  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə50/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   46   47   48   49   50   51   52   53   ...   135

                                                     

 

  



                                                                            

                                                    

193 

- Migel, mən onların bir çoxlarını yaxşı tanıyıram. - deyə 



kapitan dərindən köksünü ötürərək ehtiramla  sözə başladı.  - 

Eləsi var arbalyotdan, eləsi var arkebuzdan və ya muşketdən, 

eləsi  var  qılıncdan,  eləsi  də  var  ki,  nizədən  peşəkarçasına 

istifadə  edir.  Onlar  öz  silahları  ilə  hər  bir  döyüşdə  ad-san 

qazana  bilərlər.  Buna  əmin  ola  bilərsən,  mən  onların 

hindularla necə döyüşdüklərinin şahidi olmuşam. 

-  Ata,  bizə  peşəkar  döyüşçülər  lazımdır.  -  deyə  Migel 

aludəliklə dilləndi. - Döyüşçü gərək həm qılıncdan, nizədən, 

arbalyotdan,  həm  də  arkebuz  və  muşketdən  sərbəst  istifadə 

edə bilsin. 

-  Sən  nə  danışırsan,  elə  döyüşçüyə  nadir  hallarda  rast 

gəlmək  olur?  -  deyə  kapitan  təəccüblə  çiyinlərini  çəkərək 

müəmmalı  tərzdə  dilləndi.  -  Guya  sizin  ekspedisiyanın 

tərkibində elə döyüşçülər var? 

- Əlbəttə! - deyə Migel qətiyyətlə dilləndi və üzünü atası-

na  tərəf  tutaraq  tərəddüd  etmədən  həmin  tərzdə  sözünə 

davam etdi. - Elə tanıdığın Sebastyan, Osvaldo, sonra mənim 

özüm. Biz bütün silahlardan sərbəst istifadə edə bilirik. 

-  Sən  də?  -  deyə  kapitan  müəmmalı  tərzdə  dillənərək 

oğluna sualediçi nəzər saldı. 

-  Nədir  ki?  -  deyə  Migel  çiyinlərini  çəkərək  sadə  tərzdə 

dilləndi. - Mən ömrümün yarısını həmin silahların mənimsə-




                                                     

 

  



                                                                            

                                                    

194 

məsinə  sərf  etmişəm.  Oxdan  isə  ən  mahir  arbalyotçu  kimi 



istifadə edirəm. 

Kapitan  bu  sözləri  eşidə-eşidə  təəccübdən  yerindəçə 

donub  qalmışdı.  Sanki  o,  oğlunun  bacarığına  mat-mətəl 

qalmışdı.  İnana  bilmirdi  ki,  oğlu  belə  bir  fərasətə,  bacarığa 

malikdir.  Migelin  şəxsi  igidliyindən  söhbət  açan  polkovnik 

Odovaldo, evdə Leona izah edə bilməmişdi ki, bu tərif deyil, 

əsl həqiqətdir. Yavaş-yavaş həmin şübhə kapitandan uzaqlaş-

mağa  başladı.  Araukaniyada  gedən  müharibədə  Migelin 

göstərdiyi  şəxsi  igidliyindən  nəinki  onun  dostları,  hətta  öz 

mərdliyi  və  qorxmazlığı  ilə  Meksikada  ad-san  qazanmış 

kapitan Xuan da söhbət açmışdır. 

- Mən çox şadam ki, atam Rodriges səni əsl ispan cənga-

vəri  kimi  böyüdüb.  -  deyə  kapitan  Leon  başını  dik  tuqaraq 

iftixarla  dilləndi.  -  Sən  böyük  oğul  kimi  mənim  bütün 

ümidlərimi  doğruldursan.  Lakin  sənin  bütün  silahlardan 

məharətlə istifadə etməyinə dair bir balaca şübhəm var. Axı, 

bu ustalığa yiyələnmək üçün sən hələ cavansan. 

-  Ata,  sən  burada  tanıdığın  hər  bir  konkistadorun  gücünü 

mənim üstümdə sınaya bilərsən. - deyə Migel atasını inandır-

maq üçün bu səmərəli təklifi ortaya atdı, sonra coğrafiyaşü-

nasa  ötəri  nəzər  salaraq  ciddi  halda  sözünə  davam  etdi.  - 

Mən onların hər birisi ilə yarışa girməyə hazıram. Hansı silah 

üzrə istəsən, gücümü sınamağa hazıram. 



                                                     

 

  



                                                                            

                                                    

195 

- Qılınç və ya nizə döyüşünə heç bir etiraz  edə bilmərəm, 



- deyə Leon oğluna təsəlli verərək təqdirediçi tərzdə dilləndi. 

-  çünki  sən  polkovnik  Odovaldonun  şagirdisən.  Onun  isə 

şagirdləri  həmişə  döyüş  meydanlarında  ad-san  qazanıblar. 

Ancaq mahir arbalyotçu ilə yüksək səviyyədə yarışa girmək-

də  səndə  üstünlük  görmürəm.  Mən  iki  nəfər  arbalyotçu 

tanıyıram ki, onlar bütün Kitoda ən sərrast atıcılar sayılırlar. 

-  Bizə  elə  döyüşçülər  lazımdır.  -  deyə  coğrafiyaşünas 

səbirsizliklə  dilləndi.  -  Pusqu  döyüşlərində  onlar  ekspedisi-

yaya  çox  gərəkli  ola  bilərlər.  Mənim  sözlərimi  Migel  də 

təsdiq edə bilər. 

-  Mən  yenə  də  deyirəm,  onların  hər  birisi  ilə  yarışa 

girməyə  hazıram.  -  deyə  Migel  başını  dik  tutaraq  qürurla 

dilləndi.  -  Hərçənd  ki,  mən  çoxdandır  oxdan  istifadə  etmi-

rəm, ancaq qalib gəlməyimə çox əminəm. 

- Nə deyirəm ki? - deyə kapitan sözü yekunlaşdırdı, sonra 

isə üzünü yeməkxananın qapısına tərəf tutub” - Sanços” deyə 

səslədi. 

Həmin  an  camaatın  arasından  bir  nəfər  dolubədənli, 

ortayaşlı bir kişi çıxıb  Leona yaxınlaşdı və nə buyurduğunu 

soruşdu. Leon üzünü ona tərəf tutmadan iradə ilə dedi: 

- Lope İnyeslə, Xulio Menendesi bura çağır. 

- Onlar burada yoxdurlar. - deyə Sanços tərəddüd etmədən 

çavab verdi. 



                                                     

 

  



                                                                            

                                                    

196 

- Onda arxaları ilə  adam göndər. Xəbər versinlər ki, mən 



onları çağırıram. 

Sanços  gedəndən  sonra  Leon  üzünü  oğluna  tərəf  tutub 

dedi: 

- Migel, elə bilmə ki, onları ekspedisiyamıza dəvət etsək, 



o  dəqiqə  bizim  dəvətimizi  qəbul  edəcəklər.  Mən  əmin 

deyiləm ki, onlar razı olacaqlar. 

-  Necə  yəni,  razı  olacaqlar?  -  deyə  Migel  müəmmalı 

tərzdə soruşdu. 

-  Bilirsən,  burada  yığışanların  əksəriyyəti  Eldoradonun 

axtarılmasında  iştirak  etmək  istəyirlər.  Sual  verilə  bilər  ki, 

nəyə  görə?  Çavab  isə  sadədir;  Eldorado  qızıl  ilə  zəngin 

olduğu üçün, ona görə də hamı həmin məkanın axtarılmasına 

can atırlar. Hamını qızıl maraqlandırır. İndi isə başa düşdün 

mən nə demək istəyirəm? 

-  Mən  dəqiq  anlaya  bilmədim?  -  deyə  coğrafiyaşünas 

soruşdu. 

-  Mən  onu  demək  istəyirəm  ki,  biz  Araukaniyaya  qızıl 

axtarmağa  yox,  yerli  əhali  ilə  müharibə  etməyə  gedirik. 

Onlar  ekspedisiyaya  daxil  olmaqdan  imtina  edərlər.  Yalnız 

yaxşı pul təklif etsək, onda onları öz sıralarımızda görərik. 

 

 

 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə