanda «gözəllik salonu» biznesinin hazırkı durumu               

 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarının təhlili göstərir ki, Azərbaycanda 



gözəllik salonları və bərbərxana biznesinin dövriyyəsi elə də geniş deyil. Komitənin 

məlumatına görə, 2012-ci ildə əhaliyə göstərilən pulu xidmətlərin həcmi 5,8 milyard 

manat olub ki, həmin məbləğin cəmi 48 milyon manatı və ya 0.8% faizi gözəllik 

salonları və bərbərxana biznesinin payına düşüb.  Öz növbəsində, bu xidmətlərin 

adambaşına düşən həcmi illik 5.2 manat olub. Bakı  şəhəri ilə müqayisədə ölkənin 

regionlarında bu xidmətin dövriyysi xüsusilə məhduddur. Məsələn, 2012-ci ildə Bakı 

şəhərində bərbərxana xidmətlərinin adambaşına həcmi ölkə üzrə orta göstəricidən 

təxminən 2.5 dəfə yüksək olub. Amma Gəncə kimi iri şəhər üzrə müvafiq göstərici 

paytaxtın göstəricisindən 3 dəfə aşağı olub. Bərbərxana xidmətlərinin adambaşına 

həcmi Oğuz, Daşkəsən, Qusar və Ağcəbədi kimi rayonlarla müqayisədə orta hesabla 

4-5 dəfə yüksək olub.     

Məlumatlardan da göründüyü kimi, hələlik gözəllik salonları və bərbərxana 

biznesinin dövriyyəsi kiçikdir. Lakin rəsmi məlumutlar son illər bu xidmətlər üzrə 

dövriyyənin sürətlə artdığını göstərir. Belə ki, 10 il ərzində (2002-2012-ci illərdə) bu 

xidmət üzrə döviyyənin məişət xidmətləri üzrə məcmu dövriyyədə xüsusi çəkisi 0.9 

faizdən 6.8 faizə yüksəlimiş, mütləq göstəricidə dövriyyənin həcmi 8 dəfəyədək 

aratmışdır

1

.  

Bunula  belə,  rəsmi  statistikada  Azərbaycanda,  həmçinin  ölkənin  ayrı-ayrı 

regonlarında mövcud olan gözəllik salonlarının sayı, xidmət müəssisələrinin ölçüsü, 

bu sektorda məşğul olanların sayı barədə heç bir məlumat yoxdur. Amma ayrı-ayrı 

ölkələrin və iri şəhərlərin timsalında əldə olunan informasiyalar göstərir ki, dünyada 

orta hesabla əhalinin hər 3000-4000 nəfərinə bir gözəllik salonu düşür. Məsələn, 

hazırda Moskvada 2800 gözəllik salonu və ya şəhər əhalisinin hər 4000 nəfəri hesabı 

ilə bir gözəllik salonu fəaliyyət göstərir. Həmin salonların cəmi 78-i və ya 2,7 faizi bir 

şəbəkəyə  məxsusdur.  Yerdə  qalan  salonlar  bir-birindən  tam  müstəqil  fəaliyyət  

göstərən sahibkarlıq strukturlarıdır. Bu fakt onu göstərir ki, Rusiya paytaxtında 

gözəllik salonu biznesi yetrincə rəqabət mühitində inkişaf edir. Marketoloqların 

hesablamasına görə, bu şəhərdə bazarın potensial tutumu 500 milyon dollar və ya bir 

sakin hesabı ilə 50 dollar təşkil edir

2

.        



 

 

 

 

 

 

 

 

                                                

1

 

http://www.stat.gov.az/source/catering/



  

 

2



 

http://marketing.rbc.ru/news_research/15/06/2010/562949978616523.shtml

  



 

2. Gözəllik salonu və bərbərxana biznesinin təşkili üçün hüquqi 



əsaslar  

 

 

Qüvvədə olan qanunvericilikdə gözəllik salonu və bərbərxana biznesinin həyata 



keçirilməsi üçün ayrı-ayrı istiqamətlər üzrə müxtəlif hüquqi tənzimləmə 

mexanizmləri mövcuddur. Həmin istiqamətlərə daxildir: 

 

1)

 

Fəaliyyətin dövlət qeydiyyatına alınması; 

2)

 

Xidmətin həyata keçirildiyi əmlak üzərində mülkiyyət və ya icarə 

hüququnun dövlət qeydiyyatına alınması; 

3)

 

Vergi və sosial sığorta öhdəliklərinin icrası;  

4)

 

İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi; 

5)

 

İşçilərin dövri tibbi müayiənəyə cəlbinin təmin olunması, salonların 

sanitar-gigiyenik qaydalara uyğunluğunun yoxlanılması; 

6)

 

Bərbər salonlarının təşkili və fəaliyyəti üzrə dövlət standartlarının  tətbiqi;   

7)

 

Dövlət orqanlarına hesabatların təqdim edilməsi.   

 

1. Fəaliyyətin dövlət qeydiyyatına alınması 

 

Azərbaycanda gözəllik salonu və bərbərxana xidməti biznesi ilə məşğul olmaq üçün 



vergi orqanlarında hüquqi şəxs və ya fərdi sahibkar kimi qeydiyyatdan keçmək 

lazımdır.  

 

1) Hüquqi şəxsin dövlət qeydiyyatı 

 

Hüquqi  şəxs kimi qeydiyyat həm əyani, həm də elektron formada aparılır.  



 

(i) Əyani qeydiyyat forması  

 

Hüquqi şəxsi əyani formada qeydiyyatdan keçirmək üçün hüquqi şəxsin təsisçiləri 



və ya təsisçilərin etibarnamə əsasında səlahiyyət verdikləri şəxs Vergilər Nazirliyinin 

müvafiq qeydiyyat orqanına (“qeydiyyat orqanı”) müraciət edir. Müraciət hüquqi 

şəxsin hüquqi ünvanının (qeydiyyat ünvanı) yerləşdiyi yerin aidiyyatı üzrə  ərazi 

vergilər idarəsinə edilməlidir. Hüquqi şəxsin (məhdud məsuliyyətli cəmiyyət) dövlət 

qeydiyyatı üçün qeydiyyat orqanına aşağıdakı sənədlər təqdim edilir: 

 

·



 

notarial qaydada təsdiq edilmiş ərizə; 

·

 



hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun 

(onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 

(2 nüsxədə); 

·

 



hüquqi şəxs statusu  almaq istəyən qurumun  yaradılması  və 

nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən 

imzalanmış qərar; 


 

·



 

təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan 

qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti; 

·

 



təsisçi fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 

·

 



təsisçi hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında 

şəhadətnaməsinin və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş 

surəti; 

·

 



nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 

·

 



hüquqi ünvanı təsdiq edən sənədlər; 

·

 



dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 

 

Qeydiyyat,  müvafiq  sənədlər  təqdim  edildiyi  gündən  3  gün  ərzində  aparılır    və 



qeydiyyat üçün 11 AZN dövlət rüsumu ödənilir..  

 

(ii) Elektron qeydiyyat forması 



 

Hüquqi şəxsin elektron formada qeydiyyatı da 3 gün ərzində aparılır. Yalnız yerli 

investisiyalı hüquqi şəxslərin yəni, təsisçiləri Azərbaycan vətəndaşları və ya 

Azərbaycan hüquqi şəxsləri olan hüquqi şəxslərin qeydiyyatı elektron formada 

aparıla bilər. Elektron qeydiyyat üçün elektron imza alınmalıdır. Elektron imza 

almaq üçün Rabitə və  İnformasiya Texnologiyaları nazirliyinə müraciət edilir və 

aşağıdakı sənədlər təqdim edilir: 

 

Təsisçi fiziki şəxs olduqda: 



 

·

 



imza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti; 

·

 



ödəniş qəbzi. 

 

Təsisçi hüquqi şəxs olduqda: 

 

·

 



Hüquqi şəxsin qeydiyyat sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri; 

·

 



Hüquqi şəxsin nümayəndəsinə verilən etibarnamə və  şəxsiyyət vəsiqəsinin əsli və 

surəti; 

·

 



Hüquqi şəxsin Bank rekvizitləri haqqında rəsmi sənəd; 

·

 



Elektron imza sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən 

çıxarış; 

·

 



Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd. 

 

Sertifikatın verilməsi üçün 168 AZN dövlət rüsumu ödənilir. Elektron imza sertifikatı 

sənədlər təqdim edildikdən sonra 2 gün ərzində verilir.  

 

2) Fərdi sahibkarın dövlət qeydiyyatı 

 

Gözəllik salonu və bərbərxana xidməti biznesilə məşğul olmaq istəyən subyektlər 



hüquqi şəxs kimi deyil, fərdi sahibkar kimi qeydiyyatdan keçmək istədikdə, fiziki 


 

şəxslər də həmçinin həm əyani, həm də elektron formada qeydiyyat üçün müraciət 



edə bilərlər.  

 

(i) Elektron qeydiyyat forması 

 

Elektron formada qeydiyyat müraciətin edildiyi gün aparılır və  şəxs qeydiyyat 



şəhadətnaməsini (VÖEN) elektron formada həmin gün əldə edir.  

 

(ii) Əyani qeydiyyat forması 

Əyani formada müraciət etmək istəyən şəxs rəsmi qeydiyyatda olduğu yerin 

aidiyyatı üzrə vergi orqanına müraciət edir. Bunun üçün qeydiyyat orqanına 

aşağıdakı sənəd və məlumatlar təqdim edilir: 

 

·



 

ərizə; 

·

 



şəxsiyyəti təsdiq edən sənədin surəti; 

·

 



fiziki şəxsin yaşadığı yer haqqında məlumat. 

 

Əyani müraciət edildiyi gündən 2 gün ərzində  şəxs qeydiyyat şəhadətnaməsini 



sənəd şəklində əldə edir. 

  

2. Əmlak üzərində mülkiyyət və ya icarə hüququnun rəsmiləşdirilməsi  

 

Əmlak aşağıdakı 3 formada əldə edilə bilər:  



 

·

 



binanın icarəyə götürülməsi

·

 



hazır tikilinin alınması; 

·

 



binanın tikilməsi. 

 

Hər 3 formanın özünəməxsus əldə etmə prosedurları və rəsmiləşdirmə qaydaları var. 



 

Binanın icarəyə götürülməsi 

 

Biznesin təşkili məqsədilə tikili dövlət, bələdiyyə və xüsusi mülkiyyətdən icarəyə 



götürülə bilər. Mülkiyyətçidən asılı olaraq torpağın icarəyə götürülməsi də fərqlənir. 

   


·

 

Biznesin təşkili məqsədilə bina özəl mülkiyyət olduqda, qüvvədə olan mülki 



qanunvericiliyə əsasən icarəyə götürənlə (sahibkar) icarəyəverən (mülk sahibi) 

arasında rəsmi müqavilə bağlanmalıdır. Tərəflərdən ən azı biri hüquqi şəxs 

olduqda, icarə müqaviləsinin notarial qaydada təsdiqinə ehtiyac yoxdur. 

Lakin tərəflərdən hər ikisi fiziki şəxs olduqda, həmin müqavilə mütləq 

notarial qaydada təsdiqlənməlidi. İcarənin məbləği və şərtləri qarşılıqlı razılıq 

əsasında müqavilədə əks olunur.  Müqavilənin notarial qaydada bağlanması 

üçün 70.15 AZN  (61 AZN dövlət rüsumu + 9.15 AZN notarial hərəkətlərin 

aparılması üçün xidmət haqqı) ödənilir. Burada diqqət yetriləsi vacib məqam 



 

budur ki, icarəyə götürülən binanın rəsmi dövlət qeydiyyatı (mülkiyyət 



üzərində hüquqları təsdiqləyən reyestrdən çıxarış) olmalıdır, mülk qeyri-

yaşayış sahəsi kimi istifadəyə verilməlidir.  

·

 

Dövlət mülkiyyətində olan binanı yalnız müsabiqə vasitəsilə icarəyə 



götürmək olar. Tikilinin müsabiqə vasitəsilə icarəyə verilməsi icarə müqaviləsi 

bağlanılmaqla Əmlak Məsələləri Dövlət Komitəsi (Komitə) tərəfindən həyata 

keçirilir. Müsabiqənin keçirilməsi üçün Komitə tərəfindən müsabiqə 

komissiyası (Komissiya) yaradılır. Müsabiqənin keçirilməsi üçün müəssisənin 

aylıq start qiyməti müəyyən edilir. Müsabiqə keçirilməmişdən əvvəl 

müəssisəni icarəyə götürmək istəyən şəxs onun aylıq start qiymətinin 10%-i 

həcmində məbləği dövlət büdcəsinə ödəyir. Müsabiqədə iştirak etmək üçün 

Komissiyaya  bir  sarı  sənədlər  təqdim  olunmalıdır.  Bura  ərizə  (sifariş),  

obyektin aylıq start icarə haqqı məbləğinin 10%-i həcmində behin 

ödənilməsini təsdiq edən sənəd, müsabiqə təklifi (bağlı zərfdə təqdim edilir, 

zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir), hüquqi 

şəxslər üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş reyestrdən çıxarışın 

və nizamnamənin surəti, fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən 

sənədin surəti daxildir. Müsabiqənin nəticəsi elan olunduğu gündən 30 gün 

sonra açıqlanır. Qalib gəlmiş şəxslə 20 gün ərzində icarə müqaviləsi bağlanır. 

İcarə müqaviləsi bağlandıqdan sonra icarə hüququnun dövlət qeydiyyat üçün 

DƏDRX-in ərazi idarələrinə müraciət olunur.  

·

 



Bina bələdiyyə mülkiyyətində olduqda, tikilinin icarəyə götürülməsi üçün 

bələdiyyə ilə  müəssisəni icarəyə götürən arasında icarə müqaviləsi bağlanır. 

İcarə müqaviləsi bağlandıqdan sonra icarə hüququnun dövlət qeydiyyat üçün 

DƏDRX-in ərazi idarələrinə müraciət olunur.  

 

Hazır tikilinin alınması 

  

Biznesin təşkili məqsədilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdən olan hazır tikili 

alına bilər. Mülkiyyətçidən asılı olaraq hazır binanın satın alınması qaydaları 

aşağıdakı kimidir: 



 

·

 



Hazır tikili özəl mülkiyyət olduqda, sahibkarla tikilinin mülkiyyətçisi ilə 

notarial  qaydada  alqı-satqı  müqaviləsi  bağlayır.  Əgər  tikili  Bakı 

şəhərindədirsə 126.5 AZN (110 AZN dövlət rüsumu + 16.5 AZN notarial 

hərəkətlərin aparılması üçün xidmət haqqı), digər şəhər və rayonlardadırsa 

50.6 AZN (44 AZN dövlət rüsumu+6.6 AZN notarial hərəkətlərin aparılması 

üçün xidmət haqqı) haqq ödənilir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra 

müəssisəyə olan mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün DƏDRX-in 

ərazi idarələrinə müraciət edilir.  

·

 



Sahibkar dövlət mülkiyyətində olan binanı satın almaq istəsə, qüvvədə olan 

qanunvericiliyə görə bu yalnız dövlət əmlakının özəlləşdirilməsi qaydalarına 

uyğun həyata keçirilə bilər. Dövlət mülkiyyətindəki tikili ya icarəyə verilmiş 

hansısa dövlət müəssisəsinin satışı, ya da dövlət müəssisəsinin hərraclar 

vasitəsilə satışı kimi formalardan birindən istifadə etməklə həyata keçirilə 



10 

 

bilər. Bu üsuldan hansı birinin seçilməsindən asılı olmayaraq, sonda tikili 



üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün DƏDRX-in ərazi 

idarələrinə müraciət edilməlidir.  

·

 

Satın alınan tikili bələdiyyə mülkiyyətində olduqda, sahibkarla bələdiyyə 



arasında alqı-satqı müqaviləsi bağlanır. Alqı-satqı müqaviləsi bağlandıqdan 

sonra tikiliyə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq üçün 

DƏDRX-in ərazi idarələrinə müraciət edilir. 

 

Binanın tikilməsi 



 

Gözəllik salonu və bərbərxana xidməti biznesi ilə məşğul olan sahibkarlar 

fəaliyyətlərinin təşkili məqsədilə bina tikmək istədikdə, bu proses aşağıdakı 

mərhələdən keçəcək: 

 

1) Torpağın əldə olunması. Əgər sahibkarlıq məqsədilə bina tikintisi üçün dövlət 

torpağının satın alınması nəzərdə tutulursa, qüvvədə olan qanunvericilik dövlət 

torpaqlarının özəlləşdirilməsinin mümkünlüyünü ifadə etsə də, bu kateqoriyadan 

olan torpaqların alqı-satqı prosesini ətraflı olaraq tənzimləmir. Bu səbəbdən dövlət 

torpaqlarının özəlləşdirilməsi prosesini konkret göstərmək mümkün deyil. Amma 

dəqiq bilinən budur ki, sahibkarlıq məqsədilə bina tikintisi üçün dövlət torpağının 

satılmasına dair qərarları rayon (şəhər) icra hakimiyyəti başçıları verir və sahibkarlar 

həmin orqanlara müraciət etməlidirlər.  

Əgər bələdiyyə torpaqları satın alınacaqsa, bunun üçün bələdiyyələrin hərrac və 

müsabiqələrə çıxardığı qeyri-kənd təsərrüfatı torpaqlarının alınması üçün binanın 

tikiləcəyi rayon (şəhər) hərrac komissiyasına müraciət olunmalıdır. Hərrac və 

müsabiqələr vasitəsilə bələdiyyədən sahibkarlıq məqsədilə tikinti təyinatlı torpaq 

sahəsi alındıqdan sonra alqı-satqı müqaviləsi bağlanır, torpağa mülkiyyət 

hüququnun dövlət qeydiyyatı üçün torpağın yeni mülkiyyətçisi tərəfindən DƏDRX-

in ərazi idarələrinə müraciət olunur. 

Xüsusi mülkiyyətdə olan torpağın alınması qaydasını tənzim edən ayrıca normativ 

akt yoxdur. Qanunvericiliyin təhlili əsasında xüsusi mülkiyyətdə olan torpağın 

alınması qaydasını müəyyən etmək olar. Belə ki, xüsusi mülkiyyətdə olan torpaqlar 

torpağın mülkiyyətçisi ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında 

alınır. Əgər torpaq Bakı  şəhərindədirsə müqavilənin notarial qaydada təsdiq 

edilməsi üçün 126.5 AZN (110 AZN dövlət rüsumu + 16.5 AZN notarial hərəkətlərin 

aparılması üçün xidmət haqqı), digər şəhər və rayonlardadırsa 50.6 AZN (44 AZN 

dövlət rüsumu + 6.6 AZN notarial hərəkətlərin aparılması üçün xidmət haqqı) haqq 

ödənilir. Notarial qaydada müqavilə bağlandıqdan sonra torpağa mülkiyyət 

hüququnun dövlət qeydiyyatı üçün torpağın yeni mülkiyyətçisi tərəfindən DƏDRX-

in ərazi idarələrinə müraciət olunur. 



 

2) Torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 

 

Torpaq üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün DƏDRX-in regional  



idarəsinə (torpağın yerləşdiyi ərazi üzrə) müraciət olunur. Müraciət zamanı yeni 


11 

 

mülkiyyətçinin ərizəsi, torpağın alqı-satqı müqaviləsi (notarial qaydada təsdiq 



edilmiş), torpaq sahəsinin planı və ölçüsü (DTXK tərəfindən hazırlanmış), dövlət 

rüsumunun  ödənilməsi  barədə  qəbz  dövlət  əmlakının  reyestrinə  təqdim  edilir.  

Sənədlər DƏDRX-in ərazi idarəsinə təqdim edildikdən sonra DƏDRX tərəfindən 

torpağın inventarlaşdırılması işləri həyata keçirilir. İnventarlaşdırma işləri ilə 

əlaqədar DƏDRX-in göstərdiyi xidmətlər üçün əlavə xidmət haqqı ödənilir. Xidmət 

haqqı sahibkarlıq məqsədilə tikinti təyinatlı torpağın sahəsindən asılı olaraq fərqlidir. 

Məsələn, torpaq sahəsi 10 kvadratmetrədək olduqda  60  manatadək,  qədər olduqda 

10 kvadratmetrədən 100 kvadratmetrədək olduqda isə 60 manatdan əlavə hər 10  

manat xidmət haqqı ödənməlidir. Göstərilən sənədlər təqdim edildikdən sonra 20 

gün ərzində yeni mülkiyyətçi DƏDRX tərəfindən mülkiyyət hüququnu təsdiq edən 

müvafiq reyestrdən çıxarışı və torpaq sahəsi üçün pasport və plan ölçü (texniki 

sənədlər) verir. Torpağa mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın 

verilməsi üçün 30 AZN, texniki sənədlərin verilməsi üçün isə 50 AZN dövlət rüsumu 

ödənilir. 

 

3) Binanın tikintisi üçün icazənin alınması 

 

Sahibkarlıq məqsədilə tikinti işlərini həyata keçirmək üçün icazə xarakterli sənəd 



olan inşaat pasportu alınmalıdır. İnşaat pasportu müəyyən olunmuş torpaq 

sahəsində tikinti işlərini aparmaq üçün müxtəlif orqanlardan alınan rəylərdən, 

icazələrdən ibarət sənədlər toplusudur. İnşaat pasportu şəhər (rayon) icra 

hakimiyyətlərinin memarlıq və tikinti şöbələri (idarələri) tərəfindən verilir. Bunun 

üçün üzərində tikinti işləri aparılacaq torpaq sahəsinin mülkiyyətçisi müvafiq şəhər 

(rayon) icra hakimiyyətinə müraciət edir.  Şəhər (rayon) icra hakimiyyətləri rəy və 

icazələrin alınması üçün müvafiq qurumlara müraciət edir və həmin sənədləri 

toplayır. Sənədlər toplandıqdan sonra şəhər (rayon) icra hakimiyyəti inşaat 

pasportunu torpağın mülkiyyətçisinə verir.  İnşaat pasportunun alınması üçün 50 

AZN dövlət rüsumu ödənilməlidir. İnşaat pasportu və tikinti üçün icazə haqqında 

qərar  əldə  edildikdən  sonra  tikiləcək  binanın  layihəsi  hazırlanmalıdır.  

Layihələndirmə işi yalnız bu sahədə fəaliyyətə dair alınmış xüsusi razılığı 

(lisenziyası) olan hüquqi və ya fiziki şəxslər (layihəçi) tərəfindən aparıla bilər.  

Layihə hazır olduqdan sonra layihə sənədləri müəyyən edilmiş qaydada dövlət 

ekspertizasından keçməli və təsdiq olunmalıdır. Layihənin təsdiq edilməsini 

tərəflərin arasında bağlanmış müqaviləyə  əsasən həm layihəçi, həm də torpağın 

mülkiyyətçisi tərəfindən həyata keçirə bilər. Layihə təsdiq olunması üçün şəhər 

(rayon) icra hakimiyyətinə təqdim edilir. Layihənin ekspertizası üçün 30 AZN, 

təsdiqi üçün 60 AZN dövlət rüsumu ödənilir. 

Müəssisənin tikintisinə başlamazdan əvvəl tikinti üçün müvafiq texniki şərtlər 

alınmalıdır. Qanunvericilik texniki şərtlərin konkret hansı mərhələdə alınmalı 

olduğunu müəyyən etmir. Ümumiyyətlə isə texniki şərtlər tikinti işləri 

başlamamışdan əvvəl alınmalıdır. Texniki şərtlər tikiləcək olan müəssisəyə elektrik, 

qaz və su xətlərinin birləşdirilməsi üçün səlahiyyətli orqanlardan (Azərsu, Azəriqaz, 

Bakıelektrikşəbəkə) alınır.  



12 

 

Tikinti layihəsi təsdiq edildikdən sonra müəssisənin tikilməsi üçün tikinti işlərini 



aparacaq olan hüquqi və ya fiziki şəxslə (inşaatçı) inşaat müqaviləsi bağlanır. Tikinti 

işlərini yalnız lisenziyası olan podratçı həyata keçirə bilər. Torpaq sahibi müəssisənin 

tikintisinə başlamazdan əvvəl yerli icra hakimiyyətindən tikinti-quraşdırma işlərinin 

aparılmasına icazə almalı və onun surətini podratçıya təqdim etməlidir.  

Tikinti işləri başa çatdıqdan və tikili istifadəyə tam hazır olduqdan sonra binanın 

istifadəyə qəbulu həyata keçirilir. Qəbul tikintini sifariş edənin müəyyən etdiyi qəbul 

komissiyası tərəfindın aparılır və istifadəyə qəbul aktı tərtib olunur. 

 

4) Tikilmiş bina üzərində hüquqların dövlət qeydiyyatı 

 

Sahibkarlıq məqsədilə bina qəbul aktı  əsasında təhvil alndıqdan sonar dövlət 



qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatı üçün DƏDRX-in tikilinin yerləşdiyi 

ərazi üzrə yerli idarəsinə tikilinin mülkiyyətçisi tərəfindən müraciət olunur və 

aşağıdakı sənədlər təqdim edilir: 

 

·



 

ərizə; 

·

 



yerli icra hakimiyyəti orqanının tikinti işlərinin aparılmasına icazə verən 

qərarı (bina tikilərkən təqdim edilir); 

·

 



binanın istifadəyə qəbul aktı (bina tikilərkən təqdim edilir); 

·

 



binanın və onun tərkib hissələrinin texniki sənədləri, plan-cizgisi; 

·

 



dövlət rüsumunun ödənilməsi barədə qəbz. 

 

Tikiliyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün mülkiyyətçi dövlət 



reyestrindən çıxarışın verilməsi üçün binaya dair texniki sənədlərin verilməsi üçün 

50 AZN dövlət rüsumu ödəyir. Bununla yanaşı tikilinin (müəssisənin) 

inventarlaşdırılması üçün xidmət haqqı ödənir. Xidmət haqqının məbləği Tarif 

(qiymət)  Şurasının  qərarı  ilə  müəyyən  olunur.  Bütün  sənədlər  təqdim  edildikdən  

sonra müəssisəyə mülkiyyət və ya icarə hüququnu təsdiq edən dövlət reyestrində 

çıxarış və texniki sənədlər 20 gün ərzində verilir. 

 

3. Vergi və sosial sığorta öhdəliklərinin icrası

 

 

Gözəllik salonu və bərbərxana biznesi ilə məşğul olanlar ya sadələşdirilmiş vergi 



ödəyicisi, ya da ƏDV məqsədləri üçün qeydiyyata alınırlar. Vergi qanunvericiliyinə 

görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həcmi 120 min manat 

manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna 

malikdirlər. Bu halda sahibkarlar mənfəət vergisi və  ƏDV ödəməkdən azad olur, 

yalnız sadələşdirilmiş vergi ödəyir. Sadələşdirilmiş verginin dərəcəsi xidmət 

dövriyyəsinin Bakı şəhəri üzrə 4%,-i şəhər və rayonlarda 2%-i səviyyəsindədir.  

Sahibkar ƏDV məqsədləri üçün qeydiyyata alındıqda, bütün hüquqi şəxslər kimi 

xidmət dövriyyəsinin 18%-i həcmində  ƏDV, mənfəətlərinin 20%-i həcmində isə 

mənfəət vergisi ödəyirlər.  

Gözəllik salonu və bərbərxana açan sahibkar təkbaşına işləyirsə, yəni müştərilərə 

bilavasitə özü xidmət göstərirsə, o Dövlət Sosial Müdafiə Fonduna fərdi sahibkar 



13 

 

kimi icbari sosial ödəniş etməlidirlər. Ödənişin məbləği qüvvədə olan minimum 



əmək haqqına faiz nisbətilə müəyyən olunur və hazırda aşağıdakı kimidir: 

 

·



 

Bakı şəhərində - 21 manat; 

·

 



Sumqayıt və Gəncə şəhərlərində - 18.9 manat; 

·

 



Respublika tabeli digər şəhərlərdə - 16.8 manat; 

·

 



Ryon mərkəzlərində, digər şəhər və qəsəbələrdə - 12.6 manat; 

·

 



Kənd yerlərində - 10.5 manat. 

 

Fərdi sahibkarlar məcburi sosial sığorta ayırmalarını sahibkar kimi uçota alındığı 



deyil,  faktiki fəaliyyət göstərdiyi ərazilər üzrə müəyyən olunmuş məbləğ  əsasında 

aylıq ödəməlidir. Məsələn, gözəllik salonu çalışdıran fərdi sahibkar Biləsuvar 

rayonunun ixtiyari bir kəndinin sakini kimi vergi uçotuna alınıb həmin xidməti 

Bakıda təşkil edirsə, bu halda hər ay 10,5 manat deyil, 21 manat icbari sosial ayırma 

ödəməlidir.   

Gözəllik salonu və bərbərxana biznesi ilə məşğul sahibkar (fərdi sahibkar və ya 

hüquqi şəxs kimi qeydiyyata alınmasndan asılı olmayaraq) bu xidməti göstərmək 

üçün özündən savayı işçilər cəlb edibsə, həmin işçilər muzdlu işçi kimi 

rəsmiləşdirilməli, onlarla əmək müqaviləsi bağlamalı, maaş cədvəlinə uğun olaraq 

həmin işçilərin hesablanmış aylıq əmək haqqı məbləğinin 22%-i həcmində ayırmanı 

Dövlət Sosial Müdafiə Fonduna ödəməlidirlər.   

Əgər gözəllik salonu və bərbərxana biznesi ilə məşğul sahibkarın isitifadəsində olan 

əmlak (tikili) icarəyə götürülübsə və icarəyə verən subyekt hüquqi şəxs statusuna 

malik  deyilsə,  bu  halda  icarəyə  götürən  sahibkar  icarə  haqqından  ödəmə 

mənbəyindən vergi tutaraq büdcəyə ödəyir.  Bu vergi “ödəmə mənbəyində vergi” 

adlaır və aylıq icarə haqqından  14 faiz dərəcə ilə tutulur. Binanın icarəyə 

götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə 

razılaşdırılır. 

Vergi ilə bağlı vacib məsələlərdən biri də nəzarət kassa aparatlarının tətbiqidir. Vergi 

qanunvericiliyinin tələbinə görə, əgər gözəllik salonu və bərbərxana biznesi ilə 

məşğul sahibkarlıq strukturlarında işçilərin sayı sahibkarın özü birlikdə 2 nəfərdən 

çox deyilsə, bu strukturların kassa aparatlarından istifadəsinə ehtiyac yoxdur.  Belə 

gözəllik salonlarında və bərbərxanalarda nağd pul hesablaşmalarının aparılması 

üçün forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş, xüsusi 

lisenziyası olan mətbəələrdə çap olunmuş ciddi hesabat blanklarından (mədaxil 

qəbzlərindən) istifadə olunmalıdır.      

Qeyd: Vergi ödəyicisi olduğu yeri və ya yaşadığı yeri dəyişdikdə, vergi orqanına 

bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi 

ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer 

dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin 

vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi 

orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata 

keçirməlidir. 



14 

 

4. İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi 



 

Ölkə  qanunvericiliyinə  əsasən,  gözəllik  salonu  və  bərbərxana  biznesi  ilə  məşğul  

sahibkarlar hər hansı şəxsi iş  və  ya xidmət üçün cəlb edə bilər. İşə götürülən fiziki 

şəxslərin rəsmiləşdirməsi iki formada həyata keçirilə bilər:  

 

·

 



əmək müqaviləsi və 

·

 



xidmət müqaviləsi bağlanmaqla.   

 

Əmək müqaviləsi əsasında işə cəlb edilən hər bir işçi işəgötürən (həm fərdi sahibkar, 



həm də hüquqi şəxs) tərəfindən məcburi dövlət sosial sığortası üzrə 

sığortalanmalıdır. Yeni işçi qəbul edilərsə hər qəbul edilmiş yeni işçi üçün DSMF-in 

yerli qurumlarına işəgötürən tərəfindən ərizə ilə müraciət edilir.  

Müraciət edildikdən 1 ay sonra DSMF-in yerli qurumları tərəfindən işçilərin sosial 

sığorta şəhadətnamələri (SSŞ) işəgötürənə təqdim edilir.  

Məcburi dövlət sosial sığortası ilə yanaşı işəgötürən işçiləri özəl sığorta 

təşkilatlarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə 

əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməlidir. Bunun üçün 

işəgötürən həyat sığortası ilə məşğul olan sığorta şirkətinə müraciət edib həmin 

şirkət ilə sığorta müqaviləsini bağlayır.  



 

5. İşçilərin dövri tibbi müayiənəyə cəlbinin təmin olunması, salon və 

bərbərxanaların sanitar-gigiyenik qaydalara uyğunluğunun yoxlanılması 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının “İcbari tibbi 

müayinələrin təkmilləşdirilməsi barədə” 13 dekabr 2012-ci il tarixli 46 saylı Qərarına 

uyğun olaraq  “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin 

siyahısı” təsdiqlənib. Həmin qərara görə, bərbərxanaların və gözəllik salonlarının 

işçiləri ildə 2 dəfə məcburi qaydada həkim yoxlamasından keçməli, zəruri 

müayinələr verməlidirlər.  

Bundan başqa, qüvvədə olan qanunvericiliyə görə, gözəllik salonları və 

bərbərxanalarda insan sağlamlığının qorunmasını təmin etmək üçün təhlükəsizlik 

qaydalarına əməl olunmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, kosmetoloji 

və bərbərxana xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirlərinə  əməl 

edilməsi müntəzəm olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 

tərəfindən monitorinq edilə bilər. Monitorin zamanı sanitariya-gigiyena və 

epidemiya əleyhinə rejimlərin pozulması halları aşkarlanarsa, fiziki şəxslər üç yüz 

manat miqdarında, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək 

miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş  yüz manatadək miqdarda 

cərimə edilə bilər. 

 

 

 



15 

 

6. Bərbər salonlarının təşkili və fəaliyyəti üzrə dövlət standartlarının  



tətbiqi  

 

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 

Komitəsi tərəfindən 2 oktyabr 2013-cü ildə «Məişət xidmətləri. Bərbərxana xidmətləri. 

Ümumi texniki tələblər» adlı 51142-2013 saylı Dövlət Standartları təsdiqlənib. Sənədə 

əsasən,  bərbərxana  xidmətləri  3  cür  təsnif  olunur:  ən  azı  bir  xidmət  göstərən  adi  

bərbərxanalar, ən azı 2 xidmət göstərən bərbərxana salonları və 3 və daha çox xidmət 

göstərən «Lüks» gözəllik salonları.  

Mövcud standartlara görə, «Lüks» gözəllik salonları xidmət göstərməklə yanaşı, 

kosmetik və parfümeriya materiallarının satışını da həyata keçri bilər. Digər iki 

bərbərxana xidməti həyata keçirən sahibkarlar üçün bu hüquq tanınmır.    

Bu standartların tətbiqində məqsəd gözəllik salonlarında xidmətlərinin təşkilinə dair 

tələbləri müyyənləşdirməkdir. Sənəddə bu sahibkarlıq növü çərçivəsində müştərilərə 

aşacıdakı xidmətlərin göstərilməsi qeyd olunur:  

 

·

 



saç kəsilməsi,  

·

 



üzün qırxılması    

·

 



dərinin təmizlənməsi 

·

 



dərinin massaj edilməsi 

·

 



manikür və pedikür 

·

 



pariklərin qoyulması.  

 

Standartlara görə, sahibkarlar bu fəaliyyəti həm stasionar qaydada, yəni bilavasitə 



özlərinə məxsus xüsusi təşkil olunmuş binalarda, ya da səyyar – yəni müştərilərin 

sifarişləri əsasında onların təklif etdiyi yerlərdə göstərilə bilər. 

Sənəddə həmçinin gözəllik salonu biznesilə məşğul olan sahibkarlar üçün 

təhlükəsizlik və ekoloji tələblər də müəyyən edilib. Məsələn, təhlükəsizlik tələblərinə 

görə, gözəllik salonlarında vaxtı ötmüş materillardan, sertifikatsız avadanlıqlardan 

istifadə qadağandır. Yaxud qüvvədə olan ekoloji standartlara əsasən, gözəllik 

salonları normativlərə uyğun isitmə və havalandırma sisteminə malik olmalı, su və 

kanalizasiya şəbəkəsinə qoşulmalıdır. 

 

7. Dövlət orqanlarına hesabatların təqdim edilməsi

 

Sahibkarlıq fəaliyyəti dövründə hüquqi və fiziki şəxslər dövlət orqanlarına dövrü 

hesabatlar təqdim edir.  

Sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş vergi ödəyiciləri vergi 

orqanlarına rüblük və illik bəyannamələr vergi orqanlarına təqdim edirlər. Rüblük 

hesabatlar zamanı sadələşdirilmiş vergi ödəyicisi vergi orqanına sadələşdirilmiş 

vergi bəyannaməsini və ödəmə mənbəyindən tutulan vergi bəyannəmasini (əgər 

ehtiyac olarsa) təqdim edir. İllik olaraq isə illik balans və işçilərə dair hesabat və yol 

vergi bəyannaməsi təqdim edir. ƏDV ödəyiciləri isə vergi orqanlarına aylıq ƏDV, 

illik mənfəət, illk əmlak və illik  yol vergi bəyannamələrini təqdim edir. 




16 

 

Dövlət sosial müdafiə orqanlarına rüblük və illik hesabatlar, bununla yanaşı fərdi 



uçot məlumatları haqqında illik hesabatlar təqdim olunmalıdır. 

Nəhayət,  hesabat  təqdim  olunması  gərək  olan  dövlət  qurumlarından  biri  statistika  

strukturlarıdır. Lakin fərdi sahibkarlardan statistika orqanlarına hesabat təqdim 

etmək tələb olunmur. Lakin hüquqi şəxslər Dövlət Statistika Komitəsinə  illik və 

rüblük statistik hesabatlar təqdim edilməlidir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



17 

 

3. «Gözəllik salonu» biznesinin təşkili sahəsində problemlər: nəticələr və 



təkliflər 

 

Tədqiqat çərçivəsində Bakı  şəhərində və ölkənin müxtəlif iqtisadi rayonlarında 

gözəllik salonu və bərbərxana xidməti biznesi ilə məşğul olan 8 nəfər sahibkardan 

müsahibələr götürülüb. Onlardan yarısı qadın, yarısı isə kişi bərbərxanalarının 

sahibləri olub. Onlardan hamısı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə 

məşğul olan fiziki şəxslər olub. Müsahibələrdə məqsəd gözəllik salonu və bərbərxana 

xidməti biznesi ilə bağlı aşağıdakı məsələləri qiymətləndirmək idi: 

 

·



 

Bznes mühitinin hazırkı durumu; 

·

 



Dövlət orqanları ilə münasibətlərin vəziyyəti

·

 



İşçilərlə münasibətlərdə vəziyyət; 

·

 



Sahibkarların üzləşdiyi əsas problemlər; 

·

 



Biznes mühitinin yaxşılaşdırılması istiqamətində təkliflər. 

 

Müsahibələrin nəticələrinin analizi göstərir ki, gözəllik salonu və bərbərxana xidməti 



biznesinə münasibətdə səlahiyyətli qurumların yanaşmasında əlahiddə fərq yoxdur. 

Digər  biznes  fəaliyyətlərində  olduğu  kimi,  bu  strukturlar  da  müntəzəm  olaraq  

aşağıdakı orqanlarla görüşməli olurlar: 

 

·



 

vergi məsələlərilə bağlı vergi orqanları; 

·

 



yanğın təhlükəziliyilə bağlı fövqaladə hallar üzrə qurum; 

·

 



əhalinin sağlamlığı ilə bağlı sanitar-epidiomoloji nəzarət orqanı; 

·

 



icbari sosial ayrımalarla bağlı dövlət sosial müdafiə təşkilatı; 

·

 



əmək münasibətlərinin və  əmək şəraitinin tənzimlənməsilə bağlı  əmək 

müfəttişliyi; 

·

 



əraziyə məsul polis sahə müvəkkili; 

·

 



rayon icra hakimiyyətinin ticarət və xidmət məsələlərinin tənzimlənməsinə 

məsul qurumu.        

 

Müsahiblərin təhlili gözəllik salonu və bərbərxana xidməti biznesi sahəsində 



aşağıdakı problemləri ortaya qoyur: 

  

·



 

Vergi sahəsində.  Müsahibə iştirakçılarının bildirdiyinə görə, vergilər vaxtlı-

vaxtında ödəndikdə vergi orqanları ilə sahibkarlar arasında problem demək olar ki, 

yaranmır. Lakin nəzarət-kassa aparatlarının tətbiq olunmadığı kiçik obyektlərdə 

adətən problem verginin məbləğinin müəyyən olunması ilə bağlı yaranır. Belə ki, belə 

obyektlər üçün bəzən vergi orqanları öz baxışları ilə vergi öhdəliyi müəyyən etməyə 

çalışırlar ki, bəzən təyin olunan məbləğ sahibkarların real vergi potensialından xeyli 

yüksək olur.    

·

 



Sanitar-epidiomoloji nəzarət sahəsində. Müsahibələrdən aydın oldu ki, bu 

sahədə çalışan sahibkarların demək olar ki, gözəlik salonlarında çalışan işçilərin 

bilavasitə özlərinə və onların istifadə etdiyi avadanlıqlara, materiallara qarşı qoyulan 

texniki tələblərdən və qanunvercilik normalarından tam xəbərsizdirlər. Halbuki, 


18 

 

məsələn, qanunvericilik bu sahədə çalışanların ildə azə 2 dəfə tibbi baxışdan 



keçməsini, onların yalnız sertifikatlaşdırılmış avadanlıqlardan və kosmetoloji 

məhsullardan istifadəsinə icazə verir. İstifadə olunan avadanlıq və cihazlar 

ultrabənövşəyi şüalar buraxan xüsusi aparatlar vasitəsilə dezinfeksiya olunmalıdır. 

·

 



Əmək və sosial hüquqlarla bağlı məsələlərin tənzimlənməsi sahəsində. 

Müsahibəlrədən aydın olur ki, əmək müfəttişliyi və sosial müdafiə qurumları ilə 

münasibətlərdə ciddi problemlə üzləşmirlər.   

·

 



Hakimiyyət orqanları ilə münasibətlər sahəsində. Bir çox qurumlarla qeyri-

rəsmi ödənişlər sayəsində münasibətləri yoluna qoymaq mümkün olur. Bu sırada ilk 

növbədə polis orqanları və yanğın təhlükəsizliyinə məsul qurumların adı çəkildi. 

·

 



Kommunal xidmət orqanları ilə münasibət sahəsində. Gözəllik salonları və 

bərbərxanalar üçün vacib olan kommunal xidmətlər elektrik enerjisi, su və 

kanalizasiya xidmətləridir. Müsahibələr zamanı sahikrların bu xidmətlərin əldə 

edilməsi ilə bağlı əsas narazılıqları aşağıdakılar olub: (1) bu xidmətlər üzrə tariflərin 

həcmi kiçik və iri sahibkarlıq subyektləri üzrə differensial olmalıdır; (2) bu 

xidnmətlərin əldə olunması üçün texniki şərtlərin verilməsilə bağlı  şərtlər kiçik 

sahibkarlıq subyektləri üçün əlverişli deyil: texniki şərtin əldə olunması üçün uzun 

müddət (bəzi hallarda 1 aydan çox) və çoxlu sayda qurumlardan sənədlər tələb 

olunur.  Bundan əlavə, sayğacların quraşdırılması üçün qeyri-rəsmi ödənişlər tələb 

olunur.  

·

 



Əmlakın əldə olunması və rəsmiləşdirilməsi sahəsində. Gözəllik salonu və 

bərbərxana üçün şəxsi bina tikmək üçün torpaq sahəsi əldə etmək üçün muhiti 

sahibkarlar şəffaf  əlverişli hesab etmirlər. Müsahibələrdən aydın oldu ki, icar 

hakimiyyətlərindən torpaq sahəsinin əldə olunma qaydaları və şərtləri ümumiyytələ 

qeyri-müəyyəndir. Bələdiyyələrdən hərrac və müsabiqələr yolu ilə kiçik sahibkarlıq 

məqsədilə torpaq sahəsinin alınması bir qayda olaraq öncədən razılaşdırılıb qeyri-

rəsmi ödəniş edilmədən mümkün deyil.     

 

Müsahiblərin təhlilindən ortaya çıxan problemləri nəzərə alaraq  gözəllik salonu və 

bərbərxana xidməti biznesi ilə bağlı mühitin sağlamlaşdırılması, xüsusilə bu bizneslə 

məşğul olan kiçik sahibkarlar üçün əlverişli mühitin yaradılması üçün aşağıdakı 

addımların atılmasına ehtiyac var: 

 

·



 

Nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmayan, işçi sayı 2 nəfərdən 

çox olmayan gözəllik salonları və bərbərxanalar üçün vergi ödənişini 

asanlaşdırmaq üçün ciddi hesabat blanklarından istifadə  əvəzinə mütləq 

həcmdə vergi ödənişləri nəzərdə tutula bilər. Bu zamana fərdi sahibkarlar üçün 

icbari sosial sığorta ayırmaları üçün hazırda tətbiq olunan vergitutma mexanziminin 

məqbul variantlardan biri ola bilər. Həmin mexanizmə görə, ölkənin paytaxtı, iri 

şəhərləri, rayon mərkəzləri və kəndləri üçün mütləq həcmdə vergi məbləği müəyyən 

edilə bilər. Onsuz da indiki halda kassa aparatlarının tətbiqi nəzərdə tutulmayan salon 

və bərbərxanalarda ciddi hesabat blankları tətbiq olunmur. Belə vəziyyət vergi 

orqanlarına öz subyektiv mülahizələri əsasında vergi təyin etməyə, sahibkarla vergi 


19 

 

orqanı arasında qeyri-rəsmi sövdələşməyə (daha yüksək vergi müəyyən edib sonradan 



qeyri-rəsmi ödəniş müqabilində azaltmaq) şərait yaradır. 

·

 



Gözəllik salonlarına və bərbərxanalara sanitar-epidiomoloji nəzarət və 

monitorinqə dair ayrıca qaydaların hazırlanmasına, sahibkarlar həmin 

qaydalarla bağlı müfəssəl məlumatlandırılmasına ehtiyac var. 

·

 



Kiçik sahibkarlarlıq məqsədilə tikinti təyinatlı torpaq almanın şərtlərinin 

yüngülləşdirilməsi, bu sahədə  şəffalığın artırılması vacibdir.  Xüsusilə  də 

rayon (şəhər) icra hakimiyyətlərindən kiçik sahibkarlarlıq məqsədilə torpaq sahəsi 

almanın şərtləri, qayda və prosedurları qanunvericilikdə çox dəqiq müəyyən olunmalı, 

müvafiq  qurumların  hazırladığı  bələdçilər  vasitəsilə  sahibkarlar  ətraflı 

məlumatlandırlmalıdır. Bələdiyyələrə 50 kvadratmetrədək sahədə xidmət məqsədli 

sahibkarlıq obyektləri tikmək üçün torpaq sahəsi ayırmaq üçün müstəqillik verilməli, 

bu prosesin hərrac və müsabiqələrdənkənar, bələdiyyə şurasının qərarı ilə reallaşdıra 

bilmək hüququ verilməlidir.   

·

 



Kiçik  sahibkarlar  üçün  kommunal  xidmətlərə  çıxış  imkanı 

asanlaşdırılmalıdır.   Xüsusilə də elektrik enerjisi üçün texniki şərtin alınması ilə 

bağlı vahid pəncərə mexanizmi tətbiq olunmalıdır. Çünki hazırda texnili şərt 

alınarkən sahibkarar yol verilən enerji gücünün alınması üçün bir idarəyə, kodun 

açılması üçün başqa bir idarəyə, elektrik xəttinə qoşulmaq üçün üçüncü bir idarəyə, 

sayğacın qoşulması üçün tamam fərqli idarəyə müraciət etməli olur. Halbuki sahibkar 

sənədlərini bir yerə təqdim etməklə ütün xidmətləri sonunda paket halında əldə edə 

bilər. Eyni zamanda texniki şərtin alınması üçün müddət bəzən 2 ayadək çəkə bilir. 

Qanunvericilik bu müddəti maksimum 10 günədək qısaltmalıdır. Nəhayət, kiçik 

sahibkarlıq üçün istər su, istərsə də elektrik enerjisinə görə texniki şərtə görə ödəniş və 

rüsumların həcmi sahibkarlıq subyektlərinin ölçüsünə görə differensiallaşdırılmalıdır.           

 

Yüklə 165,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə