Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 39,6 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü39,6 Kb.
#3218


“Azərbaycan məktəbi”.-2009.-№4.-S.54-58.

İnformasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə təlimdə 

müstəqil işlərin təşkili və idarə olunmasına dair mülahizələr

Tofiq Məmmədov 

Naxçıvan Müəllimlər İnstitutunun dosenti

Müstəqil  və  yeniləşən  Azərbaycanın  təhsil  sisteminin  dünyanın  ən  inkişaf  etmiş  ölkələrinə  inteqrasiyası

üçün bu sahədə əsaslı dəyişikliklər və islahatlar aparılır.

Qabaqcıl  ölkələrin  təcrübəsi  göstərir  ki,  XXI  əsrdə  cəmiyyətin  və  insanların  inkişafı  üçün

informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə etməyi bacaran, yaradıcı, müstəqil düşünən, inkişaf

edən şəxsiyyətin yetişdirilməsi zəruridir.

Məlumdur  ki,  Azərbaycan  təhsil

 islahatının  əsas

 prinsiplərindən

 olan


 demokratikləşdirmə,

humanistləşdirmə,  diferensiallaşdırma,  fərdiləşdirmə,  inteqrasiya  və  humanitarlaşdırma  ilk  növbədə  şagirdin  bir

şəxsiyyət  kimi  formalaşmasına,  onun  hərtərəfli  inkişafına  yönəlmişdir.  Bununla  belə  bu  prinsiplərə  əsaslanan

təlim-tərbiyə  prosesinin  səmərəsi  təlim  prosesinə  yanaşmanın  keyfiyyətcə  dəyişməsi  baş  vermədən  mümkün

deyildir.

Ənənəvi təlim zamanı istifadə olunan pedaqoji texnologiyaların qeyri-mütəhərrik olması təhsilin inkişafının

qarşısını alan problemlərdən biridir.

Müasir  şəxsiyyəti  hafizənin  gücləndirilməsinə  və  yalnız  informasiya  toplanmasına  yönəlmiş,  real  həyatın

tələblərini  nəzərə  almayan  təlim  şəraitində  tərbiyə  etmək  mümkün  deyildir.  Yəni  ənənəvi  dərsdə  təlim

yaddasaxlama  qabiliyyətinə  əsaslanır,  şagird  materialın  təhlilini,  təsvirini,  nəticələrini  və  ümumiləşdirmələrini

əsasən  hazır  şəkildə  alır.  Çox  halda  ənənəvi  təlim  metodlarının  tətbiqi  prosesində  şagirdlərin  fəaliyyəti  passiv,

təkrarlama  xarakteri  daşıyır.  Təlim  prosesi  uşaqda  fəallığı,  məntiqi  düşünməyi,  ətrafdakı  şeylərə  və  hadisələrə

tənqidi yanaşmağı, müstəqil bilik almağı və fərdi inkişaf etmək bacarığını tərbiyə etməlidir. Yəni şagirdin məntiqi,

tənqidi  və  yaradıcı  təfəkkürü  inkişaf  etdirilməlidir.  Bu  tələbləri  nəzərə  alaraq  elə  təlim  metodlarından  istifadə

olunmalıdır ki, onlar aktiv, yaradıcı düşünmə qabiliyyəti və yeni biliklərə müstəqil yiyələnməyin yollarını müəyyən

edə  bilsinlər.  İKT  vasitəsi  ilə  müstəqil  işlərin  təşkili  və  idarə  olunması  bu  deyilənləri  əhatə  etmək  imkanına

malikdir. İKT-dən təlimdə istifadə etmək müəllim əməyini asanlaşdırmaqla  yanaşı, yeni biliklərin müstəqil olaraq

əldə olunmasına və mənimsənilməsinə şərait yaradır.  Bu zaman müəllimin əsas vəzifəsi şagirdlərə yol göstərmək,

istiqamət  vermək,  müəyyən  çətinlik  yaranarsa,  onlara  yardımçı  olmaq,  ən  başlıcası  isə  öyrənməyi  öyrətməkdir.

Müəllim  hər  bir  şagirdə  hörmətlə  yanaşmalı, bilik  səviyyəsindən  asılı olmayaraq,  onları ruhlandırmalı və  gücünə

inam  yaratmalıdır.  Qoyulmuş  problemin  həlli  üçün  şagirdlərin  hər  bir  cəhdinin  qiymətləndiriləcəyinə,  ciddi,

obyektiv  və  səmimi  münasibətin  olacağına  inam  nəticənin  effektivliyinə  zəmin  yaradır.  Bu  proses  zamanı

şagirdlərdə öyrənməyə real maraq artır.  Öyrənmə fəallığının  artması, təfəkkürün  inkişafına  xidmət  edən  müstəqil,

produktiv  metodların  istifadəsi  nəticəsində  təlimin  səmərəliliyi  xeyli  dərəcədə  yüksəlir.  Bu  cür  yanaşma  zamanı,

təlim  şagirdlərin  yeni  biliklərlə  zənginləşməsi  ilə  yanaşı,  düşünmə  qabiliyyətinin  və  müstəqil  olaraq  bilik  əldə

etmək bacarığının inkişafına xidmət edir. İKT-dən istifadə etməklə dərs prosesinə tədqiqat xarakteri verilir, şagird

isə tədqiqatçıya, təlimin subyektinə çevrilir. İKT-dən təlim prosesində istifadə etməyin üstün cəhətlərindən biri də

onların  demokratik,  mütəhhərik  və  konservatizmdən  uzaq  olmasıdır.  Bu  da  ən  zəif,  sakit,  melanxolik  tipli

şagirdlərin aktivləşməsinə gətirib çıxarır.

*

Təlim  prosesində  şagirdlərin  müstəqilliyinin  inkişaf  yolları  və  qaydaları  müxtəlif  olub,  qabaqcıl



müəllimlərin dərslərində ayrı-ayrı formada, tədris işinin sadə və mürəkkəb növlərində özünü aydın göstərir, bu isə

öz növbəsində müxtəlif didaktik üsulların tətbiqi ilə şərtlənir.

Akademik B.Yesipov belə hesab edir ki, şagirdlərin təlim prosesinə daxil edilən müstəqil işi elə bir işdir ki,

o, müəllimin bilavasitə iştirakı olmadan, lakin onun tapşırığı ilə bunun üçün ayrılan vaxtda yerinə yetirilir, həm də

şagirdlər tapşırıqda qarşıya qoyulmuş məqsədə nail olmağa şüurlu surətdə çalışır, öz səylərini təzahür etdirir və öz

zehni fəaliyyətləri nəticələrini ifadə edirlər.

Şagirdlərin  müstəqilliyi  dərsin  bütün  mərhələlərində,  yəni  yeni  materialın  izahında,  onun

möhkəmləndirilməsində,  sinif  və  ev  tapşırıqlarının  icrasında,  test  vasitəsilə  biliyin  yoxlanmasında  və  s.  kimi

hallarda müşahidə olunur.

Qabaqcıl müəllimlərin dərsini səciyyələndirən başlıca  cəhətlərdən biri dərsin əvvəlindən  axırınadək bütün

şagirdlərin bilik və bacarıqlarının keyfiyyətini aşkara çıxarmaq, onların   necə   düşündüklərini   müəyyənləşdirmək

və tədris fəaliyyətlərinə rəhbərlik etməkdir.

Akademik  M.Skatkinin  belə  bir  fikri  artıq  aforistik  məna  kəsb  edir:  Günəş  bir  damla  suda  əks  olunduğu

kimi,  dərsdə  də  pedaqoji  prosesin  bütün  cəhətləri  əks  olunur.  Dərs  müəllimin  bilik  və  bacarığını,  pedaqoji

ustalığının keyfiyyətlərini üzə çıxarır, əks etdirir və bununla da bir sinifdə bir dərs müddətində hardasa neçə-neçə

*

 5




uşaq  qəlbində  inam,  fərəh,  sevinc  və  ya  inamsızlıq,  laqeydlik  oyadır.  Akademik  Skatkin  dərsdə  ciddi  çatışmazlıq

kimi bərabərləşdirici yanaşmanı görür: Bundan «həm zəiflər», həm də «güclülər» zərər çəkirlər.

Ölkəmizdə  elmi-texniki  tərəqqinin,  İKT-nin  sürətlə  inkişafı,  iqtisadiyyatımızın  yüksəlişi,  yeni  sənaye

sahələrinin meydana gəlməsi, istehsalat texnologiyalarının təkmilləşdirilməsi hər bir gəncin həyata atılarkən kifayət

qədər hazırlığa  malik olması üçün obyektiv zərurət  yaradır.  Bu baxımdan ilk növbədə  dərsin  elmi  səviyyəsi  aşağı

düşməməli, elmi-texniki tərəqqinin inkişaf sürətinə və məzmununa uyğunlaşdırılmalıdır.

Dərs  optimal  təşkil olunarsa,  dərslər  sistemi  düzgün  planlaşdırılarsa,  məqsəd  aydınlığı olarsa,  dərsin  tipi,

forması,  məzmunu,  vasitə,  metod  və  priyomları düzgün  müəyyənləşdirilərsə  təlimdə  səmərə  və  effektivlik  təmin

edilər.

Dərsin məqsədi müəllimin yaradıcı enerjisinin özəyi olmaqla şagirdlərə nəyi və necə öyrətməyi aydın dərk



etməkdən  irəli  gəlir.  Məqsəd  və  vəzifələr  həll  edilərkən  iki  meyil  yaranır:  birinci  meyil  proqramın  həcmini  və

məzmununu,  ikinci  meyil  isə  şagirdlərin  şəxsiyyətini  diqqət  mərkəzinə  qoyur.  Birinci  meyil  müəllimin  mümkün

qədər  çox  faktlar,  qaydalar  öyrətmək  niyyəti  ilə,  ikinci  meyil  isə  təlimin  keyfiyyəti  ilə  bağlı  olur.  İkinci  meyil

proqram materialını düzgün şərh etməklə şagirdlərin əqli qabiliyyətlərini inkişaf  etdirmələrini, nəzəriyyəni təcrübə

ilə  əlaqələndirməyi  təmin  etməyə  yönəldir.  Bu  zaman  biliyin  aşağıdakı  meyarı  əsas  götürülür:  tamlıq,  dərinlik,

əhatəlilik,  konkretlik,  ardıcıllıq,  sistemlilik,  ümumiləşdiricilik,  şüurluluq,  möhkəmlik,  çeviklik,  operativlik  və

İKT-dən səmərəli istifadə.

Şagirdlərin  dərsdə  əqli  fəaliyyətini  düzgün  təşkil etmək,  onların təlim  tapşırığının  öhdəsindən  gəlmələrini

təmin etmək üçün hər bir  əməliyyatın  məqsədinin  də  elan  olunması vacibdir.  Şagird  hər  hansı əməliyyatın  yerinə

yetirilməsinin  zəruriliyini,  onun  məzmununu  və  ardıcıllığını  bilməlidir.  Fəaliyyətin  təhlili  və  əsaslandırılması

şagirdlərin  təfəkkürünün  texnologiyasını  açmağa  imkan  verir.  Psixologiyada  belə  bir  aforizm  var:  «Nə  etdiyimi

bilmirəmsə,  necə  fikirləşəcəyimi  hardan  bilərəm».  Həqiqətən  də  «Məsələni  həll  et!»,  «Mətni  köçür!»,  «Qaydanı

əzbərlə!» kimi tapşırıqlar hələ onların yerinə yetirilməsi üçün əqli fəaliyyətin təşkil olunduğunu sübut etmir. Əgər

şagird  nə  edəcəyini  bilir,  lakin  onu  necə  yerinə  yetirəcəyini,  iş  prosesində  hansı priyomlardan  istifadə  edəcəyini

bilmirsə, onun tədris tapşırığını məhsuldar yerinə yetirəcəyinə ümid bəsləmək çətindir.

Təlim prosesi müəllim və şagirdlərin birgə fəaliyyətidir. Bu prosesdə müəllim izah etməklə yanaşı, həm də

şagirdlərin fəaliyyətini təşkil edir. Onların işinə rəhbərlik edir, müəyyən nəticələrə nail  olmalarına  imkan  yaradır.

Məlumdur ki, təlimin müvəffəqiyyəti şagirdlərin tədris fəaliyyətinə münasibətdən, oxumağa psixoloji hazırlığından,

dərsdə və evdə onların müstəqil fəaliyyətindən çox asılıdır.

Şagirdin öz qarşısında vəzifə qoyması azdır.  O,  həm də  bu  vəzifəni  həll  etmək üçün  öz  fəaliyyətini  təşkil

etməyi bacarmalıdır. Şagirdlərə öz əməyini təşkil etməyi, bu əməyə nəzarət etməyi, onu qiymətləndirməyi öyrətmək

zəruridir.

Dərsdə müəllim-şagird münasibətinin normal həlli mühüm məsələdir. Ola bilər ki, müəllim çox yaxşı dərs

desin,  lakin  şagird  üçün  onun  nəticəsi  sıfıra  bərabər  olsun.  Ona  görə  də  müəllim  dərsdə  özünü  şagirdin  yerinə

qoymağı,  onun  fəaliyyətini,  fənnə,  konkret  mövzuya,  müəllimə  münasibətini  təsəvvür  etməyi  bacarmalıdır.  Bunu

nəzərə almayan bilikli müəllimin də dərsi maraqsız, sönük keçir. Belə dərslər şagirdlər üçün darıxdırıcı, cansıxıcı

olmaqla yanaşı, onlar üçün ağır yükə çevrilir. Müəllim çalışmalıdır ki, dərsdə şagirdlər «gözüaçıq yuxulamasınlar».

Bəzən  müsbət  emosiyalardan  məhrum  olan  bircə  belə  dərs  məktəblilərdə  müəllimə,  təlimə  ömürlük  ikrah  hissi

oyada bilər.

Dərsin maraqlı və məzmunlu keçməsində tədris yükünün qaydaya salınması, tədris materialının şagirdlərin

gücünə  müvafiqliyinin  təmin  olunması,  problem  situasiyası  yaradılması,  texniki  vasitələrdən  istifadə  edilməsi

məsələlərinin həlli də əhəmiyyətli rol oynayır. Dərsin səmərəliliyinin təmin olunmasında təlim metodları, vasitələri,

xüsusilə tədris prosesində İKT-dən düzgün və düşünülmüş formada istifadə etmək mühümdür. Müasir dərs müxtəlif

təlim metodlarından düşünülmüş şəkildə səmərəli istifadə edilməsi ilə xarakterizə olunur. Hər bir dərs üçün metodu

düzgün  seçmək,  onu  digər  metod  və  priyomlarla  bacarıqla  əlaqələndirmək  müəllimdən  xüsusi  qabiliyyət  və

pedaqoji  ustalıq tələb  edir.  Əgər  dərs  biliklərin  möhkəmləndirilməsinə  həsr  edilmişdirsə  reproduktiv  metodlardan

istifadə  olunmalıdır.  Çünki  material  çoxlu  təkrar  hesabına  mənimsənilir.  Əgər  dərsdə  bilik,  bacarıq  və  vərdişlər

yoxlanılırsa,  şifahi  və  yazılı  nəzarət  ümumiyyətlə  təlimdə  dialoq  disput  xarakterli  məşğələlərə  geniş  yer  verilir.

Dərsin təkmilləşdirilməsini ləngidən, müəllimlərin yaradıcı fəaliyyətinin qarşısını alan vasitələrdən biri dərsliklərə

yazılmış metodik  rəhbərliklərdir.  Adətən,  belə  rəhbərliklərdə  ayrı-ayrı dərslərə  resept  verilir.  Əgər  müəllim  dərsə

hazırlaşarkən  sadəcə  olaraq  belə  reseptləri  köçürürsə,  əgər  o,  həmin  metodik  işləmələrə  yaradıcı  yanaşmırsa,

deməli,  mexaniki  fəaliyyət  göstərir.  Belə  göstərişlər  mövzuya,  həmin  sinfin  səviyyəsinə,  müəllimləri  başqasının

mühakiməsi  ilə  düşünməyə,  başqasının  dili  ilə  danışmağa  məcbur  edir,  bu  isə  nəticədə  onların  müstəqilliyinin,

yaradıcılığının qarşısını alır.

Professorlar  Y.  Kərimov  və  N.  Kazımov  məqalələrində  belə  bir  cəhəti  doğru  olaraq  göstərirlər  ki,  dərsin

səmərəli  təşkili  onun  düzgün  planlaşdırılmasından  asılıdır.  Dərs  planlaşdırılarkən,  gündəlik  tutularkən  materialın

mövzusu, sinfin hazırlıq səviyyəsi nəzərə alınmalı, iş planı yaradıcı tutulmalıdır.

Dərslərin  maraqlı,  öyrədici  və  emosional  olması,  müəllimin  peşəsinə  həvəsi  onun  pedaqoji  ustalığının

səviyyəsindən çox asılıdır.  Unudulmamalıdır ki, müasir tələblərə cavab verən dərs İKT-dən səmərəli, düşünülmüş

şəkildə  istifadə  olunması  ilə  şərtlənir.  Belə  olduqda  şagirdlərin  öyrəndiyi  nəzəri  biliklərin  təcrübədə  tətbiqi  də




asanlaşır.  İKT  vasitəsi  ilə  təlimin  təşkil  və  idarə  edilməsində  başqa  fənlərlə  müqayisədə  riyaziyyat  fənninin

imkanları  daha  çoxdur.  Riyaziyyat  kursunun  əksəriyyət  mövzularının  tədrisində  İKT-dən  istifadə  etmək

mümkündür. Riyaziyyatda elə bir mövzu yoxdur ki, mövzuya aid bu və ya digər formada şagirdlər müstəqil iş icra

etməsinlər. Buna görə də dərsin maraqlı keçməsi və hər bir şagirdin öz qüvvəsinə inamının yaradılması, şagirdlərin

bir-birindən  köçürməsinin  qarşısının alınması üçün,  riyaziyyat  müəlliminin  dərsdən  əvvəl  mövzuya  uyğun  hər  bir

şagird  üçün  (tapşırıqlar  təkrar  olmamaq  şərti  ilə)  kompyuterinin  yaddaşında  müxtəlif  məsələ  və  ya  misallar  tərtib

edib yerləşdirməsi zəruridir. Bunun üçün ən azı sinifdə kompyuter, ekran və proyektorun olması vacibdir. Müəllim

izah  olunacaq  mövzunun  xarakterik  hissəsini  -  qaydaları,  xassələri,  onların  ümumi  formulalarını,  xarakterik

çalışmaları, şəkilləri, sxemləri, cədvəlləri və s. ekran vasitəsi ilə izah edir.

Müəllim  həmişə  axtarışda  olmalı,  təlim  prosesində  yeni  metod  və  pedaqoji  faktlar  tətbiq  etməyə

çalışmalıdır.  Ona  nail  olmaq  lazımdır  ki,  şagirdlər  dərsdə  keçilənləri  mükəmməl  öyrənsinlər.  Dərsin  bütün

mərhələləri  şagirdlərə  yüksək  ideya  tərbiyə  etməklə  yanaşı,  vətənimizə,  xalqımıza  ən  layiqli  vətəndaşlar  kimi

yetişib müstəqil həyata qədəm qoymasına şərait yaratmalıdır.

İstifadə edilmiş ədəbiyyat

1. Современные проблемы методики преподавания математики. Москва: Просвещение. 1985.

2. Образование и XXI век: Информационные-коммуникапионные технологии. Москва: Наука. 1999.

3. Пойа Д. Как решатв задачу? 2-е изд. Москва: Учпедгиз, 1961.



Yüklə 39,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə