Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 40,98 Kb.
Pdf görüntüsü
tarix14.10.2017
ölçüsü40,98 Kb.
#4928


«Hüquqi dövlət və qanun».–2009.-№7.-S.23-26

HÜQUQUN QLOBAL PARADOKSLARI

Əbülfəz HÜSEYNOV, 

hüquq elmləri doktoru.

Okinava  adasında  2002-ci  il  iyulun  8-də  «səkkizlər»  ölkələrinin  nümayəndələrinin  Qlobal  informasiya

cəmiyyətinin  Xartiyasına  imza  atması diqqətəlayiq  hallardan  biridir.  Xartiya  ilk  dəfə  olaraq,  beynəlxalq  birliyin

qlobal  informasiya  cəmiyyətinin  formalaşdırılması  sahəsində  fəaliyyətini  canlandırmalı  olan  hüquqi,  siyasi  və

texnoloji  tədbirlərin  beynəlxalq-hüquq  səviyyəsində  planını cızdı.  Xartiyada  digər  prinsiplərlə  yanaşı,  hüquqi  və

texniki  müdafiə  vasitələrindən  istifadə  etməklə,  dövlətin  öz  informasiya  məkanı,  informasiya  ehtiyatları  və

telekommunikasiya  sistemləri  üzərində  hakimliyini  təsdiqləyən  «informasiya  suverenliyi»  prinsipi  də  təsbit

olunmuşdu.

Artıq  aydın  olmuş  və  qəbul  edilmişdir  ki,  qlobal  informasiya  prosesləri  tənzimlənməlidir.  Beynəlxalq,

qlobal  səviyyədə  informasiya  münasibətlərini  və  proseslərini  tənzimləyəcək  beynəlxalq  informasiya  hüququnu

formalaşdırmaq və tətbiq etmək zərurəti yarandı. Bununla əlaqədar O.A.Stepanov belə bir faktı qeyd edir ki, müasir

şəraitdə  hüquq  elminin  qarşısında  duran  problemlərdən  biri  elektron-informasiya  mühitinin  inkişafının

dövlət-hüquqi  təminatıdır.  Onun  nüvəsini  «hüquqi  tənzimləmə»  anlayışı  təşkil  edir.  O.A.Stepanova  görə,  bu  gün

yüksək  texnologiyaların  inkişaf  tendensiyalarını  nəzərə  almasaq,  sabah  cəmiyyətin  dağılması  ilə  bağlı  dönməz

destruktiv dəyişikliklər başlaya bilər. Hüquqi paradiqmanı (və ya rasionallığın tipini) yenisi ilə əvəz etmək zərurəti,

birincisi,  informasiya-hüquqi  məkanının  getdikcə  inkişaf  etdiyi  bir  şəraitdə  insanın  yeri  və  rolunun

müəyyənləşdirilməsi  ilə  bağlıdır.  İkincisi,  real  (oxşar)  dünya  üçün  nəzərdə  tutulan  hüquqi  vasitələr  virtual

(elektron-rəqəmli) dünyanın inkişafı ilə bağlı olan bir çox situasiyaların tənzimlənməsində yarar-sız olur. Bununla

əlaqədar  yeni  hüquqi  paradiqmanı  təkcə  praqmatik  deyil,  həmçinin  humanizm  əsaslan  ilə  də  əlaqələndirmək

lazımdır, çünki hüquqi tənzimləmə ilk növbədə hər bir fərdin təhlükəsizliyini və inkişafım təmin etməlidir (1, s. 27).

Qlobal  dünyada  müşahidə  olunan  tendensiyalar  baxımından,  gələcək  hüququn  ən  aktual  problemlərindən

biri  şəxsiyyətlə  cəmiyyətin  maraqları arasında  balansı gözləməklə,  şəxsiyyətin  azadlıq  ölçüsünü  və  insanın  həyat

muxtariyyətinin  dövlətin,  digər  təşkilatların  müdaxilə  etmək  hüququnun  olmadığı sərhədləri  təyin  etməkdir.  Bəzi

tədqiqatçılar beynəlxalq hüququn əsasında qlobal hüququn da yaranacağını proqnozlaşdırır. Bununla əlaqədar heç

kim «vahid dünya mənəviyyatından» və ya «vahid dünya dinindən» danışmağa cəhd etmir, amma «dünyanın hüquq

qaydaları», universal hüquq sistemi haqqında mülahizələri  həvəslə араrılır...»  (2,  s.  185).  Q.V.Maltsev  hesab  edir

ki, «adət hüququnun tarixi rolunu qiymətləndirməklə və onun hakim olduğu dövrün qayıdışının mümkün olmadığını

dərk  etməklə  yanaşı,  gələcəkdə  hüquqi  adətin  əhəmiyyətinin  artacağını  da  söyləmək  olar  ki,  bu  da

mərkəzləşdirilmiş, siyasiləşdirilmiş hüququn labirintlərindən gec-tez çıxış yolu tapmaq zərurəti ilə bağlı olacaqdır»

(3,  s.  187).  Tamın  (dövlətin)  maraqları ilə  onun  hüquqi  özünü-tənzimə  qabil  olan  ayrı-ayrı hissələrinin  maraqları

arasında balansı gözləmək məqsədilə  adətlərlə  qanunların  bir-biri  ilə  düzgün  əlaqələndirilməsinə  diqqəti  artırmaq

lazımdır.  Lakin  adətin  dövlət  tərəfindən  sanksiyalaşdırılması  konsepsiyası  bu  gün  də  müasir  elmdə  hüquqi

sosiologiyanın  (C.Karbonce),  hüquqi  antropologiyanın  (N.Rulan),  etnologiyanın,  müqayisəli  hüquqşünaslığın

nümayəndələri tərəfindən tənqidə məruz qalır. Onlar ya məcburetmənin hüququn meyarı olması fikri ilə razılaşmır

(C.Karbonye, N.Rulan), ya da məcburetmənin dövlətdən yox, adətlərin məcburiliyini təmin edən cəmiyyətdən irəli

gəldiyini bəyan edirlər (B.Malinovski, A.R.Redkliff-Braun).

Mövcud  olduğu  tarixi  dövr  ərzində  adətin  rolu  dəyişikliklərə  məruz  qalırdı.  Sosial  tənzimləmənin  erkən

vaxtlarında tam hakimlik adətə məxsus idi. Yaranmış və möhkəmlənmiş dövlət öz hüquqi formalarını (ilk növbədə

qanunu  və  presedenti)  yaratdı.  Məcburetməni  öz  əlində  cəmləşdirən  və  ictimai  həyatın  hakim  təşkilatçısı  olan

dövlət,  təbii  ki,  öz  xüsusi  hüquq  formalarının  tam  hakim  olmasının  lehinə  çıxış  edirdi.  Belə  şəraitdə  dövlət

hüququna  zidd  olan  adətlərin  həyata  keçirilməsi  müvafiq  sistemdə  qanuni  olmayacaqdır.  Adətlərlə  qanunların

bir-birinə zidd olmasından çoxlu sayda  misallar  gətirmək olar.  Sovetlər  ölkəsinin  Cinayət  Məcəlləsində,  məsələn,

cinayətlərin  təsnifatında  yerli  adətlərin  qalıqları sayılan  cinayətlər  haqqında  fəsil  yer  almışdı.  Deyilənləri  nəzərə

alaraq,  qeyd  etmək  olar  ki,  adətlərin  dövlət  tərəfindən  sanksiyalaşdırılması  dövlətin  adətlər  üzərində  nəzarətə

iddiası  kimi  qiymətləndirilə  bilər.  Belə  tədbirlərin  səmərəliliyinə  gəlincə,  bu,  başqa  bir  tədqiqat  mövzusudur.

S.A.Muraşova hesab edir ki, hüququn unifikasiyası şəraitində müxtəlif dövlətlərin yaranmasının və inkişafının fərdi

xüsusiyyətləri  də  nəzərə  alınmalıdır.  Adətləri,  ilk  növbədə,  hüquqi  adətləri  də  unutmaq  olmaz:  bir  tərəfdən,  adət

hüququ  hüququn  unifikasiyasının  əsası  ola  bilər.  Digər  tərəfdən  isə  o,  dövlətdaxili,  ictimai  münasibətləri  daha

səmərəli  tənzimləmək  məqsədilə  öz  hüquq  sistemimizin  özünəməxsusluğunu  qoruyub  saxlamağa  imkan  verən  bir

xilasedici xidmət göstərə bilər (4, s. 9).

Qloballaşma  şəraitində  hüququn,  siyasi-hüquqi  təsisatların  qloballaşması  və  standartlaşması  ilə  birgə

pozitivizmlə  hüquqi  idealizm  arasındakı  uçurumun  artmaq  təhlükəsi  var.  Q.Bermanm  sözlərinə  görə,  hüquq

praqmatikliyi getdikcə artır, o, daha da siyasiləşir (5, s. 13). Normativizmin inkişafının sürətlənməsi bu uçurumun

daha da dərinləşməsinə səbəb olacaqdır.  Belə şəraitdə normativizmlə hüququn təbii-hüquqi konsepsiyasını bir-biri



ilə  uzlaşdırmaq  zərurəti  aktuallaşacaqdır.  Digər  tərəfdən,  M.İ.Baytinin  sözlərinə  görə,  «XXI  əsrin  hüquqi

doktrinasının  əsasını  hüququn  müasir  normativ  anlamı  paradiqması  təşkil  etməlidir»  (6,  s.  105).  Bu  yanaşmaya

görə,  post-sənaye  ziddiyyətləri  şəraitində  normativ  hüququn  ictimai  münasibətləri  nizamasalma  təsiri  artacaqdır.

Zənnimizcə,  normativ  dəyişikliklər  qaçılmazdır,  bu  arada  normativ  mədəniyyət  təbii  hüququn  prinsipləri  ilə

tamamlandırılmalıdır.  Aydındır  ki, sosial tənzimetmə gələcəkdə də normativ-inteqrativ və metafizik hüquqla bağlı

olacaqdır.

Unifikasiya  ilə  yanaşı, hüququn  gözlənilən  inkişaf  tendensiyalarından  biri  də  onun  plüralizminin  artması

olacaqdır.  Bu  tendensiya  artıq  müşahidə  olunmaqdadır.  Beynəlxalq  hökumətlərarası  təşkilatlar  (məsələn,  ÜTT),

beynəlxalq  dövlətlərüstü  təşkilatlar  (Aİ  kimi),  beynəlxalq  qeyri-dövlət  təşkilatlan  dünyada  dövlət  qanunlarından

fərqlənən  yeni  qayda  və  qanunları  yaradıb  inkişaf  etdirirlər  ki,  nəticədə  qlobal  birlikdə  hüquqi  təsisatların

plüralizasiyası  baş  verir.  Bugünkü  qlobal  cəmiyyətin  hüquqi  subyektlərini  öz  xüsusi  tarixinə,  mədəniyyətinə,

mənəviyyatına, dinə, adətləri-nə, hüquqi şüur formalarına malik olan və özünəməxsus siyasi-iqtisadi situasiyalarda

yaşayan  müxtəlif  millətlər,  dövlətlər,  təşkilatlar,  qrup  və  şəxsiyyətlər  təşkil  edir.  Bütün  bunların  nəticəsidir  ki,

hüququn  müxtəlif  subyektlərinin  hüquqi  dəyərləri  də  müxtəlifdir.  Bunu  Çin  tədqiqatçısı An  Vey  də  haqlı olaraq

qeyd edir ki, dünya subyektlərinin plüralizasiyası hüquqi dəyər subyektlərinin plüralizasiyasına, o isə öz növbəsində

hüquqi  dəyərlərin  münaqişəsinə  səbəb  oldu.  Hüquqi  dəyərlər  arasındakı  ziddiyyətləri  yalnız  hamılıqla  hüquqi

plüralizmi təsdiqləməklə aradan qaldırmaq olar (7, s. 168).

Araşdırılan  hüquqi  proseslərin  yüksək  mürəkkəblik  dərəcəsi  hüquq  sisteminə  tətbiq  edilə  bilən  yeni

proqnozlaşdırma metodlarına tələbi son dərəcədə aktuallaşdırır. Buna görə də, sosial proqnozlaşdırmanın artıq bizə

məlum  olan  metodlarından  istifadə  edən  hüquqi  proqnozlaşdırma,  bununla  onun  qarşısında  duran  öz  xüsusi

metodoloji  alətlərini  formalaşdırmaq  probleminin  kəskinliyini  yalnız müvəqqəti  olaraq  zəiflədir.  Görünür,  hüquqi

proqnozlaşdırma  hüquqi  antropologiya,  hermenevtika,  hüquqi  qneseologiya,  hüquqi  ontologiya,  aksiologiya,

praksiologiya,  hüquqi  hermenevtika,  hüquqi  semiotika,  hüquqi  sinergetika  kimi  yeni  cərəyanlarla  zənginləşən

müxtəlif elmlərin və müxtəlif metodların qovuşuğunda həyata keçiriləcəkdir.

Dəyərlərin  toqquşması  və  sosial-mədəni  münaqişələrlə  müşayiət  olan  hüquqi  unifikasiya  şəraitində

kompromis və hüquqi konsensus yollarının axtarılması da tələb olunan mühüm məsələlərdəndir. Bununla əlaqədar

hesab edirik ki, hüququn postsənaye gələcəyi S.Hantinqtonun qeyd etdiyi kimi, sivilizasiyaların toqquşması ilə yox,

mədəni-hüquqi dəyərlərin bir-birinə yaxınlaşması, bir-birini  qarşılıqlı tamamlaması, qarşılıqlı zənginləşdirməsi  ilə

müəyyən  olunacaqdır.  Bu  mənada,  hüquqi  antropologiya,  hüquqi  etnologiya  kimi  elmlərdə  istifadə  olunan

metodologiya və alətlər çox faydalı ola bilər. Bu elmlərin əldə etdikləri məlumatlar hüquq elmlərini, xüsusən hüquq

və  dövlət  nəzəriyyəsini  zəngin  faktaloji  və  empirik  materiallarla  təmin  edir  ki,  onların  da  köməyi  ilə,  hüququn

nəinki keçmişini və hazırkı durumunu, həmçinin gələcək vəziyyətini və perspektiv inkişaf  yollarını da dərk etmək

imkanı  əldə  etmiş  olarıq.  Bundan  başqa,  müasir  mərhələdə  şəksiz  faktlardan  biri  də  odur  ki,  hüququn  iqtisadi

münasibətlərin qloballaşmasından irəli gələn unifikasiyasına baxmayaraq, hüquq sistemlərindən heç biri dünyanın

yerdə qalan hissəsi üçün universal nümunə ola bilməz. Bu müddəa açıq-aşkar ziddiyyət doğurur, çünki, bir tərəfdən,

qlobalizmin məntiqinə və zamanın tələblərinə görə, hansısa universal bir hüquqi model olmalıdır ki, onun əsasında

vahid  qaydaları işləyib  hazırlamaq  mümkün  olsun.  Digər  tərəfdən  də  bu  model  yalnız  hansısa  bir  mədəniyyətin

məhsulu  olmamalıdır,  əks  təqdirdə  o,  özgə  mədəniyyətləri,  o  cümlədən  hüquq  mədəniyyətləri  tərəfindən  qəbul

olunmayacaqdır.  Deməli,  bu  kimi  modeldə  müxtəlif  hüquqi  mədəniyyətlərin  nümayəndələrinə  yaxın  olan,  aydın

olan «universal dəyərlər» də yer almalıdır.

Bu  kontekstdə  Qərb  alimlərinin  müxtəlif  tipli  cəmiyyətlər  üçün  universal  sosial-hüquqi  modelləri  işləyib

hazırlamaq  cəhdləri  təbii  hal  kimi  qiymətləndirilməlidir.  Diqqətəlayiq  faktlardan  biri  odur  ki,  bu  tendensiya

konvergensiya,  hüquqi  və  sosial-mədəni  plüralizm  və  s.  kimi  müxtəlif  nəzəriyyələrdə  təsbit  olunmuşdur.  Belə

şəraitdə konsensus axtarışları xüsusi əhəmiyyət  əldə edir. Bu konsensusu yalnız müxtəlif  xalqların, həm normativ

və  həm  də  onun  qeyri-normativ  elementlərinə  müraciət  etməklə  tapmaq  olar.  Bu,  olduqca  rəngarəng,  plüral  olan

müxtəlif  hüquq  sistemlərinin  və  mədəniyyətlərinin  dəyərlərini  bir-biri  ilə  uzlaşdırmaq  zərurətini  şərtləndirir.

Postsənaye  cəmiyyətinin  hüquqi  mədəniyyətinin  sonrakı  inkişafı,  görünür,  fikrimizcə,  hüquqda  rasional  və

irrasional elementlərin bir-biri ilə üzvi əlaqələndirilməsindən asılı olacaqdır.

Beləliklə, hüquq elmi üçün gələcəyin hüququnun həm konseptual və məzmun hissəsinin, həm də dəyərlər,

sosial-mədəni  ölçülərinin  araşdırılması  eyni  dərəcədə  əhəmiyyətlidir.  Bunun  üçün  isə  hüquq  elmlərində

metodologiyaya  yenidən  baxılmalı, Qərb  rasionallığının  konseptual  məhdudluğunu  aradan  qaldıracaq  və  hüququn

mədəniyyət,  din,  əxlaq  kimi  qeyri-hüquqi  amillərdən  asılı  olduğunu  etiraf  edəcək  metodoloji  plüralizmə  keçid

edilməlidir.

Birincisi,  qloballaşma  «birqütblü»  dünyanın  formalaşdırılmasını  əsaslandırmalı olan  ideya  xarakteri  kəsb

edir. İkincisi, qloballaşma  sosial həyatda həm yekcinsliyin, həm də müxtəlifliyin artmasına səbəb olur. Buna görə

də  bir  tərəfdən  mədəni  rəngarənglik,  digər  tərəfdən  isə  birləşmə  tendensiyaları  şəraitində  mədəniyyətin  məhsulu

olan  hüquq  digər  normativ  mexanizmlərlə  yanaşı,  ictimai  münasibətlərin  nizamlanmasına,  cəmiyyətdə  artmaqda

olan  entropiyanın  cilovlanmasına  xidmət  göstərməlidir.  Üçüncüsü,  bu  gün  ictimai  dinamikanın  mənbəyi  olan

universallıq,  özünəməxsusluq  və  mədəni-hüquqi  rəngarənglik  hüququn  problemlərinə  yeni  yanaşmaları

həvəsləndirir. Dördüncüsü, postsənaye dövründə hüquq qloballaşmanın alətindən çox bu prosesin inikası kimi çıxış




edir.  Qloballaşmanın  hüquqi  həyata  təsiri  ölkənin  sosial-mədəni  xüsusiyyətlərindən,  texnoloji  inkişaf

səviyyəsindən, qloballaşma proseslərinə qatılma dərəcəsindən asılı olaraq müxtəlif dərəcədə özünü büruzə verir və

müxtəlif  nəticələrə  gətirib  çıxarır.  Buna  görə  də  hüquqi  unifikasiya  şəraitində  sosial-mədəni  amillərin  nəzərə

alınması xüsusi əhəmiyyət alır. Beşincisi, qloballaşma müxtəlif hüquq sistemlərinin, deməli, hüququn mənbələrinin

də bir-birinə yaxınlaşmasını və ictimai münasibətlərin  yeni  tənzimləyicilərinin  axtarılmasını zəruri  edir.  Altıncısı,

postsənaye dövründə ümumi hüquqla xüsusi hüququn nisbəti dəyişir.

 

Yeddincisi, informasiya texnologiyalarının və



virtual aləmin inkişafı ilə əlaqədar hüquqi paradiqmanı yenisi ilə əvəz etmək zərurəti yaranır. Nəhayət, səkkizincisi,

postsənaye informasiya cəmiyyətində bir tərəfdən dövlət  hüququnun rolu artırsa, digər tərəfdən ənənəvi hüquq da

reabilitasiya olunur.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1.  Степанов  O.A.  Перспектив  правового  регулирования  отношений  в  условиях  развития  высоких

технологий // Государство и право. 2003, № 1.

2. Мальцев Г.В. Пять, лекций о происхождении и ранних формах права и государства. М., 2000.

3. Yenə orada, s. 187.

4.  Мурашова  С.А.  Роль  и  значение  правового  обычая  в  формировании  современного

правопонимания. Краснодар, 2003.

5. Берман Г.Дж. Западная традиция права: эпоха формирования. М., 1988.

6.  Байтин  М.И.  Всероссииская  научно-практическая  конференпия  «понимание права» посвлшенная

75-летию со дня рождения проф. А.Б.Венгерова / Государство и право. 2003, № 8.



7. Ань Вэй. Глобализация и право // Вопросы философии. 2005, № 2.

Yüklə 40,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə