  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə34/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   30   31   32   33   34   35   36   37   ...   135

                                                     

 

  



                                                                            

                                                    

129 

axırıncı  kralı  Ataualpa  anadan  olur.  İnklərin  bu  torpaqda 



(Ekvadorda) ağalığı təxminən 50 il çəkir. Bu işğal sülh şərai-

tində keçir, hətta həmin dövrü “tayfaların ittifaqı” adlandırır-

lar.  Ona  görə  ki,  karalıların  mədəniyyəti  ilə  inklərin  mədə-

niyyətləri  arasında  haradasa  uyğunluq  duyulur  və  məğlub 

olan karalılar tezliklə işğalçıların dilini (keçua) qəbul edirlər. 

İspan  konkistadorları  Otovalo  vadisinə  gəlib  çıxanda, 

onda  təyin  edirlər  ki,  orada  yaşayan  hindu  tayfası  keçua 

dilində danışır və onlar inklər kimi günəşə inanırlar. 

Üç aylıq tədqiqat nəticəsində alim belə bir  məlumat əldə 

etmişdir. Bundan əlavə apardığı titanik zəhmət nəticəsində o, 

təyin  edir  ki,  XV  əsrdə  sahil  kənarında  yaşayan  iri  tayfalar 

arasında  kayapa,  kolorado,  karake,  manta,  otovalo,  cono, 

xipixapa, uankavilka,  şərq rayonlarda isə xibarolar seçilirdi. 

Dağlıq  ərazilərdə  səpələnmiş  kiçik  tayfa  qruplarına  ispanlar 

ümumi  ad  -  ”yumbo”  adı  vermişdilər.  Tayfalar  tam  şəkildə 

muxtariyyatlarını  saxlayırdılar  ki,  həmin  tayfalardan  heç 

birisi  inklərin  yaratdığı  imperiya  kimi  bir  dövlət  yarada 

bilməmişdilər. İmbaya, kanyari, kayambi, peruço, koçoski və 

başqa tayfalar sakit həyat tərzi keçirərək güc-bəla ilə özlərini 

saxlayırdılar. 

 

 

 




                                                     

 

  



                                                                            

                                                    

130 

    XII fəsil. Bir ildə üç dəfə Kitonun əsasının  

                          qoyulması 

 

Kitoya  üz  tutanlar  dalğavari  yollarla,  gah  yuxarı  qalxır, 



gah da ki, aşağı düşərək get-gedə Quayakildən uzaqlaşırdılar. 

Lakin  yol  getdikcə  onlar  kiss  edirdilər  ki,  yavaş-yavaş 

yüksəkliyə doğru qalxırlar. Onsuz da elə olmalı idi. Konkis-

tadorlar demişkən Kito şəhəri göyə yaxın bir yerdə yerləşir. 

Adam  qarşıdakı  dağları  görəndə  bədəninə  üşütmə  gəlirdi. 

Necə  olur  ki,  insan  gedib  elə  yerlərdə  yaşayır.  Axı,  orada 

həyat tərzi keçirmək çox çətindir. Həqiqətən də dağlıq yerdə 

yaşayan  adam  bir  çox  çətinliklərlə  üzləşir.  Elə  bu  torpağı 

tutmaq da ispanlara heç də asan başa gəlməyib. İnk imperi-

yasının  işğalı  baş  verən  zaman  hinduların  ən  axırıncı 

müqavimət yerləri elə məhz bu torpaqda olub. 

Sebastyan de Moyano-keçmiş “Kitu krallığının” (Ekvado-

run)  qəsbkarı  və  Kito  şəhərinin  əsasını  qoyan  Belalkasarın 

əsl adı belə idi. Estremadura əyalətindəki Belalkasar şəhəri-

nin  yaxınlığında  anadan  olmuş  bu  adam  erkən  vaxtlarından 

öz vətənini tərk etmişdi. 

Tez-tez  Seviliyadan  “Hindistana”  gəmilər  yola  düşürdü. 

Sebastyan gəmiyə minib 1507-ci ildə Santo-Dominqoya yola 

düşür və tezliklə oradan Panamaya yollanır. O, ilk zamanlar 

Alonso de Oxeda və Vasko Nunyes de Balboa kimi tanınmış 




                                                     

 

  



                                                                            

                                                    

131 

konkistadorların başçılığı altında xidmət edir və özünü mərd 



və  qorxmaz  döyüşçü  kimi  göstərir.  Ekspedisiyaların  birində 

Belalkasar-artıq onu bu ad ilə tanıyırdılar. - Fransisko Pisarro 

və Diyeqo de Almaqro ilə tanış olur və qısa müddət ərzində 

onlarla  dost  olur.  O,  artıq  həmin  ərəfədə  komandir  təyin 

edilir,  bundan  əlavə  onda  olan  ağıl,  şəxsi  keyfiyyət  və 

təşkilatçılıq  bacarığı  ona  silahdaşları  tərəfindən  böyük 

avtoritet qazandırmışdır. 

Pisarro  ilə  Almaqro  1524-cü  ildə  Tızıl  Biruya”  birinci 

ekspedisiya təşkil edən zaman Belalkasar Nikaraquaya yürüş 

edir və bu ölkənin tutulmasında müsbət cəhətdən fərqlənir və 

bununla  da  Leon  şəhərinin  alkaldı  təyin  edilir.  Nikaraquada 

səkkiz il yaşayan zaman o, imkanlı adama çevrilir. Lakin o, 

Pisarrodan  dəvət  alandakı  Koake  şəhərinə  gəlsin  və  ələ 

keçirilən sərvətlərin nüsxələrini görəndə onda avantürist halı 

yarandı.  Belalkasar  torpağını,  evini,  başqa  əmlakını  satıb, 

əvəzinə iki gəmi alır. 30 nəfər əsgər yığır, tryumları ərzaqla, 

atlarla  və  donuzlarla  doldurub,  Pisarronun  köməyə  böyük 

ehtiyacı  olan  zaman  1531-ci  ildə  özünü  Porto-Vyexo  şəhə-

rinə çatdırır. 

O,  Pisarro  ilə  birlikdə  Puna  arasında  hindulara  qarşı 

döyüşür,  Kaxamarkanın  alınmasında  və  Ataualpanın  əsir 

götürülməsində,  hətta  “kaxamarka  şikarının”  bölüşdürülmə-

sində  iştirak  etmişdir.  Pisarro  Tauantinsuyunun  paytaxtı 



                                                     

 

  



                                                                            

                                                    

132 

Kuskonu  zəbt  etmək  üçün  cənuba  doğru  gedəndə,  ink 



imperiyasının zəbt edilməsində əsas dayaq məntəqəsi sayılan 

San-Migel-de-Tanqarara  limanına  Belalkasarı  qubernator 

təyin  edir.  Elə  San-Migeldə  onda  belə  bir  istək  yaranır  ki, 

kitu  tayfasının  torpaqlarını  ələ  keçirmək  üçün,  şimala  şəxsi 

ekspedisiyanı  təşkil  etsin.  Hinduların  sözlərindən  belə  başa 

düşmək olar ki, Ataualpa öz xəzinəsinin əsas hissəsini həmin 

ərazidə  saxlayırdı.  Lakin  ekspedisiyanın  təşkil  edilməsində 

başqa faktor da əsas rol oynayır. 

Onunla  birlikdə  Kaxamarkanın  işqalında  iştirak  edən 

konkistador Xuan Fernandes, Mərkəzi Amerikaya qayıdanda 

Qvatemalanın  qubernatoru  Pedro  de  Alvaradoya  “Ataualpa-

nın  girovdan  azad  olunması  üçün  başına  qoyulan  xərci”  və 

Kaxamarkadan şimalda - ”Kitu krallığı” adlanan bir dövlətli 

ölkənin yerləşdiyi barəsində məlumat verir. Alvarado nəinki 

xəsis, hətta şöhrətpərəst bir adam idi. Fernandesdən Pisarro-

nun cənuba doğru olan yürüşündən xəbər tutan kimi Alvara-

do qərara alır ki, özü bir başa Kituya yollansın. Onun təşkil 

etdiyi  ekspedisiya,  o  vaxtı  təşkil  edilmiş  ən  iri  ekspedisiya-

lardan  biri  sayılırdı;  10  gəmi,  500  əsgər,  2000  hindu-

yükdaşıyanlar və xeyli ərzaq ehtiyatı. 

Bu  xəbər  Belapkasara  çatan  kimi  o,  öz  ekspedisiyasının 

təşkil  edilməsini  sürətləndirdi.  O,  elə  tələsirdi  ki,  hətta 

Pisarroya  heç  bir  xəbər  göndərmədi.  Bununla  da  “Kitu 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə