Yazi nümunəSĠ Məsələnin qoyuluĢu



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,51 Mb.
#76099
növüYazi


 

Bəxtiyar Tuncay



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

PARALEL 

DÜNYADAN MESAJ 

NUH OĞLU 

YAFƏSLƏ 

(OLCAYLA) BAĞLI 

ETNOQONĠK 

MĠFLƏR: 

TÜRKLƏRĠN ĠLKĠN 


 

ATA YURDU VƏ ĠLK 



TÜRK 

DÖVLƏTĠ →

 

MANNA DÖVRÜNƏ 

AĠD TÜRKCƏ 

YAZI 

NÜMUNƏSĠ

 

 

 



 

 

 



 

 

 

1. 


Məsələnin qoyuluĢu. 

 

Belə hesab edilir ki, türklər bir etnos kimi Altaylarda formalaşmış və oradan 



da Avrasiyanın geniş

 

düzənliklərinə yayılmışlar. Rəsmi konsepsiyaya görə 



Azərbaycana türklər yalnız erkən orta əsrlərdən gəlməyə başlamış, bundan 

öncə isə bu ərazidə türk olmamışdır. Lakin görkəmli tarixçi alim, mixi yazılar 

üzrə gözəl mütəxəssis mərhum Y. Yusifovun tədqiqatları göstərir ki, türklər 

Ön Asiya və Qafqazın ən qədim aborigen xalqıdır və qədim mənbələrdə 




 

onların adına e.ə. lll –



 

ll minilliklərdən rast gəlinməkdədir. Əsası Y. Yusifov 

tərəfindən qoyulan yeni konsepsiya bir sıra dilçi alimlərimiz tərəfindən də 

dəstəklənməkdədir. Fəqət indiyə qədər Azərbaycan türklərinin ana dilində 

yazılmış qədim epiqrafik abidələrin tapılmaması yeni düşüncə tərəfdarlarının 

işini çətinləşdirməkdə, əski konsepsiya tərəfdarlarının onlara və əsərlərinə 

ciddi yanaşmaması üçün əsas verməkdədir. Bu gün isə vəziyyətin dəyişdiyini 

tam qəti surətdə söyləmək olar. Çünki 1947

-

ci ildə Cənubi Azərbaycanın 



Ziviyyə (Zeyvə) kəndindən tapılan və e.ə. lX

-

Vlll əsrlərə aid edilən gümüş 



boşqab üzərindəki Manna yazısı artıq oxunmuş və onun türkcə olduğu 

anla


şılmışdır. .

 

2.    



ĠĢin məqsədi.

 

Bu məqalədə məqsəd elmi ictimaiyyəti Manna yazısı ilə tanış etmək, bu yazı 



ətrafında vaxtı ilə irəli sürülmüş və son dövrlərdə tərəfimizdən önə sürülən 

mülahizələri paylaşmaqdır.

 

Hazırda Azərbaycan dili tarixinin öyrənilməsi sahəsində qarşıda duran həlli 



vacib məsələlərdən biri də Azərbaycan türklərinin fonetik yazı mədəniyyətinin 

ilkin təşəkkül yeri və zamanının müəyyələşdirilməsidir. Bu istiqamətdə 

alimlərimizin bir sıra maraqlı fikirləri olsa da bugünədək Manna, Midiya və

 

Atropatena dövlətlərinin ərazisində yazıdan istifadə olunub –



 

olunmadığı, 

istifadə olunmuşsa, həmin yazının hansa yazı olduğu sualı hələ də cavabını 

tapmamış qalır. Əslində bu sualın birinci hissəsinə tam əminliklə müsbət 

cavab vermək olar. Belə ki, Musa Kağankatlı “Albaniya tarixi”ndə yazısı olan 

xalqları sadalayarkən

  

rum, yunan, alban və digər xalqlarla yanaşı 



midiyalıların da adını yad etməkdədir (1.3). M. A. Dandamayev və V. Q. 

Lukoninin yazdıqlarına görə, Nuşi

-Can-

təpədən Midiya dövrünə aid üzərində 



mixi yazı olan gümüş nimçə tapılmşdır. Fəqət

  

bu yazıdan yalnız bir sözün 



sonuncu və sonrakı sözün əvvəlinci işarəsi salamat qaldığından onu oxumaq 

və hansı dildə olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Bununla 

belə, həmin alimlər qeyd edirlər ki, midiyalıların yazıya sahib olduqları 

şübhəsizdir. İ. M. Diakonov da özünün “Midiya Tarixi” əsərində midiyalıların 

yazıya sahib olmamlarını qeyri –

 

mümkün hesab edərək bildirir, ki qədim 



parsların (farsların) yazısının olduğuna, midiyalıların isə olmadığına in

anmaq 


çətindir Alimin sözlərinə görə, qədim parsların mixi xətti birbaşa Elam və Babil 

mixi xətlərindən alınma deyil. Bu xətlə onlar arasında bizə bəlli olmayan itmiş 

halqa vardir, bu isə Midiya və Manna xəttı ola bilər (2. 264).

 



 

Eyni zamanda, Midiya ərazisindən üzərində fonetik işarəli yazılar olan gümüş 



qabların da tapıldığı məlumdur ki, bu yazıları Ön Asiya dillərinin heç birində 

oxumaq mümkün olmayıb. Mütəxəssislərin çoxu məhz bu yazıları və onların 

dilini midiyalılara aid edirlər (3. 123

-

127). İ. M. Dyakonov da məhz həmin 



yazılardan birini, daha dəqiq desək, Ziviyyədən (Zeyvədən) tapılmış və 

Manna dövrünə aid edilən (e.ə. lX

-

Vlll əsrlər) gümüş boşqabın üzərindəki 



kiçik bir xətt nümunəsini öz kitabına daxil etmişdir (4):

 

 



Həmin yazı nümunəsinin, təbii ki, mixi xətlə heç bir əlaqəsi yoxdur. O, cüzi 

fərqlər nəzərə alınmazsa, Orta Asiyadan tapılmış çoxsaylı epiqrafik abidələrin 

işarələri ilə, ilk növbədə də Yenisey işarələri ilə tam bir eymiyyət göstərir:

 

 



Məlumat üçün bildirək ki, gümüş boşqabın üzə çıxarıldığı Ziviyyə (Zeyvə) 

xəzinəsi 1947

-

ci ildə Cənubi Azərbaycanın Sakkız şəhərindən40 kmşərqdə 



yerləşən Ziviyyə (Zeyvə) kəndi yaxınlarından tapılmışdır. Maraqlıdır ki, R. 

Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir (6).

 

M. A. Dandamayev və V. Q. Lukonin xəzinə barədə yazmışlar:



 

“Həmin dövrdə 

(1940-


cı illər nəzərdə tutulur –

 M. R.) Güney 



Azərbaycandakı siyasi olaylar Ġranın mərkəzi əyalətləri ilə normal 

əlaqələr üçün münasib deyildi. Bu üzdən də bir çox əĢyalar, ilk növbədə 

də qiymətli metallardan olan əĢyalar ya əridilmiĢ, ya da bölüĢdürmə 

zamanı kəsilmiĢ, az qiymətli əĢyalar isə yerə atılmıĢ və sınmıĢdı. Əntiq 

əĢya satıcılarının fəallığı sayəsində xəzinə ayrı

-

ayrı Ģəxsi kolleksiyalara 

və ABġ, Fransa, Kanada, Ġngiltərə və Yaponiyanın çeĢidli muzeylərinə 

yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində 

saxlanılır” 

(2. 90-91). 

Sözügedən xəzinəyə aid 341 əşyanın (43

-

ü qızıldan, 71



-

i gümüşdən, 103

-ü fil 

sümüyündən) tam siyahısını, hazırlanma materialını və ölçülərini ilk dəfə R. 




 

Qrişman dərc etdirmişdir (7. 445



-

452). Bir zaman İranın Arxeologiya 

Xidmətinin baş inspektoru olmuş Andre Qodar 1950

-

ci ildə bu əşyaların 



sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin dövrdə də 

onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğunu önə sürmüşdü. Bu gün 

elm aləmində iskit

-

sak incəsənətinə xas zərif sənət əsərlərinə verilən “heyvani 



üslub” adını da ilk dəfə o işlətmişdir. Məhz A. Qodar digər böyük alim E. 

Hersfelddən sonra iskit

-

sak incəsənətinin Ziviyyə incəsənətindən 



qaynaqlandığını, həmin incəsənətin isə Manna sənəti olduğunu söyləmişdir 

(8). Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyyə (Zeyvə) yaşayış 

məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, ll Sarqonun 

kitabəsində (9. ll c., s. 5) “Zubie qalası” kimi yad edilən qədim yaşayış 

məskəninin dövrümüzədək yaşayan adı olduğunu bildirərək göstərmişdir ki, 

Ziviyyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən bir neçə 

kilometr kənarda yerləşən Qaflantudan əldə edilən tapıntılar içərisində də rast 

gəlinmişdir. O, Qaflantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt 

Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir (2. 91).

 

R. Bernett tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, 



Güney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, iskit

-sak 


kurqanlarından tapılan və sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha 

qədim nümunələri olduğunu vurğulamışdır (10. 77

-95). 

B. A. Texov isə yazmışdır:



 

“Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaĢı cavandır, hər 

halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə. 

Vll-

Vl əsrlərə aiddir. Beləliklə, aydın olur ki, Orta Asiya iskitləri Midiya 

üzərindən Orta Asiya və Sibirə keçmiĢlər, onların da bir hissəsi Güney 

Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmiĢlər.

  

Burada isə üzə çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani 

üslub) adətən Amu

-

Dərya və Volqa üzərindən gələn iskitlərlə 

əlaqələndirilir, halbuki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu 

mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb”

 (11. 17-18).   

Şübhəsiz ki,

 

hər biri sözün əsl mənasında şedevr sayıla biləcək Manna



  (iskit-

sak) incəsənəti nümunələri içərisində bizim üçün ən çox önəm daşıyanı 

üzərində Yenisey yazılarının “ulu babası” olan Manna yazısının bulunduğu 

gümüş boşqabdır.

 



 

Boşqab üzərində əslində iki xətt növü vardır ki, bunlardan birincisi mənşəyi və 



mahiyyəti məlum olmayan heroqliflərlərdən ibarətdir və onların hansı 

məqsədlə çızıldığımı müəyyən etmək çox çətindir. Aşağıdakı xətt isə 

birmənalı olaraq, fonetik yazı nümunəsidir ki, onu ilk dəfə oxumağa cəhd 

edən şəxs əslən Güney Azərbaycandan olan həvəskar tədqiqatçı Mənsur 

Rəhbəri olmuşdur (4; 5). Tədqiqatçının yazdığına görə, Yenisey işarələrinin 

verdiyi səslər məlum olduğundan Manna yazısının fonetik səs düzülüşünü 

müəyyən etmək heç də çətin deyil. Xəttin istiqamətini müəyyənləşdirmək, onu 

təşkil edən kəlmələri bir

-

birindən ayırmaq da heç bir çətinlik törətmir. Çünki 



yazının müəllifi

   


kəlmələri bir

-

birindən paralel üfiqi xətlərlə ayırmış və həmin 



xətlərin sayını sözlərin sıra nömrəsinə uyğunlamışdır (5

). 


Cənab Rəhbərinin qənati doğrudur. O, yazının istiqamətini də tam doğru 

təsbit edərək yazır ki, yazının istiqaməti əksər türk yazılarında olduğu kimi, 

sağdan soladır. Bir yerdə “a” səsi istisna olunmaqla, sait səsləri ifadə edən 

işarələr qeyd edilməmişdir. Sadəcə samit səsləri bildirən hərflər qeyd 

olunmuşdur. Sözlərin düzülüşü isə onun təsbitinə görə belədir: M –

 

şm –



 ksyz 

 s 



 yz-  nna 

 dy 


 

d… Sonrası anlaşılmır (5):



 

 

Mənsur Rəhbərinin bu təsbiti də tam doğrudur və o, həm hərflərin, həm də 



sözlərin ilkin səslənişini professionalcasına müəyyənləşdirmişdir və bu fakt 

onun elmi kəşfinin mühüm elementini təşkil edir. Tədqiqatçı daha sonra yazır:

 

“Fikrimcə, sait səslər də əlavə olunarsa, sözlər belə səslənəcəkdir: Ma –

 

ġam –

 

kiĢyezi –

 Asa 



 yaz 



 Nana 



 

Ġdiay –

 

d (dingir)” 

(5).  

Burada isə məsələ bir qədər mübahisəli hal alır, çünki saitlərin əlavə edilməsi 

yolu ilə bərpa edilmiş sözlərin bir neçəsi bizə qətiyyən inandırıcı görünmür. 

Bu sırada “asa”, “idiay” və “d(dingir)” ifadələrini göstərmək olar. Fəqət “ma” 

(“ama” // “ana” kimi oxunsa daha doğru olar), “şam”, “kişyezi” və “nana” 

(nənə) sözlərinin bərpası tam məntiqi görünür. Çünki həmin kəlmələr 



 

özümüzün fərqli şəkildə bərpa etdiyimiz digər kəlmələrlə birlikdə türklər 



arasında yayğın olan bir mifik görüşü, eləcə də boşqabın həmin görüşə uyğun 

funksiyasını çox dəqiq əks etdirməkdə olan bir cümlə əmələ gətirir.

 

Mənsur bəy sadəcə “m” samiti ilə ifadə olunmuş ilk kəlmənin sonuna “a” sait 



səsini artıraraq, onu “ma” kimi bərpa edir və bildirir ki,

 

bu söz bir çox qədim 

dillərdə, o cümlədən Şumer, Akkad, Tibet, eləcə də hind

-

Avropa və türk 



dillərində ana və qadın cinsini bildirir, qadın başlanğıcını ifadə edir (5). Biz isə 

s

özün “ama” (ana) kimi bərpa edilməli olduğu fikrindəyik və onu “aba” (ana) 



kəlməsinin dəyişik variantı hesab edirik. Həmin kəlmə bir çox türk ləhcə və 

şivələrində digər anlamlarla yanaşı “ana” anlamında da işlənməkdədir (12. 

17; 13. 14). 

Cənab Rəhbəri ikinci sırada gələn, “ş” və “m” samitləri ilə ifadə edilən 

kəlməyə də “a” sait səsini artırmaqla onu “şam” kimi bərpa etmişdir. Bu bərpa 

modeli ilə tamamilə razıyıq, fəqət buradakı “ma” (ama, ana) və “şam” 

sözlərinin müstəqil kəlmələr kimi çıxış etməsinə baxmayaraq, onları süni 

surətdə birləşdirərib, bir “paletoponim”in elementləri kimi qələmə verir və 

Mannanın Mazamua vilayətinin adı ilə eyniləşdirir (5) ki, fikrimcə, bu, arzu 

olunanın həqiqət kimi qələmə verilməsi cəhdindən başqa bir şey deyildir. Biz 

“şam” kəlməsini bu gün də ana dilimizdə işlənməkdə olan ağac adını ifadə 

etdiyini düşünməkdəyik və buna tam əminik.

 

Müəllifin arzu olunanı həqiqət kimi qələmə vermək cəhdi özünü növbəti, yəni 



üçüncü kəlmənin mənalandırılmasında daha qabarıq şəkildə göstərməkdədir



“KĠġYEZĠ: Bu kəlməni prototürk terminləri sırasına daxil etmək olar. 



Həmin terminə ilk dəfə fars

-

Əhəməni mixi yazılarında “Ģah”, “hökmdar” 

mənasında (xšāyaθiya)

  

rast gəlinsə də qədim fars mətnləri üzrə 

mütəxəssislər onu fars kəlməsi saymır, kənardan alı

nma söz hesab 

edirlər. Belə ehtimal edilir ki, kəlmə Midiya mənĢəlidir. Fikrimcə, bu, 

mürəkkəb isimdir, “kiĢ” və “yezi” isimlərinin birləĢməsindən 

yaranmıĢdır”

 (5). 


Beləcə tədqiqatçı boşqabın üzərində söhbətin Mannanın Mazamua vilayətinin 

şahından getdiyini əsaslandırmağa çalışır. Hərçənd ki, onun sonrakı sözləri 

həqiqəti daha doğru əks etdirməkdədir:

 



 

“KiĢ” sözünün “ağac” sözü ilə bağlı olması da mümkündür. Müxtəlif 



türk ləhcələrində “qiĢ”, “eqiĢ” kimi səslənən ağac termini ġumer dilinə 

“qiĢ”, Akkad dilinə isə “eqiĢ”, “eqis” Ģəklində daxil olmuĢdur”

(5). 


Biz də mətndə “kşyz” formasında əks olunmuş kəlməni mürəkkəb söz hesab 

edir, onun “akaş” (ağac) və “iyəzi” (yiyə, yiyəsi) isimlərinin birləşməsindən 

yarandığı qənaətindəyik. Fikrimizcə, Mənsur bəyin mürəkkəb 

sözün ikinci 

komponenti haqqında söylədikləri də həqiqəti tam doğru əks etdirir:

 

“Mürəkkəb ismin ikinci, “yezi” hissəsinə gəldikdə isə, onu “yiyə”, 



“sahib” kimi qəbul edirik. “

-

Yezi”, yəni hər hansı bir Ģeyin yiyəsi, sahibi. 

Bu halda müəyyən bir ərazinin yiyəsi baĢa düĢülməlidir. Qeyd edək ki, 

“yiyə” kəlməsi müxtəlif türk ləhcə və Ģivələrində “iyə”, “əyə”, “yey”, 

idi”, “izi”, “əə” və s. formalarda da iĢlənməkdədir” 

(5). 


Bu sözlərin altına biz də qol qoyuruq. Əminik ki, əgər Mənsur bəy qədim türk 

mifologiyas

ını dərindən bilsəydi, yuxarıdakı kəlmənin və onun ayrı

-

ayrı türk 



ləhcə və şivələrindəki variantlarının sadəcə “yiyə”, “sahib” mənalarında 

işlənmədiyini, eyni zamanda müxtəlif təbiət obyektlərinin, o cümlədən 

ağacların sahibi hesab edilən mifik varlıqların

 



 

ruhların ümumi adı kimi çıxış 

etdiyini (14. 31; 15. 65), “ağac iyəzi”nin (ağac əyəsinin) ana kimi təsəvvür 

edildiyini bilsəydi, “ma” (ama // aba –

 

ana), “şam” (ağac adı) “kiş” (ağac) “yezi” 



(yiyəsi) kimi bərpa etdiyi və əslində düzgün mənalandırdığı sözlərin düzülüş 

ardıcıllığından tamam başqa və tam doğru nəticə çıxarar və yanlışlığa 

qətiyyən yol verməzdi. İlk üç sözü də birlikdə “ana şam ağacının əyəsi 

(ruhu)”


  

kimi oxuyardı.

 

Məlumat üçün bildirək ki, vaxtı ilə Azərbaycanda “hər bir şeyin, ağacın, suyu



əyəsi var”, “nə ki görürük, hamısı əyəlidi” ifadələri, “gecə ağac altına 

getməzlər əyəsi səni vırar” kimi inamlar mövcud olub və onlar ümumilikdə 

ağacla bağlı inanclar sisteminin bir hissəsi idilər. Eyni inanc sistemi digər türk 

xalqlarına da xas olub. Məsələn, telenqitlər inanırdılar ki, hər ağacın ezzе

-

sahibi, ruhu var. Оnların inamına görə ağacın ezzi



-

sahibi ruhu (aqaştın ezzi) 

insan taleyini himayə edir (15. 65), bu üzdən də onlara qurbanlar verilərdi. 

Yakutlarda sоnsuz qadınlar yuvalı qara şam ağacına gələr, ağ at dərisini 

ağacın altına sərib ağacın qarşısında dua еdərlər (17. 64). 

 Altay 


mifоlоgiyasına görə göy üzünə dоğru çоx böyük şam ağacı yüksəlir. Göyləri 

dəlib çıxan bu ağacın təpəsində Tanrı Ülgən оturur (15. 76). Qadir Qədirzadə 

Sibir və Altay

 

xalqlarında ağaclara bеz, parça bağlamanı ağac yiyəsini (iççi) 



razı salmaq, yaxud ağac ruhuna qurban xaraktеri daşıması ilə izah еdir (18. 


 

267). A.M.Saqalayev yazır ki, dağ və göllə yanaşı, ağac da türk 



 

mifologiyasının ən qədim obrazlarından hesab olunur. Hunlar ağaca at 

qurbanı kəsir, kəlləsini və dərisini də budaqlarına asırdılar (19. 87).

 

Folklorçu alim R. Qafarov yazır:



 

“Folklorun epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaĢalarda, 

canlı danıĢıqda, eləcə də

 

mədəniyyətin bütün formalarına aid 



n

ümunələrdə cansız varlıqların Ģüurlu baĢlanğıca malikliyi ideyasına 

təsadüf edilir. Məsələn, əncir ağacını kəsəndə «Ruhu səni tutacaq» 

qənaətinə gəlirlər” 

(20. 15).   

Azərbaycandan toplanılmış

  

folklor nümunələrinin birində deyilir:



 

“…Dağın üstündə böyük bir ağac var, o ağac pirdi.

  

Gərək ona yaxın 

getməyəsən. On beĢ metr aralıda dayanasan. Qollarını açasan, 

çağırasan. Özü də çağıranda səs verir. ”Ay pir “ deyəndə səs verir, ona 

nə sözün var ürəyində deyirsən, apardığın ayın

-oyunu da qoyursan 

yerə, dala baxmadan qayıdıb gəlirsən”

 (16. 309). 

Türk mifologiyasında həyat ağacı ana ilə birlikdə təsəvvür edilir ki, bu da “ama 

(ana) 



 



şam akaş (ağac) iyəzi (əyəsi)” ifadəsinin daşıdığı məna yükünü 

anlamağımıza kömək edir. “Kitabi

-

Dədə Qorqud”un «Basat Dəpəgözi 



öldürdigi boyu»nda ana 

 



ağac bağlılığı özünü bariz şəkildə göstərməkdədir. 

Basat Təpəgözə (Dəpəgözə) öz nəslini təqdim edəndə deyir ki, “Anam adın 

sorar olsan 

 



Qaba Ağac! Atam adın deirsən –

 

Qağan Aslan!”



 

R. Qafarovun fikrincə, ağaca totem kimi baxılması tarixin ən qədim 

mərhələsinin –

 

anaxaqanlıq dövrünün məhsuludur. Belə olmasa idi, Basat 



anasının adını birinci çəkməzdi. Bu, oğuz adətlərinə tamamilə zidd idi. Bu 

təsəvvür anaxaqanlıq dövrünün təsəvvürləri ilə üst

-

üstə düşür (20. 26).



 

Ana 


 

ağac bağlılığı özün



ü saxa 

 



yakut türklərindən toplanmış “Əp Soqotox” 

dastanında da açıq

-

aydın göstərməkdədir:



 

“…Evdən içəri girib

-

gedənlər şərq yönünə,

 

Ağac Xaqana rastlar, gələrmiş lap önünə.

 

Çox əski bir əsinti əsərdi hey başında.

 



10 

 

Ağac xaqan böyükdü, hər şeyin anasıydı,

 

V

arlıq ona bağlıydı, göylə yer binasıydı.

 

Kökləri qapadardı yeraltı dünyasını, 

 

Zirvəsi dələrdi göyün doqquz qatını.

 

Tam yeddi ayaq idi ağacın yarpaqları,

 

Ondan daha böyükdü sarqan qozaları.

 

Ağacın tam kökündə görünürdü bir qaynaq,

 

Həyat suyu idi bu, axıb gedirdi apağ.

 

Ağ və qara inəklər qopqoca olmuşdular,

 

Bu sudan içənlərsə yeni can bulmuşdular.

 

Ağacda uçan quşlar yorğun, bitab olurdu,

 

Gəlib bu sudan içən yeni qüvvət bulurdu.

 

Bu müqəddəs ağacın bir sahibi var idi,

 

Bir dişi tanrıçaydı, saçları da qar idi.

 

Ö



zü çox qocalmışdı, köksü tam alaca,

 

Görənlər sanardı, bir kəklik kimi qırca.

 

Məmələri böyükdü, aşağı sallanırdı,

 

Uzaqdan baxan adam iki tuluq sanırdı.

 

Əslində isə bu ağac adi boyda, kiçikdi,

 

Ana tanrı gəlincə, ona görə böyürdü.

 



11 

 

Böyüyərkən səs çıxar, gurultu qopardı,

 

Bu səs yavaş

-

yavaş, getdikcə çoxalardı…”

 (21. 112-114). 

Mənsur Rəhbəri qarşısına qoyduğu məqsədə çatmaq üçün dördüncü yerdə 

gələn və “syz” kimi qeyd edilən sözü də süni surətdə iki yerə –

 

“s” və “yz” 



hissələrinə parçalamışdır. Üç samit səslə ifadə edilmiş bütöv bir kəlməni 

parçalayan və birinci hissəsni “s” kimi götürərək, onu “asa” kimi bərpa edən 

və həmin kəlməni Manna şahı Azanın adı ilə eyniləşdirən cənab Rəhbəri 

fikrini əsaslandırmağa çalışarkən müəllifi olduğumuz “Sakların tarixi, dili və 

ədəbiyyatı” monoqrafiyamıza istinad etməyi də unutmamış və yazmışdır:

 

“ASA: Manna hökmdarlarından olmuĢ və bu ad AĢĢur mənbələrində Aza 



kimi qeyd edilmiĢdir. Tarixi mənbələrdən Aza (Asa) adını daĢımıĢ iki 

Manna hökmdarı məlumdur: l Asa (e.ə. 775) və ll Asa (e.ə. 720

-715). 

AĢĢur və Urartu dövlətlərinin Manna əraziləri uğrunda qanlı müharibələr 

apardığı keĢməkeĢli dövrdə yaĢamıĢ bu hökmdarların adının mənĢəyinə 

gəlincə, Ġ. Əliyev onu hürrit mənĢəli hesab edir. Qiyasəddin Qeybullayev 

isə adın türk mənĢəli Asay adındakı sonuncu “y” hərfinin düĢməsi ilə 

yarandığını ehtimal etmiĢdir. Yunus Oğuz və Bəxtiyar Tuncay birgə 

qələmə aldıqları “Türkün gizli tarixi” kitabında sözügedən adı Sibir 

türklərinin Ģaman tanrıçaları panteonundakı Aza adlı tanrıçanın adından 

qaynaql

andığını söyləyirlər. Eyni fikir B. Tuncayın “Sakların tarixi, dili və 

ədəbiyyatı” kitabında da təkrar edilib” 

(5).  

Burada səhv ondan ibarətdir ki, müəllifin adlarını çəkdiyi şahlar sadəcə 

Mazamuanın deyil, onun özünün də qeyd etdiyi kimi, bütövlükdə Mann

dövlətinin hökmdarı olmuşlar. Cənab Rəhbərinin “yaz” kimi bərpa etdiyi “yz” 



samitlərinə verdiyi məna da ilk baxışdan məntiqi görünməsinə rəğmən, 

əslində, sağlam məntiqdən uzaqdır:

 

“YAZ: Günümüzədək dilimizdə iĢlənməkdə olan terminlərdəndir və 

hazırda həmin sözlə dörd fəsildən birinin adı ifadə edilir. Fəqət qədim 

dilimizdə həmin kəlmə “ibadət etmək”, “tapınmaq” anlamlarında 

iĢlənmiĢdir. Bu söz sonralar “yad” Ģəklində

  

Əhəməni mətnlərində də 

qeydə alınmıĢdır. Lakin Avestada “ata” kəlməsi ilə birləĢərək “yazata” 

(tanrı) sözünü əmələ gətirmiĢ və bu mürəkkəb isimdə ilkin Ģəklini 

qorumuĢdur. Sözün kökündə, çox güman ki, qədim bulqar və qıpçaq 

türklərinin dilimdə “tanrı” anlamında iĢlənmiĢ

  

“izi” termini (Kitab əl

-

idrak li-

lisan əl ətrak) durmaqdadır”

(5).  




12 

 

Əvvəla, Əhəməni mətnlərindəki “yaz” (ibadət etmək) kəlməsinin türk dili ilə 



heç bir əlaqəsi yoxdur. Qədim türkcədə bu mənada “tapınmaq” (ibadət etmək) 

və “yükünmək” (namaz qılmaq, səcdə etmək) terminləri işlənmişdir.



 

Qədim 


bulqar və qıpçaq türklərinin dilimdə işlənmiş və

  

“Kitab əl



-idrak li-

lisan əl 

ətrak”da qeydə alınmış “izi” kəlməsi isə qətiyyən

  

“tanrı” anlamı daşımayıb, 



hami ruh mənasında işlənib və yuxarıdakı “

-

iyəzi” (“iyə”, “əyə”, “yey”, idi”, “izi”, 



“əə”) kəlməsinin kök variantlarından birindən başqa bir şey deyildir. Həqiqət 

isə budur ki, “syz” formasında qələmə alınmış kəlmə “su iyezi” (su ruhu) kimi 

bərpa edilməli və oxunmalıdır. Əgər, yuxarıda qeyd etdiyimiz kimi, cənab 

Rəhbəri qədim türk mifologiyasına bələd olsaydı bilərdi ki, əski türklərin mifik 

təsəvvürlərinə görə, həyat ağacının kökündən dirilik suyu (abi –

 

həyat) fışqırır 



və ağacın yiyəsi (iyəzi // əyəsi, hami ruhu) olan Ağ Ana, həm də həmin suyun 

hamisi və sahibəsidir.

 

Məlumat üçün bildirək ki, XlX əsrin sonları –



 

XX əsrin əvvəllərində Altayda

 

toplanmış folklor materiallarından belə aydın olur ki, altaylıların inanclarına 



görə, yerin, dağın, meşənin, çayın, suyun və c. də öz ruhları var və onlarla 

yalnız şamanlar əlaqə yarada və təmas saxlaya bilirlər (22. 67).

 

Mənsur Rəhbəri növbəti yerdə gələn və “nna” kimi qeyd edilən kəlməni “nana” 



kimi oxuyaraq onu Qədim Şərqdə ən çox ibadət olunan tanrılardan birinin –

 

Ay tanrısının adı (Nannar) sayır və yazır:



 

“…ġumerdə bu tanrının əsas məbədi Ur Ģəhərində yerləĢirdi. Ona 

Messopatamiyadan tutmuĢ Çin səddinə qədər dünyanın bir çox 

ölkəsində ibadət edilirdi. Arsaklar (ArĢakilər) dövlətinin ilk dövrlərdə 

paytaxtı olmuĢ Nisa Ģəhərində onun Ģərəfinə məbəd ucaldılmıĢdı. KuĢan 

Ģahlarından KaniĢka qələmə aldırdığı daĢ kitabəsində (Rabatək abidəsi) 

ibadət etdiyi tanrılar sırasında Nananın adını ilk yerdə çəkmiĢdir. Bu 

tanrıyla bağlı inanclar ilk öncə bizim bölgədə yaranmıĢ, sonradan o, 

ġumerdə də ibadət obyektinə çevrilmiĢdir” 

(5). 


Fikrimizcə, Mənsur bəyin “nana” kimi oxuduğu söz əslində “nənə” kimi 

rekonstruksiya e

dilməlidir. Çünki qədim Azərbaycanda suyun hami ruhu 

hesab edilən əyəyə (iyəyə) “nənə” deyilərək müraciət edildiyi, bu ruhun uşağı 

olmayan qadınlara qut (buta) verdiyi, bundan sonra onların övladları olduğuna 

inanılırdı. Eyni funksiyanı daşıyan “Pir Bənövşə nənə” pirinin (Quba) adındakı 

“nənə” kəlməsi deyilənlərə ən gözəl sübutdur. M. İsmayıl Rüstəm qızı bildirir 

ki, təmiz suyun insan оrqanizminə təsiri və susuz həyatın mümkünsüzlüyünü 

yaxşı anlayan xalq mifik ədəbi düşüncəsində bunu gеniş təsvir еtmişdir:

 



13 

 

“Mifоlоji inama görə, «sübh vaxtı, axĢam çağı suyun baĢına gеdəndə 



salam vеrmək lazımdır. Suda Qarı nənə adlı bır Ģəxs yaĢayır. Əyər оna 

salam vеrməsən, acığı tutar, sənə xətər tоxundurar». Yaxud «Su əyəlidi. 

Suya gеdəndə gərəh salam vеrəsən. Yоxsa su əyəsi sənnən inciyip 

zərəl vırar»”

 (15. 83). 

Mənsur bəy sonrakı “dy” şəklində qeyd edilmiş sözü “idiay” kimi bərpa edərək 

yazır:


 

“ĠDĠAY: Bu söz, çox gümün ki, ay tanrısının baĢqa adı idi. Nana əsasən 

dolanayın (bütöv ay), idiay isə yeni doğmuĢ ayın, yəni ayparanın adı idi. 

Onların hər ikisinə xüsusi mərasimlər həsr edilirdi. Bu ənənə 

Messopatamiya mənĢəlidir. Hərçənd ki, həmin ərazidə ayparaya “Suen” 

deyilmiĢdir. Amma bu, Ģumerlərə məxsus ad deyil, akkadların dilindən 

qeydə alınmıĢ sözdür. “Ġdiay” kəlməsi “idi”

 

və “ay” hissələrindən 

ibarətdir ki, buradakı “idi” sözü əski türkcədə “müqəddəs” və “tanrıça” 

anlamlarında iĢlənmiĢdir. ġumer dilində də idi // iti kəlməsi olmuĢ və 

təqvimi ay mənasını vermiĢdir. Həmin dildə ay iĢığı, yeni doğulmuĢ ay 

mənalarını verən “Ġt





 U 



 

Anna” sözü də olub. Görünür, qədim 

Mannada ay tanrısına ayın müxtəlif fazalarında fərqli ibadət ayinləri 

keçirilərmiĢ” 

(5). 


Burada da arzu olunanın həqiqət kimi qələmə verilməsi hiss edilməkdədir. 

Sonrakı “d” samitinin “dingir” (tanrı) işarəsi kimi

 

yozulması da qətiyyən 



inandırıcı deyil. Məsələ burasındadır ki, Manna yazısı ideoqrafik deyil, fonetik 

yazıdır.


 

Beləliklə, Mənsur bəyin fikrincə, gümüş boşqab üzərindəki yazının məzmunu 

belədir: Mazamua Ģahı (və ya Mazamua ölkəsinin sahibi) 

Asa 

Nana, Ġdia

(yeni doğmuş ay) tanrısına tapınır.

 

Etiraf edək ki, bu oxunuş ilk baxışdan kimlərəsə doğru və məntiqi görünə 



bilər. Üstəlik də unutmayaq ki, onu həvəskar tədqiqatçı olmasına rəğmən, 

əslində böyük bir elmi kəşfə imza atmış, məqaləsindən də göründüyü kimi,

 

son dərəcə məlumatlı bir şəxs söyləməkdədir. Amma onun geniş 



erudisiyasına və elmi kəşfinə baxmayaraq gerçəkləşdirdiyi oxunuş doğru 

deyil. 


Son sözə –

 üç samitin (d-y-

d) ifadə etdiyi sözə gəlincə, onu “doydu” kimi 

oxumaq lazımdır. Məsələ burasındadır ki, qədim türklər bütün əyələrə 




14 

 

(iyələrə), o cümlədən



  

ağacın hami ruhuna qurbanlar verir (17. 64; 18. 267) və 

bu yolla onları razı salmağa, özlərini onların yetirə biləcəkləri xətərlərdən 

qorunmağa çalışırdılar. Görünür, gümüş boşqab bu qurbanların verilməsi 

ü

çün nəzərdə tutulmuşdur və onun üzərində bu cümlə yazılmışdır : 



Ama (aba 

// ana) 


 

Ģam akaĢ

 

(ağac) 


iyezi 

(əyəsi, hami ruhu, tanrıçası)



, su iyezi 

(əyəsi, 


hami ruhu) Nana 

(Nənə) 


doydu. 

Gümüş boşqabın üzərindəki anlaşılmaz ideoqrafik işarələrə gəlincə, onları

təsərrüfat hesabları olduğunu ehtimal edən Mənsur bəydən fərqli olaraq, 



düşünürük ki, onlar yalnız o dövrün qamlarına (şamanlarına) məlum olan 

magik işarələrdir və ağac əyəsinə yönəlik hansısa ovsun və ya alqışla 

bağlıdır.

 

3. 



ĠĢin elmi nəticəsi.

 

Manna yazısının oxunması və onun türkcə olduğunun məlum olması bizə 



ölkəmizin ərazisinin əzəldən ən qədim Türk Yurdu olduğunu, pratürklərin bu 

ərazidə zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaratdığını, əski türk 

mifik təsəvvürlərinin mədəniyyət və ədəbiyyatımızın ən qədim layını təşkil 

etdiyini, eyni zamanda o dövrün şfahi ədəbiyyat nümunələrinin, eləcə də onun 

terminoloji lüğət fondunun dövrümüzədək dəyişmədən və ya cüzi dəyişiklərlə 

gəlib çıxdığını söyləməyə əsas verir. Bu, gəldiyimiz əsas nəticədir.

 

4. 


ĠĢin elm

i yeniliyi. 

İşin elmi yeniliyi Azərbaycan türklərinin ən azı e.ə. l minillikdən etibarən 

fonetik yazıdan istifadə etdiklərinin, türkcə yazı mədəniyyətinə sahib 

olduqlarının təsbit edilməsindədir.. Fikrimizcə, məsələyə məhz bu 

kontekstdən yanaşma gələcəkdə dilçilik elmində tamamilə yeni bir istiqamətin 

doğmasına gətirib çıxara bilər.

 

5. 


ĠĢin tətbiqi əhəmiyyəti.

 

Əldə etdiyimiz nəticə Azərbaycan və ümumilikdə türk dili tarixinin öyrənilməsi 



istiqamətində yeni mərhələ açmaqla yanaşı, dilimizin 2900

-

2800 il öncəki 



vəziyyəti, fonetik və leksik tərkibi, sintaktik və morfoloji quruluşu barədə fikir 

söyləməyə də əsas yaradır. İşin tətbiqi əhəmiyyəti də məhz elə bundadır.

 

QAYNAQÇA: 

1. Kalankatuklu M. Albaniya tarixi. Elm, Bakı, 1993.

 



15 

 

2. Дандамаев М. А., Луконини В. Г.



  

Культура и экономика древнего 

Ирана. Наука, Москва, 1980.

 

3. Nylander C.Assiria grammata. Bemarke on the mistokies. “Opescula 



Altenasia”, vol. 8, 1968, p. 119

-136. 


4. Rəhbəri M. 2800 il öncəyə aid yazı nümunəsi (l hissə). “Olaylar” qəzeti, № 

203 (2903), 26 noyabr 2001. 

5. Rəhbəri M. 2800 il öncəyə aid yazı nümunəsi (ll hissə). “Olaylar” qəzeti, № 

204 (2904), 29 noyabr 2001. 

6. Excavations in Kaluraz, Gilan. “Bulletin of the Asia İnstitute Pahlavi 

University”,3, 1973.

 

7. Ghrishman R. A. Propos du Tresor de Ziviye.-Jnes. Vol. 32. 1973. 



8. Godard A. Le tresor  de Ziviye. Haarlem, 1950. 

9. Luckenbill D. Ancient records Assyria and Babylonia. Vol.2. Chicago, 1927. 

10. Barnett R. Median art.-

İr. An. Vol. 2. 1962.

 

11. Техов Б. В. Скифы и Центральный Кавказ в Vll



-Vl 

вв. до н.э., М., 1980.

 

12. Altayca-



Türkce Sözlük. Ankara, “Atatürk Kültür ve Dil ve Tarih Yüksek 

Kurumu Türk dil Kurumu Yayınları”, 1999.

 

13. Kıpçak Türkcesi Sözlüyü. Ankara, “Atatürk Kültür ve Dil ve Tarih Yüksek 



Kurumu Türk dil Kurumu Yayınları”, 2007.

 

1



4. Sеyidоv M. «Qızıl döyüşçü»nün talеyi. Bakı, Gənclik, 1984.

 

15. İsmayıl Rüstəm qızı M. Naxçıvan əfsanələri. Naxçıvan, Elm, 2008.



 

16. Azərbaycan folkloru antologiyası. l kitab. Bakı, 1969.

 

17. Inan A. Tarihtе və bugün şamanizm. Matеryallеr vе araştırmalar



.Ankara, 

TTKB, 1995. 




16 

 

18. Qədirzadə H. Q. Ailə və məişətlə bağlı adətlər, inamlar, еtnоgеnеtik 



əlaqələr. Bakı, Еlm, 2003.

 

19. Сагалаев А. М. Урало –



 

Алтайская мифология. Символ и архетип. 

Новосибирск: Наука, Сибирское отделение, 1991.

 

20. Qafarov R. Azərbaycan türklərinin mifologiyası. Filologiya elmləri doktoru 



alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 

2010. 


21. Ögəl B. Türk mifologiyası. l c. B.,”MBM”, 2006.

 

22. Алексеев Н. А. Шаманизм тюркоязычных народов Сибири. 



Новосибирск, Наука, 1984.

 

Xülasə

 

Məqalədə Azərbaycan ərazisindən tapılan və Manna şahlığı dövrünə (e.ə. lX



-

Vlll əsrlər) aid edilən bir gümüş boşqab üzərində əski türk dilində yazılmış 

mifoloji xarakterli mətnin oxunuş və təhlilindən 

 

söhbət açılır.



 

 

Açar sözlər

Gümüş boşqab, türkcə yazı, söz, ağac əyəsi, su əyəsi

 

 

 



Резюме

 

В статье анализируется древнетюркский текст мифологического 



содержания, написанный на серебреном блюдце, найденного на 

территории Южного Азербайджана и относящегося ко времени 

Маннейского царства (lX –

 

Vlll вв. до н. э).



 

 

Ключевые слова: 

 

серебреное блюдце, древнетюркская надпись, 



слово, дух дерева, дух воды

 

 



Summary 


17 

 

Ancient Turkic text of mythological content is analyzed in this article. The text 



is written on the silver saucer that was found in the South Azerbaijan and 

relevant to the period ofMannaKingdom(IX 

 VIII century BC). 



Key words: Silver saucer, Ancient Turkic inscription, word, spirit of the water, 

spirit of the tree 



 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə