Yerli keyləşdirici maddələr



Yüklə 15 Kb.
tarix28.12.2022
ölçüsü15 Kb.
#98001
Yerli keyləşdirici maddələr


Yerli keyləşdirici maddələr
Yerli keyləşdirci maddələr aşağıda göstərilən tibbi tələblərə uyğun gəlməlidir.
1. Suda və lippoiddə yaxşı həll olmalı
2. Sinir uçlarına, sinir liflərinə və sinir gövdəsinə yüksək seçici təsir göstərməli, təsiri tez başlamaqla uzun müddət davam etməli, qıcıqlandırıcı təsirə malik olmamalı, qan damarlarını genəltməməli, toksiki təsiri olmamalıdır. Yerli keyləşdircilərin molekulasında 3 əsas fəal hissənin olduğu aşkara çıxır.
1. Hidrofil amin qrupları
2. Aralıq qrup
3. Lipofil aromatiq qrup
Yerli keyləşdirici maddələr quruluşuna görə bir neçə yerə bölünür.
1. Benzol turşusu efir törəmələri. Bunlara kokain aiddir.
2. Para-amino benzol turşusu törəmləri. Bunlara novakain, dekain və anistezin aiddir.
3. Asido nilitlər.Bunlara lidokain, tümekain
4.Betda dietil amid turşusu törəmələri. Bunlara sofkain aiddir.
Yerli keyləşdiricilərin sinir lifləri membranı ilə əlaqəyə girməsində onların molekullarında lipofid, hidrofil, polyar vəya qeyri-polyar olmasının əhəmiyyəti böyükdür.Yerli keyləşdirici maddələrdən müxtəlif növ anesteziya törətmək olur.
Səthi, təbəqəli, məhəlli,onurğa beyninin anesteziyaları
1. Səthi anesteziyada keyləşdirici məhlullarını selikli qişalara və yara səthinə hopturmaq, sürtmək, səpmək nəticəsində əldə edilir.Bu zaman həmin keyləşdirici maddə selikli qişadan keçərək orada olan hissi-sinir uclarının həssaslığını müvəqqəti pozur və nəticədə həmin nahiyədə ağrı itir. Ən çox qulaq, burun, boğaz və göz xəstəliklərində istifadə edilir.
2. Təbəqəli anesteziyada zəif qatılılığılı keyləşdirici maddə cərrahi əməliyyat aparılan nahiyəyə,toxumalara,təbəqə ilə əvvəlcə dəri,dərialtı,əzələ və sairə yeritməklə vurulur.
Döş qəfəsi, qarın boşluğu orqanlarının , düz bağırsağın və sairə cərrahiyəsində də istifadə olunur.
3.Məhəli anesteziya- regional anesteziyada adlanır. Bu zaman keyləşdirici maddə sinir kötüyü vəya sinir gövdəsinin yaxud da onun toxumalarına yeridilir. Bu zaman novakain, lidokain, trimekaindən istifadə olunur.
4. Onurğa beyin anesteziyasında bu zaman keyləşdirci məhlul 1-ci və 2-ci bel fəqərələr arasındakı onurğa kanalına yeridilir. Yəni, epidural, peridural, subaraxnaydal bəzən də suboksibital yeridilə bilər.

Kokain
Yerli keyləşdirici maddələrə qarşı irəli sürülən tibbi tələbata tam cavab vermir.


Toksikdir, euforiya yaradır, zəhərləmə ehtimalı vardır, sterilizasiyaya davamsızdır, gözün buynuz qişasının epitel təbəqəsini zədələyir, göz daxili təzyiqi artırır.
Dəri və selikli qişalarda qana asan sorulur. Mərkəzi sinir sisteminə təsir edir, dərman asılılığı yaradır, yorğunluq, aclıq hisslərini aradan qaldırır.
Onun qanda qatılılığının az miqdarda artması narahatlıq yaradır.
Psixihərəkət, fəallığın yüksəlməsi, ürək və tənəffüs ritminin tezləşməsi, qan təzyiqinin yüksəlməsi, qarabasma, qıcolma və sairə əlamətlərlə biruzə verir.
Kokainin təsiri altında törənən əlamətlər uzun müddət davam etmir. Belə ki, qanda qatılılığının yüksəlməsi mərkəzi-sinir-sisteminin süstləşməsinə və tənəffüs mərkəzinin iflicinə səbəb olur. Kokain güclü yerli keyləşdirici maddə olduğundan səthi anesteziya əldə etmək üçün hələ də burun, boğaz, qulaq, udlaq və göz xəstəlikləri cərrahiyəsində tətbiq edilir. Bu zaman onun törətdiyi əlavə təsirlərin qarşısını almaq olur.
İstifadədən əvvəl kokain hidroxloridin hər 5 millilitrinə adrenalin hidroxloridin 0.1%-li məhlulundan 3-5 damcı qarışdılır. Bu qarışıqdan artıq miqdarda yeridilməsi həmin nahiyədə qan damarlarının sıxılmasına səbəb olur. Odur ki, kokain qana sorulub ümumi təsir göstərə bilmir, bundan başqa keyləşdirici maddənin təsir gücü artır, müddəti uzanır. Kokainlə zəhərlənmə onun böyük dozalarda istifadəsi zamanı baş verir. Bu zaman kokainin yeridildiyi yerdən qana sorulmasının qarşısını almaq lazımdır.
Bunun üçün həmin nahiyə ilıq su ilə təkrar yuyulur, mərkəzi sinir sisteminə təsiri aradan qaldırmaq üçün, spazm və qıc olmağa qarşı barbitur turşusu törəmələri və o cümlədən, heksenal, barbiturnatri, barbamin və sairə məhlulları venadaxili yeridilir.
Səthi narkoz və dərin yuxu vəziyyəti yaradılır. Süni tənəffüs aparılır. Bunlar kömək etmədikdə, xəstədə boğulma baş verdikdə traxeya-stomiya aparılır.
Kokainlə xroniki zəhərlənmə onun gündəlik istifadəsi zamanı baş verir.
Bu, ən çox narkomanlarda olur.
Xəstələr iş qabiliyyətini itirir, psixi asılılıq əmələ gəlir.
Əsas məqsəd eyforiya yaratmaqdır.
Müalicə digər narkomaniya növlərinə nisbətən asandır.
Kokain qəbulunu dayandırdıqda kəskin dərman ehtiyyacı duyulmur.
Ümumi gərginlik, yadlaşma müşahidə olunur.

Yüklə 15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə