Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   27


 

3 – 2 



P – 59 

 

 

Redaktoru: Şöhrət Səlimbəyli 

Hərbi məsləhətçi: kapitan Füzuli Rzaquliyev 

 

 



 

Yazıçı  –  jurnalist  Xəqani  Rzaquliyev  və  Rəhman  Quluzadənin  bu  kitabı 

qədim  Kolanı  yurdlarının  –  Ağdərə  kəndlərinin  Qarabağ  müharibəsində  verdiyi 

şəhidlərdən  söz  açır.  Torpaqlarımızın  erməni  işğalçılarından  təmizlənməsində 

qəhrəman  Kolanı  oğullarının  mübarizəsi  konkret  faktlar  əsasında  qələmə 

alınmışdır. 

 

 

 



Müəlliflər  tarixi  mənbələrə  əsaslnaraq  əsrin  əvvəllərindən  bu  günədək 

ermənilərin Ağdərə törətdikləri vəhşiliklərə də nəzər salmışlar. İnanırıq ki, bu kitab 

dəyərli mənbə kimi oxucuların və gələcək nəsillərin diqqətini cəlb edəcəkdir. 

 

 



 

P           0503020907            Elansız 

       024    

 

Rzaquliyev Xəqani  



Quluzadə Rəhman  

 

 



P-59 Ağdərədə nələr oldu. Şəhidlər və şahidlər. Azərbaycan Dövlət Kitab Palatası 

1995. 96 səhifə. 

 

 

Kitab  “Sərbəst  Düşüncə”  qəzetinin  computer  mərkəzində  yığılıb,  “Zaqllar” 



mətbəəsində səhifələnmişdir. 

 

 



 

Azərbaycan Dövlət Kitab Palatası 

1995. 



 

TORPAĞA BASDIRMAYAN MEYĠTLƏR, DAĞLAR  



VƏ  BIR DƏ TƏZƏCƏ QIN TUTAN ÇÖL ÇIÇƏKLƏRĠ 

 

Beş  il  idi  ki,  adamlar  güllə  səsinə  öyrənmişdilər.  Atılan  güllənin  bizim, 

yaxud  düşmənin  olduğunu  da  bilirdilər.  Düşmənlə  tənha  qalan  bir  elat,  yalnız  öz 

mərdliyinə  sığınmışdı.  Düz  beş  idi  ki,  Ağdərə  kəndlərinə  nə  canlı  qüvvə,  nə  də 

texniki  cəhətdən  kömək  göstərilmirdi.  Hər  yerdə  sahibsizlik  hökm  sürürdü. 

Tənhalıqdan adamlar yalquzaq kimi göylərə üz tutub haray çəkirdilər. Buna dağlar, 

göylərdəki tanrı və bir də təzəcə qın tutan qanlı çöl çiçəkləri şahid idi. 

 

SON DÖYÜġ 

 

12  mart  1992-ci  il  Manikli-Sırxavənd  cinahlarından  və  “Sığnaq” 



yaylasında ağır texniki və on minlik qüvvə ilə hücuma keçən düşmən səhərə yaxın, 

yalnız Baş Güneypəyə postunu ələ keçirmiş və yerli qüvvələrin müqaviməti ilə geri 

atılmışdı. Əsas güc cinahlara verən düşmənin saat 10-dək 11 zirehli texnikası mina 

sahəsində  partlamış  onlarla  əsgəri  məhv  edilmişdi.  Əsir  ermənilərin  dediyinə  və 

erməni  qərargahlarının  Xankəndinə  verilən  radioqramlarında  (Ağdam  da  bu 

məlumat qərargahda saxlanılırdı) aydın olmuşdu ki, düşmən 268 nəfər canlı qüvvə 

və 11 zirehli texnika itirmiş və bütün mövqelərdən yerli özünümüdafiə dəstələrinin 

gücü  ilə  vurulub  çıxarılmışdı.  Sırxavənd  cinahının  yarılması  başqa  kəndlərin 

mühasirəsi  həlqəsini  daraltsa  da  kəndlər  14  saat  müddətində  çarpışaraq  düşməni 

kəndə  buraxmamış,  lakin  arxadan  kömək  gəlmədiyi  və  axşam  düşdüyü  üçün 

mövqeləri  tərk  etməyə  məcbur  olmuşdu.  Ermənilərin  bu  döyüşdə  böyük  itki 

verməsini  14  martda  Yerevanda,  Qarabağda  gedən  müharibə  əleyhinə  olan 

nümayişlər  sə  sübut  edir.  Xatırladırıq  ki,  ermənilər  yalnız  bu  zaman  müharibə 

əleyhinə mitinqə çıxmışdılar. Azərbaycanlılar ilk dəfə düşmənə ağır zərbə vurmağa 

müvəffəq  olmuş,  lakin  arxadan  kömək  gəlmədiyi  üçün  qələbəni  başa  çatdıra 

bilməmişdilər. 

Ən  qızğın  döyüş  Baş  Güneypəyə  və  Ortay  Güney  kəndlərində  getmişdi. 

Onlarla  meyit  elə  döyüş  meydanlarında  qalmış  və  onları  çıxarmaq  mümkün 

olmamışdı.  Mühasirəni  daraldan  düşmən  gediş-gəliş  yollarını  nəzarətə  götürərək 

Baş Güneypəyəni tam mühasirəyə almış və Ortay Güney özünümüdafiə dəstəsinin 

köməyi  ilə  mühasirənin  yarılması  mümkün  olmuşdu.Bütün  Azərbaycanın  gözü 

qabağında  14  saat  uzanan  faciədə  30-a  yaxın  adam  həlak  edilir,  torpaqlar  əldən 

gedir...  Azərbaycan  cinayətkarcasına  susurdu.  Rəhmətlik  Ş.Mirzəyev  körpüdən 

keçmək  əmri  almışdı.  O,  uzaqdan  döyüş  səhnəsinə  baxıb:  “Orda  igid  oğlanlar 

məhv  edilir,  bizəcə  icazə  vermirlər  heç  olmasa  köməyə  gedək”  –  deyirmiş.  Bu 

anlar  Baş  Güneypəyədə  İsmayıl  Həsənov  düşmənə  eşitdirmək  və  döyüşçüləri 

ruhlandırmaq üçün ucadan haraylayırmış: “Atın, gözünə dönüm, gör bir Ağdamdan 

nə qədər qüvvə gəlir?!” 




 

Özləri də uydurduqları yalana inana-inana, qurban verə-verə axşama qədər 



düşmənin  qarşısını  aldılar.  O  vaxtlar  kimi  dindirirdin  deyirdi:  “Bizi  ermənilər 

məğlub etmədi. Bizi rəhbərlərimizin xəyanəti məğlub etdi”. 

Bir faktı da xatırladım ki,    Dağlıq Qarabağ kəndlərinin boşaldılmasında 

erməni tərəfi bütün bir azərbaycanlı rayonu boşaltmaqdan qat-qat çox itki veriblər. 

İstər Qaradağlıda, istər Malıbəylidə, istər Kosalarda, istər Xocalıda, istərsə də Baş 

Güneypəyə, Sırxavənd və başqa kəndlərdə. Bu faktdır. Azərbaycan rəhbərliyi yerli 

əhaliyə  qarşı  biganə  münasibətini  nəinki  dəyişmiş,  hətta  Ağdərə  azad  edildikdən 

sonbra  yerliu  əhali  ilə  məsləhətləşmədən  həm  Sırxavənd  ərazi  vahidini,  həm  də 

Ağdərə rayonunu ləğv  etmişdi. Daha bir fakt kimi xatırlatmaq olar ki, 14 nəfər ən 

yüksək  ada  təqdim  edilən  döyüşçünün heç  biri  bu  adı almayıb.  Azərbaycan hərb 

tarixində  ilk  dəfə  olaraq  özünü  xüsusi  partlayıcı  ilə  tankın  tırtılları  altına  atan 

Ziyadxan  Aslanovun    haqqını  və  layiq  olduğu  adı  danan  hakimiyyət  səmimi  ola 

bilməz.  Xatırladırıq  ki,  Z.Aslanov  Ağdərə  istiqamətində  hücum  edən  ilk 

əsgərlərdən olmuşdur. 

Yalnız  iki  nəfər  “Azərbaycan  Bayrağı”  ordeni  və  bir  nəfərə  isə  “Şərəf” 

döşnişanı verilib. 

Ağdərə kəndlərini qəhrəmanlıq mübarizəsinin  özünəməxsusluğu onda idi 

ki, hər kənddə bir ağsaqqal bu işlərə rəhbərlik edirdi. İndi onların  çoxu şəhid olub, 

əbədiyyətə  qovuşmuşlar.  Manikli  kəndində  Alıyev  Möhü  (şəhid  olub), 

Xatınbəylidə  Sarıkişiyev  Vaqif,  Orta  Güneydə  Aslanov  İsacan,  Baş  Güneydə 

Həsənov  İsmayıl,  Novruzov  Əvəz  (şəhid  olub),  Çərəkdarın  əfsanəvi  qəhrəmanı 

Məmmədov  Yunus  (şəhid  olub),  Kərəmlidə  Mirzəyev  Mahmud  (şəhid  olub), 

Sırxavənddə  Məmmədov  Bəhmən  (şəhid  olub),  və  başqaları  düşmənə  nifrət  yaş 

baxmır  –  deyə  əsl  döyüşçü  atılmışdılar.  Gənclərə  məsləhət  verir,  onları  öz 

müdrikləri ilə qoyuruq və düşmənə layiqli cavablar verirdilər. 

 

AĞDƏRƏDƏ NƏLƏR OLDU? 

                                                                                                              

Ağdərə  Azərbaycanlılarının  həm  əsrin  əvvəllərində,  həm  də  indi  Azərbaycan 

başbilənlərinin günahları böyükdür. Əsrin əvvəllərində dəfələrlə əldən-ələ keçmiş 

və  dörd  dəfə  yandırılmış  bu  kəndlər  1922-ci  ilin  mart  günlərində,  1905-ci  ilin 

oktyabr.  Noyabr  günlərindəki  qədər  köməksiz  və  baxımsız  olmuşdur.  Xatırlatsaq 

ki,  1905-ci  ildə heç  bir hakimiyyət  orqanımız  olmayıb,  onda  1922-ci il  faciəsinin 

böyülklüyünü  təsəvvür  etmək  mümkünsüz  olar.  M.S.Ordubadi  “Qanlı  illər” 

kitabında  yazırdı:  “3-cü  sahədə  islam  göyləri...  Dəmirli,  Hacıqərvənd,  Çıraqlı, 

Ümidli,  İmarət-Qərvənd,  Göynəpay,  (Güneypəyə  -  X.P.),  Əliağalı  (Ağdam 

rayonu),  Şəxavənd  (Qalayçılar  –  X.P.),  Sırxavənd,  İsmayılbəyli,  kimi  dağlıq 

göylərindən ibarətdir ki, Kolanlar (kolanılar – X.P.) adlandırılmışdır”. 

Bu  kitabda  müraciət  heç  də  təsadüfi  deyil.  O  vaxt  və  bu  vaxt  arasında 

oxşsr cəhətləri tutuşdurduqda eyni milli dəsti-xəttin şahidi oluruq. Satqın məmləkət 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə