  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə42/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   38   39   40   41   42   43   44   45   ...   135

                                                     

 

  



                                                                            

                                                    

161 

-  Bəs,  mən  sənə  demədim  ki,  on-on  beş  nəfərlik  hindu 



dəstəsi  bizim  üçün  heç  bir  təhlükə  yaratmır.  -  deyə  kapitan 

başını  təqdiredici  tərzdə  tərpədə-tərpədə  giley-güzarla 

dilləndi.  -  hələ  onların  bəxti  gətirdi  ki,  bu  döyüşdə  cəmi 

səkkiz nəfər itirdilər. Sinyor Bartolomeu, burada olmasa idi, 

biz onların hamısını qılıncdan keçirdərədik. 

- Bu həqiqətən də belədir. - deyə bələdçi təqdiredici tərzdə 

dilləndi.  -  sizin  gücünüzün  və  bacarığınızın  nəyə  qadir 

olduğunu  mən  öz  gözlərimlə  gördüm.  Xüsusilə  sinyor 

Migelin  döyüş  üsulu  və  təcrübəsi  məndə  fərəh  hissi  oyatdı. 

O, əsl cəngavər kimi döyüşürdü. Belə bir döyüşdə dörd nəfər 

adamı məhv etmək hər döyüşçüyə nəsib olmur. 

-  Migel  mənim  ekspedisiyanın  tərkibində  ən  bacarıqlı  və 

təcrübəli  döyüşçülərindən  biri  sayılır.  -  deyə  kapitan  qürur 

hissi  ilə  dilləndi.  -  Belə  döyüşçülər  mənim  ekspedisiyamın 

tərkibində  çoxdur.  Sən  hələ  Sebastyanla  Osvaldonun  döyüş 

qabiliyyəti  ilə  tanış  deyilsən.  Onlar  kral  ordusunun 

cəngavərləridilər. 

-  Cənab  kapitan,  əgər  indiki  İspaniyanın  belə  bacarıqlı 

döyüşçüləri  varsa,  deməli  bizim  krallığımız  İngiltərədən  öz 

qisasını  ala  biləcək.  -  deyə  bələdçi  başını  dik  tutaraq  fərəh 

hissi  ilə  dilləndi.  -  Bu  döyüşdə  mən  də  düşmənin  birini 

cəhənnəmə vasil etdim, ancaq sinyor Migelin köməkliyi ilə. 




                                                     

 

  



                                                                            

                                                    

162 

Belə  çıxır  sinyor  Migel  dörd  yox,  beş  hindunu  qılıncdan 



keçirib? Bu həqiqətən də belədir. 

-  Xuan,  sən  olmasaydın,  mən  həmin  dörd  hindunun 

öhdəsindən  gələ  bilməzdim.  -  deyə  Migel  başını  aşağı 

salaraq təvazökarcasına dilləndi. 

-  Sizin  kimi  döyüşçüyə  mən  birinci  dəfədir  ki,  rast 

gəlirəm. - deyə bələdçi Migelə olan fərəh hissini gizlətmədi, 

sonra  isə  üzünü  kapitana  tərəf  tutaraq  səbirsizliklə  sözünə 

davam etdi. - Sinyor kapitan, əgər sizin ekspedisiyanı (əli ilə 

Migeli  göstərərək)  belə  döyüşçülər  təmsil  edirsə,  onda  bu 

dəfə araukanları məğlub etmək mümkün olacaq. İmkan olsa 

idi, mən də həmin  şansdan istifadə edərdim. Sizə bildirmək 

istəyirəm ki, mən araukan torpağında da bələdçilik etmişəm. 

-  Nə  deyirəm  ki,  sənin  kimi  köhnə  konkistadorların 

təcrübəsindən  istifadə  etmək  lazımdır.  -  deyə  kapitan  əlini 

bələdçinin  çiyninə  qoyaraq  ciddi  halda  dilləndi.  -  Biz 

ekspedisiyanın tərkibinə ən təcrübəli və bacarıqlı döyüşçülər 

qəbul  edirik.  Həqiqətən  də  biz  müharibənin  ikinci  mərhələ-

sində araukanların fəaliyyətinə birdəfəlik son qoymaq fikrin-

dəyik. Birinci dəfə gəmilər okean keçidi zamanı bir-birindən 

aralı düşməsə idi, Araukan ölkəsində konksitadorların faciəli 

ölümü  ilə  rastlaşmazdıq.  Nə  etmək  olar,  Allah  necə 

buyurursa, elə də olmalıdır. 




                                                     

 

  



                                                                            

                                                    

163 

Cənab  kapitan,  xatırlatmaq  istəyirəm  ki,  vaxtı  ilə  Ernan 



Kortesin  və  Fransisko  Pisarronun  ekspedisiyalarında  sizin 

kimi (Xuan əli ilə hamını göstərir) qorxmaz, mərd, cəsarətli, 

təcrübəli  və  bacarıqlı  əsgərlər  vardı.  Məhz  buna  görə  də 

nəhəng  və  qüdrətli  Astek  və  İnk  imperiyaları  fəth  edildi. 

Mən  əminəm  ki,  belə  bir  heyətlə  siz  Araukaniyanı  fəth 

edəcəksiniz. Bu onların son nəfəsi olacaq. 

- Biz bura şəxsən bir amala görə gəlmişik. - deyə kapitan 

bütün  qamətini  düzəldərək  qürurla  dilləndi.  -  Bu  müharibə-

dən sonra biz İngilislərlə də haqq-hesab çəkməliyik. İngiltərə 

təbiətin  köməyi  ilə  bizim  donanmanı  La-Manşda  məğlub 

etməklə elə bilməsin ki, ispan əsgərini dizləri üstə çökdürüb. 

İspan  əsgəri  hələ  öz  sözünü  deyəcək.  Bütün  Avropa  ispan 

əsgərinin adını eşidən kimi lərzəyə gəlməlidir. 

 

 



 

 

 



    XV fəsil. Kitoda konkistadorların görüşü 

 

Hinduların  kapitangilin  üzərinə  etdikləri  hücum  onların 



özləri  üçün  faciə  ilə  nəticələndi.  Həmin  döyüşdə  ispanlar 

özlərinə  malik  olduqları  gücü  düşmənə  nümayiş  etdirdilər. 




                                                     

 

  



                                                                            

                                                    

164 

Ondan  sonra  aborigenlər  bir  daha  ispanların  üzərinə  hücum 



etməyə  cürət  etmədilər.  Hətta  yolçular  meşə  yolundan 

istifadə etsələr belə, hindular təcavüzdən əl çəkdilər. 

Kitoya  gedən  yolları  beş  barmağı  kimi  tanıyan  bələdçi 

yolçuları sağ-salamat Kitu Audiensiyasının paytaxtına çatdır-

dı. Yolçular bu keçiddən tam razı olduqlarını bildirdilər. 

Kitonun  altmışa  yaxın  yaşı  olsa  da,  şəhər  heç  də  böyük 

deyildi.  Qısa  müddət  ərzində  şəhərin  bu  hissəsindən,  o  biri 

hissəsinə  gedib  çıxmaq  olardı.  Hazırda  Limadan  gələnləri 

yalnız  bir  şey  maraqlandırırdı;  o  da  ki,  polkovnik 

Odovaldonun  başçılıq  etdiyi  ekspedisiya  şəhərin  hansı 

hissəsində  cəmləşib?  Elə  şəhərə  daxil  olan  kimi  onlara 

bildirdilər  ki,  həmin  ekspedisiya  Kitonun  şərqində  yerləşən 

hərbi  qarnizondan  bir  qədər  aralıda  düşərgə  qurub.  Elə 

Odovaldonun da qərargahı həmin düşərgədə yerləşir. 

Polkovnik Odovaldo Limadan gələn həmyerlilərini böyük 

bir  tamtəraqla  qarşıladı.  Hamının  sevincinin  həddi-hüdudu 

yox  idi.  Migel  ilə  atasının  da  görüşü  ağlasığmaz  dərəcədə 

şirin  keçdi.  Necə  olsa  da,  onlar  uzun  müddət  bir  birilərinin 

üzlərini  görmürdülər.  Ailələrində  çoxları  elə  bilirdilər  ki, 

dünyanın  ayrı-ayrı  hissələrində  yaşayan  ata  ilə  bala  bir-

biriləri  ilə  bir  daha  görüşməyəcəklər.  İş  ondadır  ki,  Migel 

1588-ci  ildə  La-Manşda  “Məğlubedilməz  armada”nın  tərki-

bində  Qravelin  döyüşdən  sonra  düşmənə  əsir  düşmüşdür. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə