Yaş həddi 8-13 yaş Tələb olunan vaxt



Yüklə 19,89 Kb.
tarix19.11.2017
ölçüsü19,89 Kb.
#11040
növüXülasə

Mən nəyi sevirəm və nə edirəm

Bu həmişə eyni olmur!

Mövzu Diskriminasiya, ailə, gender bərabərliyi

Çətinlik dərəcəsi 2-ci dərəcə

Yaş həddi 8-13 yaş

Tələb olunan vaxt 45 dəqiqəlik məşğələ

İştirakçı sayı 8 – 20 uşaq

Oyunun növü Maraqların müəyyən edilməsi, müzakirə

Xülasə Uşaqlar sevdikləri və sevmədikləri şeyləri adlandırırlar; onların cinsi üçün “münasib” və “namünasib” sayılanlardan nəyi etməyi sevdiklərini sadalayırlar. Sonra gender stereotiplərini müzakirə edirlər və insan hüquqları ilə əlaqələndirirlər.

Vəzifələr - Özünün və başqalarının bilik və bacarıqlarını müəyyən etmək;

- Gender stereotiplərinin təsirini müəyyənləşdirmək.



Hazırlıq - Əlavə olaraq sorğu vərəqinin surətini çıxarın

Materiallar - Kağız və qələm

- Əlavə material: anketin çap nüsxələri



Təlimat

  1. Sual verərək, gender rolları mövzusunu müzakirə etməyə başlayın: "Qız" və ya "oğlan” davranış tərzi hesab edilən hərəkət və ya rəftarlara nümunə gətirin.

  2. Uşaqlara kağız və qələm verin. Hər bir uşaqdan aşağıdakiları yazmağı xahiş edin:



  1. Vərəqin yuxarısında oğlan və ya qız olduğunuzu qeyd edin.

  2. Sizin “cinsinizə uyğun” hesab olunan və sevdiyiniz 4 şeyin adını yazın.

  3. “Cinsinizə uyğun” hesab edilməyən, sevmədiyiniz, lakin etdiyiniz 4 şeyin adını qeyd edin.

  4. “Əks cins üçün uyğun” hesab edilən, etmədiyiniz və etmək istəmədiyiniz 4 şeyin adını yazın.

  5. “Əks cins üçün uyğun” hesab edilən, etmədiyiniz, lakin etmək istədiyiniz 4 şeyin adını yazın.



  1. Uşaqlardan hər bir sualı cavablandirib, bir-biri ilə bölüşməyi və onları aşağıdakı cədvəldə yazmağı xahiş edin:




Mən edirəm və sevirəm

Mən edirəm, lakin sevmirəm

Mən etmirəm və etmək istəmirəm

Mən etmirəm, lakin etmək istərdim

Qızlar













Oğlanlar













Analiz və qiymətləndirmə

  1. Bu sualların köməyi ilə oyunu təhlil edin:



  1. İnsanların nəyi sevdiyi və nəyi sevmədiyi sizi təəccübləndirdimi?

  2. “Mən etmirəm, lakin etmək istərdim” sütununa baxın. Burada hansısa qanunauyğunluq görürsünüz?

  3. "Oğlan" işləri ilə məşğul olan qızlarda nə baş verir? "Qız" işləri ilə məşğul olan oğlanlarda nə baş verir? Niyə?

  4. Valideynləriniz bu dörd suala necə cavab verərdilər?

  5. Ailə üzvləriniz kişi və oğlanlara, qadın və qızlara "uyğun" davranışlar fikri ilə razıdırmı?

  6. Kişilərə/qadınlara uyğun davranışlar fikrinə biz necə gəlirik?



  1. Aşağıdakı sualları verməklə mövzunun insan hüquqları ilə əlaqəsini göstərin:



  1. Oğlan və qızlara nə edə biləcəkləri barədə məhdudiyyətlər onların şəxsiyyətinə necə təsir edir? Bu, ailəyə necə təsir edə bilər? Bəs cəmiyyətə?

  2. Sizcə, gender rolları (və ya stereotiplər) dəyişir? Əgər dəyişirsə, necə dəyişir?

  3. Heç gender rollarına meydan oxuduğunuz olubmu? Nəticəsi necə oldu?

  4. Niyə gender rolları/stereotiplər fərdin hüquqlarını məhdudlaşdırır?

  5. Biz sinfimizdə gender rollarına mane olmaq üçün nə edə bilərik?

Davam üçün təkliflər

  • Gender rollarını/stereotipləri nəzərə alan digər oyunlar: "Biri vardı biri yoxdu..." və "Oğlanlar ağlamır".

  • "Yaralayan sözlər" oyununda gender stereotiplərinə əsaslanan təhqiredici ifadələr, həmçinin digər təhqir növləri araşdırılır.

Fəaliyyət üçün fikirlər

  • "Mən etmirəm, lakin etmək istərdim" kateqoriyasında bəzi halları uşaqlarla müzakirə edin. Onlara kömək edin sinifdə məqbul bir mühitdə bu işləri etsinlər.

Aparıcılara tövsiyə

  • Çalışın ki, uşaqlar “əks cinsə uyğun” şeylərə davranış gözləntiləri, xarici görünüş məsələlərini də daxil etsinlər (məsələn, gözəl geyinmək həvəsi, boşboğazlıq, ağlağanlıq, kobudluq, dalaşqanlıq və s.).

  • Variasiyalar: Bəzi uşaqlar "əlverişsiz" sayılan şeyləri etmək istədiklərini gizlədə bilər və ya bundan utanar. Bunun qarşısını almaq üçün aşağıdakıları edə bilərsiniz: 1) kağızları toplamaq, onları qarışdırmaq və uşaqlardan hər iki cinsin anonim cavablarını oxumağı xahiş etmək; 2) uşaqları yekcins qruplara bölmək və onlardan suallara birlikdə cavab verməyi xahiş etmək; 3) çap olunmuş sual blankından istifadə etmək.

  • “Stereotip" sözünü müzakirəyə çıxarın, uşaqlardan nümunələr verməyi xahiş edin. Stereotiplərin insan hüquqlarını necə məhdudlaşdırdığını müzakirə edin.

  • Cinsi stereotiplərə uyğun olmayan uşaqlarla nə baş verdiyini soruşanda, bu uşaqların necə adlandırıldığını və bu sözlərin mənasını (məsələn, "qızbibi", "mavi", “oğlansifət”) müzakirə edin.

Yüklə 19,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə