Yusif səFƏrov naxçivan aşiqlari



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix13.11.2017
ölçüsü0,92 Mb.
#10049
  1   2   3   4   5   6   7   8   9   ...   25
10049

YUSİF SƏFƏROV
NAXÇIVAN AŞIQLARI

EL ŞAİRLƏRİ
Naxçıvan -2011


Elmi redaktoru:
Rəyçilər:
İsa Həbibbəyli,
%
AMEA-nın həqiqi üzvü 
Əməkdar elm xadimi
Məhərrəm  Qasımlı,
filologiya elmləri doktoru, 
professor
Məhərrəm  Cəfərli,
filologiya elmləri doktoru, 
professor
Tərtib edən,  ön sözün,
aşıq və el şairləri haqqında
məlumat və qeydlərin müəllifi: 
Yusif Səfərov,
filologiya elmləri doktoru, 
Azərbaycan  Yazıçılar 
Birliyinin üzvü
Yusif  Səfərov, 
Naxçıvan  aşıqları  və  el şairləri. 
Naxçıvan- 
2011,  “Əcəmi”Nəşriyyat-Poliqrafiya Birliyi,  152 səh.
XVII-XIX  əsrlərdə  və  XX yüzillikdə  Azərbaycanın  Naxçıvan 
bölgəsində  yaşayıb-yaratmış  yaradıcı-ifaçı  aşıqların  və  el  şairlə­
rinin  şeirlərindən  seçmə  nümunələrin  daxil  edildiyi  bu  kitabda 
müəyyən  dövrlərdən  keçərək dəyərli poetik  irsə  çevrilmiş,  insanla­
rın  mənəvi aləminin,  bədii təfəkkür  və  estetik zövqünün zənginləş­
məsinə xidmət  etmiş  lirik  örnəklər toplanmışdır.  Ozan-aşıq  sənəti­
nin  regional ənənə  və  əlaqələrini,  ideya-bədii dəyərini qorumuş bu 
qiymətli  irs  Naxçıvan  aşıq  mühitinin  özəlliklərini,  didaktik  və 
tərbiyəvi siqlətini özündə yaşatmaqdadır.
4700000000
053-2011
© “Əcəmi” 2011.


NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 
XALQ YARADICILIĞI GÜNLƏRİNİN KEÇİRİLMƏSİ
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN 
SƏRƏNCAMI
Hər  bir  xalqın tarixində  xalq  yaradıcılığı  onun  milli-mə- 
nəvi  dəyərlərinin  və  dünyagörüşünün,  təşəbbüskarlıq  və  nova- 
torluğunun  təzahür  'formalarından  biridir.  Tarixi-mədəni  və 
bədii irsimizin daşıyıcısı  olan Azərbaycan xalq yaradıcılığı əsr­
lər  boyıı  formalaşaraq  və  inkişaf  edərək  günümüzədək  gəlib 
çatmışdır.
Azərbaycanın  qədim  Naxçıvan  torpağında  yayılmış  el 
sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni 
inkişaf  dövrünü  əhatə  edir.  Qədim  sivilizasiyaya  və  müasir 
mədəni  inkişafa  layiqli  töhfə  olan  bu  yaradıcılıq  nümunələri 
xalqımıza  xas  milli  xüsusiyyətləri  və  xarakteri,  adət-ənənələri, 
həyat  və  məişət  tərzini  özündə  cəmləşdirərək  müasir  dövrdə 
parlaq şəkildə nümayiş etdirir.
Xalq yaradıcılığımız öz kökünü  ən  qədim  dövrlərdən gö­
türür.  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  aparılmış  ar­
xeoloji  qazıntılar  xalq  yaradıcılığının  mühüm  qolu  olan  el  sə­
nətkarlığının  5-7  min  illik  inkişaf dövrü  kepdiyini  sübuta yeti­
rir.  Qədim  xalq  sənəti  sahələri  olan  dulusçuluq  və  daşişləmə 
Neolit,  metalişləmə  isə  Eneolit  dövründən  məlum  idi.  Naxçı­
vanda  əkinçiliyin  və  maldarlığın  intensiv  inkişafı  sənətkarlığın 
da inkişafına təsir göstərmiş,  mədəni  tələbatın artması müxtəlif 
bəzək  əşyalarının  düzəldilməsi,  hətta  əmək  alətlərinin,  məişət 
avadanlıqlarının,  silahların  müəyyən  hissələrinin  gözəl  bədii 
tərtibatla  hazırlanması  ilə  nəticələnmişdir.  Naxçıvan  Muxtar 
Respublikasının  indiki  və  tarixi  ərazilərində  yaşamış  əcdadla­
3


rımızın  sosial  həyat  tərzi,  dini-ideoloji  baxışları,  inamları  və 
adət-ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır.
Qədim xalq sənətkarlığının mühüm sahələrindən olan du­
lusçuluq  Naxçıvan  ərazisində  eradan  əvvəl  7-ci-6-cı  minillik­
lərdə  yaranmış,  Eneolit  dövründən  başlayaraq  dulus  çarxların­
da  gil  qab  hazırlanması  və  xüsusi  kürələrdə  bişirilməsi  geniş 
yayılmışdır.
Naxçıvan,  eyni  zamanda,  dünyanın  ilk  metalişlətmə 
ocaqlarından  biri  olmuşdur.  I  Kültəpənin  ən  qədim  mədəni 
təbəqəsindən müxtəlif mis-mərgümüş,  nikel-mərgümiiş qatışığı 
olan  alətlər  və  bəzək  nümunələri  əldə  edilmişdir.  Ordubad  ra­
yonunun  Plovdağ  nekropolundan  tuncdan  hazırlanmış  sancaq­
lar,  I  Kültəpədən  isə  tunc  dövrünə  aid bıçaq  və  sancaqlar tapıl­
mışdır.  Arxeoloji  qazıntılar  nəticəsində  əldə  olunmuş  material­
lar  Naxçıvanın  qədim  sakinlərinin  sümükdən  və  daşdan  da 
əmək  və  bəzək  alətləri  hazırladıqlarını  göstərir.  Sonrakı  dövr­
lərdə  sənətkarlıq  daha  da  inkişaf etmiş,  xalq  sənətinin  ağaciş- 
ləmə,  misgərlik,  zərgərlik,  ipəkçilik,  boyaqçılıq,  papaqçılıq, 
dabbaqlıq,  dülgərlik, toxuculuq,  xüsusilə  də  xalçaçılıq kimi  sa­
hələri  genişlənmiş,  Naxçıvanın  zövqlə  hazırlanmış  müxtəlif 
məişət  əşyaları  və  zərgərlik  məmulatları  böyük  şöhrət  qazan­
mışdır.
Naxçıvanda  toxuculuğun,  boyaqçılığın  və  ipəkçiliyin 
inkişafı  tarixən  milli  geyim  mədəniyyətinin  də  formalaşmasına 
şərait  yaratmışdır.  Milli  geyim  və  milli  mətbəx  xalq  yaradıcı­
lığının  ən  mühüm  sahələrindən  biridir.  Naxçıvanda  bu  sahələr 
daha  qədim  dövrlərdən  yaranmış,  təbii-coğrafi  şəraitə  uyğun 
olaraq formalaşmış,  inkişaf etmiş,  hər əsrdə  özünəməxsus  milli 
cəhətlərlə  daha  da  zənginləşmişdir.  Xalqın  tarixini,  etnoqrafik 
və  bədii xüsusiyyətlərini  özündə  cəmləşdirən milli  geyimlər və 
mətbəx nümunələri  bu gün maddi və mənəvi  mədəniyyətimizin 
qaynaqları  kimi  qorunur və  inkişaf etdirilir.  Təkrarsız milli  ya­
radıcılığımızın  nəticəsi  olan  Azərbaycan  geyimlərini  muzey­
lərimizdə,  ayrı-ayrı  tarixi  teatr  tamaşalarında və  filmlərdə  görə
4


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə