Yazı "Əhalinin kütləvi qətlindən sonra insan cəsədləri üç gün küçələrdə qaldı"



Yüklə 129,28 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü129,28 Kb.
#63987
növüYazı


Xalq cəbhəsi” -. 2009 – 22 oktyabr. - №192. - S. 11.

Urmiyada erməni terroru

II yazı

"Əhalinin kütləvi qətlindən sonra insan cəsədləri üç gün küçələrdə qaldı"

"Təcəddüd" qəzeti: "Urmiya və ətrafındakı kənd və qəsəbələrdə çox böyük və acınacaqlı faciələr baş

verib..."

Əli Dehqan: "Bu olaylar və onunla bağlı xatirələr o qədər dəhşətlidir ki, hələ də 80 il keçməsinə

baxmayaraq, həmin hadisələri unuda bilmirəm"

Ötən yazımızda ermənilərin Güney Azərbaycandakı təxribatlarını diqqətinizə çatdırmışdıq. Bu yazımızda isə

ötən əsrin əvvəllərində ermənilərin Urmiya şəhərində həyata keçirdiyi soyqırımı faktlarla sizlərə təqdim edirik. 

Güney Azərbaycanın görkəmli tarixçisi, Azərbaycan Universitetinin fəxri doktoru Səməd Sərdariniya "Arazın

hər iki tayında müsəlmanların soyqırımı" kitabında yazır ki, 1918-ci il Arazın hər iki tayında yaşayan Azərbaycan

türkləri  üçün  daha  dəhşətli  və  acınacaqlı keçdi:  "I  Dünya  müharibəsinin  üçüncü  ilində  (1917-ci  il)  Rusiyada  baş

verən  inqilab  nəticəsində  çar  hakimiyyəti  devrildi.  Romanovlar  sülaləsinin  süqutu  ilə  daşnakların  "Böyük

Ermənistan" yaratmaq xülyalarını həyata keçirmələrinə imkan yarandı.  Həmin ildə Azərbaycanın bir sıra  şəhərləri

erməni  terrorunun  qanlı  həfədinə  çevrildi.  Ermənilər  1918-ci  ilin  yanvarında  İrəvana  və  onun  ətrafındakı  211

Azərbaycan  kəndinə  basqın  çəkərək,  burada  yaşayan  300  min  Azərbaycan  türkünü  qırıb,  minlərlə  soydaşımızı

yurd-yuvasından  didərgin  saldılar.  Elə  həmin  ilin  martında  Bakıda,  Şamaxıda  və  digər  Azərbaycan  şəhərlərində

yenidən  öz  cinayətlərini  təkrarladılar.  Beləliklə,  dinc  əhaliyə  hücum  çəkən  ermənilər  kütləvi  qırğınlar  törədərək,

çox  sayda  soydaşımızı  amansızcasına  qətlə  yetirdilər.  Bu  dəhşətli  faciələrdə  yüz  minlərlə  Azərbaycan  türkü

öldürüldü, öz ev-eşiklərindən didərgin salındı". 

Erməni  terroru  Güney  Azərbaycanda  da  qanlı  izlər  buraxdı.  Silahlanmış  erməni  dəstələri  Urmiyada,

Köhnəşəhərdə, Salmas və başqa ərazilərdə kütləvi qırğınlar törədərək, 130 mindən çox Azərbaycan türkünü faciəvi

şəkildə qətlə yetirdilər. Erməni terroruna hədəf olan şəhərlərdən biri də Urmiya oldu. Bu şəhər 1918-ci ilin fevral və

mart  aylarında,  yəni  iki  dəfə  erməni  terroruna  məruz  qalıb:  "Fevralın  17-də  ermənilər  küçələrdə  və  bazarda

Azərbaycan  türklərinin  yolunu  kəsir,  soyğunçuluqla  pullarını  ələ  keçirirdilər.  Bir  neçə  gün  sonra  Urmiyanın

şəhərdən kənar məntəqələrində yüzə yaxın soydaşımızı ermənilər qətlə yetirdi. Həmin qanlı olaydan sonra fevralın

22-də Qardaş və Dadaş adlı iki nəfər urmiyalı öldürülənlərin cəsədini gətirmək üçün hadisə yerinə yollandı.  Lakin

onlar şəhərdən çıxarkən bir qrup erməni ilə rastlaşdı və tərəflər arasında qarşıdurma yarandı. Həmin günün axşamı

yenidən münaqişə başladı. Ermənilər şəhərin yüzlərlə dinc sakinlərinin evinə basqın çəkərək, mənzillərdəki əşyaları

qarət  edir,  qarşılarına  çıxan  hər  kəsi  qətlə  yetirir,  evləri  yandırırdılar.  Azərbaycan  türkləri  var  güclərilə  özlərini

müdafiə  etməyə  çalışsalar  da,  azğınlaşmış  ermənilər  on  min  nəfərə  yaxın  dinc  əhalini  öldürdülər.  Qətlə

yetirilənlərin əksəriyyəti qadın, uşaq, südəmər körpələr idi. Ölənlərin cəsədləri uzun müddət yerdə qalmışdı. Onları

yerdən götürüb dəfn etməyə kimsə cəsarət etmirdi. Bu ağır günlərdə Urmiya sakinlərinə Tehrandan yardım gəlmədi.

Təbriz əhalisi isə bu faciənin xəbərini çox gec eşitdi". 

Həmin  hadisələrin  şahidi  olan  fars  əsilli  tarixçi  alim  və  tədqiqatçı  Əhməd  Kəsrəvi  bu  haqda  belə  yazır:

"Ermənilər Urmiyada hərəkətə keçib üç gün qırğın törətdilər. Bu müddətdə Təbriz ilə Urmiya arasındakı telefon və

teleqraf simləri tamamilə kəsilmişdi (rabitəni ermənilərin kəsdiyi ehtimal olunur), elə buna görə də hadisələrlə bağlı

xəbərlər Təbrizə vaxtında yetişmədi". 

Həmin  il  qanlı  hadisələrlə  bağlı  Şeyx  Məhəmməd  Xiyabaninin  orqanı  olan  "Təcəddüd"  qəzetində  silsilə

yazılar  dərc  olundu.  Qəzetin  17  fevral  -  2  mart  1918-ci  il  tarixli  nömrələrində  yazılırdı:  "Oxucularımıza  söz

vermişdik ki, Urmiyadakı qanlı faciələr barədə tədqiqat aparıb ictimaiyyətə çatdıraq. Böyük təəssüflə bildirməliyik

ki,  əldə  etdiyimiz  məlumatlara  görə,  Urmiya  və  ətrafındakı kənd  və  qəsəbələrdə  çox  böyük  və  acınacaqlı faciələr

baş vermişdir... Xəbərlərə görə, silahlı ermənilər müxtəlif bəhanələrlə Urmiya bazarında dinc vətəndaşların üzərinə

atəş  açıb,  qarşıdurmalara  səbəb  olmuşdur.  Polis  məmurları  qarşıdurmaya  son  qoymaq  istəsələr  də,  ermənilər

silahdan  atəş  açaraq,  iki  mülki  vətəndaşı  öldürüblər.  Ermənilər  daha  sonra  əhalinin  yaşadığı  evləri,  habelə

karvansarayları hədəf alaraq atəşə tutublar. Nəticədə bir çox günahsız dinc vətəndaş  həlak olmuşdur...  Urmiyadan

gələn bir müsafir deyir ki, o, yolda 300-dən artıq Azərbaycan türkünün cəsədini öz gözü ilə görüb..."

Hadisələrin canlı şahidi olmuş urmiyalı soydaşımız Əli Dehqan Urmiyadakı üçgünlük qırğından sonra şəhərin

durumunu belə təsvir edir: "Azərbaycan kəndləri qarət olunaraq əhalisi boşaldılırdı. Sanki buralarda heç vaxt həyat

izləri  olmamış  kimi  qəbiristanlıq  sükutu  hər  yerdə  hakim  olmuşdu.  Kənd  qaçqınlarının  sığındığı  əsas  yerlər

şəhərdəki küçələr və məscidlər idi. Ermənilər Azərbaycan türklərinin evlərinə basqın çəkir, istədikləri ev əşyalarını

götürürdülər.  Qaranlıq  düşən  kimi,  şəhərin  bir  çox  məhəllələrində  nalə  səsləri  eşidilməyə  başlayırdı.  Evləri

ermənilərin hücumuna məruz qalan insanlar damlara çıxaraq uca səslə qışqırır, əhalidən yardım istəyirdilər. Lakin



heç  kəs  evindən  bayıra  çıxmağa  cəsarət  etmirdi.  Qulaqları xalqın  nalə  və  fəryadına  alışmış  dövlət  məmurları isə

adamların  ürəkyandırıcı  etirazları  qarşısında  laqeydlik  göstərirdilər.  Soyğunçu  ermənilər  tam  sərbəst  şəkildə

istədikləri evlərə girir, insanları öldürür, evləri isə talan edərək yandırırdılar". 

1918-ci  ilin  martında  Urmiyada  yaşayan Azərbaycan  türkləri  növbəti  dəfə  erməni  terroruna  məruz  qalıblar:

"Ermənilər  Novruz  Bayramının  ilk  günü  küçələrdə  və  bazarda  əhaliyə  atəş  açır,  qarşılarına  çıxan  hər  kəsi

öldürürdülər.  Bununla  kifayətlənməyən  erməni  terrorçuları  daha  da  azğınlaşaraq,  Urmiyada  24  saatlıq  qırğın

törədəcəkləri  barədə  bildiriş  yayırlar.  Bu  qorxunc  xəbər  1918-ci  il  martın  19-da  (son  çərşənbə  axşamı)  şəhərdə

dəhşətli  bir  qorxu  ab-havası yaratdı.  Həmin  gecə  heç  kimin  gözünə  yuxu  getmədi.  Çünki  ertəsi  gün  sübh  tezdən

qətliam başlanacaqdı. Ermənilər həmin gecə törədəcəkləri qırğına görə şəhərdə nərə çəkir, şənlik edirdilər. 

Əli  Dehqan  bu  haqda  yazır:  "Sübh  tezdən  anam  məni,  məndən  böyük  iki  qardaşımı  və  kiçik  qardaşımı

götürüb evin damına apardı. Erməni təcavüzündən qorunmaq üçün qadınlar və uşaqlar damlara çıxırdılar. Axşama

qədər ac-susuz orada qalmalı olduq. Axşama yaxın xəbər yayıldı ki, qətliama son qoyulub. Biz aşağı düşərək evə

qayıtdıq. Lakin evdə heç nə qalmamışdı, hər şeyi aparmışdılar. Çıraqları belə sındırmışdılar. Evin görünüşü adamda

dəhşətli  hisslər  oyadırdı.  Hələ  özümüzə  gəlməmişdik  ki,  birdən-birə  evimizin  qapısı  çox  möhkəm  döyülməyə

başladı.  Anam bizi (4 uşağı)  çörək bişirmək üçün istifadə olunan təndirin içinə qoyub özü də təndirə girdi. Anam

deyirdi ki, ermənilər gəlsə, birinci məni, sonra uşaqlarımı öldürsünlər. Bu olaylar və onunla bağlı xatirələr o qədər

dəhşətlidir ki, hələ də 80 il keçməsinə baxmayaraq, həmin hadisələri unuda bilmirəm".

Həmin  faciəvi  günlərin  şahidi  olmuş  digər  urmiyalı  soydaşımız  Rəhmətulla  Tofiq  yazır:  "1918-ci  ilin  son

çərşənbə  axşamı  12  min  azğınlaşmış  erməni  silahlısı  Azərbaycan  məhəllələrinə  üz  tutdular.  Minlərlə  tüfəngin

birdən-birə  açdığı  dəhşətli  atəşin  səsindən  şəhər  silkələnib  lərzəyə  gəlirdi.  Ermənilər  qapıları  daş  və  balta  ilə

sındırıb  evlərə  girir,  hər  tərəfə  atəş  açır,  damlara  sığınan  qadınları və  uşaqları yerindəcə  öldürürdülər.  İnsanların

qorxudan qopardığı şivən və nalə səsləri açılan tüfənglərin səsinə qarışırdı. Analar öz övladlarını quyularda və daş

sobaların  içində  gizlədirdilər.  Ermənilər  qarşılarına  çıxan  Azərbaycan  türklərini  atəşə  tutub,  var-yoxunu  talayıb

özlərilə  aparırdılar.  Azərbaycan  türklərinin  yaşadığı  məhəllələr  sanki  qəbiristanlığa  çevrilmişdi.  Evlərdə  və

küçələrdə çox dəhşətli mənzərələr gözə çarpırdı. Bütün evlər qarət edilmiş, yerlər cəsədlərlə dolu idi". 

Həmin qanlı hadisələrin başqa bir şahidi Rəhmətullaxan Mötəmidülvizarə yazır: "Urmiyada o gün olmur ki,

1-10  nəfər  adam  ermənilər  tərəfindən  öldürülməsin.  Habelə  şəhərdə  qarət  edilməmiş  ev  yoxdur.  Tam  əminliklə

demək olar ki, qanlı olaylarda 50 min nəfərdən artıq günahsız Azərbaycan türkü öldürülmüşdü. Urmiyanın əhalisi 4

aydır hər gün qətl və qarətə məruz qalır, hər gün ölümlə qarşılaşır".

Hətta ermənilər Urmiyadakı terrorda şəhərin ruhanilərini də öldürmüşdülər. Belə ki, qətliamın qarşısını almaq

istəyən bir çox məşhur din xadimləri də erməni gülləsinə tuş gəldi. Terrorçular məşhur ruhanilərdən Axund Molla

Əliqulunu və ailəsinin demək olar bütün üzvlərini qətlə yetiriblər. Onun 27-35 yaşlarında olan iki oğlunu - Mirzə

Abdullanı və  Mirzə  Mahmud  ağanı öldürdükdən  sonra  Mirzə  Mahmud  ağanın arvadını da  ərinin  cəsədi  üzərində

öldürüblər. Ailə üzvlərindən yalnız axundun üçüncü oğlu Mirzə Əli özünü quyuya atdığı üçün ölümdən qurtulub.

Erməni terrorunun qurbanı olan dövrünün tanınmış ruhanilərinin adları belədir:

- Qara Ağac məhəlləsindən Ağa Mirzə Sadıq, müctəhid Mirzə İbrahim və Səqətülislam;

- Əli Şəhid məhəlləsindən Sədrülüləma, Hacı Mirzəli Əsgər, Hacı Mirböyük;

-  Qəbiristan  məhəlləsindən  Ağa  Mircalal,  qoca  nökər  adı  ilə  tanınan  Əli  (Ağa  Mircalal  Cəlaliyyə

mədrəsəsinin müdiri, Əli isə el içində məşhur olan mərsiyəxan mollası olub);

- Yurt məhəlləsindən Mirzə Əhməd (Bu ruhani carçıbaşı, bazarbaşı və məşhur mərsiyəxan idi;

-  Ağdaş  məhəlləsindən  İsmayıl  Əyalu  və  Ağa  Mir  Nurulla.  Ermənilər  Hacı  Molla  İsmayıl  Əyalunun

qəddarcasına başını kəsib atmışdılar.

Ruhanilərlə yanaşı, Urmiyanın məşhur tacirləri də qətlə yetirilmişdi. Ermənilərin Urmiyada törətdikləri terror

sakinlərin  yaddaşında  dərin  iz  buraxdı.  Həmin  qətliamdan  sonra  insan  cəsədləri  üç  gün  küçələrdə  qaldı.  Sonra

onları Hacıxan Məscidi qəbiristanlığında ümumi məzarlıqda dəfn etdilər. 

Urmiyadan  sonra  erməni  terrorunun  həfədi  Salmas  şəhərinə  yönəldi.  Orada  da  kütləvi  qırğınlar  törədən

ermənilər  çox  sayda  soydaşımızı  amansızcasına  qətlə  yetirdilər.  Bu  barədə  daha  ətraflı  gələcək  yazımızda  bəhs

edəcəyik. 



Hazırladı: Real CƏFƏRLİ

Yüklə 129,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə