  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə26/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   22   23   24   25   26   27   28   29   ...   135

                                                     

 

  



                                                                            

                                                    

97 

- Sinyor Bartolomeu, elə mən də həmin xəritəni əsas tutaraq 



Sakit okeanın cənub hissəsinə ekspedisiya təşkil etdim. - deyə 

admiral  tərəddüd  etmədən  dilləndi  və  bir  qədər  ara  verib 

coğrafiyaşünasa  qəribə  nəzər  salaraq,  fəhimsizliklə  sözünə 

davam  etdi.  -  Sizə  bildirməliyəm  ki,  mən  həm  Abraham 

Orteliyin, həm də Gerqard Merkatorun tərtib etdikləri xəritələrlə 

tanışam. İş orasındadır ki, Orteliyin 1570-ci ildə tərtib etdiyi 53 

xəritəlik kitab Atlas yox, “Dünya teatrı” adlanırdı. Merkator isə 

hələlik  Atlasını  buraxmayıb,  sadəcə  olaraq  buraxmağa 

hazırlaşır. Mən biləni onun bu sonuncu işi məxfi sayılırdı. İndi 

isə görürəm ki, siz də onun bu işindən halisınız. 

Coğrafiyaşünasın  səhvini  tutması  bu  admiralın  çox  savadlı 

olmasından xəbər verirdi. Bartolomeu özü başa düşdü ki, o səhv 

edib və səhvini düzəltməkdən ötrü aludəliklə dedi: 

-  Üzr  istəyirəm  sizdən,  mən  Orteliyin  tərtib  etdiyi  xəritələr 

kitabı  ilə  Merkatorun  tərtib  etdiyi  kitabı  səhv  salmışam. 

Həqiqətən  də  Orteliy  53  xəritədən  ibarət  olan  “Dünya  teatrı” 

adlı kitabı tərtib edibdir. Yaxşı, bəs siz hansı səbəbə görə həmin  

torpaq ilə üzləşməmisiniz? 

- Növbəti ekspedisiya zamanı mən həmin  missiyanın öhdə-

sindən gələcəm. - deyə admiral başını dik tuqaraq arxayınlıqla 

dilləndi.  -  Abraham  Orteliy  mənim  növbəti  ekspedisiyama 

böyük ümid bəsləyir. Ekspedisiyamın uğurla başa çatması onun 

karyerasına  böyük  təkan  verəcək.  Biz  “Cənub  Torpağı”nı 



                                                     

 

  



                                                                            

                                                    

98 

tapsaq,  bu  kəşf  onun  ad-sanının  qalxmasına  səbəb  olacaq. 



”Cənub  Torpağı”  kəşf  ediləndən  sonra  həmin  torpağın 

konturlarının  şəkillərinin  ilk  sifarişçiləri  məhz  Orteliy  ilə 

Merkatordur.  Mən  çalışacağam  onların  sifarişlərini  qısa 

müddətə  yerinə  yetirim.  XVI  əsr  başa  çatmamış  mən,  həmin 

əfsanəvi torpağı tapacağam. 

-  Don  Alvaro,  mənə  elə  gəlir  həmin  torpağı  tapmaq  üçün 

Yeni  Qvineya  adasından  xeyli  aşağı  düşmək  lazımdır  -  deyə 

qoca  səyyah  peşəkar  bir  coğrafiyaşünas  kimi  admirala  bu 

lazımlı  məsləhəti  verdi.  -  Çünki  həmin  ərazi  dəniz  səyyahları 

tərəfindən tədqiq edilməmiş kimi qalır. Mən, nəvəm Migelə də 

bu haqda xəbərdarlıq etmişəm. 

- Məgər, Migel dəniz səyyahı olmaq istəyir? - deyə admiral 

maraqla soruşdu. 

- Əlbəttə! - deyə Migel tərəddüd etmədən cavab verdi. 

- Bəs, onda o, nəyə görə Araukaniyada yerli hindulara qarşı 

qanlı  müharibədə  iştirak  edir?  -  deyə  admiral  yenə  də 

maraqlandı və cavabı gözləmədən üzünü Migelə tutaraq tələsik 

halda sözünə davam etdi. - Migel, dəniz səyyahı olmaq istəyən 

adam,  gərək  əvvəlcə  müəyyən  bir  dəniz  səyahətlərində  iştirak 

etsin.  İstəsən,  mən  səni  öz  ekspedisiyama  qəbul  edə  bilərəm. 

Sənin  necə  peşəkar  dənizçi  olmağın  haqda  məndə  dürüst 

məlumatlar var. 




                                                     

 

  



                                                                            

                                                    

99 

-  Don  Alvaro,  mən  müharibəni  yarımçıq  qoyub  hər  hansısa 



bir  səyahətdə  iştirak  edə  bilmərəm.  -  deyə  Migel  qürurla 

dilləndi.  -  İspaniyanın  düşmənlərindən  biri  sayılan  araukan-

ları  darmadağın  edəndən  sonra  mən  dəniz  səyahətlərinə 

qoşula bilərəm. 

-  Bu  əsl  ispan  idalqosuna  xas  olan  bir  cavabdır.  -  deyə 

İzabella  fərəhlə  dilləndi.  -  Migel  kimi  idalqolar  araukanlara 

qarşı  müharibədə  iştirak  edirsə,  onda  zəfər  bayrağının 

Araukaniyanın ürəyinə sancılması labüddür. 

-  Tam  arxayınlıqla  sizin  hamınızı  əmin  edirəm  ki,  bu 

müharibə azğınlaşmış araukanların sonuncu müharibəsidir. - 

deyə kapitan Xuan qürurla dilləndi. - O torpaqda həlak olmuş 

hər  bir  konkistadorun  qisası  vəhşi  araukanlardan  alınacaq. 

Əlahəzrət  II  Filipp  bizdən  yalnız  qələbə  gözləyir  və  biz 

İspaniyaya qələbə ilə qayıdacağıq. 

İçəridəkilərin  söhbəti  elə  bu  məcərada  davam  etdi. 

Birdən-birə  admiral  evinə  qayıtmağı  qərara  aldı.  O,  bunu 

ertəsi günü işinin çox olması ilə əsaslandırdı. 

 

 



 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

100 

         IX fəsil. Kalyaodan gələn şad xəbər 

 

Migel  admiralgili  evlərinə  ötürən  zaman  şəhərin  mərkəzi 



meydanına yollandı. O, bir az şəhəri seyr etmək fikrində idi. 

Lakin  meydana  təzəcə  daxil  olmuşdu  ki,  füsunkar  və  gözəl 

bir  sinyora  qabağına  çıxan  kimi,  o,  təəccübdən  yerindəcə 

donub  qaldı.  Migel  elə  bildi  ki,  qarşısına  çıxan  qız 

Barselonada  qoyub  gəldiyi  Floridadır.  Qız  özü  Migeli  belə 

bir  qəribə  vəziyyətdə  görəndə  qorxuya  düşdü.  Çünki  cavan 

zadəgan  baxışlarını  gənc  sinyoranın  gözlərindən  çəkmirdi. 

Qız,  hətta  qorxudan  bir-iki  addım  geri  çəkilməyə  məcbur 

oldu. Migel isə sanki dərin bir yuxuya qərq olmuşdu. 

Elə bu dəmdə kənardan bir zabit Migelin qolundan tutub 

hiddətlə, qıza qarşı nəyə görə belə bir kobud hərəkət etdiyini 

soruşdu. Məhz bundan sonra Migel özünə gəlib əlini sinəsinə 

qoyaraq üzrxahlıqla dedi: 

- Sizdən artıq dərəcədə üzr istəyirəm, qarşımdakı sinyori-

tanı tanış qıza oxşatdım. Onlar bir-birilərinə çox oxşayırlar. 

-  Biz  belə  bəhanələri  çox  eşitmişik.  -  deyə  zabit  Migelin 

üzr  istəməsinə  heç  bir  əhəmiyyət  vermədən  hüznlə  dilləndi 

və  sərt  baxışlarını  düz  onun  üzünə  dikərək,  həmin  tərzdə 

sözünə  davam  etdi.  -  Mən  nişanlımın  yanında  olmasaydım 

sözsüz ki, siz ona söz atacaqdınız. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə