Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 76,42 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü76,42 Kb.
#7867


«AMEA. Elmi əsərlər.Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu».–2010.-№1.–S.180-185.

QLOBAL, SİYASİ PROSESLƏRDƏ GENDER PROBLEMİ

*

Sərdar MUSTAFAYEV

Fəlsəfə elmləri namizədi

Azərbaycan  əhalisinin  çox  hissəsini  təşkil  edən  qadınlar  müəyyən  dərəcədə  gender  stratifikasiyası obyekti,

yəni  qadın  birliyi  problemlərinin  öyrənilməsinə  diqqət  və  onların  internetdə  əks  olunmasını  tələb  edən  ictimai

təbəqədir.  Lakin  qadın  interneti  Azərbaycanda  hələ  populyar  deyil.  Məsələ  əsla  qadın  birliyi  üçün  aktual

mövzuların  azlığında  deyil,  onlar  kifayət  qədərdir.  Daha  doğrusu  müstəqil  sosial  qrup  kimi  internet  şəbəkəsində

şəxsi  qadın  nümayəndəliyinə  səy  göstərməkdə  qadınların  özlərinin  təşəbbüssüzlüyüdür.  Bu  da  qadın  virtual

informasiya resurslarının az olmasının səbəbidir

Bütövlükdə  dünya  təcrübəsində  virtual  qadın  məkanı  şərti  olaraq  iki  hissəyə  bölünür:  "For!  woman"  -

"Qadınlar  üçün  və  yalnız  onlar  üçün  yox"  və  sosial  qadın  interneti.  Qadın  tematikasını  gender  problemləri

səviyyəsinə qaldıran  internet, sosial qadın interneti hesab olunur. Milli internetdə yaranan vəziyyət  əksər hallarda

müasir elmi gender tədqiqatlarının sosiuma təsirindən və ictimai qadın təşkilatlanrının fəallıq dərəcəsindən asılıdır.

Ölkədə onların sayı 130-dan artıqdır. Ölkəmizin qadın tarixinin artıq çoxlu qlobal mərhələləri mövcuddur. Bunları

nəinki ictimaiyyət, hər bir qadın bilməli, bununla da özünü ən yüksək sosial səviyyəyə qaldırmalıdır. Təəssüf ki, biz

hələ  dövlət  strukturları  və  qeyri-hökumət  təşkilatları  tərəfindən  aktual  qadın  problemlərinə  dair  fəaliyyətlərini

internetdə  təqdim  tendensiyasından  danışa  bilərik.  130  qadın  QHT-sindən  yalnız  iki  təşkilat  -  Yaradıcı Qadınlar

Assosiasiyası  və  "Azəri-Türk"  Qadın  cəmiyyəti  qeyri-dinamik,  kiçik  saytlara  malikdirlər.  Azərbaycanda  insan

hüquqlarının müdafiəsi Mərkəzinin saytında bir neçə qəzet məqaləsi təqdim olunmuş  kiçik gender bölməsi vardır.

Sosial qadın interneti ölkədə Gender İnformasiya Mərkəzinin portalı ilə təqdim olunmuşdur.

"For  woman"  -  "Qadınlar  üçün  və  yalnız  onlar  üçün  yox"  misalında  internet  şəbəkələri  qadını  diskursu

cəmiyyətində ümumi qəbul edilmiş  qadın mövzularını əks etdirir. Onlar sərt gender stereotipləri ilə ənənəvi olaraq

təsəvvürə gətirilən qadınların sosial və mədəni rolunu ehtimal edirlər. O, ana və arvad, ailə  ocağının qoruyucusu,

uşaqların tərbiyəçisi, kişilərin gözəl və zərif həyat yoldaşıdır və s.

Şübhəsiz  ki,  "yaşamaq  və  valeh  etmək  məharəti"ni  təbliğ  edən  belə  internet  maraqlıdır  müvafiq  olaraq

çoxsaylı  auditoriyaya,  həm  də  təkcə  qadın  deyil,  həm  də  araşdırmaların  göstərdiyinə  görə  kişi  auditoriyasına

malikdir. Onları kişiləri fəth etmənin, gözəlliyin sirləri. sağlamlıq, sağlam həyat tərzi, xarici görünüşdə dəbdə olan

meyllər,  kulinariya  reseptləri,  fərdi  üslubun  formalaşdırılması və  s.  maraqlandırır.  Bu  virtual  istiqamətin  ümumi

tendensiyası  patriarxat  cəmiyyətin  bütün  qanunlarına  görə  formalaşmış  qadın  imicinin  qorunmasını,  yəni  sosial

abadlaşdırmaya  və  qadınların  cəmiyyətdə  roluna  kişi  nöqteyi-nəzərinin  üstünlüyünu,  hakimliyini  ehtimal  edir.

Müəyyən edildiyinə görə, kişi burada kütləvi sahənin, məhz resurs və hakimiyyət uğrunda əsas mübarizənin getdiyi

sahənin  subyektidir.  Qadının  ikinci  dərəcəli,  tabe  vəziyyəti  cəmiyyətin  patriarxat  dünya  görüşünün  əsasını təşkil

edir, sabit stereotiplər formalaşmış, kişi və qadınların şüurunda dərin kök salmış və siyasi, iqtisadi, ictimai həyatın

bütün aspektlərində meydana çıxır.

"Exo"nun  forumunda  xüsusi  qadın  yarımfəsli  yoxdur,  lakin  məşhur  müğənni  qadınlar,  bəzi  hallarda

müvəffəqiyyət qazanmış qadınlar qonaq qismində dəvət olunurlar. Bununla belə müzakirə sahələri bir qayda olaraq

iki  istiqamətdə  keçirilir:  qadın  karyerası,  qadın  müvəffəqiyyəti  əsasən  həyatın  "mədəni"  sahələri  (kino,  teatr,

estrada,  moda)  ilə  əlaqələndirilir;  kişi  qisməti  -  bu  biznes  ordu  hakimiyyətin  yüksək  eşelonudur  kişilərin

müvəffəqiyyəti imkan və səlahiyyət dairəsi ilə müəyyən olunur.

"Zerkalo",  "Azerbaijan"  qəzetlərinin,  "Azertag"  və  "Trend"  agentliklərinin  saytlarında  forum  yoxdur,  buna

görə də qadın və gender bərabərliyi məsələlərinə dair dərc olunan məqalələrə reaksiya vermək mümkün deyil.

Ölkəmizdə  yaradılmış  gender  saytlarının  təhlili  göstərir  ki,  informasiya  texnologiyalarının  təsir  dairəsi

hələlik  ictimaiyyətlə  əlaqələr  yaratmaq  üçün  zəruri  element  kimi  dərk  edilmir.  Ustəlik,  müvafiq  dəyərlər

informasiya  cəmiyyətinin  əsas  prinsiplərinə  cavab  vermir.  Axı  bu  cəmiyyətdə  informasiyanın  keyfıyyəti  və

operativliyi  hər  şeydən  vacibdir.  Ənənəyə  görə  hətta  informasiya  məkanında  da  yalnız  kişilərin  zövqləri  əsasında

yaranmış sistemlər  qadınların  imkanlarını ailə  və  məişət  məsələləri  çərçivəsində  məhdudlaşdırırlar.  KİV  və  qadın

problemlərinin  mətbuatda  işıqlandırılması məsələsinə  gəldikdə  isə  belə  çıxır  ki,  KİV  və  mətbuat  dövlətin  ümumi

münasibətindən və müvafiq strateji dəyərlər mövqeyindən çıxış edir.

Bu  vəziyyət  tarixən  yaranmışdır.  Bunun  pis  və  ya  yaxşı  olduğunu  söyləmək  çətindir.  Lakin  əksinə  də  ola

bilərdi.  Bununla  belə,  müəyyən  məqamdan  sonra  mədəniyyətin  tənzimlənmiş  mexanizmi  daha  işləyə  bilmir.  Bəs

belə halda nə etməli? Bəlkə "kişi dəyərlərini" "qadın  dəyərləri" ilə əvəz etmək lazımdır?  Bunun kömək edəcəyinə

güman yoxdur, çünki bir ifrat halın başqa ifrat halla əvəz edilməsi heç nəyi dəyişmir. Deməli, həm kişilərin, həm də

qadınların pozitiv dəyərlərini birləşdirən mədəniyyət modelləri axtarıb tapmaq lazımdır.

Ənənəvi  və  virtiual  KİV  qadına  maraq  göstərmir  və  onun  cəmiyyətdəki  roluna  patrialxal  baxışları

möhkəmlətməkdə davam edir, qadınlar siyasət və iqtisadiyyat sahələrindən sıxışdırılır.  Yeni başlanmış XXI əsr və

*

 Məqalə fəlsəfə elmləri doktoru, professor Ə. Tağıyev tərəfındən çapa məsləhət bilinib.




bütövlükdə üçüncü minillik istər siyasətdə, istərsə də iqtisadiyyatda "qadınlara xas keyfiyyətlərin" cəlb olunmasını

təkidlə  tələb  edəcəkdir.  Eyni  zamanda  "kişi keyfıyyətlərinə"  tələbat  azalacaqdır.  Vaxtilə  kişilərin  fiziki  qüvvəsini

səfərbər  etmiş  aqrar  və  sənaye  əsrləri  başa  çatmaqdadır,  indi  "qadın  əsri"  -  intiusiya,  diqqətçilik  və  işdə

səliqə-sahman tələb edən informasiya texnologiyaları əsri başlanır.

Əlbəttə,  "kişi"  və  "qadın"  keyfıyyətlərinə  tələbat  yenə  də  qalır.  Lakin  onların  nisbəti  dəyişir.  Təəssüf  ki,

bəziləri bu həqiqəti inadkarlıqla başa düşmək istəmir. Qadın problemlərinin həlli üçün qadın təşkilatları tərəfindən

inkişaf  etdirilən  işlərin  yenə  də  davamı  etdirilməsi  zəruridir,  lakin  onların  əhəmiyyəti  azalmışdır.  Halbuki,

qadınların  köməyi  ilə  informasiya  texnologiyalarından  istifadə  etməklə,  bütün  cəmiyyətin  problemlərini  üzə

çıxarmaq olar, bu isə hamıdan ötrü maraqlı və faydalı olacaqdır.

Məsələn, reproduktivlik problemi qadın layihələrinin çoxunda xalis feminist mövqelərdən sks etdirilir. Lakin

bu  problemə  son  illərdə  baş  vermiş  demoqrafık  dəyişikliklərdən  təcrid  edilmiş  şəkildə  yanaşdıqda  gender

tarazlığının  pozulmasının  nə  dərəcədə  fəlakətli  olması  görünmür.  Demoqrafık  şərait  dedikdə,  təkcə  kişilərin  və

qadınların  nəsli  davam  etdirmək  sahəsində  ciddi  təsbit  olunmuş  reproduksiya  funksiyaları  nəzərdə  tutulmur.

Əksinə,  bu,  sözün  geniş  mənasında  (böhranlı  və  digər  şəraitdə)  cəmiyyətin  sosial  sahəsində  -  iqtisadiyyatda,

siyasətdə,  mədəniyyətdə  kişilərin  və  qadınların  rollarının  yenidən  bölüşdürülməsi  prosesidir.  Bu  proseslər,  digər

postsovet  respubikalarında  olduğu  kimi,  Azərbaycanda  da  cəmiyyətin  strukturunun  və  onun  sisteminin

transformasiyasına gətirib çıxarmış siyasi proseslərin nəticəsidir.

Beləliklə,  ölkəmizdəki  virtual  mənbələrin  təhlili  göstərir  ki,  gender  mədəniyyəti  bütövlükdə  cəmiyyətin

mədəniyyətini  təşkil  etməsə  də,  bu  sonuncudan  asılıdır  və  ənənələrlə  novatorluğun  vəhdəti  və  ziddiyyəti

baxımından, mədəniyyətin bu iki növünün hər ikisi eyni qanunauyğunluqlara tabedir.

Gender  mədəniyyəti  -  eyni  sosial  proseslərin  müxtəlif  sosial  şəraitdəki  spesifıkasını  və  xarakterini  aşkar

etməyə imkan verən əsas kateqoriyalardan biridir.

Yuxarıda qeyd etdiyimiz kimi, gender mədəniyyəti  bu və ya digər xalqın  mənəvi  inkişafını səciyyələndirən

ümumi  mədəniyyətin  törəməsi  olub,  mədəni  ənənələrin  cinslərin  spesifık  qarşılıqlı  təsir  sahəsində  necə  əks

olunmasını göstərir. Mədəniyyət  maddi və mənəvi dəyərləri  qoruyub saxlamaqdan, bu  dəyərlərin  mənimsənilməsi

prosesində onların  artmasından və gələcək nəsillərə çatdırılmasından ibarət olan inteqrasiya prosesinin vəhdətidir.

Mədəniyyətin  əsas  funksiyası  dəyərlər  yaratmaq  prosesində  təzahür  edir.  Gender  mədəniyyəti  onu  təşkil  edən

elementlərin  qarşılıqlı  münasibətlər  sistemi  və  eyni  zamanda  həmin  elementlərin  istehsalı  və  təkrar  istehsal

prosesidir, Bu, inkişaf etməkdə olan dinamik prosesdir, məzmun və forma etibarilə daim zənginləşməkdə olan ətraf

aləmin reallıqlarına çox həssaslıqla münasibət göstərən bir hadisədir.

Mərkəzi  qadın  saytlarında,  məsələn,  Peterburq  Universitetinin  Gender  Mərkəzinin,  Moskva  Gender

Araşdırmaları Mərkəzinin qadın saytlarında gender mədəniyyəti - əməli davranışa  xas olan ənənələri, dəyərləri və

bu davranışın məqsədlərini əhatə edən qeyri-institusional sistem kimi izah; edilir. Eyni sosial institutların müxtəlif

ölkələrdə nəyə görə müxtəlif şəkildə işləməsini, bu və ya digər sosial novasiya və əxzetmələrin nəyə görə bir yerdə

asanlıqla, başqa yerdə çətinliklə tətbic edilməsini  izah  etmək lazım gələndə  gender  mədəniyyəti  anlayışından  fəal

istifadə edilir.

Mahiyyət etibarilə bu sosial-mədəni fenomenin anlaşılmasında ən mühüm məqam ondan ibarətdir ki, gender

mədəniyyəti  obyektiv  sosial  prosesdə  subyektivliyin  dərəcəsini  əks  etdirir.  Kulturoloji  və  sosial  dəyərlər  arasında

qarşılıqlı  əlaqələr  heç  bir  başqa  sahədə  gender  mədəniyyətində  olduğu  dərəcədə  aşkar  təzahür  etmir.  Virtual

materiallar  ictimai  münasibətlər  çərçivəsində  gender;  mədəniyyətinin  bir  növ  "ixtisaslaşmasını"  əks  etdirir.  Bu

materiallarda  xalqların  gender  aləmini  daxil  olmasının  konkret  unikal  mexanizmləri  barədə,  xalqların

psixologiyasının və tarixii təcrübəsinin subyektiv xüsusiyyətləri ilə əlaqələndirilən sosial həyat fəaliyyəti tiplərinin

formalaşması haqda söhbət açılır.

Fransız  tədqiqatçıları  (yuxarıda  adını  çəkdiyimiz  "internet  qızları"  saytı)  genderl  mədəniyyətinə  daha

praqmatik tərif verirlər. Onların fıkrincə, gender mədəniyyəti müəyyaı cəmiyyətdə davranışın öyüd-nəsihət yolu ilə

mənimsənilən və sosial mühitdə yayılan tipik nümunələrinin məcmusudur. Nəzərdən keçirdiyimiz anlayışı mənasını

izah etmək üçün çox vaxtı gender davranışının psixoloji ölçüləri olan əqidələr, hisslər və dəyər oriyentasiyaları kimi

anlayışlara da istinad edilir. Gender mədəniyyətinin qorunub saxlanması və ya dəyişməsi cəmiyyətin sosial-mədəni

dinamikasını müəyyən edən sosiallaşma prosesi çərçivəsində baş verir.

Bir sıra  saytların kontent-analizi göstərir ki, real cəmiyyətdə gender mədəniyyəti  cəmiyyətin yalnız cüzi bir

hissəsini, məsələn elmi elitanı əhatə edir, qalan əhaliyə isə heç bir təsir göstərmir Gender mədəniyyəti cəmiyyətin

demokratikləşmə dərəcəsindən, həmin cəmiyyətdə hamılıqla qəbul edilmiş dəyər və normaların olub-olmamasından

asılıdır.

Ənənəvi  cəmiyyətin  gender  mədəniyyətində  ümumiyyətlə  dəyərlər  və  ilk  növbədə  mənəvi  dəyərlər

dəyişilməz  müqəddəs  irs,  təməl  rolu  oynayır.  Bu  təməlin  dağıdılması  patriarxal  cəmiyyətin  və  ənənəvi  dəyərlər

sisteminin tədricən ləğv edilməsinə yönəlmiş  qərəzli cəhd hesab edilir Dəyərlərin qavranılmasında mühavizəkarlıq

gender  dünyabaxışlarında  mühafizəkarlığa  gətirib  çıxarır  və  real  sosial  münasibətlərin  spesifikasını

müəyyənləşdirir. Gender patriarxal mədəniyyətiı bəlkə də ən birinci düşməni - novatorluqdur.

Modernist gender mədəniyyəti isə (bax: məsələn, "Stervı" ("Ləçərlər") saytı) əksinə, yeni normaları cəsarətlə

qəbul  etməyə  və  geriyə  baxmadan  gələcəyə  doğru  irəliləməyə  hazırdır.  Lakin  bütün  bü  inqilabilik  ultıradikal




feminizmin  əsasını təşkil  edən  bir  doqmatik  ideyaya  bağlıdır  və  ideoloji  baxımdan,  cəmiyyətin  nəzərində  həmin

ideyaya  haqq  qazandırılmasına  şərait  yaradır.  Bu  müvafiq  olaraq,  digər  bioloji  növün  dəyişilməz  ("əbədi")  dəyər

kimi danışıqsız qəbul edilməməsi ideyası da mühafizəkarlıqdır.

Bizim  fikrimizcə,  gender  münasibətlərinin  harmonikləşdirilməsi  prosesi  ümumi  demokratik  rosesin  tərkib

hissəsidir.  Lakin  demokratikləşmənin  guya  öz-özünə,  avtomatik  olaraq  gender  problemlərinin  həllinə  gətirib

çıxaracağını güman etmək lazım deyil. Əksinə, gender hərəkatının məqsəd və vəzifələri barədə təssəvürlərin təhrif

edilməsi ifrat feminizm təzahürlərinə və ya aqressiv qarşıdurma hallarına gətirib çıxara bilər.

Virtual aləm real dünyamızda müxtəlif gender mədəniyyətlərinin eyni  vaxtda,  paralel  mövcüd  olmasını əks

etdirən ən yaxşı vasitədir. Bu mədəniyyətlərin yaranmasında milli mədəniyyətin xüsusiyyətləri heç də sonuncu rol

oynamır.  Bu  problem  mədəni  antropologiyanın,  etnik  sosiologiyanın,  etnik  psixologiyanın  -  bir  sözlə,  yeni,

relyativist  paradiqmanı  bərqərar  edən  yeni  elmi  istiqamətlərin  nailiyyətləri  nəzərə  alınmaqla  çox  ciddi  şəkildə

öyrənilməlidir. Ayrı-ayrı ölkələrin gender mədəniyyətləri sahəsində aparılan araşdırmaların istiqamətini və onların

daxili  məzmununu  dəqiq  təsəvvür  etmək,  virtual  məkanda  kommunikasiyanı  təhrif  edən  "gender  hayküyü"  ilə

həyatsevər kulturoloji ənənələrin eyniləşdirilməsindən çəkinmək lazımdır.

İnformasiya texnologiyaları genderin aşağıdakı istiqamətlərini təhlil etməyə imkan verir:

gender sosiologiyası - insan qruplarının davranışını cinsi mənsubiyyət, yaş, yaşadığı yer kənd - şəhər) və sair

əlamətlər baxımından öyrənir;

insan  hüquqları  -  cinsindən,  yaşından,  etnik  və  ya  dini  mənsubiyyətindən,  siyasi  əqidələrindən,  yaşadığı

yerdən  asılı olmayaraq  bütüıı insanların  malik  olduğu  hüquqlar  və  ayrı-  seçkiliyın  yolverilməz  olması məsələləri

nəzərdən keçirilir;

qadınlara qarşı zorakılıq - cinsi mənsubiyyət  əlamətinə  görə  zorakılığın  bütün  formaları (seksual,  psixoloji,

iqtisadi  və  s.)  əhatə  edilir;  ailə  planlaşdırması və  reproduktiv  hüquqlar  -  reproduktiv  ığlamlıq  məsələləri  və  istər

qadınlar, istərsə də kişilər üçün reproduktiv davranışı sərbəst seçmək hüquqları nəzərdən keçirilir.

Məşğulluq  -  bu  məsələ,  haqqı ödənilən  və  ödənilməyən  işlərin  kişilər  və  qadınlar  arasında  bölüşdürülməsi

aspektində  nəzərdən  keçirilir.  Bu,  ailənin  inkişafına  qadının  əmək  töhvəsini  qiymətləndirmək  üçün,  eləcə  də

uşaqlarınm  tərbiyəsində,  ailə  üzvlərinə  qulluq  edilməsində  kişilərin  iştirakının  stimullaşdırılması  mexanizmlərini

axtanb tapmaq üçün zəruridir;

təhsil  -  əhalinin  bu  xidmət  növü  ilə  əhatə  oluxımasının  dərəcəsi,  əhalinin  cinslər  üzrə  təhsil  səviyyəsinin

səbəbləri və nəticələri araşdırılır;

kütləvi  informasiya  vasitələri  -  gender  stereotiplərinin  formalaşmasına  çox  böyük  təsir  östərir.  Bu  sahədə

gender araşdırmaları cins əlamətinə görə ayrı seçkilik edilmədən qadın və kişi obrazlarının təsəvür edilməsinin etik

normalarının yaradılması üçün son dərəcə zəruridir;

ədəbiyyat  və  incəsənət  -  gender  münasibətlərini  mənəvi  təsir  vasitələri  ilə  təqdim  edir  və  müxtəlif  tarixi

dövrlərdə, müxtəlif  ölkələrdə kişilərin və  qadınların  vəziyyətindəki  fərqləri  (gender  rollarını)  aşkar etməyə  imkan

verən gender həssaslığı aşılayır;

gender statistikası - ölkənin, vilayətin, rayonun, şəhərin və ya kəndin ümumi ailiyyətlərindən daha çox, milli

nemətlərin  və  xidmətlərin  stratlar  arasında  nə  dərəcədə  ədalətli  bölüşdürüldüyünü  göstərən  gender  amili  nəzərə

alınmaqla bütün müvafiq göstəriciləri təqdim edir;

keçid  dövründə  baş  verən  iqtisadi,  sosial  və  siyasi  dəyişikliklər  bir  sıra  problemlər  yaratmışdır:  işsizlik,

yoxsulluq,  ömrün  qısalması,  əhalinin  sağlamlığının  pisləşməsi,  cinayətkarlığın  artması,  müsbət  dəyərlərin

dəyişməsi, əhalinin təhsillə əhatə olunma dərəcəsinin azalması və s.

Beləliklə,  virtual  aləm  hüquq,  iqtisadi  münasibətlər,  səhiyyə,  ailədə  qarşılıqlı  münasibətlər,  sosiologiya,

təhsil, ədəbiyyat, mədəniyyət və s. sahələrdə yaranan aktual gender problemlərirıi əks etdirir. Bu halda qadınların

və  kişilərin  fıkirləri  eyni  dərəcədə  nəzərə  alınmır.  Hiss  olunur  ki,  nüvafıq  saytlarda  gender  termini  feminizmin

sinoniminə çevrilmişdir. Hərçənd, son illərdə qadıların problemləri ilə yanaşı, kişilərin problemləri də informasiya

məkanına çıxarılır.

İnformasiya sahəsinin gender təhlili əhalinin ehtiyaclarını aşkar etmək, onların fəaliyyətinə nəzarət və sədlər

axtarışı  metodlarından  istifadə  edilməsini,  iqtisadi  və  sosial  proseslərin  bütün  mərhələlərində  həmin  proseslərin

iştirakçılarının  özlərini  cəlb  etməklə  və  onların  üstünlük  verdiyi  məsələləri  nəzərə  almaqla  bu  metodların  tətbiq

edilməsini nəzərdə tutur.

Qadınlar  üçün  internet  informasiya  resurslarına  istinadların  siyahısı  ilə  Azərbaycan  Gender  İnformasiya

Mərkəzinin portalında tanış olmaq olar.

Biz gender problemini sosial dəb kimi deyil, üçüncü sektorun inkişafına təsir göstərəcək amil kimi nəzərdən

keçiririk. Regionlarda üçüncü sektorun feminizasiyası gedir və bunun səbələri bizim fikrimizcə aşağıdakılardır:

kəndlərdəki kişilərin qazanc dalınca qonşu ölkələrə getməsi və həm də Qarabağda 20  il  davam  edən  silahlı

münaqişələr  nəticəsində  yaranmış  demoqrafık  disbalans  üzündən  regionlarda  qadınların  sayı  kişilərin  sayından

çoxdur;

kişilərin əksəriyyəti, xüsusən də sosial cəhətdən aktiv olanları biznes və ya siyasətlə məşğul olmağa üstünlük



verərək, bunda öz problemlərinin həllinin qısa yolunu axtarırlar. QHT-lər isə sosial statusa heç nə əlavə etmir;

qadınların əksəriyyəti ali təhsilə malikdirlər, bu cür adamlar isə QHT-lərin böyük hissəsini təşkil edir;




sosial-iqtisadi və psixoloji səbəblərdən QHT-lərdə cavan qadınlar (20-30 yaş) aktiv iştirak edirlər.

Müasir  sosial  proseslərin  tədqiqat  mərkəzi  "AREAT"  və  AGİM  respublikasının  regionları  üzrə  sosial

marketinq  keçirmiş  və  vətəndaş  inkişafına  dair  tendensiyaları  ümumiləşdirmişlər.  QHT-lərin  ən  çox  fəaliyyət

göstərdiyi  səhiyyə,  təhsil,  mədəniyyət  sahələri  qadınlar  üçün  yaxındır.  Regionlarda  qadınlar  tərbiyə  və  təhsil

sahəsində  çox  aktivdirlər  -  46%,  səhiyyədə  -  25%,  mədəniyyətdə  -  17%,  demokratiyanın  inkişafmda  -  8%,

sahibkarlığın  inkişafı və  dəstəklənməsi  -  2%65.  Bundan  əlavə,  sırf  qadın  sahələri  hesab  edilən  bu  istiqamətlərdə

QHT-lər  üçün  yeni  üzvlər  toplamaq  daha  asandır,  Bizim  fikrimizə  görə,  bilmək  lazımdır  ki,  qadınların  çoxu

feminist  yanaşma  deyil,  sağlam  gender  yanaşması  göstərirlər.  "Siz  hansı  ictimai  təşkilatlarda  işləməyə  üstünlük

verirsiniz?" sualına cavablar belə təqsim olunmuşdur:

tədqiq  olunan  regionlarda  37,8%  və  ya  praktiki  olaraq  hər  üçüncü  qadın  cavab  vermişdirki,  kişi  və

qadınlardan ibarət qarışıq QHT-lərdə işləməyə üstünlük verərdilər, çünki onları peşəkar artım planında respektivli

hesab edirlər.

19,9%  -  sırf  qadın  QHT-sində  işləməyə  üstünlük  verirlər,  belə  ki,  QHT-də  özlərinin  adət  etdikləri  sosial

mühitin- analığın davamını görürlər.

42,3%  -  QHT-nin  xarakteri  haqda  ümumiyyətlə  düşünməmişlər,  lakin  eşitmişlər  ki,  sıraf  "qadın"  qurumu

olmaq sərfəlidir, bu halda sponsor yardımı almaq asan olur.

Yəni üçüncü sektoru təmsil edən qadınların təxminən yarısı kişilər  kimi  fəaldırlar  və  sosial  inkişafın bütün

sahələrində çalışmağa hazırdırlar.

Qərb cəmiyyətində "üçüncü sektor" termini ictimai münasibətlərin dövlət tərəfindən tənzimlənməsinin əlavə

vasitəsi  kimi  yaranmışdır.  İctimai  təşkilatlarla  dövlət  hakimiyyəti  arasında  daha  sıx  əlaqələrin  tənzimlənməsi

üçüncü sektorun inkişafı üçün zəruri şərtdir. İnformasiya texnologiyalarının inkişafı mülki məsələlərdə bu cür birgə

iştirak  vasitəsinə  çevrilə  bilər,  çünki  müasir  dövrdə  vətəndaş  cəmiyyəti  adi  informasiya  cəmiyyəti  ilə  deyil,

postinformasiya cəmiyyəti ilə əvəz olunmaqdadır.

Azərbaycanda  demokratik  islahatlar  illəri  ərzində  ciddi  sosial  potensial  toplanmışdır.  Bu  potensialın

inkişafına  mane  olan  bir  sıra  neqativ  amillərə  və  şərtlərə  baxmayaraq,  onun  vətəndaş  cəmiyyətinin  və  hüquqi

dövlətin  formalaşmasına  ciddi  təsirinin  perspektivi  aydın  görünməkdədir  İnkişaf  etmiş  vətəndaş  cəmiyyətində

insanla  dövlət  arasında  "üçüncü  sektor"  deyilən  (dövlət  sektorundan  və  özəl  sektordan  sonra  sayca  üçüncü  olan)

qeyri-hökumət təşkilatları (QHT) yaranır.

QHT  vətəndaş  cəmiyyətinin  ən  kütləvi  və  səciyyəvi  elementidir.  Üçüncü  sektorun  inkişaf  brəcəsi  və  onun

sosial təsirinin qüvvəsi cəmiyyətdə demokratikləşmənin və makroiqtisadi inkişıfın  səviyyəsi ilə  düz  mütənasibdir.

Müasir demokratiya güclü dövlətlə ağlabatan həddə tənzimlənən bazar iqtisadiyyatı və güclü vətəndaş cəmiyyətinin

tərəfdaşlığına əsaslanır. Keçid dövrünün sosial kapitalı məhz vətəndaş cəmiyyətinin hesabına yaranır.

"Üçüncü  sektorun"  formalaşması  problemləri  gender  baxımından  son  dərəcə  aktualdır.  Bu  gün

qarşıdurmaların və münaqişələrin əsas mənbəyi ideoloji sahədən sosial sahəyə keçmişdir. Sosial sahə isə, sözün ən

geniş mənasında, qeyri-dövlət, qeyri-kommersiya təşkilatlarının və ən əvvəl qadın QHT-lərin böyük əksəriyyətinin

fəaliyyət göstərdiyi sahədir.

İnformasiya  resursları sahibkarlığı inkişaf  etdirməyə,  investorlar  və  donorlar  axtarıb tapmağa, korrupsiyaya

qarşı mübarizə aparmağa  imkan  verir.  Bu  resurslar  həm dövlət  səviyyəsində  qəbul  edilən  qərarları, həm də  və  ən

başlıcası,  həmin  qərarların  həyata  keçirilməsi  mexanizmini  açıq  edir.  təsadüfü  deyil  ki,  bu  gün  respublikamızda

bazar  iqtisadiyyatı və  vətəndaş  cəmiyyətinin  inkişafi  üçün  göstərilən  beynəlxalq  kömək informasiya  cəmiyyətinin

formalaşmasına  yönəldilmişdir.  İndi  vətəndaş  cəmiyyəti  adi  informasiya  cəmiyyəti  ilə  deyil,  postinformasiya

cəmiyyəti ilə əvəz edilməkdədir.

Tarix  fəlsəfəsi  insan  qəlbi  və  şüuruna  yaxın  olan  problemlərə  bilavasitə  toxunur  (onun  əsas  maraq  və

mənafelərinin  tarixdə  özünə  uyğun  necə  yer  tapması, onların  keçmişini  və  gələcək  taleyini  müəyyən  etmək  kimi

vəzifənin  öhdəsindən  gəlmək  və  s.).  insanların  maraq  və  mənafeləri  çox  rangarəngdir,  bəzən  antoqonist  xarakter

daşıyan;  ona  görədə  tarix  fəlsəfəsi  müxtəlif  dünyagörüşlərin  və  sosial-siyasi  proqramların  toqquşma  meydanına

çevrilir.  Beləki,  hər  bir  partiya,  hər  bir  sosial  qrup  keçmişi  öz  mənafeləri  mövqelərindən  izah  etməyə  çalışır.

Bununla  belə  ən  ümumi  hərəkat  və  inkişaf  ideyası  meydana  gəldikcə  o,  ictimai  elmlərin  bütün  sahələrini  daha

faydalı  şəkildə  birləşdirir.  Elm  inkişaf  etdikcə,  obyektiv,  hamı  tərəfındən  qəbul  edilmiş  həqiqətlərin  sayı  artır;

insanlar arasında kəskin ziddiyyətlər azaldıqca sosial biliklər sahəsində də mübahisəli məsələlər azalır.



İstifadə olunmuş ədəbiyyat

1.Барулин B. C.  Социальная философия. M., 2000.

2.Глобальные проблемы и общечеловеческие ценности. Сборник статьей. М., 1990.

3.Dirçəliş - XXI əsr. 9 (31). Bakı, 2000.

4.Ашманис М. Г. Формирование научного мировоззрения. Рига, «Зинатне», 1984.

5.BMT-nin ÜST-ın Statistik tezisləri. B:, 2000.

6.Дичев Т. Г. Генетика, мозг и психика человека: тенденций и перспективы исследований. М., 1988.

7.Mehdiyev F. Müasir ekoloji situasiya və şəxsiyyətin özünü təyini. Bakı, 1991.




8.Бестужев-Лада И. В. Мир нашего завтра. М., «Мысль», 1996.

9.Вернадский В. И. Размышления натуралиста: Научная мысль как планетное явление. Кн.2. М.,

«Наука», 1977.

Сардар МУСТАФАЕВ

ТЕНДЕРНАЯ ПРОБЛЕМА В ГЛОБАЛЬНЫХ

ПОЛИТИЧЕСКИХ ПРОЦЕССАХ

Резюме

Идея  тендерного  равенства  и  сотрудничества  полов,  их  согласия  и  взаимопонимания  приобретает

общепланетарную значимость, становится условием и предпосылкой устойчивого развития. Две важнейшие

социальные стратегии современного мира - устойчивое развитие и гендерная политика. Сегодня их следует

понимать  в  едином  социокультурном  контексте.  Современный  плюральный  мир,  стремящийся  к

демократии  и  развитию  форм  гражданской  жизни,  уже  не  может  мириться  с  подобной  ситуацией.

Тендерные  исследования  глобализации  -  весьма  заметное  явление  в  современной  социальной  науке  и

политической практике.  По идейной и методологической направленности тендерный анализ глобализации

принадлежит  к  тем  направлениям  современной  глобалистики,  которые  главным  субъектом  развития

рассматривают  «человеческий  фактор».  Хотя  политики  часто  рассматривают  тендерные  вопросы

применительно  только  к  женщинам,  многочисленные  данные  ныне  указывают  на  то,  что  тендерная

проблема носит более широкий характер, что это - проблема равития.



Sardar MUSTAFAYEV 

GENDER PROBLEM IN THE GLOBAL POLITICAL PROCESSES

Summary

An  idea  of  gender  equality  and  collaboration  of  men  and  women,  their  concord  and  mutual  understanding

acquires  all-planetary  significance,  becomes  condition  and  prerequisite  of  stable  de velopment.  Two  most

important  social  strategies  of  modem  world  are  stable  progress  and  gender  policy.  Today  they  should  be

comprehended  in  a  single  sociocultural  context.  The  contemporary  pluralistic  world  striving  for  democrasy  and

development of forms of civil life cannot accept such situation.

Gender studies of globalization present quite noticeable phenomenon in modern social science and political

practice.

By ideal and methodological orientation gender analysis of globalization refers to those directions of modem

globalistics  which  consider  the  main  subject  of  development  as  «human  factor».  Though  the  politicians  often

consider gender questions conformably only to women, the numerous data now indicate to that gender problem is

of wider character, and that it is a problem of development.



Yüklə 76,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə