121
həm Migel, həm də kapitan Xuan Kitoya getməkdə eyni
məqsəd güdürdülər. Coğrafiyaşünas Bartolomey kapitan
Xuan vacib bir məsələdən ötrü Kitoya yollanmasını eşidən-
də, elə həmin an o, rəisdən xahiş edir ki, həmin ərazilər
haqqında anlayışını və biliyini genişləndirmək üçün, onu da
özü ilə həmin şəhərə aparsın. O, həmin ərazilərdə, imkan
dairəsində tədqiqatlar aparmaq istəyirdi. Kapitan Xuan yolda
özünə artıq yük etməsin deyə, alimin bu təklifini qətiyyətlə
rədd edir. Lakin bu məsələyə qoca səyyah qarışandan sonra
o, coğrafiyaşünası özü ilə uzaq səfərə aparmağa məcbur olur.
İndi qalırdı bir məsələni də həll etmək. Kitoya hansı yol ilə
getmək; birbaşa quru yol ilə, yoxsa yarı okean, yarı quru yol
ilə? Quru yol ilə getməyin heç bir perspektivi yox idi. Gedən
adam həddindən artıq bərk yorulur, bundan əlavə Kitoya
catmaq üçün xeyli vaxt tələb olunur.
Kapitan Xuan artıq vaxt itirməsin deyə, Kalyaodan gəmi
ilə Quayakil limanına getməyi qərara aldı. Quayakildən isə
Kitoya kimi yol getmək heç də çox vaxt tələb etmirdi. Lakin
Limadan Kitoya qədər yol uzun olduğundan səfərə xeyli pul
xərclənməli idi. Kapitana isə ekspedisiyanı saxlamaq üçün
hələ xeyli miqdarda pul lazım idi.
Öz uzaqgörənliyi ilə həmişə hamıdan fərqlənən qoca
səyyah belə bir təklif verdi ki, kapitan Quayakil limanına
kapitan Filipp Odovaldonun başçılıq etdiyi “Vanquardia“
122
gəmisində yollansın. Ümumiyyətlə, “Vanquardia“nın Quaya-
kil limanında lövbər salması vacib idi. Ona görə ki, işdir,
polkovnik Alonso öz dəstəsi ilə Kitoda olsa, onları hər
hansısa bir yol ilə Limaya gətirməlidir. Bu işdə “Vanquar-
dia“ böyük rol oynaya bilərdi.
XI fəsil. Quayakildən uzaqlaşan yolçular
Kapitan Filipp “Vanquardia”nı, 1535-ci ildə Sebastyan de
Belalkasar tərəfindən əsası qoyulmuş Quayakil limanına,
iyul ayının 1-də çatdırdı. Axşamçağı olduğuna görə yolçular
gecəni elə gəmidə qalmağı məsləhət bildilər. Lakin elə
həmin gün onlar Kitoya getmək üçün bir araba və üç at
tapdılar. Migel dostları ilə at belində, kapitan isə coğrafiya-
şünas ilə arabada yol getməli idilər. Ancaq buna baxma-
yaraq, Kitoya gedənlər bir peşəkar döyüşçü kimi yolun
təhlükəsizliyi barəsində xeyli məlumatlar toplamalı idilər.
Quayakil ilə Kito arasındakı yol yerli hinduların yaşadığı
ərazidən keçirdi. Onsuz da burada izah etdilər ki, beş nəfərin
123
Kitoya yollanması həddindən artıq böyük risk tələb edir.
Hindular belə olan halda onların üzərinə hücum da çəkə
bilərlər. Lakin bu səfərdə Xuan, Migel, Sebastyan və Osval-
do kimi adlı-sanlı peşəkar döyüşçülər iştirak edir və onların
hər biri on nəfər hinduya ciddi müqavimət göstərə bilərlər.
Quayakil ilə Kito arasındakı məsafə həddindən artıq uzun
olduğundan yolçulara bələdçi lazım idi. Peru vitse-krallığının
hər hansı bir yaşayış məntəqəsinə getmək üçün burada, bir-
iki hindu tayfalarının dilində sərbəst danışan peşəkar
bələdçilər tapmaq mümkün idi. Bələdçi tapmaq işi Migelə
tapşırıldı. O, da bu işi yerinə yetirmək üçün şəhərə çıxdı.
Gözlənildiyi kimi, hər bir torpağa ayaq basmağa çalışan və
həmin torpağın hər bir daş-kəsəyi ilə maraqlanan coğrafiya-
şünas da öz şagirdi ilə Quayakili seyr etməyə çıxdı. Onlar
birbaşa Santa-Ana yüksəkliyinə yollandılar. Necə olsa da
Quayakilin bu işıqlı dünyada peyda olunmasında Santa Ana
yüksəkliyi əsas rol oynamışdır. Şəhərin əsası elə məhz
burada qoyulmuşdur.
Bilindiyi kimi, şəhərin əsasını 1535-ci ildə Sebastyan de
Belalkasar qoymuşdur. Lakin çox keçməmiş şəhər yerli-dibli
hindu qiyamçıları tərəfindən yandırılaraq, yerlə-yeksan
edilmişdir. 1537-ci ildə Quayakil yenidən Fransisko de Orel-
yana tərəfindən salınır. Şəhərin demək olar ki, özəyini Plan-
çado və San-Karlos fortları təşkil edirdi. İlk növbədə şəhərin
124
müdafiəsi möhkəmləndirilir. Çünki Quayakilə hər iki tərəf-
dən təhlükə yaranırdı - qurudan hindular, okeandan isə dəniz
quldurları. Buna baxmayaraq, son illər bu torpağa heç bir
təcavüz edilməmişdir. Şəhər özü okeandan iyirmi kilometr
aralı salınmış və Quayas çayının sağ tərəfində yerləşirdi.
Quayas çayının özü Babaoyo və Daule çaylarının birləşdiyi
yerdən əmələ gəlir və uzunluğu 5 liq (30 km) idi. Bir sözlə,
Fransisko Orelyana Quayakil üçün coğrafi mövqeyinə görə
çox əlverişli bir yer seçmişdir. Şəhərin ən sıx yeri Las-
Penyas kvartalı idi. Burada əhalinin əsas təbəqəsi yaşayırdı.
Çaya tərəf döndərilmiş evlərin qabaqları sanki qala divarları-
na oxşayırdı.
Migel ilə coğrafiyaşünas Quayakilin dar və əyri küçələri
ilə gəzə-gəzə böyük olmayan şəhəri seyr edirdilər. Hava
qaralmaq üzrə olduğundan, burada onlar üçün lazım olan
adamı tapmaq xeyli müşkül iş sayılırdı.
Onlar yolda bir neçə adamdan sorğu-sual edib öyrəndilər
ki, Kitoya bələdçini yalnız Las-Penyas kvartalında yerləşən
“Eldorado” adlı yeməkxanada tapmaq olar. “Eldorado”da
həm işsiz qalan dənizçilər, sıravi konkistadorlar, sənətkarlar,
bələdçilər, tərcüməçilər, həm də ki, cangüdənlər tapmaq
mümkün idi. Migelgil vaxt itirmədən özlərini həmin yemək-
xanaya çatdırdılar.
Dostları ilə paylaş: |