Yüksəktemperaturlu ifratkeçiricilər



Yüklə 18,43 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü18,43 Kb.
#39359


Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Yüksəktemperaturlu 

ifratkeçiricilər” elmi-tədqiqat laboratoriyası 

 

Yüksəktempera turlu ifratkeçiricilər (YTİK) adlandırılmış maddələrin kəşfı 



1987-ci  ildə  təsdiq  olunmuşdur  və  onun  müəllifləri  Myüller  və  Bednors  bu 

qiymətli kəşfə görə elə həmin il Nobel mükafatına nail olmuşdular. 1988-ci ildə 

dünyanın  hər  yerində  fundamental  elmin  bu sahəsinin  inkişaf  etdirilməsi  üçün 

xüsusi  qərarlar  qəbul  edilmişdir.  Azərbaycan  Respublikası  da  bu  sahədə 

tədqiqat  işlərini  təşkil  etmək,  stimuledici  tədbirlər  görmək  üçün  öz  qərarmı 

verdi və bu ənənəyə qoşuldu. Həmin qərara əsaslanaraq və əvvəllər bu sahədəki 

ilkin 

nəticələrinə  istinad  edərək  AzMİU-nin  "Fizika"  kafedrasmda 



"Yüksəktemperaturlu  ifratkeçiricilər"  ETL-sı  təşkil  edilmişdir.  Burada 

Azərbaycanda  ilk  dəfə  erbium  və  bir  sıra  digər  torpaq  elementlər  tərkibli 

ifratkeçiricilər  sintez  edilmiş,  onlar  əsasmda  həm  polimer,  həm  də  metali 

əlavələri  edilmiş  kompozitlər  hazırlanmışdır.  Alınmış  maddələrin  elektrik, 

maqnit  və  mexaniki  xassələri  müqayisəli  öyrənilmişdir,  kompozitlərin  isə 

xassələrinin tərkibdən asıldığında qanunauyğunluqlar aşkar edilmişdir. İlk dəfə 

perkolyasiya  effekti  aşkar  edilmişdir.  İndium  əlavəsi  edilmiş  ifratkeçiricilərdə 

kritik temperatur 95 К etmək mümkün olmuşdur.   

Laboratoriyanın fəaliyyəti zamanı 60-dan çox məqalə çap edilmiş, iki nəfər 

dissertasiya müdafiə edərək fizika üzrə fəlsəfə doktoru adını almışdır.  

Əsərlər 

Azərbaycan 

Respublikasmda 

keçirilən 

konfransların 

materiallarında,  Azərbaycan-Türkiyə  Simpoziumunun  materiallarında,  Rusiya 

Federasiyasının  «Сверхпроводимость»  jurnalında,  «Fizika  В»,  «Физическая 

Химия»,  «Fizika  status  solidi»,  «Mat.Res.Bull.»,  «Высокотемпературные 

соединения» jurnallarında, ЕА- nın «Fizika», «İzvestiya» jurnallarında, EA-nın 

Kosmik  tədqiqatlar  institutunun  illik  toplusunda,  Salfordda  (İngiltərə)  və 

Tayvanda  keçirilmiş  konfransların  materiallarında  dərc  edilmişdir.  BDU-da 

«Fizikanın  aktual  problemleri»,  “Opto,–nanoelektronika,  kondensə  olunmuş 

mühit  və  yüksək  enerilər  fizikası,”  AzTU-nin,  AzMİU-nin  keçirdiyi 



konfranslarda,  Azərbaycan-Türkiyə  Birinci  simpoziumunda  məruzələrlə  çıxış 

edilmişdir. 

2001-ci  ilin  əvvəlində  heksoqanal  strukturlu,  böhran  temperaturu  39  K  

olan  MqB

2

  birləşməsində,  2008-ci  ildə  isə  böhran  temperaturu  41-55K 



intervalında  olan  dəmir  əsasında  ReFeAs  birləşmələrində  (Re-nadir  torpaq 

elementləridir) ifratkeçiricilik  kaşf olunmuşdur. Əlbətdə, hələ ki, bu materiallar  

əsasında naqillərin hazırlanması texnologiyası işlənməmişdir. Ancaq, xassələrin 

toplusundan  belə  qərara  gəlmək  olar  ki,  texnoloji  baxımdan  bu  materiallar 

kuprat  ifratkeçiricilər kimi о qədər də əlverişsiz olmayacaqdır. Onun praktikaya 

daxil  olması  YTİK-materiallarla  bağlı  problemleri  aradan  qaldırmasında, 

metallik ifratkeçiricilərin istifadəsinin temperatur intervalını genişləndirə bilər. 

Gözlənilməz  kəşflərlə  dolu  olan  ifratkeçiricilik  tarixinin  (axırıncı  illər)  bu 

mərhələsində heç bir hadisə baş verməzsə, onda YTİK-materialların inkişafının 

ikinci mərhələsinin başlanmasını ehtimal etmək olar. 

2003-cü  ildə  V.Qinzburq,  A.Abrikosov  və  E.Leqettin  ifratkeçiricilik  va 

ifrataxıcılıq  nəzəriyyəsinə  verdikləri  tövhələrinə  görə  Nobel  mükafatına  layiq 

görülmələri bu məsələnin bəşəriyyət üçün dəyərinin bariz nümunəsidir. 

Hal-hazıra kimi  maddənin beş halı malum idi. Bu hamıya  bəlli olan bərk, 

maye  va  qaz  halları,  həmçinin  plazma  və  Eynşteyn-Boze  kondensatı.  Artıq 

Fermi-Dirak 

kondensatının 

alınması 

mümkün 

olmuşdur. 



Fermion 

kondensatlarının  öyrənilməsi  yüksəktemperaturlu  ifratkeçiricilər  sahəsində 

aparılan tədqiqatlara bir təkan ola bilər. Belə ki, atomların yaranma mexanizmi 

Kuper  cütlüyünün  yaranma  mexanizmi  xarakterinə  malikdir  va  bu  zaman 

atomların  yüksək  temperaturun  təsirinə  xüsusi  böyük  dayanıqlığı  qeydə 

alınmışdır.  Bu  mexanizmi  atomlar  üzərinda  tədqiq  etmək  elektron  üzərində 

aparmaqdan daha asandır. Əgər bu mexanizm tapılarsa, onda maqnit yastıqçada 

avtomobillərin,  istilik  itkisiz  elektrikötürücü  xətlərin  və  s.  yaranması  uzaqda 

deyil. 

Hal-hazırda 



yüksəktemperaturlu  ifratkeçiricilərdən  mobil  telefon 

stansiyalarında  siqnallarının  yaxşılaşdırılmasında,  müxtəlif  elmi  ölçmələrdə 




istifadə  edilir.  Elektrikötürücü  xatlərinin  ifratkeçirici  ilə  əvəz  edilməsi  zamanı 

naqillərin  kütləsi  üç  dəfə  azalır  və  həmçinin  keçiricilik  qabiliyyəti  artır. 

İfratkeçirici əsasda elektrik mühərrikləri hazırlanır. 

Ona görə də ekoloji cəhətdən zərərsiz YTİK-materialların sanayenin bütün 

sahələrində daha da geniş istifadəsi üçün zəmin yaranmalıdır. Belə hesab etmak 

olar  ki,  XXI  əsrdə  ifratkeçiricilik  XX  əsrin  birinci  yarısında  yarımkeçirici 

materialların oynadığı roldan  az rol oynamayacaqdır. Vaxtı ilə yarımkeçiricilər 

sahəsində  böyük  uğurlar  qazanmış  alimlərimiz  bu  məsələdə  də  öz  sözlərini 

deyəcəklər.  

 

 



 

 

 



Yüklə 18,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə