Yerquruluşu və kadastr



Yüklə 273,92 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü273,92 Kb.
#66065


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

FƏNN SİLLABUSU 

                                                            

                                                               

                                                              Təsdiq edirəm ____________________________ 

                                                                                                    (kafedra müdiri) 

                                                              İmza:      _______________________________ 

                                                  Tarix:    “_____” __________________2015 -ci il 

 

Kafedra:  Yerquruluşu və kadastr 



Fakültə:  Ekologiya və Torpaqşünaslıq 

 

I.



 

Fənn haqqında məlumat 

Fənnin adı: Yerquruluşu və torpaq kadastrının tarixi və metodologiyası 

Tədris yükü (saat) cəmi: 32.  mühazirə  - 15; seminar  - 15  

Tədris ili:  2015-2016  Semestr: I. Bölmə: əyani (azərb.) 

Kredit sayı (hər 30 saata 1 kredit): 

II.

 

 Müəllim haqqında məlumat:  Cəfərov Azər Bəhlul oğlu, dosent, aqrar elmlər üzrə 

fəlsəfə doktoru                                    

Məsləhət günləri və saatları:  I gün saat 12-18 

E-mail ünvanı:  a.jafarov9@gmail.com 

İş telefonu: 0552216071 

III.

 

Tələb olunan dərsliklər və dərs vəsaitləri: 

Əsas: 

1. Q.Ş.Məmmədov və b. Yerquruluşunun elmi əsasları. Bakı, Elm, 2012 



Əlavə: 

1. Q.Ş.Məmmədov və b. Yerquruluşu və torpaqdan istifadənin əsasları. Bakı, Elm, 2012 



2. Q.Ş.Məmmədov. Azərbaycan Respublikasının Dövlət Torpaq kadastrı: hüquqi, elmi və praktiki 

məsələləri. Bakı: Elm, 2003, 448 s. 

3. Q.Ş.Məmmədov və b. Əkinçilik və bitkiçiliyin əsasları. Bakı, Elm, 2009 



IV.

 

Fənnin təsviri və  məqsədi:  Yerquruluşu və torpaq kadastının tarixi və metodologiyası  

fənni I semestrdə yerquruluşu, torpaq və şəhər kadastr ixtisası üzrə təhsil alan magistrlərə tədris 

olunan vacib ixtisas fənlərindən biri, eyni zamanda birincisidir. Bu fənn 4 semestr ərzində həm 

ana kafedranın tədris proqramında, həm də başqa kafedralar tərəfindən tədris olunan bir sıra 




 

fənnlərlə bilavasitə bağlıdır. Bu fənn vasitəsilə  tələbələr 4 semestr ərzində  əldə edəcəklərin 



biliklərin, ixtisasların və  vərdişlərin  əsaslarını öyrənmiş olurlar. Onlar yerquruluşu, torpaq 

kadastrı və s. haqqında nəzəri və metodoloji  biliklər əldə edirlər. 



Kursun qısa təsviri: Yerquruluşu və torpaq kadastının tarixi və metodologiyası  fənni 30 

auditoriya – 15  mühazirə  və 15  seminar  saatlarından ibarətdir. Burada çöl və laboratoriya 

məşğələləri nəzərdə tutulmamışdır. Kurs ilk növbədə  tələbələrdə ilkin və fundamental nəzəri 

biliklərin əldə edilməsinə istiqamətlənmiş və “ixtisasa giriş” funksiyasına malikdir. Burada bəzi 

mövzuların 2, bəzilərinin isə 4 saat ərzində keçilməsi nəzərdə tutulmuşdur. 

Kursun məqsədi: Yerquruluşu və ona yaxın predmetlər haqqında tələbələrə fundamental biliklər 

vermək, onları gələcək fənnlərə və ixtisas kurslarına hazırlamaqdır. 

 

V.

 

Fənnin təqvim planı: 

Həftələr Mövzunun 

adı və qısa icmalı Mühazirə  Məşğələ Saat Tarix

 

Mövzu  №1.  Elm və onun struktutu, 

metodologiya, ümumelmi metodlar  

Qısa icmalı:

 

Elm və onun strukturu. Elmin 



inkişaf tarixi. Metodologiya və metod. Ana-

liz və sintez. Analogiya. Müqayisə. Müşahi-

də. Eksperiment. İnduksiya. Deduksiya. 

Oxu materialları (kitabın adı, müəlliflər 

və lazımi səhifələr göstərilməklə)

Q.Ş.Məmmədov və b. Yerquruluşu və 

torpaqdan istifadənin  əsasları. Bakı, Elm, 

2012. Səh. 5. 

     + 





 

 Mövzu 

№ 2.

 

Torpaq kadastrının tarixi  

Qısa icmalı: Qədim Misir və Mesopatamiya 

da  torpaq kadastrı- misirdə torpaqların kate-

qoriyalaşdırılması; Mesopotamiyada Ham-

murapi qanunları. Qədim Roma- kadastr 

sözünün mənası, Serviy Tuli ,Yuli Sezar, 

Oktavian Avqustun kadastr tədbirləri; 

Bizans- eramızın VIII əsrində “Torpaq 

qanunu”, “Geoponika”; Sasanilər dövləti - I 

Qubadın və I Xosrov Anuşiravanın torpaq-

kadastr tədbirləri; Qərbi Avropada- Frank 

kralı Böyük Karlın (742-814) torpaq siya-

hıyaalınması, İstilaçı Vilhelmin (1066-1087) 

“Məşhər Kitabını”,II Valdemarenin (1231), 

II Fridrixin (1194-1256) və I Eduardın 

(1239-1307) torpaq siyahıyaalması; Rus 

torpaq kadastrı - “Yazı Kitabları”, 1718-ci 



+ + 



 


 

ildə rus çarı I Pyotr göstərişi, 1837-ci il 



fərmanı; Dokuçayev- Sibirtsev mərhələsi - 

V.V.Dokuçayevin Nijneqorod (1882-1886) 

və Poltava (1888-1894) ekspedisiyaları; 

Dokuçayev torpaqların qiymətləndirilməsi 

haqqında; Torpaqların müqayisəli qiymət-

ləndirilməsində N.M.Sibirtsevin xüsusi rolu; 

Sovet dövründə SSRİ-də və Azərbaycanda 

torpaq kadastrının inkişafı – ilk illər torpaq-

ların qiymətləndirilməsinə münasibət, 1955-

ci ildə, keçmiş Sov. İKP Mk-nın və Nazirlər 

kabinetinin 9 mart tarixli “kənd təsərrü-

fatında planlaşdırma təcrübəsinin dəyiş-

dirilməsi” haqqında qərarı; S.S.Sobolyevin 

gördüyü işlər; Torpaqların keyfiyyətcə qiy-

mətləndirilməsinin respublikamızda tarixi 

mərhələləri (dövrləri): I mərhələ – 1965-ci 

ilə qədərki dövr, II mərhələ – 1966-1969-cı 

illər, III mərhələ – 1969-cu və ondan sonrakı 

illər (müstəqilliyə qədər), IV mərhələ - 

Azərbaycanın müstəqillik illər. Bonitirovka 

tədqiqatları (70-80-ci illərdə): I.Otlaq tor-

paqlarının bonitirovkası, II.Cayaltı və çaya-

yararlı torpaqların bonitirovkası, III. Üzüm-

altı torpaqların bonitirovkası, IV. Pambıq və 

taxılaltı suvarılan torpaqların bonitirovkası , 

V. Meşə torpaqlarının bonitirovkası. 



Oxu materialları (kitabın adı, müəlliflər 

və lazımi səhifələr göstərilməklə)

 Q.Ş.Məmmədov və b. Yerquruluşu və 

torpaqdan istifadənin  əsasları. Bakı, Elm, 

2012. Səh. 11-15 

 

Mövzu  №  3.    Yerquluşunun tarixi   (2 

saat). 

Qısa icmalı: 1779-cu ildə Moskvada yerölç-

mə məktəbinin açılması. 1835-ci ildə Kons-

tantinovski Mərzçəkmə İnsititutu təşkil edil-

məsi. 1917-ci ildən Moskva Mərzçəkmə İn-

situtu, 1945-ci ildən isə Moskva Yerquru-

luşu Mühəndisləri institutu  adlandırılması 

oronej Kənd Təsərrüfatı İnstitutu. Zapletin 

Vladimir Yakovleviç. Ramiz Quliyev və 

Mübariz İsmayılov. Məmmədtağı Cəfərov. 

Urfan Ağayev. 



Oxu materialları (kitabın adı, müəlliflər 



+ 



 



 

VI.



 

İmtahanın keçirilməsi forması -yazılı, şifahi, dialoq və ya test. 

VII.

 

Semestr ərzində qiymətləndirmə və bal bölgüsü: 

           Balların maksimum miqdarı – 100 bal. 



A)

 

Semestr ərzində toplanan maksimum bal – 50 bal. 

və lazımi səhifələr göstərilməklə)

Q.Ş.Məmmədov və b. Yerquruluşu və 

torpaqdan istifadənin  əsasları. Bakı, Elm, 

2012. Səh. 20-23 

 

Mövzu  №  4.  Torpaq kadastr işlərinin 

metodologiyası və metodları 

 

Qısa icmalı: Torpaq kadastrı və onun növ-

ləri. Torpaq kadastrının aparılmasının meto-

doloji əsasları. Torpaq istifadəçiliynin (sahə-

ləri üzərində hüquqların) dövlət qeydiyyatı. 

Torpaqların kəmiyyət və keyfiyyətcə  uçotu. 

Torpaqların bonitirovkası. Çöl-laboratoriya 

tədqiqatları mərhələsi. Yekunlaşdırıcı mər-

hələ. Torpağın xassə və əlamətlərinə görə 

təshih əmsallarının müəyyən edilməsi. Açıq 

və yekun bonitet şkalalarının tərtib edilməsi. 

Torpaqların iqtisadi qiymətləndirilməsi. 

Məsarif ödənişi. Differensial gəlir. 

Oxu materialları (kitabın adı, müəlliflər 

və lazımi səhifələr göstərilməklə)

Q.Ş.Məmmədov və b. Yerquruluşu və 

torpaqdan istifadənin  əsasları. Bakı, Elm, 

2012. Səh. 26-30 

+ + 



 

 

 

Mövzu  №  5.    Yerquruluşu işlərinin 

metodologiyası və metodları  

Qısa icmalı: Yerquruluşunun obyekti və 

ümumi metodları. Yerquruluşu işlərinin 

təyinatı. Torpaq tədqiatlarının yerquruluşu 

işlərində əhəmiyyəti və məzmunu. 

Yerquruluşunda torpağın təbii xassələrinin 

və təbii şəraitin  nəzərə alınması. 

Torpaqların aqroistehsalat qruplaşdırılması. 

Torpqaqların eroziya kartoqramları. Şorakət 

və şorakətvari torpaqların kartoqramları. 

Daşılı torpaqların kartoqramları. 



Oxu materialları (kitabın adı, müəlliflər 

və lazımi səhifələr göstərilməklə)

Q.Ş.Məmmədov və b. Yerquruluşu və 

torpaqdan istifadənin  əsasları. Bakı, Elm, 

2012. Səh. 30-32 

+ + 



 


 

Dərsə davamiyyətə görə 

10 bal 

Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə  



Qeyd: Plagiat halları qəti qadağandır! Sərbəst işlə əlaqədar bütün tapşırıqların 

qısa təsviri, təqdim olunma şərtləri, vaxtı  və qiymətləndirmə üsulu dəqiq 

göstərilir. 

10 bal 


Seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə (eyni 

fəndən həm seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə 

tutulduğu halda onların hər birinə 10 bal ayrılır).  Əgər fənnin tədrisi yalnız 

mühazirə, seminar (məşğələ)  şəklində  nəzərdə tutularsa bu zaman 

davamiyyətə  və  sərbəst işə ayrılmış ballar istisna olmaqla qalan 30 bal 

tədrisin bu növ göstəricilərinə görə hesablanır. 

20 bal 

Kurs işinin hazırlanmasına və müdafiəsinə görə (fənn üzrə kurs işi (layihəsi) 



nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya 

dərslərinə əlavə olunur).   

10 bal 

 

B)

 

Semestr imtahanı  nəticəsinə görə - maksimum 50 bal 

Hər biletdə – 5 sual, hər suala – 10 bal verilir 



Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. 

C)

 

Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar 

əsasında): 

91 – 100 bal 

əla A 

81 – 90 bal 

çox yaxşı B 

71 – 80 bal 

yaxşı C 

61 – 70 bal 

kafi 



51 – 60 bal 

qənaətbəxş  



51 baldan aşağı qeyri-kafi 

 



 

 

Müəllim:________________________________                        İmza:____________________ 

                         (soyadı, adı, atasının adı) 

 

                                                                                                      Tarix: ____________________   

Yüklə 273,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə