214
- Əlbəttə! - qoca səyyah təbəssümlə qısaca cavab verdi.
- Belə çıxır həmin qızıl Barselonada saxlanılır? - deyə
Migel səbirsizliklə dillənərək, babasını cavab ilə tələsdirdi.
- Migel, hazırda bizim ixtiyarımızda 2,5 kq. qızıl var və
həmin qızıl ilə həm möhkəm komanda təşkil etmək, həm də
iri bir karavella və ya qaleon almaq olar. - deyə qoca
səyyah təmkinlə dilləndi. - Həmin qızıl bu kabinetin altında
yerləşən otağdadır. O, otağın da olmasını məndən başqa
heç kim bilmir. Həmin otaq hamından gizlin saxlanılır.
- Məgər, bu kabinetin altında evin zirzəmisindən başqa
otaq var?
- Əlbəttə var. - deyə qoca səyyah təmkinlə cavab verdi
və boyununu bir balaca nəvəsinə tərəf əyib aludəliklə
sözünə davam etdi. - həqiqətən də bu kabinetin altında yekə
bir otaq var. Bax, o kamodu görürsən? - deyə qoca səyyah
qapıdan sol tərəfdəki küncdə dayanan kamodu göstərdi. -
Onun altında bir qapı var. Həmin qapıdan keçib aşağı mən
deyən otağa gedərsən. Get o kamodu bir tərəfə çək. İndi biz
aşağı düşəcəyik. Ancaq sən kabinetin qapısını içəridən
möhkəm bağla.
215
XIX fəsil. Kaxamarka əməliyyatı zamanı ələ
keçirilən qızılın cüzi bir hissəsi Barselonada
gizlədilib
Migel hər şeyi babası dediyi kimi etdi. O, qapını açaraq
(aşağı açılan qapını), şamdanı əlinə alıb pilləkənlə aşağı
düşdü. Migelin arxasınca düşən qoca səyyah nəvəsinə
tapşırdı ki, otaqda olan bütün şamdanları yandırsın. Migel
də elə etdi. Otaqın işıqları yananda təəccübdən Migelin
gözləri kəlləsinə qalxdı.
Otağın iki üzbəüz divarında İran xalçaları, pilləkana
yaxın olan divarda güzgü, ona əks olan divardan isə üç iri
portret asılmışdı. Birincisi, Fernan Magellanın, ikincisi,
Ernan Kortesin, üçüncüsü isə Fransisko Pisarronun
portretləri idi. Vaxtilə Migel bu portretləri qonaq zalında
görmüşdü. İngiltərə ilə baş verən müharibədən qayıdandan
sonra o, portretləri yerində görməmişdi. Babasından
soruşanda, qoca səyyah demişdi ki, “müvəqqəti olaraq
portretlər başqa bir yerdə saxlanır”. Artıq Migel başa
düşmüşdü ki, babası haranı nəzərdə tutur. Bundan əlavə
güzgü olan divarın altında topa şəkilində portretlər üst-
üstünə yığılmışdı. Portretlərin üstünə iri ağ parça sərilmişdi.
Rodriges dənizçi, səyyah və konkistador olsa da, incəsənət
əsərlərinə böyük maraq göstərirdi.
216
Nəyə görə o, həmin incəsənət əsərlərini bu otaqda
saxlayırdı? – deyə Migel öz-özünə düşündü: - Bunlar ki,
qiymətli əşya sayılmırdılar. Hər nədisə, bu babamın öz
şəxsi işidir. Bu qəribə hərəkəti etməyə, görünür onu nə isə
vadar etmişdi.
Güzgü asılan divarın sağ tərəfinədəki divardan asılmış
xalçanın üzərindən, çarpaz şəkilində üstündən ərəb
qılıncları asılmışdı. Həmin qılıncların altında qalxan vardı.
Bu dairəvi qalxandan ərəb ordularında istifadə olunurdu.
Əks tərəfdəki divarın xalçasından isə Osmanlı türklərinin
iki qılıncı və bir qalxanı asılmışdı. Silahların gizlin
saxlanılması məcburi xarakter daşıyırdı. Düşmən silahları-
nın nümayişi sözsüz ki, bütün İspaniyada hökm sürən
inkvizisiyanın xoşuna gəlməzdi. İspaniyada isə inkvizitor-
larla ehtiyatlı davranmaq lazım idi. Lakin portretlərin bu
otaqda asılması və gizlədilməsi çox müəmmalı idi. Halbuki
həmin xadimlər bütün İspaniyanın şan-şöhrəti idi. Onların
şəkillərinin bu otaqda asılması Migeldə təəccüb doğururdu.
Migel bu haqda babasından lazım olan məlumatı ala bilərdi.
Ancaq onlar bu otağa başqa bir məsələyə görə düşmüş-
dülər. Hazırda isə yalnız bu məsələ həll olunmalı idi. Artıq
sualın verilməsi düzgün deyildi.
Bu otağın da ortasına masa və oturacaqlar qoyulmuşdu.
Qoca səyyah bura düşəndə otaqda bir neçə saat qalırmış.
217
Həm də masanın üstündə bir neçə vərəq və içində qaz lələyi
olan mürəkkəb vardı.
- Migel, divardan asılmış hər portretin arxasında bir
seyf var. Hər bir seyfin də özünəməxsus rolu var.
Qoca səyyah bu sözləri deyəndən sonra sağ tərəfdən
asılmış qalxanı qaldırıb altında olan açarları götürdü və
birinci Pisarronun şəkli olan tərəfə getdi. Migelə işarə etdi
ki, şəkili
çıxardıb masanın üstünə qoysun. Bir anlığa o,
həmin göstərişi yerinə yetirdi. Rodriges burada olan seyfin
qapısını aça-aça həvəslə dedi:
- Gətirdiyim qızıllar bu seyfdə yerləşir. Bizim notarius-
da olan bütün sənədlərin surətləri və başqa maraqlı sənədlər
Magellanın şəkli asılan seyfdədir. Kortesin portretinin
arxasındakı seyf boşdur. O seyfi istəsən sənə bağışlayaram.
Ekspedisiya başa çatandan sonra notariusa verilən sənəd-
lərin surəti ilə tanış olarsan. İndi isə bunun üçün səndə
lazımi vaxt yoxdur.
Qoca səyyah seyfin qapısını açıb oradan yekə olmayan
bir qutu çıxartdı. Migel babasına kömək edərək qutunu
masanın üstünə qoydu. Rodriges qutunu açıb içindən balaca
olmayan iki üstü naxışlı müçrü çıxardıb ağızlarını qaldırdı.
Mücrülərin içərisində olan qızıl əşyalar, Migelin gözünü
qamaşdırdı. O, həm valeh, həm də məst oldu. Burada çoxlu
sayda bəzək əşyaları vardı. Fiqurların iri həcmdə olması və
Dostları ilə paylaş: |