ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə1/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
  1   2   3   4   5   6   7   8   9   ...   73


HACI NƏRİMANOĞLU 
ZƏNGƏZUR 
KÖÇ, DEPORTASİYA, SOYQIRIMI, 
İŞĞAL TARİXİ 
Bakı – 2018 


Kitab Azərbaycan Respublikasının Prezidenti yanında 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 
maliyyə yardımı ilə “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” 
layihəsi çərçivəsində “Zəngəzur Cəmiyyətləri” İctimai Birliyi  
tərəfindən nəşr edilib. 
Elmi məsləhətçi  
və Ön sözün müəllifi: 
Yaqub Mahmudov, 
akademik, Azərbaycan Milli Elmlər Akademiyasının 
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru,  
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi 
Elmi redaktor: 
Fətəli Abdullayev, 
siyasi elmlər doktoru 
Bakı - “QHT nəşriyyatı” - 2018, səh.240 
Monoqrafiyada Azərbaycanın tarixi Zəngəzur bölgəsinin XIX  – XX 
əsr  tarixi  arxiv  materialları,  sənədlərlə  öyrənilib.  Bölgənin  tarixi 
keçmişinin  ümumi  mənzərəsi  yaradılıb,  əhalisinin  son  iki  əsrdə  məruz 
qaldığı  müsibətlərin  səbəbləri,  nəticələri  gerçək  tarixi  fakt  və  detallarla 
araşdırılıb.  Son  iki  əsrdə  Zəngəzurda  yerli  əhalinin  çarizmin 
müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsi də 
əks  olunub.  Monoqrafiyada  xristian  təəssübkeşliyi  ilə  siyasət  yürüdən 
böyük dövlətlərin hərbi-siyasi planlarının bütün Qafqazda xalqların təh-
lükəsizliyinə və əmin-amanlığına nə qədər böyük zərbə vurduğu faktlarla 
açılıb.  
Kitab dünyanı idarə edən güclərin bir əsr əvvəl tarixi Azərbaycan 
torpaqlarında  qurduğu  Ermənistan  adlanan  dövlətin  regionda  başlıca 
gərginlik, münaqişə ocağı olduğunu sübut edən elmi ittihamnamədir. 
Kitab  tədqiqatçılar,  tarixçilər,  müəllim  və  tələbələr,  geniş  oxucu 
auditoriyası üçün nəzərdə tutulub. 
ISBN 
© Zəngəzur Cəmiyyətləri İctimai Birliyi, 2018 


Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi 
Şurasının qərarı ilə nəşr olunur. 
Müəllifdən: 
Bu kitabı 23 aylıq mövcudluğu ilə qürur duyduğumuz Azərbaycan Xalq 
Cümhuriyyətinin 100 illiyinə, qurucularının əziz xatirəsinə  
və 1918-ci il soyqırımı qurbanlarının ruhuna ithaf edirəm. 



AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİK 
YUBİLEYİ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
2018-ci  il  may  ayının  28-də  müsəlman  Şərqində  ilk  parla-
mentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranma-
sının 100 illiyi tamam olur. 
Qədim  və  zəngin  dövlətçilik  ənənələrinə  malik  Azərbaycan 
xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük im-
periyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan 
Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurul-
duğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azər-
baycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi ye-
kunu kimi meydana çıxmışdır. 
XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının 
yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mə-
dəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranma-
sını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin ha-
zırladı.  Abbasqulu  ağa  Bakıxanov  və  Mirzə  Fətəli  Axundzadə  ilə 
başlayan  bu  yolu  yeni  tarixi  mərhələdə  Həsən  bəy  Zərdabi,  Cəlil 
Məmmədquluzadə,  Mirzə  Ələkbər  Sabir,  Əli  bəy  Hüseynzadə  və 
digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşək-
külü  və  inkişafına  mühüm  təsir  göstərirdilər.  Həmin  dövrdə  güclü 
sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda
milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə 
çevrilmişdi.  Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə 
seçilmiş  azərbaycanlılar  müstəmləkədən  azad,  demokratik  dövlət 
sistemi yaratmağa hazır idilər. 
Bununla  yanaşı,  Rusiyada  çarizmin  süqutundan  sonra  bolşe-
viklərin  hakimiyyəti  ələ  keçirməsi  ilə  keçmiş  imperiya  ərazisində 
mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlət-


 
 5
 
lərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləş-
dirdiyi  belə  bir  şəraitdə  Azərbaycanın  tərəqqipərvər  siyasi  elitası 
müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. 
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bə-
yan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbay-
can  Xalq  Cümhuriyyəti  öz  üzərinə  götürdüyü  çətin  tarixi  vəzifəni 
imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azər-
baycanın  ilk  Parlamenti  və  Hökuməti,  dövlət  aparatı  təşkil  edildi, 
ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yara-
dıldı,  ana  dili  dövlət  dili  elan  edildi,  dövlət  quruculuğu  sahəsində 
ciddi  tədbirlər  həyata  keçirildi.  Ölkənin  ərazi  bütövlüyü  və  milli 
təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli 
hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uy-
ğun  dövlət  orqanları  quruldu,  maarifin  və  mədəniyyətin  inkişafına 
xüsusi  diqqət  yetirildi,  Azərbaycanın  ilk  universiteti  təsis  olundu, 
təhsil  milliləşdirildi,  xalqın  sonrakı  illərdə  mədəni  yüksəlişi  üçün 
zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiy-
yətli işlər görüldü. 
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanla-
rın bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriy-
yəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, 
sinfi  bərabərsizliyi  ortadan  qaldırdı.  Cümhuriyyət  parlamentinin  il 
yarımlıq  fəaliyyəti  boyunca  qəbul  etdiyi  qanunlar  milli  dövlətin 
müstəqilliyinin  möhkəmləndirilməsinə,  siyasi  və  iqtisadi  inkişafa, 
mədəniyyət  və  maarif  sahələrində  sürətli  irəliləyişə  imkan  verdi. 
Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bü-
tün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-biri-
nin  hüquqlarına  hörmət  prinsipləri  əsasında  münasibətlər  qurmağa 
cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriy-
yətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn sub-
yekti  olması  1920-ci  ilin  aprel  ayındakı  bolşevik  işğalından  sonra 
Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmə-
sinin qarşısını aldı. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə