Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
  1   2   3   4   5   6   7   8   9   ...   38


YENİ TƏLİM TEXNOLOGİYALARI. 

FƏAL VƏ İNTERAKTİV TƏLİM

 

Əhatə olunan məsələlər: 

 

1. Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik. 

        2. Yeni təlim texnologiyalarının prinsipləri. 

3. Ənənəvi təlimdən fəal və interaktiv təlimə. 

4. Fəal və interaktiv təlim metodlarının səciyyəsi. 

5.İnteraktiv təlim metodu ilə keçilən dərslərin mərhələləri  

         və səciyyəvi xüsusisiyyətləri. 

6 . İnteraktiv təlim metodlarının təsnifatı və məzmunu. 

7. Dərsdə şagirdlərin qiymətləndirilməsi. 

 

1. Yeni təlim texnologiyalarının mahiyyəti.  

Ənənə və müasirlik 

 

İnkişaf  etmiş  Qərb  dövlətlərinin  təhsil  sistemində  istifadə  edilən  aktiv  və  ya 



interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində yüksələn xətlə 

istifadə edilməkdədir. 

Bu  metodların  şagird  şəxsiyyətinin  formalaşdırılmasında  xüsusi  yeri  vardır. 

Təlimi  humanistləşdirmədən,  humanitarlaşdırmadan,  demokratikləşdirmədən  şagird 

şəxsiyyətini  formalaşdırmaq  olmaz.  Təlimin  humanistləşdirilməsi  prinsipi  sosial, 

bəşəri və mədəni ideyalara xidmət edir. “Məlum olduğu kimi islahatın əsas mahiyyə-

tini  təhsilin  humanistləşdirilməsi,  humanitarlaşdırılması,  demokratikləşdirilməsi, 

diferensiallaşdırılması və inteqrasiya kimi prinsiplər təşkil edir. Bu prinsiplər isə milli 

zəminə,  bəşəri  dəyərlərə  əsaslanan  dünyəvi  təhsil  sisteminin  yaradılmasının,  təhsil 

alanın  şəxsiyyət  kimi  formalaşdırılması  üçün  onun  təlim-tərbiyə  prosesinin  bərabər 

hüquqlu  subyektinə  çevrilməsini  bir  vəzifə  kimi  qarşıya  qoyur”.  Yeni  təlim 

texnologiyalarında  şagirdlərin  intellektual,  mənəvi  cəhətdən  inkişaf  etdirilməsi  ön 

plana keçirilir. Yeni texnologiyaların təlimdə tətbiqi şagirdlərin öz fikirlərini aydın, 

məntiqi ardıcıllıqla ifadə etmələrinə şərait yaradır. Bu metodlar şagirdlərin yaradıcılıq 

qabiliyyətinin  inkişafını  təmin  etməklə,  onlarda  yüksək  ünsiyyət  mədəniyyəti 

formalaşdırır. 

Azərbaycan 

Respublikası 

Təhsil 

Nazirliyinin 



kollegiya 

iclasınının 

materiallarında  göstərilir:  “Fasiləsiz  təhsil  konteksində  şəxsiyyətin,  kamil  insanın 

hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prinsipi zəruri faktor kimi qəbul edilməli, 

həmin  istiqamətdə  konkret  fəaliyyət  həyata  keçirilməlidir“.  Bu  şagirdləri  müəyyən 

qədər  fəallaşdıran,  təlimdə  müvəffəqiyyət  qazanmağa  imkan  verən  ənənəvi  təlim 

metodlarından bütövlükdə imtina etmək demək deyildir. Ənənəvi metodların müsbət 

cəhətlərindən  istifadə  edərək  yeni  yanaşmanın,  yeni  təlim  texnologiyalarının, 

innovasiyaların pedaqoji, psixoloji əsaslarını işləmək və nəticəyönümlü, şagirdə isti-



qamətlənmiş  təlim-tərbiyə  prosesinin  elmi  əsaslarının  müasir  tələblərə  uyğun 

araşdırmaların  aparılması  təhsil  sisteminin  qarşısında  duran  ən  aktual  problem  kimi 

qiymətləndirilir. 

Yuxarıda  təlim  metodlаrı  təlimdə  müəyyən  məqsədə  nail  olmaq  üçün  müəllim 

və  şagirdlərin  fəaliyyətinin  nizama  salınması  qaydasıdır.  Təlim  metodları  dedikdə, 

məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür. 

Pedaqoji  ədəbiyyatda  metod  anlayışı  müəllimin  və  ya  şagirdlərin  fəaliyyətinə  aid 

edilir.  Müəllimin  fəaliyyəti  ilə  bağlı  olan  metodlar  tədris  metodları,  şagirdlərin 

fəaliyyəti  ilə  bağlı  olan  metodlar  isə  öyrənmə  metodları  adlanır.  Müəllim  və 

şagirdlərin  birgə  fəaliyyəti  ilə  bağlı  olan  metodları  təlim  metodları  kimi  işlətmək 

lazımdır.  Təlim  metodları  strukturunda  priyomları  (tərzləri)  da  fərqləndirmək  la-

zımdır.  Priyom  metodun  elementidir,  onun  tərkib  hissəsidir,  metodun  tətbiqində 

ayrıca addımdır. 

Təlim  metodu mürəkkəb, çoxparametrli bir anlayış olmaqla təlimin  məqsədini, 

məzmununu,  qanunauyğunluqlarını,  prinsiplərini  səmərəli  həyata  keçirmək  üçün 

istifadə  olunur.  Təlimin  məqsədinin,  məzmununun  keyfiyyətlə  icrası  seçilmiş 

metodların praktik imkanlarından asılıdır. Bu imkanları məhz metodlar təmin edir və 

didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar inkişafa 

qədər çox şərait yaradarsa, təlimin səmərəsi də bir o qədər yüksək olаr. 

Bu mənada interaktiv təlim metodları üstünlük təşkil edir. 

İnkişafetdirici,  nəticəyönümlü  təlim  əsas  üç  funksiyanı  yerinə  yetirdiyindən, 

bunlar təlim-tərbiyə prosesində nəzərə alınmalıdır: 

 

pedoqoji  -  buraya  şagirdin  təlimlə  bağlı  inkişafına  təsir  göstərən  amilləri: 



mikromühiti, kommunikasiyaları, şəxsi təcrübə və metodları; 

 

psixoloji  -  buraya  təlim  nəticələrinin  mənimsənilməsini  təmin  edən 



şagirdlərin psiхoloji imkanları: səyi, marağı, xarakterik xüsusiyyətləri; 

 

sosial  -  buraya  əxlaq,  əmək,  elm,  incəsənət,  din  və  s.  ilə  əlaqədar  bilik  və 



bacarıqların verilməsi daxildir. 

Təlim  prosesinin  mahiyyəti,  təlim  metodlarının  məzmunu  ictimai  şərait  inkişaf 

etdikcə  dəyişdiyindən,  Azərbaycan  Respublikası  azad,  müstəqil  inkişaf  yoluna 

keçdikdən  sonra  inkişafın  xarakterinə  uyğun  olaraq  təlim  metodları  da  forma  və 

məzmunca  yeniləşməyə  başlamışdır.  Cəmiyyət  müstəqil  düşünən,  kamil, 

rəqabətəqabil şəxsiyyət, yaradıcı insan yetişdirməyi problem kimi təhsil müəsisələri-

nin qarşısında qoymuşdur. Bu vəzifələri həyata keçirmək, reallaşdırmaq inkişaf etmiş 

qabaqcıl  ölkələrdə  mövcud  olan  fəal  təlim  metodlarından,  milli-mənəvi  dəyərləri 

nəzərə alaraq istifadəni zərurətə çevirmişdir. 

Azərbaycan  Respublikasında  təhsil  sahəsində  İslahat  Proqramı  yeni  təlim 

metodlarından,  təlim  texnologiyalarından  istifadənin  elmi,  pedaqoji  -  psixoloji 

əsaslarının  işlənilməsini  əsas  problem  kimi  qarşıya  qoymuşdur.  Təhsil  sistemində 

yeni  təlim  texnologiyalarının  tətbiqi  təlim  prosesinin  səmərəliliyini,  keyfiyyətini 

yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki: 

-  tədris  prosesi  nəticəyönümlü  proses  olduğundan,  məqsədi  əvvəlcədən 

müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim həyata keçirilməlidir

-  tədris  və  təlim  bir-biri  ilə  sıx  bağlı  olduğundan  daim  qarşılıqlı  əlaqədə 

götürülməlidir; 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə