206
- Mən, səni vacib işə görə çağırtdırmışam. - deyə qoca
səyyah təqdiredici tərzdə dilləndi və masanın üstündəki
qədəhdən bir az su içib təmkinlə sözünə davam etdi. - Sənə
bildirmək istəyirəm ki, bizim daxil olduğumuz ekspedisiya
indiki zamanda ən ağır bir missiyanı yerinə yetirəcək. Mən
deyərdim ki, bundan ağır missiya ola bilməz. Qorxmaz
araukanları məğlub edib onların ölkəsini fəth etmək qeyri-
mümkün bir işdir. Lakin buna baxmayaraq, mən budəfəki
müvəffəqiyyətimizə inanıram. Birincisi, ona görə ki,
ekspedisiyanın başında kapitan Xuan Odovaldo kimi qorx-
maz, mərd, bacarıqlı və təcrübəli zabit durur, ikincisi, isə
bu ekspedisiyanın tərkibində çoxlu oldu silahla silahlanmış
əsgərlər var.
Səni bura çağırmaqda məqsədim başqadır. Əvvəlcədən
sənə dediyim kimi biz ən ağır və təhlükəli bir missiyanı
yerinə yetirmək üçün İspaniyanı tərk edirik. Bu ekspedisiya
zamanı hər bir şey ola bilər. Mənim artıq doxsan yaşım var.
Orada baş verəcək döyüşlərin birində mən həlak ola
bilərəm. Araukanlar həmişə bizimlə döyüşəndə gözlənil-
məz hücumlara keçirlər. Belə olan vəziyyətdə müqavimət
göstərmək xeyli çətinləşir.
- Nə qədər gec deyilsə, ekspedisiyanın tərkibindən çıx, -
deyə Migel babasına səmərəli təklif verdi və öz fikrini ona
tam çatdırmaq üçün səbirsizliklə sözünə davam etdi. - Bu
207
ekspedisiya doğrudan da hər bir döyüşçü üçün çətinlik
törədəcək. Bu yaşda (o, babasını nəzərdə tuturdu) Atlantik
okeanının keçidinə hər bir adam dözə bilməz. Okeanı...
- Mənə qulaq as, - deyə qoça səyyah narazı halda nəvə-
sinin sözünü kəsdi və hüznlə başını tərpədərək qətiyyətlə
sözünə davam etdi. - mən, okeanlarda çox üzmüşəm və
orqanizmim bu mühitə çox gözəl uyğunlaşıb. Ekspedisi-
yanın yürüşü məni narahat etmir. Doxsan yaşım olmasına
baxmayaraq, mən bir çoxlarından sağlamam. Mən yalnız
döyüş zamanı öz dünyamı dəyişə bilərəm.
Sən artıq uşaq deyilsən. Dünyada nə baş verdiyini öz
gözünlə görüb dərk edirsən. Bizim imperiya yavaş-yavaş
nüfuzunu Avropada itirməyə başlayır. İngiltərə öz
hegemonluğunu artırır. İki il bundan əvvəl biz La-Manşda
ingilis donanmasına məğlub olanda İngiltərənin nüfuzu
bütün Avropada artdı. Bizim “Məğlubedilməz armada”mız
biabırcasına məğlub oldu. Bütün bunlar da hakimiyyətdə
olan hakimlərin və sərkərdələrin səriştəsizliyi ucbatından
baş verib. İndi isə Avropada nüfuzumuzu qaytarmaq sayə-
sində heç bir iş görülmür. Bütün qüvvələrimizi İngiltərəyə
qarşı səfərbər etməkdənsə, biz Osmanlı imperiyasına qarşı
düşmənçilik siyasəti aparır, düşmənlərimiz isə bundan
istifadə edirlər. Sözüm onda deyil, siyasətdə kim güclü ağıl
işlədirsə, o da hər cəhətcən üstünlük qazanır. İngiltərə
208
bizim gücümüzü zəiflətmək üçün, okeanın o tayında
İspaniyaya üz tutan gəmilərə və hətta gəmi karvanlarına
qarşı dəniz quldurları göndərir. Bizim inkişafımızı yüksəl-
dən, xəzinəmizə küllü miqdarda xeyir verən qiymətli
metallar, imperiyamızın kaloniyalarından gətirilir. İngilis
dənizçiləri isə kraliça tərəfindən dəstəklənərək, dəniz
quldurları adı altında bizim karvanlara hüçum edir və
gəmilərdəki qiymətli yükləri ələ keçirirlər. Başa düşürsən
mən nə demək istəyirəm? Hazırda Karib dənizində İspan
donanması yox, mənşəli ingilis olan dəniz quldurları ağalıq
edirlər. İş o yerə çatıb ki, korsarlar okeanın o tayında
yerləşən bizim şəhərlərə və limanlara hücüm edib orada
yaşayan mülki, hərbi və ticarətlə məşğul olan soydaşları-
mızı qarət edib vəhşicəsinə öldürür, əsirləri isə qul
bazarlarında satırlar. Bu bizim imperiya və millət üçün
biabırçılıqdan başqa bir şey deyil. Bu biabırçılığın qarşısı
hökmən alınmalıdır. Hayıf ki, mən həddindən artıq
qocayam, yoxsa hazırda nə edəcəyimi çox yaxşı bilərdim.
- Bunu mən də çox yaxşı bilirəm, - deyə Migel qeyri-
müəyyən tərzdə dilləndi və babasına müəmmalı tərzdə
nəzər salıb sözünə davam etdi. - Tutalım ki, sən cavan olay-
dın, axı sən nə edə bilərdin? Necə olsa da sən nə hakimiy-
yətdə yüksək vəzifə tutursan, nə də ki, iri bir donanmanın
admiralısan?
209
- Sözümün canı olduğundan mən, sənə öz çoxdankı
dərdimi açıb-söyləyirəm. - deyə qoca səyyah məyus halda
dilləndi, sonra isə tərəddüd etmədən səbirsizliklə sözünə
davam etdi. - Sən bilirsən də polkovnik Alonso Odovaldo
hansı işlə məşğuldur? O, bütün Kataloniyada ən təcrübəli
və bacarıqlı dənizçilərdən ibarət böyük bir komanda
toplayıb. Komanda hazır olandan sonra Alonso öz puluna
aldığı gəmi ilə korsarlara qarşı döyüşmək üçün Karib
dənizinə yollanacaq. Düzdür, bizim ekspedisiya İspaniyaya
qayıtmayınca, o, Kataloniyanı tərk etməyəcək. Daha doğru-
su, biz vaxtında Barselonaya qayıtmasaq, o, özü bizim
ardımızca Anqud körfəzinə yollanacaq. Ondan sonra isə
Karib dənizində dəniz qulduralarına qarşı mübarizəyə
başlayacaq. Sən bilərsən də o, İspaniyanı nə qədər çox
sevir. Əsl vətənpərvər adam Alonso Odovaldo kimi hərəkət
etməlidir.
Mənim arzum o idi ki, səndə mənim kimi səyyah olasan
və coğrafi kəşflər tarixinə az-çox xeyrin dəysin. Dünyada
hələ kəşf edilməmiş torpaqlar çoxdur. Ancaq nə etmək
olar? Kəşf edib imperiyanın tərkibinə qatdığımız torpaqları
yağı düşməndən qorumaq lazımdır. Həmin torpaqların
əldən çıxma təhlükəsi var. İngilislərlə, fransızların gözləri
bizim torpaqlardadır. Ədviyyat adaları və ona yaxın olan
ərazilər hər bir inkişaf etmiş dövləti yaman çox maraqlan-
Dostları ilə paylaş: |