Zaman itkisi, “hörmət” və bürokratiyaya qarşı “antibiotik” – e-gov az Və ya köhnə və təzə problemlərin müasir əlacı



Yüklə 13,11 Kb.
tarix17.04.2018
ölçüsü13,11 Kb.
#38895

Zaman itkisi, “hörmət” və bürokratiyaya qarşı “antibiotik” – e-gov.az

Və ya köhnə və təzə problemlərin müasir əlacı

Əziz OXUCU, Sənə iki xəbərim var. Biri yaşxı xəbərdi..., ikincisi isə ondan da yaxşı... Xəbərlərimin hər ikisi Elektron hökumət portalı olan e-gov.az saytı haqqındadı. Narahat olma, məni başa düşmək üçün yüksək kompyuter biliklərin sahib olmaq lazım deyil. Gəlin, birinci yaxşı xəbərdən başlayım. Xəbəri olmayanlara məlumat verim ki, hər bir vətəndaşımız bu sayt üzərindən artıq 400-ə yaxın elektron xidmətdən istifadə edə bilər. Elektron xidmət o deməkdir ki, sən idarələrin xidmətlərindən, misal üçün arayış almaq, komunal xidmət haqlarını ödəmək, vergi ödəyicisi kimi qeydiyyatdan keçmək və sair kimi xidmətlərdən həmin idarələrə getmədən sayt üzərindən istifadə edə bilərsən. Kimlər hansı xidmətlərdən istifadə edə bilərlər? Hamısını sadalamasam da gəlin ən çox istifadə etməyə ehtiyacımız olanlarından başlayım. Qalanları ilə də özün sayta daxil olmaqla tanış olarsan.

Misal üçün tutaq ki, sən abituriyentsən. "Abituriyent ərizəsi"nin nömrəsinin axtarış sistemi, namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatın verilməsi, onlayn sınaq imtahanının keçirilməsi və sair sənə vacib olan xidmətlərdən istifadə edə bilərsən. İndi artıq səni ən yaxşı məlumatlarla xəbərdar edən “repititorun” var – e.gov.az saytı.

Və ya təqaüdə çıxmağa hazırlaşırsan. Sənin üçün əlbəttə ki, nə qədər təqaüd alacağın maraqlıdır. Heç bir çətinliksiz sən elektron hökumət portalından istifadə etməklə təqaüdünü hesablaya bilərsən.

Tutaq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsən. Bunun üçün sözsüz ki, fərdi sahibkar kimi Vergilər Nazirliyindən qeydiyyatdan keçməlisən. Xüsusən bölgələrdə Vergilər Nazirliyinin idarələri regional olduğundan bəzən məcburən başqa rayona getməli olursan. Daha doğrusu, artıq getməli olmursan. Çünki, yenə də sənin yerinə bu işi asanlaşdıran elektron hökumət portalı olan e.gov.az saytı var.

Daha bir aktual nümunə göstərim. İşdən çıxmağa vaxtın yoxdur və komunal xidmət borclarını ödəyə bilmirsən. Nə etməli, dostlardan xahiş etməlisən ki, sənin yerinə ödəmə məntəqələrinə gedib borcunu ödəsinlər ki, axşam qazsız və ya işıqsız qalmayasan?! Əlbəttə ki, xeyr. İndi sənin ən yaxın dostun elektron hökumət portalıdır. Portalın xidmətindən istifadə etməklə bir neçə dəqiqənin içındə komunal borclarını ödəyirsən.

Elektron hökumət portalının istifadəçisi olmaqla Ədliyyə Nazirliyinin təqdim etdiyi çox maraqlı bir xidmətdən də yararlana bilərsən. Adının mənasını öyrənmək imkanı. Bundan başqa ailə üzvlərinin sayı artıbsa doğumun qeydiyyatı üçün elektron müraciət xidmətindən də istifadə etmək şansın var.

Elektron hökumət Portalında ən çox xidmət təklif edən dövlət idarəsi Rabitə və Yüksək Texnologiyalar Nazorliyidir. Portalın operatoru sözsüz ki, digər dövlət orqanlarına nümunə olmalıdı. Bəs soruşa bilərsən ki, bu nazırlık hansı xidmətləri təklif edir, tələsmə, bu saat məlumat verəcəm. Misal üçün sən dövrü mətbuata onlayn abunə ola, yeni telefon çəkilişi ilə bağlı müraciət edə, elektron sifarişlərin icra olunması barədə məlumatlar ala bilərsən və sair.

Əziz oxucu, bir sözlə sən elektron hökumət portalından istifadə etməklə nə az, nə çox 382 elektron xidmətdən istifadə imkanın var. Bu da o deməkdir ki, sənin 382 işin yüngülləsib, asanlaşıb. Heç bundan da yaxşı xəbər olar?! Sən düşünürsənsə ki, olmaz, amma, mən deyirəm ki, olar... Bu xəbər mənim ikinci xəbərimdir.

Bayaqdan oxuduqca yəqin düşünürsən ki, bu saytdan qeydiyyatdan keçmək, istifadə etmək çətin olar. Heç də belə deyil. Məgər, bu qədər yaxın köməkçin olan “dostun” sənə çətinlik yaradar?! Əlbəttə yox. Saytda qeydiyyatsız xidmətlər bölməsi var. Sən bu bölmədəki xidmətlərdən portalda qeydiyyatdan keçmədən də istifadə edə bilərsən. Amma bəzi xidmətlər var ki, bunlardan istifadə üçün audentifikasıya (portala daxil olma vasitələri) vasitələrinin köməyindən istifadə etməlisən. Bu vasitələrin sayı beşdir. Onları əldə etmək isə çox asandır. Elə birini mən deyim ki, elektron hökumət sistemi tərəfindən sənə verilən kod ola bilər. Yenə də heç yerə getmirsən. Qeydiyyat üçün tələb olunan bir neçə məlumatı qeyd edirsən - necə deyərlər, bir, iki, üç – kodun hazırdır.

Bəs, deyə bilərsən ki, bayaqdan ağız dolusu danışırsan, elektron hökumət elə, elektron hökumət belə, bu Elektron hökumət portalından istifadənin hansı üstünlükləri var? Çox sadə sənə məlumat verim:

Sən evdə kompyuter arxasında əyləşib, qarşında da bir stəkan çay içməklə bu əməliyyatları yerinə yetirə bilirsən. Özü də günün 24 saatı ərzində. Bu saytın xidmətlərindən istifadə etməyənlər isə həm yalnız idarələrin iş vaxtında sənədlərini ora təqdim etmək məcburiyyətindədilər, həm də günümüzün problemlərindən olan tıxaclarda qızıl kimi dəyərli vaxtlarını itirəcəklər. Bundan başqa sən heç bir məmurla ünsiyyətdə olmadığın üçün heç kim səndən “hörmət” də tələb edə bilməyəcək. Daha bir üstünlük – bəzən bir sənədə görə dəfələrlə idarələrə üz tuturuq, bürokratiya ilə üzləşirik. Bu problemin də dərmanı elə e-gov.az saytından istifadə etməkdir. Sənə deyən olmayacaq ki, müdir hələ sənədi imzalamayıb.

Mən Sənə portalın təqdim etdiyi yüzlərlə xidmətin yalnız bir neçəsi haqqında məlumat verdim. Qalanları haqqında nəsə yazıb səni yormaq fikrində deyiləm. Həm də axı sən artıq deyəsən kompyuterinin başqa pəncərəsində e-gov.az saytını açmısan axı. Düz də eləmisən.

Yaxşı bir atalar misalı var – Arifə bir işarə. Mənim bu yazımda isə nə az, nə çox sənin üçün düz 5555 işarə var.



Rəşad Cəfərov
Yüklə 13,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə