Zərifə xanıma ithaf olunur



Yüklə 92,12 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü92,12 Kb.
#52764

background image
Zərifə xanıma ithaf olunur 

 

SƏNSİZ 

 

 

sözləri: Fikrət Qocanın 

 

 

musiqisi: Sevil Əliyevanındır 

 

Sən gedəndən bu yerlərdə ətirsiz güllər, 

Sənsiz, günəşsiz qaldı günlər. 

Getdin, daha da əziz müqəddəs oldun. 

Zərif  xatirə oldun, uzaq səs oldun. 

Ürəktək yaxın oldun, görünməz oldun, 

Əl çatmaz, ün yetməz oldun. 

 

Məhəbbətin günəşdən böyük, təmizdir. 



Başım üstə yanacaq hər an. 

Səndən qalan xatirə mavi dənizdi. 

Böyüklüyün səmadan dərin, təmizdir. 

Səndən qalan xatirə mavi dənizdir 

Əzizim həmişə varsan. 

 

Ötən günlər qoşa saxlar kölgəmizi bizim. 



Sənin şəklin gözümdə qalıb, 

Oyan, xatirəm mənim, danış, dənizim, 

Mehriban baxışını illərdən yığım. 

Əziz gülüşlərini güllərdən yığım, 

Qoy dil açsın xatirələr. 

 

Məhəbbətin günəşdən böyük, təmizdir, 



Başım üstə yanacaq hər an. 

Səndən qalan xatirə mavi dənizdi. 

Böyüklüyün səmadan dərin, təmizdir, 

Səndən qalan xatirə mavi dənizdir 

Əzizim həmişə varsan. 


background image
İllər keçir, zaman olar, dibsiz göy dəniz 

Görüşərik səssiz-səmirsiz, 

Görərsən  yaşatmışam səni özümdə, 

Səsin səsimdə olub, sözün sözümdə 

Qəlbin qəlbimdə olub, gözün gözümdə, 

Biz heç vaxt ayrı olmadıq, biz. 

 

Məhəbbətim günəşdən böyük, təmizdir, 



Başım üstə yanacaq hər an. 

Səndən qalan xatirə mavi dənizdi. 

Böyüklüyün səmadan dərin, təmizdir. 

Səndən qalan xatirə mavi dənizdir 

Əzizim həmişə varsan. 

 

Zərifə xanım Əliyeva. – B.: 1998. – S. 5. 



 

 

 

Yüklə 92,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə