Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə1/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
  1   2   3   4   5   6   7   8   9   ...   179


R O M A N

YOLÇU


Nəriman 

ƏBDÜLRƏHMANLI




O,  yeddi  yaşınacan  çarvadar  Nüsrəddinin  oğlu  Yusif,  on  dörd  yaşına-

can  özündən  ixtiyarsız  İosif  Eliqulaşvili,  otuz  yaşınacan  Jozef  Qrenyö,  qırx 

doqquz  yaşınacan  Cozef  Tiflisi,  ondan  bəri  Mirzə  Yusif  Tiflisi  olan  Allahın 

həqir  bəndəsi,  Dar-üs-sürürlu,  yəni  Tiflis-ül-əsl  kimsədir... 

O, Güney Batı məmləkətlərindən, Firəngistandan, Veneziadan, İstanbul-

dan,  Anadolu  çöllərindən,  Konyadan,  Bağdaddan,  Ərzurumdan,  Qarsdan, 

Nəqşivandan,  Rəvandan,  Ərdəbildən,  Təbrizdən,  Qəzvindən,  İsfahandan, 

Muğandan…  keçən  yolçudur... 

O,  krallar,  sultanlar,  şahlar,  hersoqlar,  paşalar,  xanlar,  ağalar,  bəylər, 

knyazlar,  sərkərdələr,  üləmalar,  mirzələr…  görən,  mərhəmət,  qəddarlıq,  sat-

qınlıq,  nəvaziş,  vəcd,  şəhvət,  aclıq,  firavanlıqla  rastlaşan,  yaşanan  eşqlərin, 

yıxılan  xanədanların,  vurulan  başların,  məkrlərin,  riyakarlıqların,  çəkilməz 

dərdlərin  şahidi  olan  səyyahdır.

Allahın  bəxş  elədiyi  ağlagəlməz  macəralarla  dolu  həyatının  izsiz-soraq-

sız  tarixin  qəbiristanlığına  gömülməsini  istəmir.

“Yolçu”  romanı  oxucunu  tariximizin  fırtınalı  bir  dövrünə  –  XVIII 

yüzilin  birinci  yarısına  aparır,  onu  sevgi,  nifrət,  xoşbəxtlik,  fəlakət,  işıq, 

zülmət  qarşıdurmasının  dolanbaclarına  salır. 

Əbdülrəhmanlı N. Yolçu. Roman. 

Бакы, Ганун Няшриййаты, 2013. 560  сящифя, 1000 тираъ.

Редактор: 

Tapdıq Yolçu

Korrektor: 



Ceyran Abbasova

ISBN  978-9952-26-

© N.Əbdülrəhmanlı, 2013

© Ãàíóí Íÿøðèééàòû, 2013

Áàêû, ÀÇ 1102, Òáèëèñè ïðîñ., ÛÛ Àëàòàâà 9.

Òåë: (+994 12) 431-16-62; 431-38-18

Ìîáèë: (+994 55) 212 42 37

å-ìàèë: èíôî@ãàíóí.àç

www.ãàíóí.àç



3

 

***

 

İlahi,  indi  bu  sətirləri  oxuyan  kəsə  Səndən  dilədiklərimin 

hamısını  bəxş  elə! 

Həm  də  bol-bol,  təkcə  Sənin  bacardığın  kimi  ver! 

Qoy  həmin  adam  ömrü  boyu,  əgər  bu  mümkün  deyilsə, 

heç  olmasa,  bir  müddət  xoşbəxt  olsun. 

Ona  möhkəm  can  sağlığı  ver,  qoy  həmişə  doğmalarının 

yanında  olsun,  onlardan  sevgi  və  şəfqət  görsün...

İlahi,  Sən  bu  bəndənin  qəlbini  həmişə  bütün  məxluqata 

qarşı  sonsuz  sevgiylə  nurlandır,  onu  pis  gözlərdən,  pis 

sözlərdən,  həsəddən,  kindən,  davalardan  və  ölümlərdən  qoru!

Amin!!! 

Mirzə  Yusif  TİFLİSİ



BİRİNCİ  KİTAB

 

MƏĞRİBLƏ MƏŞRİQ ARASINDA



...  De  ki,  Məşriq  də,  Məğrib  də  Allahındır. 

O  istədiyi  insanı  doğru  yola  çəkər.

Qurani-Şərif, 

Bəqərə  surəsi,  142-ci  ayə



7

I

FAŞ  ELƏMƏK  İSTƏDİYİM  SİRR



Mən  yanar  od  kimiyəm,  sirlərim  buz  kimidir,

  Qorxuram  öylə  yanam,  faş  ola  min  sirr  bir-bir.

İskafi  ZƏNCANİ

(XI  yüzil)

 

1.  ...  Yaz  ki,  mən,  yeddi  yaşınacan  çarvadar  Nüsrəddinin  oğlu 



Yusif,  on  dörd  yaşınacan  özündən  ixtiyarsız  İosif  Eliqulaşvili, 

otuz  yaşınacan  Jozef  Qrenyö,  qırx  doqquz  yaşınacan  Jozef  Tiflisi, 

ondan bəri Mirzə Yusif Tiflisi olan Allahın həqir bəndəsi, Dar-üs-

sürürlu,  yəni  Tiflis-ül-əsl  kimsə,  aradan  Peyğəmbər  ömrü  qədər 

illər  ötəndən  sonra  yaddaşımı  ələk-vələk  eləməyi,  yaşadıqlarımı, 

yaşantılarımı  kağıza  köçürməyi  niyə  istədim,  yəqin  ki,  bunun 

izahını  özüm  də  verə  bilmərəm.  Güney  Batı  məmləkətlərindən, 

Firəngistandan,  Venesiyadan,  İstanbuldan,  Anadolu  çöllərindən, 

Konyadan,  Bağdaddan,  Ərzurumdan,  Qarsdan,  Naxçıvandan, 

Rəvandan,  Ərdəbildən,  Təbrizdən,  Qəzvindən,  İsfahandan,  Mu-

ğandan…  keçib  ömrüm  boyu  can  atdığım  Tiflisin  beş-üç  ağaclı-

ğındakı Şəkinin balaca bir karvansarasında başa çatan uzun-uzun 

yollarda  gördüklərimi,  duyduqlarımı,  yaşadıqlarımı  mərhəmət 

sahiblərinə  çatdırmaq  üçünmü?  Bəlkə  niyyətimin  bir  başı  buna 

bağlıdı,  amma  ömrümün  bu  çağında  faş  eləmək  istədiyim  bir 

sirrim  var:  Allahın  bəxş  elədiyi  ağlagəlməz  macəralarla  dolu  həyatımın 



izsiz-soraqsız  tarixin  qəbiristanlığına  gömülməsini  istəmirəm.  Mən 

krallar, sultanlar, şahlar, hersoqlar, paşalar, xanlar, ağalar, bəylər, 

knyazlar, sərkərdələr, üləmalar, mirzələr… görmüşəm, mərhəmət, 

qəddarlıq,  satqınlıq,  nəvaziş,  vəcd,  şəhvət,  aclıq,  firavanlıqla  rast-

laşmışam,  yaşanan  eşqlərin,  yıxılan  xanədanların,  vurulan  baş-

ların,  məkrlərin,  riyakarlıqların,  çəkilməz  dərdlərin  şahidi  olmu-

şam,  istəmirəm  ömrümdən  keçənlər  də  əvvəlcə  qəbrim,  sonra 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə