Z%C9%99rb%C9%99l%C9%99rd%C9%99n-danisdi html



Yüklə 212,31 Kb.
Pdf görüntüsü
tarix08.08.2018
ölçüsü212,31 Kb.
#61996


http://strateq.az/manshet/181206/taninmis-iqtisadci-devalvasiyanin-biznes%C9%99-vurdugu-

z%C9%99rb%C9%99l%C9%99rd%C9%99n-danisdi.html

  

Tanınmış  iqtisadçı  devalvasiyanın  biznesə  vurduğu  zərbələrdən 



danışdı:

"Sahibkarlar pulsuz qalıblar" - MÜSAHİBƏ

 

 

2014-cü  ilin  iyun  ayının  sonlarından  etibarən,  dünya  əmtəə  bazarlarında  neft  üzüaşağı  getməyə 



başladı.  2014-cü  ilin  iyunun  20-də  115  dollara  satılan  "Brent"  markalı  neft  ilin  sonunda  60 

dollardan da ucuz təklif edilirdi. “Qara qızıl”ın yarım ildə 2 dəfə ucuzlaşması, sonrakı aylarda hətta 

29 dollara düşməsi neft gəlirlərindən asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün də çətinliklər 

vəd edirdi. 

2015-ci  ildən  başlayaraq  iqtisadiyyatda  çox  hadisələr  yaşandı:  manat  dəyərini  itirdi,  qiymətlər 

bahalaşdı,  bankların  bir  hissəsi  bağlandı,  əmanət  və  kredit  qoyuluşu  azaldı,  bəzi  yerli  və  xarici 

şirkətlər  bazarı  tərk  etdi  və  s.  Təsadüfi  deyil  ki,  son  iki  ildə  ölkənin  iqtisadi  gündəmini  məhz 

devalvasiya təhlükəsi, bankların bağlanması kimi mövzular zəbt edib. Şirkətlər bağlanır, maaşlar 

azaldılır, işsizlik artır… Bəs bu vəziyyət haçanadək davam edəcək? 

Elə  İqtisadi  Təşəbbüslərə  Yardım  İctimai  Birliyinin  eksperti  Samir  Əliyevlə  söhbətimizdə  də  baş 

verən  proseslərə  ötəri  nəzər  salmağa,  xüsusən  də  devalvasiyanın  biznes  mühitinə  təsirini 

qiymətləndirməyə çalışmışıq. 

Tanınmış  iqtisadçı-ekspert  Strateq.az-a  müsahibəsində  yaranmış  problem  və  ondan  çıxış  yolları 

barədə fikirlərini bölüşüb: 

  



–  Samir  bəy,  adətən,  bir  hadisədən  müəyyən  zaman  ötdükdən  sonra  onu  daha  gerçək 

qiymətləndirmə  imkanı  yaranır. 2  ildir Azərbaycanın gündəmini  məşğul edən bir mövzu var: 

devalvasiya.  Onun  yaratdığı  əsas  problemlərə  keşməzdən  öncə,  bir  suala  cavab  vermənizi 

istərdik. Sizcə, devalvasiyadan qaçmaq mümkünüydümü? 

– Xeyr, birmәnalı olaraq, mümkün deyildi. Resurs lәnәti ilә üzlәşmiş iqtisadiyyatımız fakt qarşısında 

qalmışdı.  Devalvasiyanın  miqyası  müzakirә  mövzusu  ola  bilәr.  Hökumәtin  iqtisadi  bloku  arasında 

koordinasiyanın  olmaması,  proseslәrә  vaxtında  reaksiya  verilmәmәsi,  neftin  yenidәn  bahalaşacağna 

ümid  edib  gözlәmә  mövqeyi  tutlması  devalvasiyanın  fәsadlarının  miqyasını  daha  da  genişlәndirdi. 

İqtisadi  şaxәlәnmәnin  olmaması,  neftdәnkәnar  sektorun  inkişaf  etmәmәsi  taleyimizi  neftdәn  asılılı 

vәziyyәtә saldı. 

Xatırlayırsınızsa, 2008-2009-cu illәrdә qlobal maliyyә böhranı baş verәndә dә manat devalvasiya riski 

ilә  üzlәşmişdi.  Hәmin  dövrdә  kәskin  ucuzlaşan  neftin  qısa  müddәtdә  bahalaşması  bizi  tәhlükәdәn 

sovuşdurdu.  Hәmin  vaxt  hökumәt  qeyri-neft  sektorunun  inkişafının  vacibliyini  anlasa  da  vә  bunun 

üçün  bir  sıra  cәhdlәr  etsә  dә,  neftin  bahalaşması  yenidәn  onu  arxayınlaşdırdı.  İdxal  inflyasiyasını 

cilovlamaq üçün bahalı manat siyasәti ucuz neft dövrünün tәzyiqinә tab gәtirmәdi. 

2015-ci  ildә  manat  iki  dәfә  devalvasiyaya  mәruz  qaldı.  ABŞ  dollarının  mәzәnnәsi  iki  cәhdә  78 

qәpikdәn  1,55  manata  qәdәr  bahalaşdı.  İkinci  devalvasiyadan  sonra  dollar  hәtta  1,90  manata  qәdәr 

bahalaşsa  da,  sonradan  nisbәtәn  ucuzlaşdı  vә  hazırda  rәsmi  mәzәnnә  1,70  manat  әtrafındadır. 

Müvәqqәti dә olsa, nisbi sabitlik yaranıb. 

Devalvasiyadan  ona  görә  qaçmaq  olmazdı  ki,  Azәrbaycan  ixracının  95%-i  neft-qaz  gәlirlәrindә 

asılıdır.  Xırda  istisnalarla,  biz  faktiki  olaraq,  meyvә-tәrәvәzdәn  savayı,  heç  nә  ixrac  edә  bilmirik. 

Ölkәnin tәdiyyә balansına diqqәt yetirsәk, görәrik ki, müsbәt saldo hәmişә neft ixracı hesabına yaranıb. 

Çünki tәdiyyә balansı il әrzindә ölkәyә gәlәn vә ölkәdәn çıxan xarici valyuta arasında fәrqi göstәrir vә 

onun  müsbәt  olması  milli  valyutanın  güvәnliyini  artırır.  Bir  tәrәfdәn  ölkәyә  neftin  ucuzlaşması 

fonunda  gәlәn  dolların  kәskin  azalması,  digәr  tәrәfdәn  müxtәlif  sәbәlәrdәn  ölkәdәn  kapital  axını 

manata tәzyiqi güclәndirdi. Tәsadüfi deyil ki, Mәrkәzi Bank manatı qorumaq üçün 2015-ci ilin sonuna 

qәdәr ehtiyatından 10 milyard dollar xәrclәdi. Ehtiyatların hәcmi bu müddәtdә 15 milyard dollardan 5 

milyarda qәdәr azaldı… 

–  Mili  valyutanın  ucuzlaşdırılmasına  gedilməsi,  Sizcə,  nə  dərəcədə  doğru  addım  idi?  Neft 

istehsalçısı olan digər ölkələrin belə vəziyyətdə təcrübəsindən yararlana bilməzdikimi? 

– Neftlә zәngin 1-2 әrәb ölkәsi istisna olmaqla, digәr ölkәlәrin hamısı milli valyutalarını ucuzlaşdırmaq 

mәcburiyyәtindә qaldılar. Hәtta iqtisadiyyatı neftdәn az asılı olan Norveç belә, devalvasiyaya getmәli 

oldu,  milli  valyutası  dәyәrini  35%-ә  qәdәr  itirdi.  Azәrbaycanla  qonşu  Rusiya,  Qazaxıstan, 

Türkmәnistan  da  milli  valyutalarını  ucuzlaşdırdılar.  Burda  fәrqlәr  devalvasiyanın  hәddindә  vә 

formasında  ola  bilәr.  Rusiya  vә  Qazaxıstan  "üzәn  mәzәnnә"yә  keçidi  elan  edәrәk,  milli  valyutanın 

taleyini bazarın öhdәsinә buraxdılar. Azәrbaycan da analoji yolu getdi. Ancaq iki ölkә ilә müqayisәdә 

bizim neftdәn asılılığımız daha yüksәkdir vә milli valyutamız daha çox tәzyiqә mәruz qalır.  

Mәsәlә ondadır ki, iqtisadiyyatı neftdәn asılı olan ölkәlәr әvvәlcә milli valyutalarını vә makroiqtisadi 

sabitliyi qorumaq üçün valyuta ehtiyatlarını sәrf etdilәr, sonra isә valyuta ehtiyatlarını qorumaq üçün 

milli valyutalarını ucuzlaşdırmalı oldular. Elә ölkәlәr var ki, mәsәlәn, Birlәşmiş Ərәb Əmirliklәri – 

ehtiyatları hesabına bu günә kimi valyutalarını qorumağa müvәffәq olub… 

– Ancaq belə fikir var ki, devalvasiyaya gedilməsi Azərbaycana daha böyük zərbə vurdu… 

– Tәәssüf ki, elәdir. Zәrәr hәm ümumilikdә ölkәnin makroiqtisadi sabitliyinә, hәm maliyyә sektoruna, 

hәm  dә  әhalinin  yaşayış  sәviyyәsinә  mәnfi  tәsir  göstәrdi.  Devalvasiya  ilk  növbәdә  bank  sektoruna 

zәrbә vurdu. Ölkәdәki bankların tәxminәn 1/3-i, bank olmayan kredit tәşkilatlarının 8,3%-i bağlanaraq 

bazarı tәrk etdi. Bank sektoru sürәtlә dollarlaşmağa başladı. Dollarlaşma prosesi ona gәtirib çıxardı ki, 

2012-2016-cı illәrdә cәmi kreditlәrdә xarici valyuta kreditlәrinin payı 31,2%-dәn 53,8%-ә yüksәldi. 

Depozitlәrin  dollarlaşması  2016-cı  ilin  sonuna  75,6%-ә  çatdı.  Qiymәtlәr  әhәmiyyәtli  dәrәcәdә 




bahalaşdı vә bu, әhalinin gәlirlәrinә mәnfi tәsir göstәrdi. Yüksәk inflyasiya vә iş yerlәrinin bağlanması 

fonunda işsizliyin artması sosial vәziyyәti pislәşdirdi. Yeri gәlmişkәn, Beynәlxalq Özәl Sahibkarlıq 

Mәrkәzinin  (CİPE)  dәstәyi  ilә  devalvasiyanın  biznesә  tәsirini  qiymәtlәndirmәk  üçün  tәdqiqat  da 

aparmışıq… 

– Bilmək olarmı ki, tədqiqatınız zamanı hansı problemlər daha qabarıq nəzərə çarpır? 

– Əlbәttә, uzun müddәt manatın sabit olan mәzәnnәsinin qısa müddәtdә ucuzlaşması vә oynaması hәm 

ümumilikdә makroiqtisadi sabitliyә, hәm dә biznesә mәnfi tәsir göstәrib. Əhalinin gәlirlәrinin azalması 

sәbәbindәn  alıcılıq  qabiliyyәtinin  zәflәmәsi,  manatın  dәyәrsizlәşmәsi  nәticәsindә  qiymәtlәrin 

bahalaşması  mal  vә  xidmәtlәrә  tәlәbatı  kәskin  azaldıb.  Bütün  bunlar  sahibkarlıq  subyektlәrinin 

dövriyyәsindә mәnfi iz qoyub… 

–  Mümkünsə,  ilk  olaraq  makroiqtisadi  sabitlik  üzərində  dayanaq.  Burada  hansı  problemlər 

daha çox nəzərə çarpır və üstəlik, hzırda bu sabitlik nə dərəcədə uzunmüddətlidir? 

– Milli valyutanın devalvasiya ölkәnin makroiqtisadi sabitliyinin pozulması riskini  artırıb vә proses 

yekunlaşmayıb.  Götürәk  ümumdaxili  mәhsulun  vәziyyәtini.    Devalvasiyadan  öncәki  2013-cü  ildә 

ÜDM 5.8% artdığı halda, neftin qiymәtinin kәskin azaldığı 2015-ci ildә artım tempi zәiflәyәrәk 1.1% 

tәşkil  edib,  2016-cı  ildә  isә  4%-ә  yaxın  azalıb.  Manatın  ucuzlaşması  idxaldan  asılı  olan 

iqtisadiyyatımızı  yüksәk  inflyasiya  idxalına  mәruz  qoydu.  2012-2014-cü  illәrdә  inflyasiya  tempi 

kifayәt qәdәr aşağı olsa da, 2015-ci ildә 4%-ә, 2016-cı ildә isә 12.4%-ә yüksәlmişdi. 

İnflyasiya sәviyyәsinin artması әhalinin sosial vәziyyәtinin gәrginlәşmәsinә, onların real gәlirlәrinin 

azalmasına gәtirib çıxarıb. Bir tәrәfdәn qiymәtlәrin bahalaşması fonunda әhalinin xәrclәrinin artması, 

digәr  tәrәfdәn  dә  iqtisadi  aktivliyin  aşağı  düşmәsi  әhalinin  gәlirlәrinin  azalmasına  tәsir  edib. 

Ümumilikdә nominal gәlirlәr artsa da, inflyasiya sәviyyәsinin yüksәk olması әhalinin real gәlirlәrini 

üstәlәyib.  Əhalinin adambaşına düşәn real gәlirlәri 2012-ci ildәki 10,74%-lik artdığı halda, 2016-cı 

ildә 10%-lik azalma ilә әvәz olunub. 

Bundan  başqa,  makroiqtisadi  sabitliyin  tәminatçılarından  olan  invesitisiyaların  da  artımında  mәnfi 

tendensiya müşahidә edilib. Əsas kapitala investisiyaların 2015-ci ildә qeyd olunan göstәricisi 11.1%, 

2016-cı  ildә  isә  28%  azalıb.  İqtisadiyyatın  pulla  tәminatı  sәviyyәsindә  kәskin  azalma  olub. 

İqtisadiyyatın pulla tәminat sәviyyәsi devalvasiyadan öncә 25.2-29.4% intervalında qәrarlaşdığı halda, 

son  2  ildә  әhәmiyyәtli  dәrәcәdә  aşağı  düşüb.  2015-ci  ildә  iqtisadiyyatln  monetizasiya  әmsalı  16%, 

2016-cı  ildә  isә  19.3%  tәşkil  edib.  Qeyd  etmәyә  dәyәr  ki,  hazırda  dünyada  inkişaf  etmәkdә  olan 

ölkәlәrdә iqtisadiyyatın monetizasiya sәviyyәsi 45-50%-dәn az deyil, bir sıra inkişaf etmiş ölkәlәrdә 

isә hәtta 100%-dәn yüksәkdir. Azәrbaycanla oxşar iqtisadiyyata malik Rusiyada 2015-2016-cı illәrdә 

42-45%, Qazaxıstanda isә 20% olub.  

Milli valyutanın devalvasiyası, bir qayda olaraq, xarici valyutada olan dövlәt borclarının qaytarılmasını 

imkanlarını çәtinlәşdirir. 2014-cü ildә xarici dövlәt borcunun ÜDM-dә payı 8,62% olduğu halda, 2016-

cı ilin sonuna 20,4%-ә yüksәlib. 

Devalvasiya ölkәnin әsas maliyyә sәnәdi olan dövlәt büdcәsinin xәrclәrinә dә tәsir edib. 2013-cü ildә 

özünün  rekord  hәddindә  (19143  milyon  AZN)  çatan  dövlәt  büdcәsi  sonrakı  neftin  ucuzlaşması  ilә 

azalmağa başlayıb… 

– Milli valyutanın ucuzlaşmasının təkcə əhali üçün yox, həm də sahibkar təbəqəsi üçün yaratdığı 

çətinliklər ortadadır. Artıq iş adamlarımız, biznesmenlərimiz sürətlə ölkədən çıxırlar, çoxu iflas 

həddindədir.  Hansı  sahibkarı  dindirirsən,  ümidsizlik  ifadə  edir,  vəziyyətin  yaxşı  olmayacağı 

qənaətini əsaslandırır. Tədqiqatlarınızda bu haqda da nəsə varmı? 

– Əslindә, Azәrbaycanda biznesin hәmişә problemi olub. Yüksәk neft gәlirlәri dövründә kiçik vә orta 

sahibkarlıq zәif inkişaf etmişdi, yüksәk inhisar mövcud idi, yoxlamalar sahibkarlıq mühitini pozurdu, 

gömrük-keçid mәntәqәlәrindә şәffaflıq çox aşağı idi. Bunlardan savayı, yüksәk kredit faizlәri biznesin 

genişlәnmәsinә mane olurdu. İdxal mallarının ancaq vahid mәnbә vasitәsilә ölkәyә gәtirilmәsi qiymәt 



vә  keyfiyyәt  rәqabәtini  pozurdu.  Milli  valyutanın  möhkәmlәnmәsi  yerli  istehsalın  idxal  qarşısında 

rәqabәt  qabiliyyәtini  azaldırdı.  Bütün  bunlar  idxalı  stimullaşdırırdı,  neftdәnkәnar  ixracı  isә 

mәhdudlaşdırırdı.  

Şübhәsiz  ki,  uzun  müddәt  mәzәnnәsi  sabit  olan  milli  valyutanın  qısa  müddәtdә  xarici  valyutalar 

qarşısında dәyәr itirmәsi biznes sektorunun dayanıqlığını risk altına aldı. Kiçik vә orta biznesin zәif 

inkişafı, biznesin әsasәn neft pullarından asılı olması vә onun hesabına genişlәnmәsi yaranmış iqtisadi 

böhrana  lazımi  müqavimәt  göstәrә  bilmәdi.  Nәticәdә  iqtisadi  aktivlik  zәiflәdi,  iş  yerlәri  bağlandı, 

dövriyyә azaldı, maaşlar azaldıldı, zәrәrlәr artdı. 

Devalvasiyanın  sahibkarlığa  tәsirini  qiymәtlәndirmәk  üçün  rәsmi  mәlumatların  analizi  ilә  yanaşı, 

sahibkarlar  arasında  sorğu  vә  müsahibәlәr  dә  aparılıb.  Əsas  tәsirlәrdәn  biri  mallara  vә  xidmәtlәrә 

tәlәbatın  azalması  nәticәsindә  sahibkarlıq  subyektlәrinin  dövriyyәlәrinin  kәskin  azalmasıdır.  Milli 

valyutanın xarici valyutalara münasibәtdә dәyәrini itirmәsi qiymәtlәrin artmasına gәtirib çıxarıb. 

Digәr tәrәfdәn, әhalinin gәlirlәrinin qiymәt artımına adekvat olmaması, yәni real gәlirlәrinin azalması 

alıcılıq qabiliyyәtinә tәsir edib vә mallara vә xidmәtlәrә tәlәbatı azaldıb. Dövlәt Statistika Komitәsinin 

rәsmi mәlumatları da fikirlәrimizi tәsdiqlәyir. Mәsәlәn, kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq 

sektoru üzrә mәhsul buraxılışı 2014-cü ild 98% artdığı halda, 2015-ci ildә 78% azalma qeydә alınıb. 

Devalvasiya ilindә – 2015-ci ildә sәnayedә 51,7%, informasiya  vә rabitәdә 66,5%, tikintidә 58,9%, 

daşınmaz  әmlakla  bağlı  әmәliyyatlarda  46,9%  azalma  baş  verib.  Apardığımız  sorğuda  hәr  5 

respondentdәn 4-ü dövriyyәsinin azaldığını qeyd edib. 

Digәr  problem  sahibkarlıq  subyektlәrinin  fәaliyyәtini  dayandırması  hallarının  artmasındadır.  Rәsmi 

mәlumatlar göstәrir ki, müxtәlif sferanı tәmsil edәn kiçik sahibkarlıq subyektlәrinin sayının azalması 

müşahidә edilib. Əsas azalma da tikinti vә sәnaye sektorunda olub. 2015-ci ildә sәnaye müәssisәlәrinin 

sayı  29.1%,  tikinti  şirkәtlәrinin  sayı  isә  5,5%  azalıb.    Tәdqiqat  çәrçivәsindә  sahibkarlar  arasında 

aparılmış  sorğuda  da  respondentlәrin  7,7%-i  devalvasiya  nәticәsindә  biznesinin  bağlandığını 

bildiriblәr. 

Sahibkarlıq subyektlәrindә işçilәrin ixtisarı sәbәbindәn kadr potensialının zәiflәmәsini dә qeyd etmәk 

olar. Muzdla işlәyәn işçilәrin sayı 2012-2014-cü illәrdә 2,6% artdığı halda, 2014-2016-cı illәrdә 0,35% 

azalıb.  Devalvasiyanın  kәskin  olduğu  2015-ci  ildә  muzdlu  işçilәrin  azalması  әsasәn  emal  (8,3%), 

tikinti (11,9%), maliyyә  vә sığorta (2,6%), informasiya  vә  rabitә (0,8%) sektorlarında qeydә alınıb. 

Nazirlәr Kabinetinin 2016-cı ilin ilk 6 ayının nәticәlәrinә hәsr olunan müşavirәsindә ölkә prezidenti 

bu ilin ilk 6 ayında ölkәdә 26 min iş yeri bağlandığını bildirmişdi. 

Sahibkarlıq  subyektlәrinin  kreditә  çıxışlarının  mәhdudlaşması  da  әsas  problemlәrdәndir. 

Devalvasiyadan sonra ticarәt vә xidmәt sektorunda kredit qoyuluşu 16,5%, kәnd tәsәrrüfatı vә emal 

sektoru üzrә 57%, inşaat vә әmlak sektoru üzrә 36,1%, sәnaye vә istehsal sektoru üzrә 46,1% azalıb. 

Digәr  tәrәfdәn,  ödәniş  yükünün  artması  nәticәsindә  kreditlәrin  qaytarılmasının  çәtinlәşmәsini, 

sahibkarlıq  subyektlәrinin  banklardakı  vәsaitlәri  (cari  vә  depozit  hesablarında)  üzәrindә  sәrәncam 

vermәk imkanının mәhdudlaşmasını da problemlәrә daxil etmәk olar.  Hәtta bir müddәt öncә dollar 

qıtlığı vә manatın mәzәnnәsinin qeyri-sabitliyi idxalatçı şirkәtlәrә problem yaradırdı. 

– Sahibkarlara dəymiş zərərin təsirini azaltmaq  və biznesi qorumaq üçün hökumətin  bir sıra 

addımları oldu. Necə qiymətləndirirsiniz bu addımları? Bir faydası varmı görülən tədbirlərin? 

–  Ümumiyyәtlә,  iqtisadi  böhran  dövründә  makroiqtisadi  sabitliyin  qorunması  üçün  әsas  yük  vә 

mәsuliyyәt  dövlәt  qurumlarının  üzәrinә  düşür.  Belә  vәziyyәtlәrdә  hökumәtlәr  tәxirәsalınmaz 

tәdbirlәrin әks olunduğu antiböhran proqramları qәbul edir vә bunun әsasında dövlәt siyasәtini qurur. 

Bu  siyasәtlәr,  bir  qayda  olaraq,  әhalinin  vә  sahibkarlıq  subyektlәrinin  müdafiәsini  tәmin  etmәk, 

investisiya  mühitinә  tәsir  edәn  mәnfi  halların  aradan  qaldırılmasına,  inzibati  maneәlәrin  aradan 

qaldırılmasına, iqtisdi aktivliyin artırılmasına yönәldilir. 




Tәbii  ki,  hökumәt  bir  sıra  müsbәt  addımlar  atdı.  İlk  olaraq  sahibkarlıq  subyektlәrinin  fәaliyyәtinә 

müdaxilәlәrin  azaldılması  vә  yoxlanılması  hallarının  minimuma  endirilmәsi  istiqamәtindә  tәdbirlәr 

görüldü. 2015-ci il noyabrın 1-dәn etibarәn sahibkarlıq sahәsindә aparılan yoxlamalar 2 il müddәtinә 

dayandırıldı. Bu zaman bitmәk üzrәdir vә onun uzadılması  yaxşı olardı. Sonra lisenziyalaşdırma vә 

icazәalma proseduru sadәlәşdirilib, onların sayı azaldılıb, 22 fәaliyyәt növü üzrә lisenziya lәğv edilib

lisenziya  verәn  dövlәt  orqanlarının  sayı  23-dәn  4-ә  endirilib,  lisenziyaların  verilmәsi  müddәti  15 

gündәn 10 iş gününә azaldılıb vә s. 

Bura  gömrük  sistemindә  idxal  prosedurunun  sadәlәşdirilmәsini,  sahibkarlıq  subyektlәri  üçün  vergi 

amnistisiyasının vә bir sıra vergi güzәştlәrinin tәtbiqini dә şamil etmәk olar. 

Bundan  әlavә,  yerli  istehsalın  qorunması  mәqsәdilә  idxal  rüsumlarının  artırılması  vә  sahibkarlıq 

subyektlәrinin  ixrac  potensialının  artırılması  tәdbirlәri  hәyata  keçirildi.  Ötәn  ilin  sonunda  isә 

Azәrbaycan Respublikasında kiçik vә orta sahibkarlıq sәviyyәsindә istehlak mallarının istehsalına dair 

Strateji Yol Xәritәsi qәbul edildi. 

– Üzdə belə görünür ki, maliyyə bazarında sabitlik yaranıb. Manat xeyli vaxtdır sabitləşib, dollar 

qıtlığı  aradan  qalxıb,  indi  istədiyin  qədər  dollar  almaq  mümkündür.  Valyuta  hərraclarında 

dollara  tələbat  da  azalıb.  Bəzi  növ  məhsulların  qiymətində  isə  ucuzlaşma  var.  Təhlükə 

sovuşdumu?   

– Tәәssüf ki, cavabım müsbәt olmayacaq. Sizin sadaladığınız hallar mövcuddur, ancaq dayanıqlı deyil. 

Mәrkәzi Bankın inzibati tәdbirlәrinin nәticәsidir. Pul kütlәsi әhәmiyyәtli dәrәcәdә mәhdudlaşdırılıb. 

İqtisadiyyatın pulla tәminatı sәviyyәsi aşağı hәddәdir. Bankların әlindәki vәsaitlәrin valyuta bazarına 

yönәldilmәsinin qarşını almaq üçün  Mәrkәzi Bank depozit hәrracları keçirir vә onların vasitәsilә 500-

600 milyon manat vәsaiti dövriyyәdәn kәnarlaşdırırmağa nail olur, bunun hesabına manata olan tәzyiqi 

azalda bilir. Tәdiyyә balansının son vәziyyәtindә nisbәtәn yaxşılaşma müşahidә edilir. Sәbәb, әlbәttә, 

neftin bir qәdәr bahalaşması, idxalın mәhdudlaşdırılması vә kapital axınının azalmasıdır. Gәlәcәkdә 

neftin  ucuzlaşması  vә  kapital  axının  davam  etmәsi  balansda  vәziyyәti  yenidәn  qәlizlәşdirә  bilәr. 

Sahibkarlar  pulsuz  qalıblar.  İqtisadiyyat  getdikcә  daralır,  bazar  kiçilir,  dövriyyә  azalır.  Proses  belә 

uzun müddәt davam edә bilmәz. Sәrt pul-kredit siyasәti hәyata keçirilmәsinә baxmayaraq, inflyasiyanı 

cilovlamaq mümkün olmayıb, hәlә ki ikirәqәmli olaraq qalmaqdadır. İqtisadiyyata pul vermәyәndә bir 

problem yaradır, pul verәndә başqa. Əhalinin manata, bank sektoruna etimadı itib. Əhali әlindә olan 

artıq pulu dollara çevirib yastıq altına yönәldir. Neftin bahalaşması yaxın dövrdә gözlәnilmәdiyindәn, 

vәziyyәti indiki kimi saxlamaq qısamüddәtli sәmәrә verә bilәr. 

–  Sizcə,  indiki  zamanda  hökumət  neyləməlidir?  Sahibkarlara  hansı  istiqamətdə  dəstək 

verməlidir? 

–  Ümumi  götürsәk,  çox  işlәr  görülmәlidir.  Ölkәdә  struktur  islahatları  aparılmalıdır,  iqtisadiyyat 

liberallaşdırılmalıdır,  dövlәt  biznesdәn  kәnara  çәkilmәlidir,  büdcә  yükü  azaldılmalıdır,  mәhkәmә 

sistemi  müstәqillәşmәlidir,  mülkiyyәt  hüququ  qorunmalıdır  vә  s.    İndiyәdәk  atılmış  addımlar 

әhәmiyyәtli olsa da, köklü deyil. Proses bu vәziyyәtdә dayanmamalıdır. Uzun müddәt bir yerdә qalan 

daş, nәhayәt ki, tәrpәdilib, ancaq onu belә saxlamaq olmaz, fәsadları ağır ola bilәr.  

İstәnilәn  böhranlı  vәziyyәtdә  hökumәtlәr  әsas  diqqәti  kiçik-orta  sahibkarlığın  dәstәklәnmәsinә 

yönәldir.  İqtisadiyyatın  yüksәk  sәviyyәdә  dollarlaşması  pul-kredit  siyasәtinin  sәmәrәliliyinin 

mәhdudlaşmasına, likvidlik problemlәrinin artmasına, Mәrkәzi Bankın rolunun azalması kimi neqativ 

nәticәlәrә gәtirib çıxarır. Bunun üçün iqtisadiyyatda dollarlaşma sәviyyәsinin aşağı salınması vacibdir. 

Milli  valyutada  qiymәtli  kağızların  buraxılması,  etibarlı  indeksasiya  sistemi,  valyuta  risklәrini 

sığortalama  (hedge)  alәti,  kapital  bazarının  vә  bankolmayan  institutların  güclәndirilmәsi,  kredit 

mәlumatları sisteminin tәkmillәşdirilmәsi, nәzarәtin güclәndirilmәsi, faiz dәrәcәlәri üzәrindә inzibati 

tәdbirlәrdәn imtina edilmәsi, valyuta depozitlәri vә istiqrazlarının gәlirliliyinә vergi rejiminin tәtbiqi 

kimi addımlar dollarlaşmanı әngәllәyә bilәr. 

Manatın  mәzәnnәsinin  sabitliyi  yalnız  dayanıqlı  makroiqtisadi  sabitlik  vә  iqtisadi  inkişaf  fonunda 

mümkündür.  Ölkәnin  maliyyә  sektorunun  sürәtlә  dollarlaşması  milli  valyutaya  tәzyiqi  artırmaqla 



yanaşı, makroiqtisadi sabitliyi risk altına qoyur.  Milli valyutanın ucuzlaşması idxaldan asılı olan ölkә 

iqtisadiyyatını yüksәk inflyasiya idxalına mәruz qoyub. 

Hazırda Azәrbaycanda inflyasiyaya bir sıra daxili vә xarici amillәr tәsir edir. Daxili amillәrә dövlәt 

büdcәsindә kәsirin yaranması, mikro vә makro sәviyyәdә disproporsiyanın yaranması, xarici ticarәtdә 

inhisarın mövcudluğu,  daxili  bazarın iri  şirkәtlәrin  inhisarında olması,  yüksәk  kredit  faizlәri  aiddir. 

Xarici amillәrә isә xarici tcarәtdәn daxilolmaların azalması, xarici ticarәt vә tәdiyyә balansında kәsirin 

mövcudluğu, idxal mallarının xarici bazarlarda bahalaşması daxildir… 

–  Əksdollarlaşma  siyasətinin vacibliyini  vurğulayırsınız.  Araşdırmısnızmı  ki,  hansı  ölkələr  bu 

təcrübədən yararlanıblar və biz hansı ölkələrin təcrübəsindən faydalana bilərik? 

–  Əksdollarlaşma  müxtәlif  ölkәlәrdә  hәyata  keçirilib.  Bayaq  әksdollarlaşma  alәtlәrini  sadaladıq. 

Anqola,  Boliviya,  Çili,  Meksika,  Rusiya  kimi  ölkәlәrdә  hökumәt  dollar  depozitlәrinә  alternativ 

investisya imkanlarını artıran milli valyutada olan istiqraz bazarını stimullaşdırmağa qәrar verib. Çünki 

daxili  pul  vә  kapital  bazarında  milli  valyutada  olan  qiymәtli  kağızların  artması  dollar  aktivlәrinin 

azalmasını  şәrtlәndirir.  Boliviya,  İsrail,  Meksika  kimi  ölkәlәr  milli  valyutada  dövlәt  istiqrazlarının 

buraxılışını  artırıb,  dövlәt  istiqrazlarını  inflyasiyaya  uyğun  indekslәşdirib.  Estoniya,  Haiti, 

Macarıstanda milli valyutanın cәlbediciliyini artırmaq üçün bankların faiz dәrәcәlәri üzәrindә inzibati 

nәzarәti  lәğv  edilib.  Boliviya,  Honduras,  Nikaraqua,  İsraildә  xarici  valyutalar  üzrә  mәcburi  ehtiyat 

normalarının  tәlәblәri  sәrtlәşdirilib.  Çili,  Kolumbiya,  Meksika  vә  İsraildә  milli  valyutanın 

cәlbediciliyini vә ona inamı artırmaq, hәmçinin alıcılıq qabiliyyәtinin sabitliyini qorumaq üçün kәskin 

mәzәnnә  dәyişiklikliyindәn  sığortalamağa  imkan  verәn  әhalinin  gәlirlәrinin  indeksasiyası  sistemi 

tәtbiq edilib. 

Tәcrübәlәr  olduğu  kimi  yox,  ölkә  şәraitinә  uyğun  tәtbiq  edilmәlidir.  Tәcrübә  göstәrir  ki,  bazar 

alәtlәrindәn istifadә etmәdәn  yalnız  mәcburi әksdollarlaşma  tәdbirlәrinin hәyata keçirilmәsi  sәmәrә 

vermir. Peru vә Boliviyanın inzibati yolla dollarlaşmanı azalda bilmәmәsi buna sübutdur. Argentina 

vә  Pakistanda  atılan  addımların  nәticәsi  ona  gәtirdi  ki,  rezidentlәr  xarici  valyuta  vәsaitlәrini  bank 

hesablarında yox, nağd şәkildә saxlamağa üstünlük verdilәr. Belә mәhdudiyyәtlәr milli bank sektoruna 

inamı tәhlükә altına qoyur vә kapital axınına gәtirib çıxarır… 

Söhbətləşdi: 

Zaur İBRAHİMLİ 

Strateq.az 



 

Yüklə 212,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə