Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 65,08 Kb.
tarix31.08.2018
ölçüsü65,08 Kb.
#66066

Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

http://teleqraf.com/cdn/2016/january/16/1452949007.jpg

2016-ci il Azərbaycanda Multikulturalizm İlidir

(Metodik məktub)

Zərdab-2016

Mültikulturalizm Azərbaycanın Həyat Tərzidir
Multikulturalizm bir çox növ mədəniyyətlərin birgə yaşaması, ahəngi, harmoniyasıdır. Nisbətən yeni termin olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayış olub.Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələrinə münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi tanınıb. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, eyni zamanda, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinə hörmətlə yanaşıb.

Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir. Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. 

Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bu mühitin ab-havası yüz illərdir ki, xalqların nəfəsliyinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azərbaycan türkləri mehriban, qonaqpərvər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə biliblər. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar. 

Çox millətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi, o cümlədən, bu ənənələrin inkişafını özündə ehtiva edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, tariximizin ayrı-ayrı dövrlərində bu ciddi məsələ özünü müsbət tərəfdən büruzə verib. Məsələn, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə ehtiva etmiş bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına gətirilib. Bu da faktdır ki, Heydər Əliyev bu ideologiyanın ən gözəl izahını 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayı zamanı etdiyi çıxışında «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam» sözləri ilə ifadə edib və dünya azərbaycanlılarını öz milli-mənəvi dəyərlərini unutmamağa, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırıb. Bu kəlam Azərbaycan coğrafiyası daxilində yaşayan müxtəlif mədəniyyətlərin həmrəyliyinə təkan verib. Bu həmrəyliyin əsasını isə tolerantlıq və multikulturalizm təşkil edir. Bir sözlə, azərbaycançılıq ideologiyası ölkə daxilində müxtəlif mədəniyyətliliyin və dini dözümlülüyün əks olunduğu vahid bir dəyərlər sistemidir . Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil,tarix, adət-ənənələrinin qorunub saxlanmasında,inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, Ulu öndərin hakimiyyətə gəlməsindən

sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün

bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.

 Ümummilli liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq

 qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.Ulu öndər Heydər

Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi “Multikulturalizmin müasir 

dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir .Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun

alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir ”.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var.

Bu  gün  Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin

qorunub saxlanması, təbliği ilə bağlı olduqca  əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.

 Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Artıq paytaxt  Bakı qlobal əhəmiyyətli

 humanitar məsələlərin öz həllini tapdığı məkandır. Təsadüfi deyil ki, dövlətimizin başçısının Sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edildi. Eyni zamanda, multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir

 ki, 2014-cü il mayın 15-də Azərbaycan Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.



Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumunun 2016-cı ildə Azərbaycanda keçirilməsinin nəzərə alınması isə ölkəmizdə həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili

Azərbaycanda "Multikulturalizm ili" elan etmişdir.

Bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti 11yanvar 2016- cı il tarixli sərəncam imzalamışdır. Azərbaycanda multikulturalizm ənənələrinin

qorunub saxlanması , daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması ilə

əlaqədar mədəni irsin qoruyucuları və təbliğatçısı kimi kitabxanalar qarşısında müəyyən vəzifələr durur.Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq əlaqələrinin qorunmasında və təbliğində kitabxanalar fəal iştirak etməliditlər. Kitabxanalarda mövzu ilə əlaqədar tədbirlər planı tərtib olunmalıdır. Tədbirlər planında əyani və şifahi təbliğatın bütun formalarından :

foto sərgi, kitab sərgisi, dəyirmi masa , məruzə , kitab müzakirəsi, kitab təqdimatı,ədəbi - bədii gecə, oxucu konfransı, məlumat həftəsi , ucadan oxu, ədəbi oyunlar, kitab bayramı və sair kimi formalarından önəmli şəkildə istifadə edilməlidir. Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: “Azərbaycan multikulturalizm məkanıdir”, “2016-cı il Multikulturalızm ilidir”,”Multikulturalizm ünsiyyət körpüsüdür”, “ Milli mədəniyyətimizi qoruyaq, təbliğ edək”,” Milli-mədəni dəyərlərimiz bizim tariximizdir”,”Mən fəxr edirəm ki, Azərbaycanlıyam,”Multikulturalizm Azərbaycanın adət və ənənələrinin bir hissəsidir”,” Müstəqil Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsi kimi”, “ Azərbaycanda multikulturalizm xalqın həyat tərzidir”, “Bu gün Azərbaycan dünyada tolerant və multikultural ölkə kimi tanınır”, ” Multikulturalizm yüksək mədəniyyət nümunəsidir”, “ Heydər Əliyev Azərbaycanda siyasi multikulturalizmin banisidir”, “ Milli tariximiz,ənənələrimiz, dəyərlərimiz”, “ Nizami Gəncəvinin Xəmsə qəhrəmanlarında multikultural nümunələr” “ Əmin- amanlıq inkişafın əsasıdır” və sair.

Kitabxanalar 2016-cı ildə Azərbaycanda sivilizasiyalararası dialoqun genişlənməsi üçün Azərbaycan dövlətinin yürütdüyü siyasətdə yaxından iştirak etməli, müxtəlif dinlərin, millətlərin nümayəndələrinə öz zəngin kitab fondları ilə yüksək kitabxana xidməti göstərməli, bu ölkədə yaşayan və böyüməkdə olan nəsillərin milli, irqi, dini fərqlərini, milli adət-ənənələrini, tarixini nəzərə alaraq onların əsl Azərbaycan vətəndaşı kimi tərbiyə olunmasına çalışmalıdırlar. Dünyanın ən sakit və sülhsevər xidmətini-kitabla xidməti həyata keçirən kitabxanalarımız üçün ölkəmizdə sülhün və sakitliyin mövcud olmasında, iqtisadi, mədəni və elmi inkişafın həyata keçirilməsində yaxından iştirak etmək çox vacibdir. Tədbirlərin təşkilinə kömək məqsədilə metodiki məktuba ədəbiyyat siyahısı da əlavə edirik.

ƏDƏBİYYAT:

  • Vatikanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirmişdir //Azərbaycan.- 2012.- 12 iyun.- S.6.

  • Azərbaycan-tolerantlıq məkanı”: BMT-nin NyuYorkdakı mənzil-qərargahında fotosərgi //Mədəniyyət .-2013.- 2 oktyabr.- S. 6.

  • Əliyeva, Y. Azərbaycan dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib /Yeganə Əliyeva //İki sahil.- 2013.- 21 may.- S.3.

  • Hacızadə, A. Azərbaycan tolerantlıq baxımından bir sıra ölkələr üçün uğurlu nümunədir /Asya Hacızadə //Azərbaycan.- 2013.- 20 avqust.- S.7.

  • Hacızadə, A. Misir jurnalı: «Bakı tolerantlıq və günəş şəhəridir» /Asya Hacızadə //Azərbaycan.- 2013.- 15 yanvar.- S.7.

  • Herbert Kvelle: Tolerantlıq Azərbaycanda ideya deyil, həqiqətdir //Azərbaycan.-2013.- 23 yanvar.- S.3.

  • İlyasov, R. Ümummilli Lider Heydər Əliyev və Tolerantlıq /R.İlyasov //Səs.-2013.- 4 aprel.- S.3.

  • Mehdiyev, A. Etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir /Allahverdi Mehdiyev //Azərbaycan.- 2013.- 27 iyul.- S.6.

  • Tolerantlıq Azərbaycanda həyat tərzidir //Səs .- 2013.- 15 noyabr.- S.10. 29 126.

  • Azərbaycan tolerantlıq məkanıdır”: Növbəti sərgi İsrailin Afula şəhərində açılıb //Mədəniyyət .-2014.- 15 avqust.- S. 10.

  • Abbasov, Z. Tolerantlıq-Azərbaycan cəmiyyətinin yaşam tərzidir /Zahiddin Abbasov //Respublika.- 2014.- 14 may.- S.3.

  • Azərbaycandakı tolerantlıq mühiti Londonda müzakirə olunub //Mədəniyyət.- 2014.- 7 mart.- S. 3.

  • Əliyeva, M. UNESCO-da Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş beynəlxalq konfrans /Mehparə Əliyeva //Respublika.- 2014.- 18 noyabr.- S.10.

  • Gəncəliyeva, N. Tolerantlıq insanlar arasında qarşılıqlı hörmətdir:16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür /N.Gəncəliyeva //Mədəniyyət.- 2014.- 14 noyabr.- S.15.

  • Nağıyev, A. Azərbaycan tolerantlıq və multikulturalizm məkanına çevrilib /Anar Nağıyev //Azərbaycan.- 2014.- 6 fevral.- S.10.

  • Multikulturalizm Azərbaycanda dövlət siyasətinin ən önəmli istiqamətlərindən biridir // Yeni Azərbaycan.- 2014.-27 noyabr.-s.4

  • Abdullayev, K.Azərbaycanda Multikultural təhlükəsizlik prinsipləri

// Yeni Azərbaycan.- 2015.- 24 iyun.-s.4

  • Əliyev, P.” Heydər Əliyev Azərbaycanda siyasi multikulturalizmin banisidir // Yeni Azərbaycan .-2015.-17 sentyabr.-s.11

  • 2016- cı il Azərbaycan Respublikasında”Multikulturalizm ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,11 yanvar,2016-cı il // Xalq qəzeti.- 2016.- 12 yanvar.-s.6

Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri: G.Qasımova

Redaktor: Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti:M.Əhmədova
Yüklə 65,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə