Yazıçı, publisist Mustafa Çəmənlinin 70-illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü0,66 Mb.
#58406
növüYazı


                  

        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 

 

 

                            

 

 

 

 

 

 

 

 

                                  Ucalığa dogru 

 

Yazıçı, publisist Mustafa Çəmənlinin 70-illik yubileyi  

münasibəti  ilə mərkəzi kitabxanaların uşaq şöbələri, 

MKS-nin  şəhər,    qəsəbə,  kənd  kitabxana  filialları 

üçün hazırlanmış metodik vəsait 

 

 



 

 

 



 

 

 



 

                                         Bakı -2017 




 

 



 

 

 

 

 

Tərtibçi:                                         Könül Səmədzadə 

                                           

         Sevil Əhmədova  

 

İxtisas  redaktoru və                      Şəhla Qəmbərova 

buraxılışa məsul:                           Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



Ucalığa dogru:metodik vəsait / tərt.ed. K.Səmədzadə; ix. red. 

və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası.- Bakı, 2017.-29s.  

                                                                                                                                

  

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 

 



 

                                Tərtibçidən: 



 

Tanınmış yazıçı, publisist və naşir Mustafa Çəmənlinin 

70  illik  yubileyinin  qeyd  olunması  ərəfəsindəyik.  Bu 

münasibətlə  respublikamızın  bir  sıra  mədəniyyət  ocaqlarında 

tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Gəlin 

sizinlə  birlikdə  yazıçı  Mustafa  Çəmənlinin  həyat  və 

yaradıcılığına nəzər salaq. Oxucuların hüsn-rəğbətini qazanmış 

“Xallı gürzə”, “Səs qərib olmur” və  “Fred Asif “ kimi kitabların 

müəllifi  Mustafa  Çəmənli  ədəbi  yaradıcılığa  1972-ci  ildə 

“Ləpirlər”  adlı  hekayəsi  ilə  başlamışdır.  Onun  “Mənim 

dünyamın  adamları”  adlı  kitabı  isə  1982-ci  ildə  işıq  üzü 

görmüşdür.  

1985-ci  ildə  povest  və  hekayələrdən  ibarət    “İtirilmiş 

səs”,  1989-cu  ildə  isə  Azərbaycannın  xalq  artisti  Şövkət 

Ələkbərovaya  həsr  olunmuş  “Şövkət  Ələkbərova”,  “Nəğməli 

xatirələr” adlı bədii-publisist kitabları işıq üzü görüb.  

Mustafa  Çəmənlinin  70  illik  yubileyi  ilə  bağlı 

hazırladığımız vəsaiti oxucuların  ixtiyarına veririk. Ümüdvarıq 

ki,  bu  metodiki  vəsait  kitabxanaçıların  istifadə  edə  biləcəkləri 

vəsaitlərdən  biri  olacaq.  Vəsaitdə  yazıçı  Mustafa  Çəmənlinin 

həyat  və  yaradıcılığı  və  əsərlərindən  nümunələr  verilmişdir. 

Vəsait iki hissədən ibarətdir.  

I hissə: Həyat və yaradıcılığı: 

II hissə: Yubiley tədbirlərinin keçirilməsi: 

 

 

 



 

 

 



 

 

 




 

 



 

 

Bölmə I: 



 

 

  Həyat və yaradıcılığı: 

 

...Əslində, biz bu dünyaya şəkil çəkdirməyə gəlirik. İntəhası biz  

gərək  fotoobyektivin  yaddaşında  qalan  əksimizlə  dünyanın 

yaddaşında  qalan  şəklimizi  qarışıq  salmayaq.  Fotoqrafa  biz 

ömrümüz  boyu  şəkil  çəkdirə  bilərik,  amma  zaman  hər  kəsin 

şəkilini bircə dəfə çəkir. Biz gərək ömrümüzü elə yaşayaq ki, 

dünyanın fotoyaddaşına şəklimiz eybəcər düşməsin! 

 

 

 

 

 

 

 

 

 

 

                    Mustafa Çəmənli 

 

Azərbaycan nəsrində, publisistikasında, mədəniyyətində 

özünəməxsus  xidməti  və  yeri  olan  Mustafa  Çəmənli  ömrünün 

70-ci  pilləsinə  qalxmaqdadır.  Öz  sözü  ilə  desək:  “Köksümdə 

Xanın səsi ilə dolu muğam adlı böyük bir dünya var və mən o 

dünyanın sonu görünməyən ağappaq cığırı ilə üz tutub gedirəm. 

Bu  cığırla  hələ  nə  qədər  yol  gedəcəyimi  bilmirəm.  Bircə  onu 

bilirəm ki, o, məni şəfqətə, məhəbbətə, ucalığa aparır...” 

Ciddi,  nasir,  bacarıqlı  naşir  və  səriştəli  bir  insan  kimi 

tanıdığımız Mustafa Çəmənli çiynini həmişə ağır, bəlkə də heç 

kimin girişmədiyi işin altına verən, yazıb başa çatdırmaq üçün 

onlarla  kitaba,  tarixi  məxəzə,  yüzlərlə  sənədə  müraciət  edən 

zəhmətkeş  yazıçılardan  biridir.  Bu  keyfiyyət  onu  bütün 

yaradıcılığı  boyu  izləyir:  qədim  tarixi  mövzuya  müraciət 

edəndə,  yaxın  keçmişimizi  qələmə  alanda,  lap  elə  müasir 

mövzulara üz tutanda da. Bu baxımdan Mustafa Cəmənlinin ən 

yaddaqalan  və  əhəmiyyətini  uzun  müddət  saxlayacaq  üç 

kitabının  adlarını  çəkmək  istərdik:  “Xallı  gürzə”,  “Səs  qərib 

olmur”, “Fred Asif”. Bu kitablar və onlarda toplanan əsərlərin 

heç  biri  yalnız  həyat  təcrübəsinin,  istedaddan  doğan  yazıçı 

təxəllüyünün,  fantaziyasının  məhsulu  deyil,  bu  üç  kitabın  hər 

biri, hər şeydən əvvəl, ağır yazıçı əməyi hesabına başa gəlib.   




 

Öz  sanbalına,  əhatə  etdiyi  dövrün  mürəkkəbliyinə, 



genişliyinə, surətlərin və hadisələrin sayına, müxtəlifliyinə görə 

“Xallı  gürzə”  romanı  yaşadığımız  keşməkeşli  son  iyirmi  ilin 

yaddaqalan,  seçilən  əsərlərindən  biridir.  Bu  əsəri  yazarkən 

Mustafa  Çəmənli  neçə  illər  Qarabağ  xanlığının  tarixini 

araşdırmiş,  öyrənmiş,  bütün  “Qarabağnamələr”i  ələkdən 

keçirmişdir. Tarixi məxəzləri bir tədqiqatçı kimi öyrənməsi və 

təsvir  etdiyi  dövrü  yaxşı  bilməsi  ona  mövzu  daxilində  və 

ətrafında  sərbəst  gəzişməyə  imkan  vermişdir.  Keçmişimizə 

inamlı  ekskurs,  Şuşa  qalasının  yaranma  tarixi,  Qarabağ 

xanlığının təməl  daşının qoyulması  romanda tarixi  həqiqətlərə 

sədaqət  hissilə  göstərilmişdir.  İdeologi  basqılar  nəticəsində 

Sovet  ədəbiyyatında  təhriflərə  məruz  qalmış  bir  çox  tarixi 

şəxsiyyətlər, o cümlədən, Pənah xan və İbrahim xan kimi tarixi 

simalar romanda öz rəngində, öz mühitində olduğu kimi təsvir 

edildiklərindən hər iki obraz həqiqi rəğbət oyadır. Güclü yazıcı 

fəhni,  istedadlı  nasir  səriştəsi  ilə  bügünkü  bəlalarımızın  tarixi 

köklərini, səbəblərini, “erməni xəstəliyi”nin dəyişməz xislətini 

yazıçı bacarıqla göstərə bilmişdir.   

Mustafa  Çəmənli  50  illik  yaradıcılıq  dövründə  ardıcıl 

olaraq  musiqiçilərimizin,  müğənnilərimizin,  instrumental 

ifaçılarımızın yaradıcılığını bir təqdidatçı, musiqiçi səriştəsi ilə 

izləmiş,  onların  sənətinin  təbliğatçısı,  araşdırıcısı  olmuşdur. 

Azərbaycan 

radiosunun 

qızıl 

fondunda 



onun 

ifaçı 


musiqiçilərimizin  yaradıcılıq  portretlərini  ifadə  edən  əlliyə 

qədər konsert-oçerki saxlanılır və vaxtaşırı səsləndirilir. Gözəl 

musiqi  duyumu,  hafizəsi,  muğam  və  xalq  mahnılarımıza 

dərindən  bələd  olması  ona  hər  hansı  bir  müğənninin,  ifaçının 

sənətini obyektiv və düzgün qiymətləndirməyə, əsl sənəti saxta 

sənətdən  ayırmağa  imkan  verir.  Bir  çox  unudulmuş 

sənətkarlarımızın  yaradıcılıq  taleyinə  işıq  salmaq,  onları  üzə 

çıxarıb  çağdaş  nəslə  çatdırmaq  işində  Mustafa  Çəmənlinin 

xidmətləri  həqiqətən  böyükdür.  Onun  “Səs  qərib  olmur” 

kitabına  daxil  edilmiş  hekayə-oçerkləri  neçə-neçə  sənətkarın 




 

yaradıcılığını,  konsert  fəaliyyətini  işıqlandırır.  İncə  lirizmlə, 



böyük  səmimiyyətlə  və  obyektə  məhəbbətlə  yazılmış  bu 

əsərlərin hər biri diqqətəlayiqdir. Məşədi Məmməd Fərzəliyev, 

Xanlar Haqverdiyev və Cahan Talışinskaya ilə bağlı yazılar isə 

əsl tədqiqat əsərləridir. Yazıçının bir qramafon valı, lent yazısı, 

təsadüfi 

söhbət  əsasinda  apardığı  axtarışlar  dinləyici 

yaddaşından  silinib  getmiş  neçə  sənətkarın  səsini  yenidən 

musiqisevərlərə  qaytarmiş,  onların  xatirələrini,  nəcib  işini 

əbədiləşdirmişdir. Bu xeyirxah işini Mustafa Çəmənli bu gün də 

davam etdirir. 

Sənədlərə,  olmuş  hadisələrə  və  həqiqətlərə  əsaslanaraq 

yazılan  əsərlər  Mustafa  Çəmənli  yaradıcılığında  mühüm, 

həlledici keyfiyyət kəsb edir ki, yazıçı bunu “Fred Asif” sənədli 

povesti  ilə  bir  daha  təsdiqlədi.  Müəllifin  böyük  məhəbbətlə 

yazdığı 

“Fred 


Asif” 

bütün 


ağdamlılarin, 

Qarabağ 


müharibəsindən  sonra  isə  bütün  Azərbaycanın  Fred  Asif  kimi 

tanıdığı milli qəhrəman Asif Məhərrəmova ucaltdığı ilk və ədəbi 

abidədir. Qəhrəman oğlumuz, fəxrimiz Asif haqqında gələcəkdə 

də  əsərlər  yazılacaq,  amma  Mustafa  Çəmənlinin    “Fred 

Asif”inin  bütün  sonra  yazılanlara  qaynaq  olacağına  şübhəmiz 

yoxdur. Kitabın bədii-sənədli əsər  kimi yazıldığını nəzərə alsaq, 

müəllifin  həyat  həqiqətindən  yayınmamaq,  obrazın  tam 

dolğunluğunu təmin etmək üçün nə qədər zəhmət çəkdiyini, nə 

qədər  şahid  xatirəsini  dinlədiyini,  sənədlər  öyrəndiyini,  Asiflə 

bağlı  videoyazıları  ələkdən  keçirdiyini  təsəvvür  etmək  çətin 

deyil. Axı adları, sözləri, xatirələri bu kitabda gedənlərin, habelə 

Asifi  yaxından  tanıyan  adamların  çoxu  xoşbəxtlikdən  sağdır. 

Kiçik bir təhrif, ehtiyatsız deyilmiş söz ömrünün beş ilini Asiflə 

bir  yerdə  Agdam  səngərlərində  keçirmiş  sabiq  döyüşçülərin 

qəlbini yaralaya bilərdi.  

Mustafa  Çəmənli  yaradıcılığına  çox  ciddi  yanaşan, 

sözün qədrini və qiymətini bilən və ən əsası öz mövzusu olan 

yazıçıdır. Uzun illər nəşriyyatda redaktorluq etməsi onda sözə 

olan  məsuliyyət  hissini  təbii  ki,  daha  da  artırmişdır.  O, 



 

meyvəsini  dərdiyi,  bəhərini  yediyi  ağacın  budağını  qırmaq 



günahdır  prinsipi  ilə  yaşayır-söz  sənətinə,  onun  bir  qolu  olan 

kitab nəşrinə də həmin prinsipdən yanaşır. 

Onun  Azərbaycan  Televiziyası  və  Radiosunun  “Qızıl 

fond”unda 90-a yaxın musiqili-ədəbi verilişi saxlanılır. “Mənim 

dünyamın adamları”, “İtirilmiş  səs”, “Səs qərib olmur”, “Fred 

Asif”, “Nəğməli xatirələr”, “Muğam dünyasının Xanı”, “Burdan 

bir atlı keçdi”, “Səsin ruhu”, “Mən olmayanda dostum ol”, “Oxu 

gözəl...”,  “Xallı  gürzə”,  “Sənətkar  ömrünün  izləri”  adlı 

kitabların müəllifidir.  

Mustafa Çəmənlinin yaradıcılığı üç xətt üzrə inkişaf edir. 

Öncə,  o  yazıçıdır.  Təkcə  elə  “Yaddaş”,  “Halallıq”  kimi 

povestləri  bəs  edər  ki,  Mustafa  Çəmənli  ədəbi  nəsrimizdə  öz 

şöhrətini tapsın.  

Mustafa  Çəmənli  səriştəli  jurnalistdir.  Uzun  illər 

müxtəlif  nəşriyyatlarda  çalışması  onu  püxtələşmiş  nasir  kimi 

yetişdirmişdir. Kitaba, kitabçılığa dərindən bələdliyi sayəsində 

qələmə  aldığı  “Səs  qərib  olmur”,  “Qədir  Rüstəmova  açıq 

məktub”,  “Oxuyan  barmaqlar”,  “Şəlalə  kimi  çağlayan  səs”, 

“Simuzər”, “Nəğməkar” adlı publisistik əsərləri kamil qələmin 

bəhrəsidir.  Yazıçı  dili  ilə  jurnalist  tədqiqatları    birləşərək 

Mustafa  Çəmənlinin  yaradıcılığına  başqa  bir  möhür  də  vurur. 

Muğam  ustadı  Xan  Şuşinskiyə,  xalq  artisti  Şövkət 

Ələkbərovaya,  unudulmaz  ifaçımız  Əbülfət  Əliyevə,  xanəndə 

Səxavət  Məmmədova,  opera  ustası  Xanlar  Haqverdiyevə  həsr 

etdiyi kitabların hər biri sənətşünaslıq namizədi, doktoru olmaq 

üçün  kifayət  edəcək  sanballı  monoqrafiyalardır.  Mustafa 

Çəmənli  bunları  yazarkən  heç  vaxt  ad  və  titul  barəsində 

düşünməyib.  Sadəcə  olaraq,  içinin  odunu  söz-söz  kitablara 

naxışlayıb.  

Ali məktəbi bitirəndən sonra Mustafa Çəmənli “Yazıçı” 

nəşriyyatında  redaktor,  klassik  ədəbiyyat  və  folklor,  nəsr 

şöbələrinin  müdiri  olmuşdur.  O,  on  dörd  il  “Gənclik” 

nəşriyyatının baş redaktoru vəzifəsində çalışmışdır. Hazırda isə 



 

“Təhsil” nəşriyyatında şöbə müdiri vəzifəsində işləyir. “Naşirlik 



sənin vəzifən, yazıçılıq, şairlik isə Allahın bağışladığı vergidir”-

söyləyən qələm dostumuz həm  də  çox bacarıqlı  və uzaqgörən 

naşir olub.  

Mustafa Çəmənli həm də folkloru sevən, onun müəyyən 

nümunələrini toplamağa həvəs göstərən bir cəfakeşdir. O, ayrı-

ayrı bölgələrin baməzə adamları haqqında məlumatları, eləcə də 

lətifələri  toplayaraq  nəşriyyatlarda  işıq  üzü  görməsinə  çalışıb.  

Yazıçı  kimi  Mustafa  Çəmənlinin  dili  çox  şirəli,  səlis  və 

ürəyəyatımlıdır.  Əsərlərinin  ideyası,  məzmunu  öz  yerində,  dil 

şirinliyi ilə cəlbedicidir. Hər bir əsərində personajın öz təhkiyəsi, 

ləhcəsi, danışıq tərzi var. İstər romanları, istərsə də publisistikası 

oxunaqlıdır, yaddaqalandır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

 

        

Bölmə II

 

Yubiley tədbirlərinin keçirilməsi: 

 

Yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi bu 



il  respublika  səviyyəsində  qeyd  olunur.  Görkəmli  yazıçının 

yubileyi münasibətilə respublikamızın bir çox təhsil ocaqlarında 

məktəblərdə, ali təhsil ocaqlarında, kitabxanalarda və s. yerlərdə 

yubileylə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının 

geniş və maraqlı olması üçün F. Köçərli adına Respublika Uşaq 

Kitabxanasında sərgi hazırlanır. Sərgi müxtəlif başlıqlar altında 

keçirilir.    Məsələn:  “Mustafa  Çəmənli-70”,  “Ucalığa  doğru”, 

“Görkəmli söz ustası”, “Ecazkar səs” və s.    

“Mustafa Çəmənli-70” adlı sərginin nümunəsini veririk: 

Başlıq:  

1.

 



“Mustafa-Çəmənli-70” 

2.

 



Kitablarının nümayişi. 

3.

 



Görkəmli  insanların  yazıçı  Mustafa  Çəmənli  haqqında 

söylədikləri. 

4.

 

Dövrü mətbuatda nəşr olunan məqalələrin kartotekası. 



5.

 

Sitat: 

Hər  axşam  həsrət  və  intizarla  yola  saldığım  günəşi 

səhərlər  Xəzərin  aynasına  boylanan  görəndə  uzaq 

səfərdən  sonra  sahilə  yan  alan  nəhəng  bir  gəmini 

xatırlayıram.  İnsanlar  da  belədi,  onlar  da  doğan  və 

batan günəşə bənzəyirlər. Lakin hər doğulan işıq saça 

bilmədiyi  kimi,  hər  dünyasını  dəyişən  də  yenidən 

doğulmur.  

 

 



 

 

Mustafa Çəmənli 



 

 

 


10 

 

       



Görkəmli şəxsiyyətlərin söylədikləri

 

1.

 



Mustafa  Çəmənli  yaradıcılığına  çox  ciddi  yanaşan, 

sözün qədrini və qiymətini bilən və ən əsası öz mövzusu 

olan yazıçıdır.  

    Əli Əmirli, 

    Yazıçı, dramaturq 

2.

 



Mustafa Çəmənlinin yaradıcılığı üç xətt üzrə inkişaf edir. 

Öncə, o yazıçıdır. Təkcə elə “Yaddaş”, “Halallıq” kimi 

povestləri  bəs  edər  ki,  Mustafa  Çəmənli  ədəbi 

nəsrimizdə öz şöhrətini tapsın.  



   Flora Xəlilzadə, 

   Jurnalist 

3.

 

Mustafa  Çəmənlinin  “Xallı  Gürzə”  romanı  da  tarixi 



dövrün psixologiyasını təşrih edən bir əsərdir. Doğrudur, 

bu  əsərdə  tarixi  şəxsiyyətlərin  fəaliyyəti  xronikal 

qaydada  izlənilir,  ancaq  bu  romandakı  əsas  qayəni  heç 

də  kölgədə  qoymur.  Pənah  xan  gözlərimiz  qarşısında 

həm də bir insan və şəxsiyyət kimi canlanır. 

Vaqif Yusifli, 

                                                      Filologiya elmləri namizədi 

4.

 



Mustafa  müəllimə  xeyirxah  və  dəyərli  yaradıcılıq 

yolunda  uğurlar,  yeni  gözəl    əsərlər  arzulayıram.  Vaxt 

gələcək bu əsərlərin dəyəri və qiyməti lazimi səviyyədə 

bilinəcək.  Sadəcə  olaraq,  zaman  öz  qəhrəmanını  sevib 

qiymətləndirə  bilmir.  Bunun  üçün  müəyyən  vaxt 

keçməlidir.  Qəhrəman  özü  bunu  görməsə  də,  gələcək 

nəsillər görəcək.  

                                                         Xuraman İsmayılova, 

        Əməkdar mədəniyyət işçisi 



11 

 

5.



 

Mən belə qənaətdəyəm ki, Mustafa Çəmənlinin deməyə 

sözü, yazmağa mövzusu, yaradıcı arzu və diləkləri hələ 

çoxdur. Onun sənətə sevgisi bədii söz qədər müdrik və 

səs qədər mənalıdır.  

Nazif Qəhrəmanlı, 

 

 

 

 

           Filologiya elmləri doktoru 

 

                         

Kitablarının nümayişi: 

 

 



 

    


 

 

 




12 

 

 



 

 

Yazıçı, publisist Mustafa Çəmənlinin yubileyi ilə bağlı 



keçirilən  tədbirlərdən  biri  də  “Nağıl  saatı”dır.    Kitabxanaçı 

məktəb yaşlı uşaqları nağıl otağına toplayır. İlk  əvvəl uşaqlara 

Mustafa  Çəmənlinin  həyat  və  yaradıcılığı  haqqında  uşaqlara 

dolğun  məlumat  verdikdən  sonra    kitabxanaçı  “Qurban 

bayramı” adlı nağılı uşaqlar üçün  oxuyur.  Nağıl belə başlayır:  

Mən  babamın  nəvəsi  idim.  Atam  Qarabağ  savaşında  şəhid 

olmuşdu. Babam bu qanlı savaşda oğlunu itirib məni tapmışdı. 

Atam şəhid olanda iki yaşındaymışam. Mən atamın yoxluğunu 

beş yaşında olanda başa düşdüm. Babam hərdən mənim əlimdən 

tutub  kəndimizin  məscidinə  aparardı.  O,  orada  tay-tuşları  ilə 

söhbətləşəndən  sonra  məscidin  minarəsinə  çıxardıq.  Babam 

əlimdən 


bərk-bərk 

yapışırdı 

ki, 

minarənin 



dolama 

pilləkənlərində  yıxılmayım.  Minarənin  başına  çatanda  babam 

xeyli tövşüyərdi. Mənim də alnıma tər gələrdi. Babam dəsmalını 

çıxarıb alnımdakı təri silərdi: 

-Bura  Allahın  evidi,-deyərdi,  müqəddəsdi,  böyüyəndə  tez-tez 

gəlib ibadət edərsən. 

-Niyə baba? 

-Çünki, Allah ona sədaqətli olan insanları çox sevir,-deyə babam 

köks ötürərdi. Sonra babam səssizcə dayanıb gözləri yaşarıncaya 

qədər düşmənin  işğal etdiyi şəhərlərə, kəndlərə tərəf baxırdı. Bir 

dəfə babam əlini dağlara sarı uzadıb: 

Bax, atan rəhmətlik düşmənlə orada vuruşub şəhid olub,-dedi.-

Atan Vətən yolunda qurban getdi. 

-Baba, atam yadıma gəlmir.  

-Sən onda lap balacaydın, Allah qoysa sən də böyüyəndə igid bir 

oğlan olacaqsan.  

Mən dağları göstərib: 

-Baba, o dağların adı nədi?-soruşmuşdum. 




13 

 

-Bax,  o  uzaqdan  görünən  Murovdağdı,  bu  yaxındakı  isə 



Şahbulaq. 

-Şahbulaq nə deməkdir? 

-Vaxtilə  Şah  Abbasın  orada  karvansarası  olub.  Qarabağ  xanı 

Pənah xan da burada qala tikibmiş. O dağın altından həm də su 

çıxır, ona görə də Şahbulaq deyirlər.  

-Baba, məni ora apararsan?-deyə soruşdum. 

-İndi yox, Eldəniz, sonra apararam, sonra... 

-Bəs haçan? 

-Torpaqlarımız düşməndən azad olanda. 

Babam bu sözləri deyəndə kövrəlmişdi. Mən onda babamın nə 

üçün kövrəldiyinin səbəbini başa düşməmişdim. 

Bir  gün  babam  bazardan  qapqara  bir  qoç  alıb  gətirmişdi. 

Yamanca qəşəng idi. Təpəl, ayaqları ağ bir qoçdu. Babam dedi 

ki,  bu  qoçu  sənin  üçün  almışam,  Qurban  bayramında  kəsərik. 

Mən mərcan gözlü, qıvrım tüklü, təpəl qoçu göstərib: 

-Baba. Qurban bayramı nədi? –soruşdum. 

Babam başımı sığallayıb alnımdan opmüşdü: 

-Qurban bayramında deyərəm. 

-Bu qoçun adı nədi? 

-Adı yoxdur. İstəyirsən bunun adını Qaşqa qoyaq. 

-Qaşqa nədi, baba? 

Babam dedi: 

-Bax,  Eldəniz,  alnında  ağ  xalı  olan  qoyun-quzuya,  ata  qaşqa, 

ayaqlarında ağ zolaq olanlara isə səkil deyirlər. Başa düşdün? 

-Bəli, -dedim və Qaşqanı bağçamıza apardım.  

Mən  hər  gün  Qaşqanı  yemləyirdim,  su  içirirdim.  Məktəbə 

gedəcəyim  günü,  həm  də  Qurban  bayramını  səbirsizliklə 

gözləyirdim.  

Bir gün babam evə sevinclə qayitdı. O, mənə məktəbli forması, 

kitab-dəftər almışdı.  

Səhəri  gün  tezdən  babam,  nənəm,  anam  məni  geyindirib 

məktəbə apardılar. Babam, Qaşqa arxamızca gəlməsin deyə, iplə 




14 

 

onu  ağaca  bağlamışdı.  Qaşqa  qoxumu  alıb  arxamca  dartınıb, 



yazıq-yazıq mələyirdi.  

Bir  gün  babam  Qaşqanın  boğazına  qırmızı  lent    bağlayanda 

səbəbini soruşdum. Babam: 

-Sabah Qurban bayramıdı, onu kəsəcəyik, sən də yeddi qonşuya 

pay aparacaqsan.  

-Baba, istəmirəm mənim Qaşqamı kəsəsən,-dedim. 

Babam çombəlib gözümün içinə baxdı: 

-Elə demə, Allaha xoş getməz. 

-Niyə kəsirsən, Qaşqa yazıq deyil? 

-Eldəniz, Allah belə buyurub, niyyət eləmişdim. Niyyətim qəbul 

olunub,-dedi. Mən  Allahı aldada bilmərəm...Bilirsən keçmişdə 

İbrahim Peyğəmbərə Allahdan səda gəlib ki, səhər yeganə oğlu 

İsmayılı  aparıb  Allah  yolunda  qurban  kəssin.  Səhər  açılır, 

İbrahim Peyğəmbər oğlu İsmayılı götürüb Allah yolunda qurban 

kəsməyə aparır. İsmayıl da Allahdan gələn bu əmrə tabe olub, 

atasına etiraz eləmir. İbrahim Peyğəmbər bıçağı çıxarıb oğlunun 

boğazına  çəkmək  istəyəndə  Allahdan  səda  gəlir  ki,  əl  saxla. 

Sənin Tanrıya olan sədaqətini sınamaq istəyirdim. Mən sənə bir 

qoç göndərdim, onu kəsib yoxsullara paylayarsan.  

İbrahim  Peyğəmbər    Allaha  dua  edib  ayağa  qalxır,  görür  ki, 

arxada  bir  qoç  dayanıb.  O,  qoçu  kəsib  kasıblara,  qonşulara 

paylayır. Bax o zamandan müsəlmanlar hər il Qurban bayramı 

keçirir.  Qoç  kəsib  qohuma-qonşuya  paylayırlar.  Buna  İsmayıl 

qurbanı  da  deyirlər.  Mən  bir  də  sənə  orta  məktəbi  bitirib  alı 

məktəbə qəbul olanda qurban kəsəcəm.  

Babam sözlərini bitirib Qaşqanı başıma hərlədi, ovcundakı duzu 

ona  yaladıb  kəsmək  üçün  yerə  yıxanda  evimizin  arxasına 

qaçdım.  

Bir azdan məni çağırdılar, babam barmağını qana batırıb alnıma 

xal qoydu. O, sonra içində yeddi pay olan məcməyini mənə verdi 

ki,  yeddi  qapıya  gedib  qonşulara  paylayım.  Mən  məcməyini 

götürüb getdim. Hər kəs məndən payı alanda alqış edib deyirdi: 

-Eldəniz, qurbanın qoyun olsun, Allah səni qorusun! 



15 

 

O gün mən qonşularımızın məhəbbətini qazanmışdım.  Babam 



mənə  Allaha  sədaqətli,  insanlara  qarşı  mərhəmətli  olmağın 

yolunu göstərmişdi.  

Nağıl  bitəndən  sonra  kitabxanaçı  uşaqlara  nağıl 

haqqında bir çox suallar ünvanlayır.                               

Mustafa Çəmənlinin 70 illik yubileyi münasibətilə kitab 

müzakirəsinin keçirilməsi  məqsədəuyğundur.  

Tədbirdə    yazıçı-publisist  Mustafa  Çəmənlinin  “Mübariz”  adlı 

povestinin  müzakirəsi  keçirilir.  Kitabxanaçı  girişi  Mustafa 

Çəmənlinin sözləri ilə başalyır:  

“Biz ədəbiyyata gələndə lirik mövzuda düşünürdük. Sonradan 

başımıza  bu  hadisələr  gəldi.  Qarabağda  baş  verənlər  sanki 

bizim yaradıcılığımızın sükanını dəyişdi. Mən inanmıram ki, 

söz  deməyi,  qələm  tutmağı  bacaran  kəs  faciələrimizdən 

yazmasın. Əksinə, yazılıb, yazılmaqda da davam edir”. 

Bu  kitab  xalqımızın  igid  oğlu,  Azərbaycan 

Respublikasının  Milli  Qəhrəmanı  Mübariz  İbrahimovun  əziz 

xatirəsinə müəllifin və “Təhsil” nəşriyyatının töhfəsidir.  Yazıçı 

Mustafa  Çəmənli  Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz 

Ağakərim oğlu İbrahimovun iyirmi iki illik ömür yolundan bəhs 

edən bu povestində onun daxili aləmini, həyəcanlarını, mənəvi 

dünyasında baş verən oyanışı, onu daim narahat edən, intiqama 

səsləyən səbəbləri bədii detallarla açıb göstərməyə çalışmışdır.  

Gənc ömrü, saglam və qüvvətli vücudu, boy-buxunu, qeyri-adi 

yaraşığı ilə bu dünyada xoşbəxt, fəqət, adi bir ömür sürə bilərdi. 

Mübariz, amma o bunu istəmədi, fanı dünyanın yalan ləzzətinə 

uymadı.  O,  süurlu  şəkildə,  düşünərəkdən  qəhrəmanlıq  yolunu 

seçdi, şəhidlik “şərbətini içdi”, adını Vətən duyğusu olan hər bir 

azərbaycanlının  ürəyinə  iti  bıçaqla,  ağrıyla  yazdı,  əbədi  həkk 

elədi.  Bir çoxlarının partizan hərəkatı  yaratmaq söhbətlərini  o, 

təbliğatsız,  müzakirəsiz,  mətbuatsız  və  telereklamsız  həyata 

keçirə bildi, heç kəsdən məsləhət almadan, icazə istəmədən.  

Mustafa  Çəmənli  bu  misilsiz  şücaətin  yaratdığı  təsirin 

səngiməsini  gözləmədən,  isti-isti  qələmə  aldığı  bu  çox  faydalı 




16 

 

kitabda  Mübarizin  iyirmi  iki  illik  cavan  həyatını,  keçirdiyi 



şərəfli şəhidlik yolunu addım-addım izləmiş, onun bir qəhrəman 

kimi  yetişməsi,  bir  mərd,  cəsarətli  gənc,  qorxmaz  kişi  kimi 

formalaşması  məqamlarını  məharətlə,  eyni  zamanda  səmimi 

ürək yanğısı ilə göstərə bilmişdir. Mübarizin ata-baba ocağından 

başlanan qəhrəmanlıq dastanı elə ata-baba ocağında da bitir. O 

ocaqda ki, orda daima var olan müqəddəs ruhlar dolaşır. Vətənin 

azadlığı  uğrunda  şəhid  olmağı  hər  bir  şeydən  üstün  tutan 

qəhrəman  oğulun  belə  bir  halal  ailədə,  mübarək  bir  ocaqda 

yetişməsinin qanunauyğunluğunu oxucuya çatdıran yazıçı, “hər 

kəs öz mühitinin yetirməsidir” fikrini qəsdən qabardır.  

Şübhəsizdir ki, Mübarizin mənfur düşmənə dağ çəkən misilsiz 

qəhrəmanlığı saysiz-hesabsız məqalələrə, sənədli, bədii əsərlərə, 

kinofilmlərə,  səhnə  əsərlərinə  material  verəcək  bu  gələcəyin 

işidir, amma çox yaxşıdır ki, Mübariz haqqında yazılan ilk kitab 

məhz  peşəkar  nasir  və  ustad  publisist  qələmindən  çıxdı,  çünki 

Vətən, vətənpərvərlik haqqında yazılan hər bir ədəbi əsər ancaq 

yüksək bədii dəyəri olanda fayda verə bilər.  

Tanınmış  publisist,  naşir  Mustafa  Çəmənlinin  anadan 

olmasının 70 illik yubileyi ilə bağlı F. Köçərli adına Respublika 

Uşaq  Kitabxanasında  “Qan  yaddaşımızı  oyadan  roman”    adlı 

icmal  da  keçirmək  olar.  İcmala    şair  və  yazıçılarla  yanaşı, 

ədəbiyatşünasları,  tənqidçiləri  və  oxucuları  dəvət  etmək  olar. 

İcmalı  kitabxanaçı giriş sözü ilə belə başlayır: 

Pənah  xan  Azərbaycan  tarixində  parlaq  iz  qoymuş 

şəxsiyyətdir. O, XVIII əsrin əvvəllərində Nadir şahın sarayından 

qaçaraq  bir  müddət  Qəbələ,  Şəki,  Qarabağ  dağlarında 

daldalanmış, az sonra Qarabağ xanlığı yaratmış, öz hakimiyyəti 

dövründə Bayat, Şahbulaq, Pənahabad (Şuşa) şəhər-qalalarının 

əsasını qoymuşdur.  

Tarixi qaynaqları bədii təxəllüyünə söykək seçən müəllif 

görkəmli  sərkərdə,  müdrik  dövlət  xadimi,  Pənah  xanın 

zəmanəyə  diz  çökməyən  obrazını  yaratmışdır.  Xalqın  dövranı 

qara gələndə zaman onun böyük oğullarını xallı gürzə timsalında 



17 

 

udub məhv edir. Roman bu qayə ilə zaman və şəxsiyyətin faciəsi 



fonunda oxucunun qan yaddaşını oyadır, onu daxili düşüncəyə 

və yaşanmaya sövq edir.  

Həmişə yeni bir roman oxumamışdan öncə fikirləşirik ki, 

görəsən,  zamanın  hansı  həqiqətləri  ilə  üzləşəcəyik. 

Oxuduğumuz bu əsər bizə nə verəcək, dünyanın indiki dramatik 

və faciəvi mənzərəsi ilə həmin roman arasında nə kimi səsləşmə 

tapacağıq? 

Mustafa  Çəmənli  bu  əsəriylə  xalqımızın  son  illərdə 

keçirdiyi  ağır  faciələri  qələmə  alıb.    Əsər  əsasən  Qarabağ 

xanlığının əsasını qoyan Pənah xanın həyatına həsr olunub.  

Son  iki-üç  əsrdə  Azərbaycan  tarixində  baş  verən  ən  kəskin 

hadisələr sanki bir-birini təkrar edir. İki əsr, iki əsr yarım bundan 

əvvəl də Azərbaycan xanlıqları, daha doğrusu, xanları birləşmək 

arzusunda  olub,  son  anda  birləşə  bilmirdilər  və  birləşmək 

əvəzinə  bir-birinə  qənim  kəsilirdilər.  O  zaman  Azərbaycan 

xanlıqlarının hər biri özünə görə agıllı, tədbirli, döyüşkən idilər. 

İki əsr, iki əsr yarım  sonra da özünə görə ağıllı, siyasətçi, tədbirli 

rəhbərlərimiz birliyə çağıra-çağıra birləşə bilmirdilər. Və hər iki 

halda  arxalarınca  apara  bilmədikləri  xalqı  uçuruma,  faciəyə 

sürükləmişlər.   

Görün  hadisələr  bir-birinə  necə  oxşayırdı  ki,  bədnam 

qonşularımız hətta Pənah xan dövründə də məkrli niyyətlərindən 

əl  çəkmirdilər.  Cəmi  beş  kiçik  məliklikdən  ibarət  olan  bir 

ərazidə ermənilər o vaxt da torpaqlarını genişləndirmək, dövlət 

yaratmaq iddiasına düşmüşdülər. Lakin o zaman sayca çox az 

idilər.  İran  erməniləri  hələ  bu  torpağa  axışmamışdı.  Həmin  o 

erməni məliklərindən biri Məlik Ulubad Qara Keşiş babasından 

qisasçılıq dərsi alıb bütün məlikləri Pənah xanın üzərinə qaldırır. 

Bəs sonu? 

“Pənah xan məliyin nizəyə taxılmış kəsik başını görəndə 

təzədən  qəzəbləndi.  Məliyin  qana  bulaşmış  saqqalı  sifətinə, 

papağını itirmiş daz başına, qapanmamış, harasa baxan (əslində, 




18 

 

Pənah xana baxırdı) gözlərinə baxdı və üzünü hələ də qılınclarını 



qına qoymamış qoşununa tutdu: 

-Bunların,-əliylə  məlul-müşkül  dayanmış  məğlubları  göstərdi, 

kəsilmiş başlarından burada, bax bunların gözlərinin qabağında 

bir  minarə  qurun,-susdu.  Sonra:-Lap  axırda  Məlik  Ulubabın 

başını qoyun. Qoy mənim üzümə ağ olan, torpağımda ağa olmaq 

fikrinə düşənlərə ibrət dərsi olsun”.  

Heyif  ki,  Pənah  babamızın  bu  ibrət  dərsi  soydaşlarını,  ondan 

sonrakı nəsilləri də ayıltmadı.  

“Xallı  gürzə”  romanında  tarixi  faktlar  və  sənədlər 

əsasında    erməni  gürzələrinin  ara-sıra  başlarını  qaldırıb 

torpağımıza  doğru  sürünmələri  və  həmişə  də  başlarının  əzilib 

ovxalandığı təsirlidir, ibrətli hadisələrdir. Azərbaycan xanlarının 

bir-birilə  düşmənçilik  münasibətləri  erməni  məliklərini 

coşdurur,    Qarabağda  möhkəmlənmək,  gözəl  torpaqları  ələ 

keçirmək  arzularını  şiddətləndirir.  İndi  məlum  olur  ki,  (bunu 

“Qarabağnamə”lər  də  təsdiq  edir),  Qarabağ  xanlığına  qarşı 

bütün baş qaldıran münaqişələrin alovlandırıcısı onlar imiş. Şəki 

xanı  Hacı  Çələbini  də  Pənah  xana  qarşı  qaldıran    erməni 

məlikləri  olur.  Məhəmməd  Həsən  xan  Qacarın,  Fətəli  xan 

Əfşarın  da  Qarabağa  hücumlarında  bələdçilik  edənlər  erməni 

məlikləri idi.  Bəli, iki əsr bundan əvvəl də birləşə bilmədik.  

“Qarabağnamə”lərdən  məlumdur  ki,  Pənah  xan  əslən 

Sarıcalı tayfasındandır. Onun ata-babası da çox dövlət və nüfuz 

sahibi  olmuşlar.  Nadir  şah  öz  hakimiyyətini  qüvvətləndirmək 

üçün Qarabağdan da seçmə igidlər toplamış, İbrahimxəlil ağanın 

(Pənah xanın atası) böyük oğlu Fəzləli bəyi özünə naib etmişdi. 

Ancaq  “Allahın  qəzavü-qədərindən  və  rüzgarın  gərdişindən” 

Fəzləli  bəy  öldürülür.  Nadir  şah  onun  kiçik  qardaşı  Pənahı 

hüzuruna  çağırır,  sarayda  eşikağası  vəzifəsinə  təyin  edir.  Və 

Pənah  xan  tapşırılan  bütün  işləri  tam    sədaqətlə  yerinə  yetirir. 

Lakin  başa  düşür  ki,  qardaşının  ölümündə  Nadir  şah 

günahkardır, nə qədər gec deyil, qaçmaq lazımdır.  “O, Qarabağa 

gəlib öz uca nəslinə mənsub bir neçə nəfəri özünə yoldaş etdi. 



19 

 

Dövlətinin  aləmi  işıqlandıran  günəşin  doğmasina  müntəzir  və 



rəyasət  gözəlinin  vüsalına  çatmağı,  aramsız  gözləyərək  gəzib 

dolanırdı.  Nadir  şah  Azərbaycan  və  Şirvan  xanlarına  qəzavü-

qədər  kimi  nüfuzlu  olan  çoxlu  hökmlər  yazdı.  Bu  hökmləri 

sürətli  çaparlar  vasitəsilə  göndərdi  ki,  Pənahəlini  tutub  onun 

hüzuruna göndərsinlər. Lakin o rəşadət səmasının qızıl quşunu 

tora salıb tutmaq mümkün və müyəssər olmadı”. 

“Xallı  gürzə”  romanı  məhz  bu  hadisələrdən  sonrakı 

dövrü  təsvir  edir:  Pənah  xan  öz  səyi,  şəxsi  igidliyi,  ağlı  ilə 

tezliklə  böyük  şöhrət  qazanır,  1747-ci  ildə  Nadir  şahın 

ölümündən  sonra  isə  Qarabağ  xanlığının  əsasını  qoyur.  Və 

bundan 

sonrakı 


hadisələr:  xanlığın 

öz 


sərhədlərini 

möhkəmlətməsi,  yeni  ərazilər  zəbt  etməsi,  digər  xanlıqlarla 

münasibətləri,  Pənah  xanın  Bayat  qalasını,  Şahbulaq,  sonra 

Şuşanı  inşa  etməsi,  erməni  məliklərinin  məkrli  hərəkətləri, 

Məhəmmədhəsən  xan  Qacarın,  Fətəli  xan  Əfşarın  Qarabağa 

hücumu  Həsən  xan  Qacarın,  Qarabağa  hücumu  və  biabırçı 

məğlubiyyətləri,  nəhayət,  Pənah  xanın  ölümü...  Əgər 

“Qarabağnamə”lərə  diqqət  yetirsək,  bu  hadisələrin  eyni 

xronologi ardıcıllığını həmin mənbələrdədə izləyə bilərik.  

Hər  bir  tarixi  roman,  əgər  belə  demək  mümkünsə,  yaşanılan 

tarixin bədii-fəlsəfi dərkidir.  

Mustafa  Çəmənlinin  “Xallı  Gürzə”  romanı  da  tarixi 

dövrün  psixologiyasını  təşrih  edən  bir  əsərdir.  Doğrudur,  bu 

əsərdə tarixi şəxsiyyətlərin fəaliyyəti xronikal qaydada izlənilir, 

ancaq bu romandakı əsas qayəni heç də kölgədə qoymur. Pənah 

xan  gözlərimiz  qarşısında  həm  də  bir  insan  və  şəxsiyyət  kimi 

canlanır.  

İki  qüdrətli,  qüvvətli  əl  bir-birinə  sarmaşdı,  Pənah  xan 

Heydərqulu  xana,  Heydərqulu  xan  isə  Şahverdi  xana  uzatdı. 

Şəki,  Şirvan,  Qarabağ,  Gəncə,  Naxçıvan,  Qaradağ  qol-qola 

girdilər,  elə  bil  başları  buludlara  dəyən  dağlar  sıralanmışdı. 

Adama elə  gəlirdi ki,  onlar min illər boyu beləcə çiyin-çiyinə, 

kürək-kürəyə verib keçilməz, alınmaz qala təki duracaqlar.  



20 

 

Pənah xan əllərdən əllərinə axan qüvvətdən, Şəkinin, Şirvanın, 



Qarabağın,  Qaradağın,  Naxçıvanın,  Gəncənin  birləşmiş 

qoşununun  əzəmətini  görüb  ehtizaza  gəldi  və  var  səsiylə 

bağırdı:- Var olsun birliyimiz! 

Çiyin-çiyinə dayanmış qoşun əhli qılıncını sıyırdı: 

-Var olsun birliyimiz! 

-Var olsun xanlarımız! 

Dağlar əks-səda verdi: 

-Var olsun! 

-Var olsun! 

Görkəmli  yazıçı  Mustafa  Çəmənlinin    yaradıcılığı  ilə 

oxucuları yaxından tanış etmək üçün F.Köçərli adına Respublika 

Uşaq  Kitabxanasında  ədəbi-bədii  gecənin  keçirilməsi  daha 

vacibdir.  Kitabxanaçı  ədəbi-bədii  gecəyə  iki  ay  qabaqcadan 

hazırlaşmalıdır. İlk əvvəl tədbirin ssenarisi hazırlanır. Tədbirdə 

iştirak  edən  qonaqlar  müəyyənləşdirilir.  Tədbir  iki  hissədən 

ibarət olur. Birinci hissədə çıxış və məruzələr dinlənilir. İkinci 

hissədə  isə  yazıçının  əsərlərindən,    hekayə  və  povestlərindən  

səhnəciklər  göstərilir.  Tədbirdə  şair  və  yazıçılar,  ədəbiyyat 

müəllimləri iştirak edir.  “Görkəmli söz ustası” adlı ədəbi-bədii 

gecənin  ssenarisini  nümunə  üçün  veririk.  Səhnədən  Mustafa 

Çəmənlinin  portreti  asılır.  Yubileylə  bağlı  səhnə  gül-çiçəklə 

bəzədilir.  



Mən nağıllarda olduğu kimi, yad qapıları döymədim. Bilirdim 

ki, tanımadığım yad qapıları döysəm:-Kimdir?-sualını mütləq 

eşidəcəm.  Mən  bilirdim  ki,  Allah  qonağı-deyəndən  sonra 

nağıllar yalan olacaq. Çünki o nağıllardakı -Allaha da qurban 

olum,  qonağına  da-söyləyən  insanları  zaman-zaman  elə 

qonaqlar  öz  yaramaz  istəkləriynən  qorxuzub,  qapıları 

üstümüzə bərk-bərk bağladıblar. Ona görə də mən nağıllarda 

olduğu kimi yad qapıları döyməyəcəm. Qoy nağıllar elə nağıl 

olub qalsınlar.  

 

 

 

 

 

                                                                 

Mustafa Çəmənli 


21 

 

 Aparıcılar səhnəyə daxil olur: 



I Aparıcı: Hörmətli tədbir iştirakçıları! Bu gün yazıçı, publisist  

öz roman, povest və hekayələri ilə çoxdan oxucuların rəğbət və 

məhəbbətini  qazanmış  Mustafa  Çəmənlinin  70  illik  yubileyini 

qeyd    etmək  üçün  toplaşmışıq.  Gəlin  birlikdə  Mustafa 

Çəmənlinin həyat və yaradıcılığına  nəzər salaq. 

Elə  yazıçı  var  ki,  öz  yaradıcılığı  ilə  keçdiyi  sənət  yolu 

barədə danışmağı sevmir, hətta tənqidçilərin də onun haqqında 

söylədiklərinə,  yazdıqlarina  biganədir.  Belə  fikirləşir  ki,  ona 

oxucusu ilə ünsiyyət kifayətdir. Bəzən tənqiddə də bu yazıçıya 

qarşı  biganəlik,  səbəbi  məlum  olmayan  bir  soyuqluq  hökm 

sürür. Amma illər keçir. Zaman özü ədalətli bir münsif kimi hər 

şeyə qiymət verir. Yazışı-publisist Mustafa Çəmənli də beləcə, 

tənqidin nəzərindən uzaq, lakin heç bir tərifə ehtiyac duymayan, 

sakitcə oturub əsərləriylə baş-başa verən yazıçılardan biridir. 

Mustafa Çəmənli 1947-ci il sentyabrın 10-da Agdam rayonunun 

Çəmənli kəndində anadan olub. Birinci sinfi elə öz kəndlərində 

bitirsə  də,  orta  təhsilini  Mingəçevir  şəhər  məktəbində  başa 

vurub.  Əsgəri  xidmətini  başa  vuran  Mustafa  Çəmənli  təhsili 

davam  etdirmək  üçün  Azərbaycan  Dövlət  Universitetinin 

(BDU)  jurnalistika  fakültəsinə  daxil  olub  və  bu  ixtisas  üzrə 

təhsilini başa vurub.  

Mustafa Çəmənlinin ilk  “Ləpirlər” adlı hekayəsi 1973-

cü ildə “Mingəçevir işıqları” adlı qəzetdə dərc olunub. Mustafa 

Çəmənli 12 kitabın müəllifidir. Ailəlidir. Bir oğlu, bir nəvəsi var.  

Oxucuların  “Burdan  bir  atlı  keçdi”,  “Xallı  gürzə”,  “Səs  qərib 

olmur”,  “Oxu  gözəl...”,  “İtirilmiş  səs”,  “Muğam  dünyasının 

Xanı”,  “Nəğməli  xatirələr”  və  digər  bədii-publisistik  əsərlərin 

müəllifi kimi tanıdığımız Mustafa Çəmənli, sən demə, əsl ovqat 

adamı  imiş.  Sənət  adamlarına  böyük  rəğbəti  olan  yazıçı  həm 

yaradıcılığından, həm də yaşantılarından bəhs edərək deyir: 

“Ömrün bu pilləsinə  heç də asanlıqla gəlib çıxmamışam. 

Gənclik  illərimdən  bu  yana  əzablı,  çətin  günlərim  çox  olub. 

Həyatımı  halal  zəhmətim  bahasına  qurmuşam.  Sənətimdən 



22 

 

kənar  pul  gətirən  çox  sahələrdən  iş  təklifləri  alsam  da, 



yaradıcılıq  azadlığımı  məhdudlaşdıracaq  hər  təklifdən  imtina 

etmişəm. Halbuki o işlərin arxasınca getsəydim, indi üzləşdiyim 

çox  qayğılardan  uzaq  olardım.  Yəni  yalnız  hekayə,  roman 

yazmaqla  yaradıcılığımı  məhdudlaşdırmazdım.  Arxivlərdə 

araşdırmalar aparmaq, tarixi şəxsiyyətlərlə “görüşmək” zaman 

tələb  edir.  Nədənsə,  həmişə  mənə  elə  gəlir  ki,  bunları  mən 

etməsəm, kimsə etməyəcək. Buna görə də bədii əsərlərlə yanaşı, 

yaradıcılığımın bir hissəsini sənət adamları haqqında yazdığım 

kitablar təşkil edir.  

Oxucular 

səhnəyə 

daxil  olur.  Mustafa  Çəmənlinin 

deyimlərindən bir neçəsini söyləyirlər.  

Mən  ONA  içimdəki  gəncliyimin  gözü  ilə,  O  isə  qəlbimdə 

gizlənmiş  gəncliyi  görmədiyindən  üzümdəki  QOCALIĞA 

baxırdı. 

Birisi  ölməyə  gedirdi,  qoymadıq.  Amma  sonra  o  özü  bizi 

axmaqlığıyla öldürdü.  

Sən  elə  zənn  etmə  ki,  mən  tənhayam,  yox,  ətrafımdan 

çəkilənlər yenə mənimlədi-ancaq xəyalımda.  

II Aparıcı: Mustafa Çəmənlinin yuxarıda qeyd etdiyimiz kimi, 

yaradıcılığı  geniş  və  çoxşaxəlidir.  Onun  “Meşə  yeri” 

hekayəsində  çox  maraqlı  mövzulara  toxunulmuşdur.  Meşənin 

qirilması,  insanın  təbiətə  laqeyd  münasibəti,  nadanlıq 

ucbatından təbiətin məhv olması  yazıçının bütün bunlara biganə 

qala bilməməsi hekayənin əsas qayəsini təşkil edir.  

Vətəndən  qürbətdə  insanların  necə  də  artıq  adama  çevrilməsi, 

hamı  tərəfindən  unudulması,  adamların  mənəvi  tənhalığından 

bəhs  edən  “Səs  qərib  olmur”  hekayəsində  acı  taleli  bir 

xanəndənin həyatından fraqmentlər verilib. Qürbətdə kimsəsiz, 

əlsiz-ayaqsız bir qocada vətəninə qarşı böyük məhəbbət, dərin 

ehtiram hissi var, hər vəchlə vətəninə dönmək istəyən bu qoca 

“vətənin  iyini”  doğan  günəşdən,  “bir  udum”  havadan  alır. 

Taleyin  hökmü  ilə  qürbətə  düşən  bu  qoca  xanəndə  səsinin  

“sarbanı”  olmuş,  dünyanı  gəzib  dolanmış,  hər  yerdə  özünə 



23 

 

saysız-hesabsız  pərəstişkar  qazanmışdır.  Lakin  uzun  illər 



qürbətdə  olması  qocada  belə  bir  fikir  oyadır  ki,  yəqin  onu 

vətənində unudublar. O, öyrənəndə ki, vətənində onun oxuduğu 

mahnıları,  muğamları  lentə  köçürüb  saxlayırlar,  sevinci  aşıb-

daşır.  Əziz  xatirə  kimi  gəncliyindən  yadigar  qalan  valları 

qastrola gəlmiş tarzənlə vətəninə göndərir. Vətən məhəbbətinin 

böyüklüyü,  ülviliyi  bu  hekayədə  qabarıq    şəkildə      özünü 

göstərir. Əsərdəki  dərin  lirizm,  gərginliklə dolu  olan dialoqlar 

oxucunun qəlbini riqqətə gətirir.   

Oxucular 

səhnəyə 


daxil  olur:  Mustafa  Çəmənlinin 

Deyimlərindən söyləyirlər. 



 

 

 

 

 

Kin də bordağa bağlanmış cöngə kimidir, ipi açılanda sahibini 



tanımır. 

Öyrənmişdi  hər  şeyi  pulla  ələ  almağa,  ancaq  qapısını  əcəl 

döyəndə puluna yaxın duran olmadı.  

Sən  elə  zənn  etmə  ki,  mən  tənhayam,  yox,  ətrafımdan 

çəkilənlər yenə mənimlədi-ancaq xəyalımda. 

Həyatda  elə  insanlar  var  ki,  öləndən  sonra  da  problemlər 

onlardan əl çəkmir.  

Gözəlliyi görən gözlər gözəldir. Mən neyləyim ki, sən ancaq pis 

şeyləri görürsən.  

Səhər  tezdən  bal  arıları  çəmən  çiçəklərini  öpüşlərə  qərq 

eləmişdilər. Arılar nə qədər azad, nə qədər məsud idilər.  

Mən  indi  bildim  ki,  həyat  beşikdən  qəbrə  qədər  imiş.  Anam 

məni  gülə-gülə  beşiyə,  mən  isə  ağlaya-ağlaya  onu  qəbirə 

qoydum.  

Sözündə böyük idi, əməlində bapbalaca.  

İnsan öz keçmişinin təkrarıdır. 

Qadının gözü ağlından itidir.  

Adam var özü böyükdür, adam var sözü. 

Səbəb səbətə, səbət qəfəsə çevrilə bilər. 

Gəlişin bayramdı, gedişin faciə. 

 


24 

 

I Aparıcı: Əziz tədbir iştirakçıları! Bu gün biz bir daha yazıçı 

Mustafa Çəmənlinin yaradıcılığı ilə sizləri yaxından tanış etdik. 

Onun qələmindən süzülən hər bir yazı, hər bir sətir ilə yaxından 

tanış olduq.  

Hörmətli yazıçı Mustafa Çəmənli! Sizi anadan olmanızın 

70 illiyi münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, sizə 

cansağlığı,  uzun  ömür  və  yeni-yeni  yaradıcılıq  uğurları 

arzulayırıq.  Arzumuz budur ki, qələminiz həmişə iti olsun!   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


25 

 

Ədəbiyyat siyahısı: 



ƏSƏRLƏRİ 

Kitablar 

 

Bülbül. - Bakı : Çağdaş As, 2012. - 12 s.  

Burdan bir atlı keçdi. - Bakı : Zərdabi LTD, 2014. - 248 s.  

Çahargah : Nağıl. - Bakı : Beşik, 2008. - 32 s. - (Mən və 

mənim dünyam = Milli musiqimiz).  

Fred Asif : Sənədli roman. - Bakı : Təhsil, 2010. - 214 s.  

Xallı gürzə : Tarixi roman. - Bakı : Kitab klubu, 2016. - 392 s.  

"Leyli və Məcnun" 100 il səhnədə. - Bakı : E.L. Nəşriyyat və 

Poliqrafiya Şirkəti MMC, 2008. - 432 s.  

Mübariz : Povest. - Bakı : Təhsil, 2010. - 96 s.  

Nəğməli xatirələr. - Bakı : E.L. Nəşriyyat və Poliqrafiya Şirkəti 

MMC, 2007. - 184 s.  

Ölüm mələyi : Tarixi roman. - Bakı : MHS-poliqraf, 2012. - 

296 s.  


Ruhların üsyanı : Povestlər, hekayələr, esselər, deyimler, 

müsahibələr. - Bakı : Adiloğlu, 2007. - 320 s.  

 

Şəmsəddin Eldəniz : Nağıl. - Bakı : Beşik, 2009. - 34 s. - (Mən 



və mənim dünyam).  

Sənət hekayələri. - Bakı : Aspoliqraf, 2014. - 568 s.  

Sənətkar ömrünün izləri. - Bakı : Adiloğlu, 2006. - 128 s.  

 

 



 


26 

 

DÖVRİ MƏTBUATDA 



Bədii əsərlər 

 

Xaqani Şirvani : hekayə // Savalan. - 2014. - 10-13 yanvar. - № 



1. - S. 3;8.  

Qurban bayramı : hekayə  // Savalan. - 2016. - 13-15 dekabr. - 

№ 56. - S. 3.  

Ölüm mələyi : tarixi roman // Azərbaycan. - 2012. - № 4. - S. 

109-156. ; № 5. - S. 86-143. ; № 6. - S. 10-72.  

Ruhların üsyanı : povest // Azərbaycan. - 2008. - № 5. - S. 99-

134.  

Şələ ; Hikkə ; Söyüd ağacı əkəydi və b. hekayələr // Mədəni 



Həyat . - 2014. - № 5. - S. 36-37.  

 

Məqalələr 

Atabəy Məhəmməd Cahan Pəhləvan və İnanc xatun : "Məşhur 

kişilər və xanımları" kitabından // Mədəni Maarif. - 2010. - № 

3. - S. 68-71. - Əvvəli jurnalın 2009-cu il 11, 12-ci 

nömrələrində dərc edilmişdir.  

Atabəy Şəmsəddin Eldəniz və Möminə xatun : "Məşhur kişilər 

və xanımları" kitabından // Mədəni-maarif. - 2009. - № 12. - S. 

75-76.  

Bu işıqlı dünyada... : musiqişünas Firidun Şuşinski haqqında // 

Mədəni Həyat . - 2014. - № 4. - S. 72-75.  

Həkim-bəstəkar // Mədəni Həyat. - 2013. - № 4. - S. 79-81.  

Xan qızı : Xurşudbanu Natəvan - 180 // Azərbaycan. - 2012. - 

15 avqust. - № 181. - S. 7.  

İlk Azərbaycan rəqs ansamblı  // Qobustan. - 2009. - № 3. - S. 

39-46.  



27 

 

İşıqlı şəxsiyyət : azərbaycanın xalq artisti, bəstəkar Süleyman 



Ələsgərov haqqında // Mədəni Həyat . - 2014. - № 7. - S. 41-

43.  


Klassik operanı yaradanlar  // Mədəniyyət. - 2008. - 28 avqust. 

- S. 10.  

Qarabağın tacı Şuşa : şuşanın işğalından 20 il ötür // Xalq 

qəzeti. - 2012. - 9 may. - № 101. - S. 13.  

Qurban bayramı : hekayə  // Savalan. - 2013. - 21-23 may. - № 

35. - S. 3.  

Leyli rolunun əvəzsiz ifaçısı : Rübabə Muradova // Mədəni 

Həyat. - 2013. - № 3. - S. 42-43.  

Məhəbbət və eşq : "Məşhur kişilər və xanımları" kitabından // 

Mədəni-maarif. - 2009. - № 11. - S. 70-76.  

Müslüm Maqomayevi xatırlarkən // Mədəni Həyat. - 2013. - 

avqust. - № 8. - S. 64-69.  

O illərin nəğmələri : Əfrasiyab Bədəlbəyli // Mədəni Həyat. - 

2013. - № 7. - S. 26-32.  

Sənədlərin şahidliyi // Mədəniyyət. - 2008. - 21 fevral. - S. 5.  

Sənədlərin şahidliyi : Müğənni İsmayıl Bəşir oğlu Hüseynov 

haqqında (1914 – 1937) // Mədəniyyət. - 2008. - 22 fevral. - S. 

7.  


Son görüş : Əbülfət Əliyev haqqında // Qobustan. - 2013. - № 

2. - S. 14-20.  

Üç tale, üç bəstəçi : xanəndə Xosrov Fərəcov haqqında // 

Qobustan. - 2013. - № 4. - S. 48-53.  

 

 

 




28 

 

HAQQINDA 



 

Əmirli Ə. Əllidən sonra keçən on ildə : Mustafa Çəmənli - 60 

// Ədəbiyyat qəzeti. - 2007. - 31 avqust. - S.4.  



Xəlilzadə F. Dünya duracaq yer deyil... : Mustafa Çəmənlinin 

"Ölüm mələyi" əsəri haqqında düşüncələrim // Mədəniyyət. - 

2013. - 24 may. - № 37. - S. 13.  

Xəlilzadə F. Ucalığa doğru : Publisist Mustafa Çəmənli 

haqqında // Azərbaycan. - 2007. - 21 sentyabr. - S.7.   



Məmmədova, Təranə. Qələm adamı : yazıçı-publisist Mustafa 

Çəmənli haqqında // Mədəniyyət. - 2010. - 4 avqust. - № 53. - 

S. 7.  

Şirinov E. Nədənsə, 60 rəqəmindən qorxuram  : Mustafa 

Çəmənli // Təzadlar. - 2207. - 11-18 sentyabr. - S.13.  



Vahid T. Gerçək "Sənət hekayələri" // Naşir. - 2015. - № 1. - 

S. 42-43.  

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



29 

 

                                    



 Ucalığa dogru 

                                      (metodik vəsait) 

 

 

   

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 19 

Çapa imzalanmışdır:08.05.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

 

 



 

 

 



 

 

 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə