Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
  1   2   3   4   5   6   7   8   9   ...   53


KLASSİK TÜRK ƏSƏRLƏRİ
ZİYA GÖYALP
T Ü R K Ç Ü L Ü Y Ü N   Ə S A S L A R I
AZƏRBAYCAN TÜRKCƏSİNDƏ  HAZIRLAYAN, 
ÖN SÖZ, AÇIQLAMALARIN M ÜƏLLİFİ: 
ELMAN  MUSTAFA
BAKI-  2010


Redaktor:
Tarix elmləri namizədi, dosent Z.H.Bayramlı
RƏYÇİ: ƏBÜLFƏZ ELÇİBƏY
GÖYALP ZİYA «Türkçülüyün Əsasları» Azərbaycan türkcəsində 
hazırlayan,  ön söz və açıqlamaların müəllifi: Elman MUSTAFA 
Bakı- 2010. «Xəzər  Universiteti» nəşriyyatı.  208  səh.
XX  əsrin  əvvəllərində Osmanlı  impcratorluğu süquta  uğrayarkən,  nəin­
ki,  onun  Avropadakı  torpaqları  əlindən  çıxdı,  hətta  Türkiyənin  bir  dövlət 
kimi mövcud olması təhlükə qarşısında idi.  Belə bir şəraitdə Türkiyədə yara­
nan  müxətlif fikir axımlarından Türk dünyası, Türk milləti üçün ən önəmlisi, 
ən doğru yolda olanı «Türkçülük» idi.
«Türkçülük»  axımının,  onun  ən  öncülərindən  biri,  bu  əsərin  müəllifi 
Ziya Göyalpın dünyada yeganə Türk Cümhuriyyətinin yaranmasmdakı xid­
mətləri əvəzsizdir.
Türkçülyün tam  bir nəzəriyyə və proqramı sayılan bu əsərdə «Türçülük» 
axımının  mahiyyəti,  onun  qarşısında  duran əsas  vəzifələr geniş şəkildə şərh 
edilir.
ISBN 978-9952-8024-9-8
©«Varlık  yaymevi» İstanbul  1961 
© «Maarif» nəşriyyatı.  Bakı,  1991
EY TÜRK OĞUZ BƏYLƏRİ! TÜRK XALQI, EŞİDİN! 
ÜSTDƏN GÖY ÇÖKMƏDİKCƏ, ALTDAN YER 
DƏLİNMƏDİKCƏ, BİL Kİ, TÜRK ULUSU, TÜRK 
YURDU, TÜRK DÖVLƏTİ, TÜRK TÖRƏSİ PO­
ZULMAZ, SU KİMİ AXITDIĞIN QANINA, 
DAĞLAR KİMİ YIĞDIĞIN SÜMÜKLƏRİNƏ LAYİQ 
OL! EY ÖLÜMSÜZ TÜRK ULUSU, ÖZÜNƏ DÖN!...
Bilgə KAĞAN
3


Ətimin  və sümüyümün atası Əli Rza əfəndidirsə, 
fikrimin atası Ziya Göyalpdır.
ATATÜRK.
Ziyanın  dühasmdakı  ikinci  qüvvət  onun  məflkurəçiliyi 
idi.  Əslində  məfkurə  sözünü  icad  edən,  dilimizə  gətirən  odur. 
Məfkurəçiliyin  təbii  nəticəsi  nikbinlikdir.  Ziya  da  bütün 
böyük məfkurəçilər kimi nikbindir. Heç bir zaman, heç bir və­
ziyyətdə  Ziyanın  ruhunu  kədər,  ümidsizlik  kimi  bezginlik 
bürüməmişdir. Ən çətin və ən qaranlıq zamanlarda o, daim ət­
rafına inam  və ümid saçmışdır.  Balkan müharibəsinin zillətlə­
ri,  dünya  müharibəsinin  fəlakətləri  əsnasında,  mən  onu  gə­
ləcəyə  dərin  ümidlərlə  bağlı  gördüm.  Türkün  ölməyəcəyinə 
onun qədər inanmış bir adama hələ ki, təsadüf etmədim.
Əhməd AĞAOĞLU.
4
HƏR ZAMANDA ZİYA GÖYALP 
(İKİNCİ  NƏŞRƏ ÖN SÖZ)
İkinci dünya savaşından sonra, yüzilin ikinci yarısında dünya 
çapında sosial-mədəni həyatın  bütün  sahələrində yeniləşmələr bir- 
birini  sürətlə  izlədi.  Bu dövrdə  dünyanın  bir-birinə  qarşı  olan  iki 
görünüşü,  prosesi  özünü  kəskin  şəkildə  göstərdi.  Bunun  biri  belə 
bir görünüşdən  ibarət idi:  Daha yüksək  səviyyəli texnoloji yenilik­
lər,  bunların  sırasında  olan  informasiya  texnologiyasının  böyük 
inkişafı  nəticəsində  mədəniyyətlər,  xalqlar  arasında  ünsiyyət  sıx­
laşdı,  dünya  getdikcə  kiçildi,  maddi  və  mənəvi  mədəniyyətin  bir 
forma-biçim  alması  sürətləndi.  20-ci  yüzilin  ikinci  yarısında  artıq 
müxtəlif səviyyələrdə  millətüstü  birliklərdən,  görünməmiş  qlobal­
laşmadan  söz  edilməyə  başlandı.  Keçmiş  Sovetlər  Birliyində  isə 
«milli  məsələ»  həll  edildi  və sovet xalqı  artıq  yaranmış oldu.  Ger­
çəkdə isə bunlar sözlə uydurmalar, sovet yalanları idi.
20-ci  yüzilin  ikinci  yarısında  dünya  çapında  nə  millətüstü 
deyilən  birliklər  insanların  tarixi  birliyi  olan  «millət»i  arxa  plana 
keçirə  bildi,  nə  də  Sovetlər  Birliyində  «milli  məsələ»  həll  edildi. 
Bunun qaçılmaz bir nəticəsi olaraq sovet xalqı da yaranmadı.
Bu  dövrdə  dünyanın  başqa  bir  parlaq  görünüşü  də  yarandı. 
Buna  ikinci görünüş,  proses də deyə bilərik.  Bu dünya görünüşünü 
yığcam  biçimdə  belə  açıqlayaq:  Sözü  gedən  dövrdə  dünya 
ölçüsündə  ayrı-ayrı  insanların,  ayrı-ayrı  xalqların  öz  etnik-milli 
mənsubiyyətinə,  milli  kimliyinə  maraqları  getdikcə  daha  sürətlə 
artdı.  Dünyanın  bir çox  xalqları,  millətləri  öz etnik-milli  psixolog­
iyasının,  milliyyətinə  məxsus  psixoloji  yaradılışın,  milli  tarixin 
bənzərsiz  olduğunu  daha  açıq  şəkildə  daha  böyük  coşqunluqla 
vurğulayaraq  müxtəlif biçimdə  bildirməyə  və  müəyyən  bir  etnosa 
mənsubiyyəti dərketmənin qaynar havası içində yaşamağa başladı­
lar.  Bütün  bu  deyilənlər  xalqların,  millətlərin  elmi  və  bədii-sənət 
yaradıcılığında, maddi və mənəvi mədəniyyət məhsullarında, siyasi 
sahədə, dövlətlərarası münasibətlərdə əks olunurdu.
Beləliklə,  dünyanın  birinci  görünüş  ilə  ikinci  görünüşü  məz­
mun və hədəf baxımından bir-birinə qarşı idi.  Buna görə də bu ha­
disəyə, duruma müasir dövrün etnik paradoksu adı verildi.  Bu etnik 
paradoks  ömrünü  21-ci  yüzilin  əvvəllərində  də  yaşamaqda  davam 
etdi.  Artıq  etnik yüksəliş çağdaş dövrdə bütün  insanlıq  inkişafının 
yönləndirici və müəyyənedici özəlliklərindən biriydi.
Burada keçmiş tarixi-irəlini də bir az xatırlayaq.
19-cu yüzildə və 20-ci yüzilin əvvəlində Pangermanizm,  Pans-
5


lavyanizm,  Pantürkizm  və Türkçülük,  bir qədər də Turançılıq çox 
işlək  ifadələr  -   terminlər  sırasmda  yer  tutdu.  Panslavyanizm,  Pa- 
ngermanizm  doktrinaları  şovinist-  irqçilik  mahiyyətlərini  çox  tez­
liklə bildirdilər.
Türkçülük-Pantürkizm  tarixin  gedişindən,  yaranmış  tarixi 
durumdan  irəli  gələn  səbəblər  üzündən  özünüqoruma  nəzəriyyəsi, 
özünüqoruma  vasitəsi  kimi  meydana  çıxdı.  Ancaq  özünü  göstər­
diyi,  yarandığı  ilk  günlərdən  ona  qısqanclıqla  baxanlar  onda  bir 
irqçilik,  təcavüz  görməyə  çalışdılar.  Bu  tamamilə  qərəzli  bir  ya­
naşma  idi.  Onu  söyləmək  yerində  olar  ki,  hər  bir  «özünüqoru- 
ma»da  bir  hücumçuluq  da  var.  Yaranmış  təhlükəni  ortadan  qal­
dırmaq üçün  təhlükənin  hərəkətə  keçməsindən  öncə  ona  qarşı  hə­
rəkətə keçmək  gərəkdir.  Türkçülüyün  «hücum»u  da  buradan  qay­
naqlanır.
Pantürkizm  ifadəsini  daha  çox  qarşı  tərəf -   Türkçülüyə  qıs­
qanclıqla  yanaşanlar,  onun  varlığıyla  barışa  bilməyənlər  işlətmiş­
lər.  Bununla  onlar Türkçülüyə qara  yaxmaq  istəmişlər.  Elə  bu sə­
bəbdən  də  «Türkçülük» və «Pantürkizm»  anlayışları  arasında fərq 
qoymaq  istəyənlər  də  olub.  Ancaq  tərəfsiz,  səmimi  yanaşıldıqda 
fərqləndirmənin gərəksiz olduğu ortaya çıxır.
Hər bir böyük irmağın  qolları  da var.  Bu qollar onun  həm də 
qaynaqlarıdır.  Qaynaqlar,  qollar ana  irmaqda  birləşirlər.  Türkçülük 
də  belə  bir  irmaqdır.  Bu  irmağın  qaynaqlan  Türk  tarixində,  məkan 
baxımından Türkiyədə, Avropada, o zamankı Çar Rusiyasının tərki­
bində  olan  Krımda,  Volqaboyunda,  Azərbaycanda,  Orla  Asiyada, 
Yaxın vo Orta Şərqin bir sıra bölgələrində və bir də çarizmin şəkillən- 
dirdiyi şovinist mühitdə yerləşirdi. Ana irmağın yurdu Türkiyədə idi. 
Türkçülüyün  meydana  gəlməsində  Rusiya  mühiti  çox  önəmli  yer 
tutur.  Artıq  19-cu  yüzilin  ortalarından  Panslavyanizm  rus  burjua- 
siyasmm, çarizmin şovinist -  milliyyətçilik vo istilaçılıq ideologiya­
sı olaraq bitkin şəkil almışdı.  Panslavyanizm bütün varlığıyla Türk 
düşmənliyinə  əsaslanırdı.  O  dövrdə  ortaya  atılan  və  çarizmin  mə­
nafeyini  ifadə  edən  rəsmi  milliyyət  nəzəriyyəsi,  Panslavyanizmin 
tərkib  hissəsiydi.  Bu  nəzəriyyənin  əsasını  maarif  naziri,  qraf 
S.S.Uvarovun  1834-cü ildə  irəli sürdüyü «Pravoslavlıq, mütləqiyyət 
və milliyyət» düsturu təşkil  edirdi.  Panslavyanizmin  bu nəzəriyyəsi 
mədəniyyət, özəlliklə maarif sahəsində mürtəce görüşləri bildirirdi. 
Məktəblərdə tədris-təlim  işləri,  öyrətmə vo öyrənmə bu  Panslavya- 
nist  nəzəriyyənin  təsiri,  basqısı  altında  idi.  Türk  dünyasının 
ölümsüz mütəfəkkiri İsmayıl  boy Qaspıralı (1851-1914) Panslavya- 
nist  ruhlu  məktəbdə  təhsil  alarkən  hər  an  Panslavyanist  irqçilərin
6
basqısına  uğramış  və  bu  irqçiliyə  silinməz  nifrət  duyaraq  sönməz 
bir  Türk  sevgisiylə  yetişmişdi.  O,  məktəbdən  ayrıldıqdan  bir 
müddət  sonra  «Düdə,  fikirdə,  işdə  birlik»  ülküsünü  -   idealını  or­
taya  ataraq Türk  millətinin  dirçəlişi  uğrunda  uzun  illər  yorulmaq 
bilmədən savaşdı.  Çarizmin  belə məktəbləri əslində rus olmayana- 
lar üçün  marginal  bir mühit  yaradırdı.Bu  mühitdə  rus-slavyan  ol­
mayanlar sürətlə marginallaşırdılar.  Bunun  faydalı  yam isə  etnik- 
milli mənsubiyyəti dərktemə idi.
Azərbaycanın  və  bütün  Türk  dünyasının  digər  görkəmli 
mütəfəkkiri Əli bəy Hüseynzadə (1864-1942) də «İsmayıl  bəy Qas- 
pıralı yolu»nu keçdi. O, Tiflis gimnaziyasında, sonra isə Peterburq 
Universitetində  təhsil  aldı.  Universiteti  bitirdikdə  artıq  o, 
Türklüyə, Türkçülüyə dərindən bağlı olan bir şəxsiyyət idi.
Əli  bəy Hüseynzadə  1905-ci  ildə Türk-islam  xalqlarının  dir­
çəlişinin «Türkbşmək,  İslamlaşmaq və Avropalaşmaq» düsturunun 
həyata  keçirilməsi  nəticəsində  mümkün  olacağını  irəli  sürdü.  Bu 
sahədə ilk təşəbbüs isə Türkiyənin mücadiləçi aydınlarından -  ziya­
lılarından  olan  Əli  Suavi  (1839-1878)  tərəfindən  göstərilmişdi.  Bu 
üç  görüşün  -   İslamçılıq,  Qərbçilik  və  yenicə  özünü  göstərməkdə 
olan  Türkçülüyün  bir-birini  tamamladığını  ilk  dəfə  Əli  Suavi  or­
taya qoymuşdu.  Ancaq Əli  Suavi bunu bir  qədər sistemsiz olaraq 
irəli  sürmüşdü.  O  zaman  Türkiyədə  Osmanlıçılıq  -   İslamçılıq 
görüşü hakim  durumda  olduğuna görə Əli Suavinin fikri geniş tə­
rəfdar  qazanmadı  və  unuduldu.  Əli  bəy  Hüscynzaə  isə  görüşünü 
Türkçülyün oyandığı bir dövrdə təklif etmişdi.
Bir qədər sonra Türkiyədə Ziya Göyalp «'lurkbşmək, İslam­
laşmaq,  Müasirləşmək»  başlığı  altında  məqalələr  dərc  etdirdi  və 
1918-ci  ildə isə eyni  adlı  kitabı  nəşr olundu.  O,  uzlaşmaz görünən 
bu  üç görüşün uzlaşa bildiyini daha dərindən sistemləşdirə bildi və 
bu  uzlaşmanı  cəlbedici  bir  nəzəriyyə  kimi  ortaya  qoydu.  Ziya 
Göyalpm çalışmalarıyla bu üçlü görüş geniş yayıla bildi.
Bugün istər ayrı-ayrı insanların, istərsə də bütünlükdə xalqla­
rın  etnik-milli  kimliyini  dərketməsi,  özünü  hər  hansı  bir  etnos  ilə 
eyniləşdirməsi  getdikcə artan  bir  hadisə olub  çağdaş  zamanın  bir 
özəlliyi  kimi  özünü  göstərməkdədir.  İnsan  etnik-milli  kimliyini 
dərk  etdikdə, özünü  hər  hansı  bir etnosla,  insan  birliyiylə eyniləş­
dirdikdə  içində  bir  rahatlıq,  məmnunluq  yaranır,  onun  yalqızlıq 
qorxusu  ortadan  qalxmış  olur,  alınmaz  bir  qalanın  onu  qoru­
duğunu düşünür.  Bu etnik- milli şüurun oyanışı, «inkişafı» demək­
dir.  Ancaq  bu etnik yüksəlişə çağdaş dövrdə  həm də etnoslararası 
gərginlik  də yoldaşlıq  edir.  İmperialist  qüvvələr isə  bu  durumdan
7


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə