«Yaşıl vergi» siyasəti və ekoloji inkişaf



Yüklə 13,8 Kb.
Pdf görüntüsü
tarix10.12.2017
ölçüsü13,8 Kb.
#14940


Rakurs 

 

Akif Musayev 



Azərbaycan Respublikası Vergilər Nazirliyinin 

Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi 

 

«Yaşıl vergi» siyasəti və ekoloji inkişaf 

 

Elm və texnologiyaların inkişaf etdiyi müasir dövrdə dünya alimlərini, iqtisadçıları, ekoloqları və 



sosioloqları düşündürən əsas problem ekoloji vəziyyətin gərginləşməsi və ətraf mühitə dəyən 

zərərin sürətlə artmasıdır. Dünyanın bütün ölkələri ətraf mühitin çirklənməsinin qarşısını almaq 

məqsədilə iqtisadi siyasət alətləri üzərində çalışırlar. Bu baxımdan, artıq iqtisadi-ekoloji siyasətin 

yeni bir tərkib hissəsi olan «yaşıl vergi» siyasəti formalaşmaqdadır. Demoqrafik inkişafla bağlı 

istehsal həcminin genişlənməsinə tələbin artması ətraf mühitə mənfi təsirlər yaradır. İqtisadi 

nəzəriyyədə bununla əlaqədar yeni bir elmi istiqamət - eksternallar nəzəriyyəsi meydana gəlmişdir. 

Ətraf mühitlə bağlı vergilər və tullantıların ticarət proqramları ən təsirli iqtisadi siyasət 

alətlərindəndir. Son illər ərzində enerji məhsullarından və tullantılardan tutulan vergilərin ətraf 

mühitin çirklənməsi probleminə təsiri barədə araşdırmalar və təhlillər aparılır.  

Ətraf mühitin çirklənməsinə görə vergitutma ilkin mərhələlərdə inkişaf etmiş ölkələr tərəfindən 

müsbət qarşılandı və tətbiq edildi. Lakin son illərdə bu məsələ sıx məskunlaşmış və aşağı yaşayış 

standartlarının hökm sürdüyü Asiya ölkələrinin də siyasi gündəminə çevrilmişdir. Çində atmosferin 

güclü zəhərlənməsinə səbəb olan bir çox qaz tullantılarına və suya buraxılan digər tullantılara görə 

vergi tutulur. İsveç atmosferə buraxdığı  oksidləşmiş azotun miqdarı üzrə dünyada birinci yeri tutan 

ölkələrin sırasında idi. 1992-ci ildə bu tullantıya görə vergi tutulmağa başlandı və cəmi iki ildən 

sonra atmosferə buraxılan oksidləşmiş azotun miqdarı 1/3 qədər aşağı düşdü. Tullantılar üzrə 

vergitutmanın tətbiqi həm də yeni texnologiyaların yaradılmasına və inkişaf etdirilməsinə təkan 

verir. Atmosferə və ya suya daha az tullantıların buraxılmasını təmin edən texnologiyalar 

sahibkarlar üçün də bazarda yeni tələblərin meydana gəlməsi ilə nəticələnir. Çin və İsveç üçün 

göstərilən təcrübələrdən Yaponiya, Koreya, İspaniya, İsveçrə, Böyük Britaniya və İsrail də 

müvəffəqiyyətlə istifadə etmişlər. 

Artıq dünya istehlak bazarında «yaşıl vergi» siyasətinin tətbiqi sahəsində yeni bazar seqmentləri 

meydana gəlmişdir. Alternativ enerji mənbələrindən istifadə, elektromobillərin tətbiq dairəsinin 

genişlənməsi, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılmasında «yaşıl vergi» siyasəti 

xüsusi rol oynamışdır. İqlim dəyişikliyini məhdudlaşdırmaq üçün atmosferə buraxılan qaz 

tullantılarını mümkün qədər azaltmaq vacibdir və bu, qlobal bir vəzifədir. Nəzərə alsaq ki, qaz 

tullantıları atmosferdə 50 ilə yaxın qalır, bu halda problem daha da ciddiləşir. Artıq bir çox dünya 

ölkələri tullantıların və onların satışının tamamilə məhdudlaşdırılması rejiminə can atırlar. Bu 

istiqamətdə əsas vasitə tullantılara görə vergi tutulması və ya mövcud vergilərin dərəcələrinin 

artırılmasıdır. Bu zaman istixana təsərrüfatı ilə məşğul olan evlər və sahibkarlar, təbii olaraq, 

məcbur olurlar ki, qaz tullantısı ilə nəticələnən enerji istifadəsini mümkün qədər məhdudlaşdırsınlar 

və ya təbiətə daha az ziyan vuran məhsullardan istifadə etsinlər.  

OECD-nin apardığı araşdırmalar göstərir ki, iqtisadi siyasət alətlərindən düzgün istifadə etdikdə 

2020-ci ilə qədər inkişaf etmiş ölkələrdə atmosferə buraxılan qaz tullantılarının həcmini 20% aşağı 

salmaq olar. Yalnız bu amillərin hesabına ümumi daxili məhsulu 2% artırmaq mümkündür. Əgər 

iqtisadi mexanizmlər və vergi siyasəti hazırkı ənənəvi enerji istehlakı meyillərini dəyişdirməsə, 

hesablamalar göstərir ki, 2050-ci ilədək ciddi iqlim dəyişiklikləri baş verəcəkdir. Göründüyi kimi, 

«yaşıl iqtisadiyyat» istiqamətində fəaliyyət iqlim dəyişikliklərindən irəli gələn problemlərin həllinə 

kömək etməklə davamlı iqtisadi inkişafa təkan verəcəkdir. 

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ətraf mühitin çirklənməsi problemi çox 

aktualdır. Azərbaycan tarixən uzun dövr ərzində neft istehsalçısı olmuşdur. Məlum olduğu kimi

neftin kommersiya məqsədləri üçün istehsal tarixi XIX əsrin ortalarından başlayır. O illərdə ekoloji 

problemlər, demək olar ki, nəzərə alınmırdı. Lakin iqtisadi inkişaf nəticəsində ətraf mühitə dəyən 

zərərlərin artması ekoloji problemlərin həllini qaçılmaz zərurət kimi qarşıya çıxarmışdır. Bu 




baxımdan, son illərdə Azərbaycanda «yaşıl iqtisadiyyatın» dəstəklənməsi istiqamətində bir çox işlər 

görülmüşdür. Azərbaycanın ekologiya sahəsində qanunvericiliyinin prinsipləri sırasına ətraf mühitin 

çirklənməsinə dair sanksiyalar, təbiətdən istifadənin ödənişli olması, «çirkləndirən ödəyir», ətraf 

mühitə zərər vurulmasının qarşısının alınması, vurulan zərərin qiymətləndirilməsi, buna görə 

məsuliyyət kimi prinsiplər daxildir. Bu cür prinsiplərin nəzərə alınması onu göstərir ki, Azərbaycanda 

da ətraf mühitə zərər vuran fiziki və hüquqi şəxslərin beynəlxalq aləmdə tətbiq edildiyi şəkildə 



vergiyə cəlb olunması məsələsi aktuallaşmışdır. 

 

Yüklə 13,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə