Yeraltı suların hərəkət növləri



Yüklə 17,64 Kb.
tarix05.10.2017
ölçüsü17,64 Kb.
#3289

Yeraltı suların hərəkət növləri
Yeraltı sular bu və ya digər dərəcədə hərəkət edirlər. Ümumiyyətlə, mayenin və yaxud qazın məsaməli, məsaməli-çatlı mühitdə hərəkəti süzülmə adlanır.

Yeraltı suların hərəkəti. Təbii şəraitdə yeraltı sular ağırlıq qüvvəsi və ya molekulyar qüvvələrinin təsiri ilə daim hərəkətdə olur. Səth sularının hərəkətinə nisbətən yeraltı suların hərəkəti nisbətən zəifdir.

Yeraltı suların süxurlarda hərəkəti süxur boşluqlarının böyüklüyündən, sulu layın hidravliki meyilliyindən və suyun temperaturundan asılıdır.

Kiçik məsamələrə malik olan süxurlarda suyun hərəkəti laminar, böyük məsaməli və çatlı süxurlarda isə turbulent xarakter daşıyır. Laminar hərəkətli suların axın sürətini müəyyən etmək üçün Darsi düsturundan istifadə edilir:

v=K*i


burada, K-filtirasiya və ya sukeçirmə əmsalı, sm/san, m/saat və ya m/sutka; ihidravlikimeyllikdir və suyun basqısının h (m) keçdiyi yolun uzunluğuna l (m) olan nisbətinə bərabərdir, (h/l).

Beləliklə, Darsi düsturundan aydın olur ki, yeraltı suların laminar hərəkəti zamanı axının sürəti hidravliki meylliliklə mütənasibdir.

Əgər i=1 olaesa, onda v=K, yəni meyllik vahidə bərabər olur.

Yeraltı sular iri dənəvər və çatlı süxurlardan keçdikdə nisbətən ən böyük

sürətli və burulqanlı olması ilə səciyyələnir, yəni turbulent xarakter daşıyır.

Turbulentli hərəkətli yeraltı və səth sularının axın sürəti Şezi düsturuna görə təyin edilir.

Yeraltı suların axın sürətini bilərək onların sərfini hesablamaq olar. Sulu layın en kəsiyinin sahəsindən vahid zamanda keçən suyun miqdarına su sərfi deyilir və o, aşağdakı düsturla hesablanır:

Q= vor•ω



Yeraltı suların hərəkət i fiziki-kimyəvi hidrodinamika və hidromexanika nöqteyi-nəzərindən baxmaq lazımdır.

Fiziki-kimyəvi nöqteyi-nəzərindən aşağıdakı hərəkət növləri qeyd edilir:



  1. məcburi konveksiya – süzülmə təzyiq qradiyentinin fərqi nəticəsində baş verir.

  2. təbii konveksiya – süzülmə maye tərkibində sıxlıqların fərq qradiyentləri nəticəsində baş verir;

  3. molekulyar diffuziya - maye tərkibində müxtəlif qatılıq qradiyenti olduqda yaranır.

Bütün bunlar hidromexaniki hərəkətdə nisbətən çox cüzidir. Hidromexanika nöqteyi-nəzərindən hərəkətin aşağıdakı növləri mövcuddur:

  1. turbulent (qarışıq) hərəkət; buna yeraltı şəraitdə karst sularında rast gəlinir;

  2. laminar (düz xətli) hərəkət. Bu hərəkət yeraltı süzülmə üçün səciyyəvidir və Darsi qanununa tabedir.

Laminar hərəkət rejimində axını bir-birinə paralel hərəkət edən su layları şəklində təsəvvür etmək olar. Laminar hərəkət rejimində sürtünmə qüvvəsini dəf etmək üçün sərf olunan basqı (basqı itkisi) sürətin birinci dərəcəsi ilə mütənasibdir, yəni:

Δh=α⋅v


burada, Δh-basqı itkisi, m; v-orta sürət, m/san; α-mütənasiblik əmsalıdır.
Turbulent hrəkət rejimində isə laylı hərəkət pozulur, şiddətli qarışma prosesi gedir və sürət, təzyiq zamandan asılı olaraq dəyişir. Turbulent hərəkət rejimində basqı itkisi ilə sürət arasındakı əlaqəni belə ifadə etmək olar:

Δh=k⋅vn

burada, k-mütənasiblik əmsalıdır, n=1.75-2.00.

İlk dəfə 1883-cü ildə ingilis fiziki Osborn Reynolds təcrübə yolu ilə hərəkət rejiminin varlığını müəyyən etmişdir. Reynolds göstərmişdir ki, hərəkət rejimi, axını səciyyələndirən dörd kəmiyyətdən tərtib edilmiş ölçüsüz bir kompleksdən asılıdır. Bu kəmiyyətlər suyun sıxlığı ρ, dinamiki özlülük əmsalı μ, axının xətti ölçüsü l (çaylar üçün dərinlik H) və orta sürətdir.

μ/ρ = ν -kinematik özlülük əmsalı adlanır (ölçü vahidi, m/san2).

Reynolds ədədi artdıqca turbulenliyin də şiddətliyi artır. Reynolds ədədinin iki böhran qiyməti vardır: aşağı və yuxarı böhran Reynolds ədədi. Açıq su axarları üçün aşağı böhran Reynolds ədədi 580-ə bərabərdir. Yuxarı böhran ədədi 12000-dən çox da ola bilər. Əgər Reynolds ədəi aşağı böhran ədədindən kiçikdirsə (Reyb

Laminar hərəkətdə ancaq aşağıdakı hallarda təsadüf olunur:

1. Yüksək özlülüklü mayelərin hərəkəti zamanı;

2. Yeraltı suların hərəkəti zamanı;

3. Kapilyar borucuqlarda mayenin hərəkəti zamanı;

4. Buzlaqların hərəkəti zamanı;

Çaylarda, kanallarda və ümumiyyətlə təbii süxurlarda hərəkət əsasən turbulent xarakterlidir. Turbulent hərəkət rejimində sürətin zamandan asılı olaraq qiymət və istiqamətinin dəyişməsinə sürət pulsasiyası deyilir.






Əgər bir nöqtədə cihazla ani sürət ölçülərsə, onda şəkil 3.7-də göstərilən qrafik alınar.



Laminar hərəkətdə pulsasiya olmur və suyun hissəcikləri qarışmadan hərəkət edir.
Yüklə 17,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə