Yubiley юбилей anniversary israfilova Nilüfər Mövsüm qızı



Yüklə 24,37 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü24,37 Kb.
#6258


YUBİLEY                  ЮБИЛЕЙ                 ANNIVERSARY 

 

İsrafilova Nilüfər Mövsüm qızı 

(90 illik yubileyinə həsr edilir) 

 



oktyabr 

2016-cı 


ildə 

Azərbaycanda 

pediatriyanın  inkişafında  mühüm rol oynayan  həkim-

pediatr,  tibb  elmləri  doktoru,  professor  Nilüfər 

Mövsüm  qızı  İsrafilovanın  90  illik  yubileyi  qeyd 

edilir. 


N.M.İsrafilova 

–Azərbaycanda 

sovet 

hakimiyyəti  və  sosializm  quruculuğu  uğrunda 



mübariz, 

respublikada 

səhiyyə 

işinin 


təşkilatçılarından  (1934  il)  biri  olan,  professor 

Möhsün  Nəcməddin  oğlu  İsrafilbəyovun  ailəsində  4 

oktyabr 1926-cı ildə Bakı şəhərində

 

anadan olmuşdur.  



1944-cü  ildə  Bakı  şəhərində  134  saylı  orta  məktəbi  bitirdikdən  sonra  o, 

Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunur 

və 1949-cu ildə müvəffəqiyyətlə təhsilini başa vurur. Ailə vəziyyətinin ucbatından 

çətin  keşmə-keşli  yolları  keçən  Nilüfər  xanım,  həkim  olmaq  arzusunu  məharətlə 

yerinə yetirərək, öz istəyinə nail olmuşdur. 

O,  1950-1956-cı  illərdə  Azərbaycanın  müxtəlif  tibb  müəssisələrində 

(poliklinika və xəstəxanalarında) sahə həkimi və ordinator vəzifəsində çalışmışdır.  

Professor  N.M.İsrafilovanın  elmi  fəaliyyətinə  başlaması,  1956-cı  ildə 

Ə.Əliyev  adına  Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun 

pediatriya kafedrasına aspiranturaya qəbul olunması ilə bağlıdır. Həmin kafedrada 

o, 1961-1965-ci illərdə

 

assistent, 1965-1967-ci illərdə



 

dosent, 1967-1969-cu illərdə

 

böyük  elmi  işçi  və  1969-1994-cü  illər  ərzində  kafedranın  müdiri  vəzifəsində 



çalışmışdır.  

 



 

Prof. İsrafilova N.M., kafedranın əməkdaşları və kursantlarla birgə, 1991-ci il. 

 

Azərbaycanda uşaq nefrologiyasının inkişafında professor N.M.İsrafilovanın 



əvəzsiz  rolu  olmuşdur.  Onun  rəhbərliyi  altında  nefroloji  xəstəliklərin  diaqnostika 

və  müalicəsində  yeni  müayinə  metodları  tədbiq  olunmuşdur.  Minlərlə  uşaqların 

həyatlarını xilas edən professor N.M.İsrafilova Azərbaycanda uşaqların sağlamlığı 

uğrunda  həyata  keçirilən  tədbirlərdə  öndə  gedənlərdən  idi.  Nilüfər  xanımın 

təşəbbüsü və rəhbərliyi ilə kafedranın işçi heyyəti (assistent və dosentləri) içtimai 

əsaslarla  mütəmadi  olaraq  bir  sıra  şəhər  uşaq  poliklinikalarında  konsultasiya 

günləri təşkil olunurdu.

 

Pediatriyanın çoxşaxəli sahəsini əhatə edən yüzlərlə məqalələrin və metodik 



tovsiyələrin  müəllifi  olan  professor  N.M.İsrafilova  Ə.Əliyev  adına  Azərbaycan 

Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  pediatriya  kafedrasında  tədrisin 

gedişinə,  keyfiyyətinə,  əməkdaşların  hazırlığına  ciddi  nəzarət  edərdi.  Nilüfər 

xanımın bilavasitə rəhbərliyi altında o dövrdə respublika üçün aktual hesab edilən 

müxtəlif  səpkili  mövzular  üzrə  planlaşdırılmış  elmi-tədqiqat  işləri  həyata 

keçirilirdi.  Onun  səyi  pediatriya  kafedrasında  çalışan  əməkdaşların  bir  kadr  kimi 

yetişməsində,  tədris  prosesinin  daha  dolğun,  maraqlı  və  yüksək  səviyyədə 

keçirilməsində  əvəzsiz  rol  oynamışdır.  Belə  ki,  o  illərdə  kafedrada  həkim-

müdavimlərin,  ordinatorların,  aspirantların  və  stajorların  yüksək  ixtisaslı 



mütəxəssis kimi hazırlanması professor Nilüfər İsrafilovanın adı ilə bağlıdır. O, öz 

işinə vicdanla, dəqiqliklə yanaşan əsl təcrübəli rəhbər olmuşdur. 

 

Prof. İsrafilova N.M. kafedranın əməkdaşları ilə müzakirədə, 1972-ci il.

 

Professor  İsrafilova  N.M.  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin   



pediatriya  üzrə  atestasiya  komissiyasının  sədr  müavini  kimi  də  fəaliyyət 

göstərmişdir (1973-1983).   

Professor  N.M.İsrafilovanın  rəhbərlik  etdiyi  müddətdə  təkmilləşdirilmə 

kurslarına cəlb olunan (Sovet İttifaqı dövründə müxtəlif respublikalardan həkimlər 

daxil      olmaqla)  minlərlə  həkimlərə    pediatriyanın  müxtəlif  sahələrini  əhatə  edən 

oxuduğu  maraqlı  mühazirələr,   həddindən  artıq  maraqlı  keçirilən  xəstələrə kliniki 

baxışlar  və  müalicə  ilə  bağlı  müzakirələr

 

uzun  illər  həkimlərin  yaddaşından 



silinmir, tez-tez böyük hörmətlə xatırlanır. 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun 

keçmiş rektoru, akademik M.C.Cavadzadənin təşəbbüsü ilə 1993-cü

 

ildə professor 



N.M.İsrafilovanın rəhbərliyi altında pediatriya fakültəsinin nəzdində neonatologiya 

kursu  yaradılmışdır.  Onun  kafedrada  çalışmağa  başlayan  bir  çox  gənc  praktik 

həkimlərin  neonatoloq  elmi  işçiləri,  müəllim  kimi  formalaşmasında  böyük  rolu 

olmuşdur.  

 



 

Prof. İsrafilova N.M. kafedranın əməkdaşları və kursantlarla birgə, 1981-ci il. 

 

Professor  N.M.İsrafilovanın  daim  əhatəsinə  düşən  hər  bir  pediatr  ondan 



həkimlik  sənətinin  incəliklərini  öyrənirdi.  Professor  N.M.İsrafilova  gözəl  nitq 

qabiliyyətinə malik olan bir pedaqoq idi. Əsl pedaqoq istedadı, mühazirəçi ustalığı 

sayəsində  Nilufər  xanım,  Ə.Əliyev  adına  Azərbaycan  Dövlət  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun  “Ən  Yaxşı  Mühazirəçisi”  adına  layiq  görülmüşdü. 

İşlədiyi  müddət  ərzində  professor  N.M.İsrafilova  həm  Azərbaycanın  pediatriya 

elminin  inkişafında  həm  də  uşaq  əhalisinin  sağlamlığının  qorunmasında  fəal 

iştirakına  görə  “Səhiyyənin  Əlaçısı”,  “Əmək  Veteranı”,  Azərbaycan 

Respublikasının  Ali  Sovetinin  “Fəxri  Fərman”  və  digər  mükafatlara  layiq 

görülmüşdür. 

Professor N.M.İsrafilova təcrübəli klinisist olub, xəstəliyin etiopatogenezinə 

böyük  əhəmiyyət  verirdi.  Onun  “Xəstəliyin  etiopatogenezini  bilməyən  həkim, 

xəstəyə  düzgün  müalicə  kursu  təyin  edə  bilməz”,  sözlərini  kafedranın  heyyəti 

tərəfindən tez-tez xatırlanır. 



Nilüfər  xanımın  ziyalı  ailəsindən  olması,  onun  bütün  davranışında, 

ətrafdakılara münasibətində, qayğıkeşliyində, eləcə də tədris prosesində özünü əks 

etdirirdi. 

Onun  rəhbərliyi  altında  10-dan  artıq  tibb  elmləri  namizədi  dissertasiyaları 

müdafiə olunmuşdur.  

Professor N.M.İsrafilova Azərbaycanda, pediatriya kafedrasında daim  anılır 



və xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır. 

Mətanət Qaraxanova 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 

pediatriya kafedrasının dosenti 

 

 

Yüklə 24,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə