Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
  1   2   3   4   5   6   7   8   9   ...   20


 
 
         RAŞBİL  ŞAMAYEV 
 
 
 
 
  
SİZDƏN  UZAQ 
 
                 YAŞASAM  DA... 
 
 
 
                              
 
 
 
 
 
 
                            BAKI-2015
 


 
 
             
 
 
 
 
 
      Nyu Yorkda ucaldılır Azərbaycan bayrağı, 
      Yaxın, uzaq ölkələrdən gəlir onun sorağı, 
      Ruhumuzu təzələyir al-qırmızı yanağı,  
      Azadlığın saf rəmzidir Azerbaycan bayrağı! 
      Ədalətin məskənidir onun ana torpağı! 
 


  
 
  
             
 SİZDƏN UZAQ YAŞASAM DA... 
 
   Qarşımda bir şeir qovluğu var. Bu qovluğu mənə şair 
dostum  uzaq  Nyu  York  şəhərindən  Raşbil  Şamayev 
göndərib.  Telefon  Ilə  xahiş  etdi  ki,  oxuyum  və  bu 
kitaba söz önü yazım. Razı oldum. Qələm dostumu 15 
ildən  artıqdır  ki,  tanıyıram.  Raşbil  Şamayev  iki  dildə 
Azərbaycan  və  dağ  yəhudiləri  dillərində  yazan 
şairlərimizdəndir.  O  İsrail  və  Azərbaycan  Yazarlar 
Birliyinin  üzvüdür.  Mən  onun    müxtəlif  qazet  və 
jurnallarda  çap  olunmuş  Azərbaycan  dilində  yazdığı 
bir  neçə  şeirini    də  əvvələr  oxumuşam.  Onun  indiyə 
kimi  dağ  yəhudiləri  dilində  üç  samballı  kitabı”Yeni 
Bəhrələr gətirir” (Ovurd taza bəhərho) , “Hər ağacdan 
bir  budaq”(  Əz  hər  dor  yə  lügə)  və  “Həyat  nağıldır” 
nəşr  olunmuşdur.  Bu  kitablarda  şairin  Yəhudi dilində 
yazdığı  şeirlər,  qəzəllər,  poemalar,  dram  əsəri  və  bir 
sıra tərcümə etdiyi şeirlər çap olunmuşdur. 
   Şair  dağ  yəhudiləri  dilinə,    adı  dünya  ədəbiyyəti 
tarixinə qızıl xətlərlə yazılmış  şair mütəfəkkir Nizami 
Gəncəvinin  “Xəmsə”sindən  aforizm  və  nəsihətlərini, 
bir  neçə  qəzəlini,  “Sirlər  Xəzinəsi”  poemasından 
“Nuşiravan  və  bayquşların  söhbəti”,  “Kərpic  kəsən 
qocanın  hekayəti”  əsərlərini,  görkəmli    şair  Səməd 
Vurğunun  tam  həcmdə  “Vaqif”  dram  əsərini,  sevimli 
şair  Bəxtiyar  Vahabzadənin  bir  sıra  şeirlərini, 
Tacikstanın  ədəbi  klassiklərindən  biri  olan  Ömər 
Xəyyamın rübailərini tərcümə etmiş və onları bir yerdə 
toplayaraq    “Hər  ağacdan  bir  budaq”  başlığı  altında 
kitabını   2007-ci   ildə   Nyu  Yorkda  çap  etdirmişdir. 
  
                                                  3 
                                               
 


 
  
O azərbaycan dilini öz ana dili kimi yaxşı bilir  və bu 
dildə öz fikirlərini gözəl ifadə etməyi bacarır. 
   Raşbil  Shamayev  (Raşbil  ben  Shamay)  17  Sentyabr  
1935-ci ildə Azərbaycanın gözəl və səfalı guşələrindən 
biri  olan  Qubanın  Krasnaya  Sloboda  qəsəbəsində 
anadan olmuşdur. O 1953-cü ildə qəsəbədə azərbaycan 
dilində tam orta təhsil alıb, həmin ildə də Azərbaycan 
Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakultəsinə 
daxil olmuş və 1957-ci ildə institutu müvəffəqiyyətlə 
bitirmişdir.  
   Ali  təhsilli  müəllim  Raşbil  Şamayev  Azərbaycanın 
bir  sıra  kənd  və  rayon  məktəblərində,  sonra  isə  özü 
oxuduğu  doğma  qəsəbə  orta  məktəbində    müəllimlik 
etmiş  və  arada  bir  neçə  il    tədris  hissə  üzrə  direktor 
müavini  vəzifəsində  çalışmışdır.  O  hələ  məktəbdə 
sonra  da  institutda  oxuduğu  illərdə  Azərbaycan 
ədəbiyyatı  ilə  maraqlanmış  və  Azərbaycanın  şair  və 
yazıçılarının  əsərlərini  oxuyub  mütaliə  etmiş,Nizmi, 
Fizuli,  Nəsimi,  H.  Cavid,  M.G.  Vaqif  C.  Cabbarlı, 
Səməd  Vurğun,  R.  Rza,  M.  Müşfiq,  S.  Rüstəm,  B. 
Vahabzadə  kimi  dünya  şöhrəti  qazanmış  klassiklərin 
sənətlərinin humanizmini, hərarətini və onların azadlıq 
idealları  ilə  aşılanmış  romantik  genişliyini  hiss  etmiş. 
Onların şeir və yazılarından bəhərlənərək özü də bəzən 
yaradıcılıqla məşqul olmuşdur. 
   Hamıya 
yaxşı 
məlumdur  ki,  əsrlər 
boyu 
Azərbaycanda  yaşayan  dağ  yəhudiləri  azərbaycan 
xalqı ilə həmişə  mehriban  münasibətdə olmuş, sevinc 
və  kədərini   bir-birləri  ilə  yarı  bölüşdürmüşlər.  Dağ  
  
                                                 4 
                                               
 


 
  
yəhudiləri    Azərbaycan  xalqının        adət-ənənələrinə, 
mədəniyyətinə böyük hörmətlə yanaşmış, bu xalqın 
şair  və    yazıçılarının      əsərlərini    ruh    yüksəkliyi    ilə 
mütaliyə  etmişlər  Yəqin  yaşlı  nəslin  yaxşı  yadındadır 
ki,    keçən      əsrin    30-40-cı    illərində      Azərbaycanda 
yaşayan  dağ  yəhudilərinin  bəzi  şair  və  yazıçıları    Ü. 
Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun” 
C.  Cabbarlının  “Solğun  çiçəklər”  və  sair  əsərləri  öz 
doğma dillərinə çevirərək tamaşaya qoymuşlar. 
   Şair  Raşbil  Şamayevin  ilk  şeirləri  ulu  Azərbaycan 
elinə,  onun  həyatda  gözünü  açdığı  Qubanın  səfalı 
təbiətinə və hünərpərvər  Insanlarına həsr olunmuşdur. 
Onu  bəzən    səsli-küylü,  bəzən  də  asta-asta  axan 
Qudyal  çayının  səsi  xəyallara  aparır,  qışda  əzəmətli 
Şah dağının  qarlı başı, yazda isə gül-çiçəkli qoynunu  
seyr  edəndə    qəlbində  baş  qaldıran  duyğular  şeirə 
çevirilərək  qarşısındakı  kağıza  misra-misra  düzülür. 
Demək  olar  ki,  bu  yerlərin  təbiəti,  həm  də  insanları 
həssas şair qəlbini ömürlük ovsunlayıb. 
   “Sizdən  uzaq  yaşasam  da”  kitabında,  saflıq  və 
sədaqət  R.  Shamayevin  yaradıcılığının    ana  xəttini 
təşkil edir. Müstəqillik işığında dünyaya qapılar açılıb, 
get-gəl  çoxalıb,  əlaqə,  ünsiyyət  genişlənib.  Bir  neçə 
ildir ki, o, Azərbaycandan kənarda yaşayır. 
Özü  Amerikada  olsa  da  xəyalı  həmişə  boya-başa 
çatdığı  Azərbaycandadır.  Onun  Azərbaycana  həsr 
etdiyi şeirlərini oxuyan  belə  bir  ölkənin  yer   üzündə  
olmasına  sevinir,  məhəbbəti  artır  və  ürəyində  böyük 
iftixar hissi keçirir. 
 
                                                 
                                               
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə