  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə47/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   43   44   45   46   47   48   49   50   ...   135

                                                     

 

  



                                                                            

                                                    

181 

girovdan azad edilməsi üçün göyərçin yumurtasının ölçüsün-



də olan zümrüd qaşı vermişdir. 

Konkistadorların  ədinə  keçən  yaxşı  mənfəətdən  Pisarro 

Panamaya  və  Nikaraquaya  qızıl  və  zümrüdlər  göndərir  ki, 

tanınmış konkistadorlar Sebastyan de Belalkasar və Ernando 

de Soto ona bu missiyada qoşulsunlar. 

Cənuba  doğru  hərəkət  edən  konkistadorlar  bir-birinin 

ardınca  özləri  üçün  kəşflər  edirdilər.  Manta  hindularının 

yaşadığı  yerdə  onlar  yumruq  boyda  olan  qurudulmuş  insan 

kəllələri  görürlər,  uankavilka  hindularının  ağızlarında  bir 

dənə  də  olsun  diş  olmur.  -  Bu  İnka  Uayna  Kapakın  Ekva-

dorun  zəbt  edilməsində  yerli  hindulara  qarşı  tətbiq  edilən 

cəza tədbirlərinin nəticəsi idi. 

Cənuba doğru hərəkət etdikcə, Pisarroya varlı olan Qran-

Çimu  imperiyası  haqqında  məlumatlar  çatırdı.  Öz  arxasını 

təhlükəsizləşdirmək  üçün  o,  sahil  zolağında  Porto-Vyexo, 

Tumbes və daha da cənubda San-Migel-de-Piyura koloniya-

larının əsasını qoydurur. 

Porto-Vyexoda  Pisarro  ilə  Sebastyan  de  Belalkasar  və 

Xuan  Fernandes  30  piyada  və  12  süvari  ilə  birləşir.  Oradan 

onlar,  varı  və  dövləti  haqqında  çox  eşitdikləri  Quayakil 

körfəzində  yerləşən  Puna  adasına  yollandılar.  İspanların 

oradakı özbaşınalığı hindularla açıq  münaqişəyə səbəb olur. 

Pisarro  kasik  Tumbalunu  və  başqa  16  hindu  rəhbərlərini 



                                                     

 

  



                                                                            

                                                    

182 

edam etsə belə, nəinki yerli hinduları fəth edə bilir, hətta özü 



çoxlu itkilər verir. 

1532-ci ilin may ayında Pisarro materikin içərilərinə daxil 

olur  və  San-Migel-de-Piyur  koloniyasının  əsasını  qoyur. 

Onun  yanına  Kuskonun  hakimi  İnka  Uaskarın  elçiləri  gəlir 

və  ona  izah  edirlər  ki,  Uaskarın  qardaşı  Ataualpa  hakimə 

qarşı qiyam qaldırıb. “Dahi konkistador” o dəqiqə daxilində 

götür-qoy  edir  ki,  Tauantinsuyunun  iki  rəhbəri  arasında 

gedən  müharibədən  necə  də  əlverişli  mənfəət  əldə  etmək 

olar. 

Əsgərlərin  bir  hissəsini  San-Migeldə  saxlayıb,  67  süvari 



və yüzə yaxın piyada əsgərlə Pisarro 1532-ci ilin sentyabrın 

24-də  Kaxamarkaya  yürüş  edir.  Ensiz  dağ  çığırları  və  sıldı-

rım  qayalarla  əhatə  olunmuş  Sahil  Kordilyeri  ilə  keçid 

həddindən  artıq  çətin  idi.  Lakin  varlanmaq  həsrəti  ilə  yaşa-

yan Pisarro 53 günlük keçiddən sonra 1532-ci nlin noyabrın 

15-də  Kaxamarkaya  yaxınlaşır.  Ertəsi  günü,  Uaskarın  ordu-

sunu  darmadağın  edən  imperiyanın  yeganə  hakimi  olan 

Ataualpa  hiyləgərliklə  əsir  alınmış,  məğlubiyyətin  nə 

olduğunu bilməyən ordusu isə məğlub edilərək vahimə içəri-

sində döyüş meydanından qaçmışdır. 

Pisarronun  Tauantisuyunun  hakimi  Ataualpanın  başına 

necə faciə gətirməsi haqqında çoxsaylı məlumatlar verilibdir. 




                                                     

 

  



                                                                            

                                                    

183 

İnk  imperiyasının  ərazisində  yaşayan  xalqların  həyatında 



yeni  dövr  başlanır-müstəmləkə  dövrü.  Belalkasarın  fəth 

etdiyi  torpaq  Peru  vitse-krallığının  tərkibində  olan  Kitu 

Audiensiyası adlanmağa başladı. 

Cənubi  Amerikaya  gələn  bir  neçə  tanınmış  konkistador 

İspaniyanın  şanlı  tarixinə  fateh  kimi  daxil  olmuşdular.  Kitu 

Audiensiyasına  ayaq  basan  polkovnik  Alonso  Odovaldo  da 

Eldoradonun  axtarılmasında  fəal  iştirak  etmək  istəyirdi  ki, 

həmin  mifik  ölkəni  tapıb  İspan  taxttacına  birləşdirsin  və 

bununla da İspaniyanın tarixinə fateh kimi daxil olsun. Lakin 

onun  Kitoda  apardığı  tədqiqatlar  nəticəsində  aydın  olur  ki, 

Eldoradonu axtarıb tapmaq müşkül bir işdir. Demək olar ki, 

Cənubi  Amerikanın  bütün  şimal  hissəsi  mükəmməl  surətdə 

axtarılıb, ancaq axtardıqları Eldoradonu nəinki tapıblar, hətta 

həmin  ölkənin  heç  izinə  belə  düşə  bilməyiblər.  Nədənsə, 

polkovnik  Odovaldoda  mifik  Eldoradonun  varlığı  şübhə 

doğurub.  Halbuki  o,  özü  həmin  ölkənin  axtarılmasında 

fəaliyyət  göstərən  ekspedisiyaların  heç  birisində  iştirak 

etməmişdir. Bir sözlə, heç bir əsər-əlaməti olmayan bir ölkə-

ni axtarıb fəth etmək-boş xülya sayılır. Polkovnik Odovaldo 

Kitoda  çoxlu  dəlillər  əldə  etmişdi  ki,  bu  fikirdən  əl  çəksin. 

Əsasən  də  həmin  faktlarla  onu  Migelin  atası  kapitan  Leon 

təchiz etmişdir. Lakin sual verilə bilər ki, Əgər Eldoradonun 

varlığı xülyadırsa, onda onlar nəyə görə indiyənə kimi Kitoda 



                                                     

 

  



                                                                            

                                                    

184 

qalıblar?  Axı,  Kitodan  xəbər  gəlmişdi  ki,  onlar  bilavasitə 



Eldoradonun  axtarışı  ilə  təşkil  olacaq  Antonio  Berrio-i-

Orunyanın  başçılıq  etdiyi  ekspedisiyanın  tərkibinə  daxil 

olacaqlar.  Həmin  vaxt  hələ  ekspedisiya  gəlib  Kitoya 

çıxmamışdır.  Lakin  onlar  birdən-birə  bu  fikirdən  dönürlər. 

Burda bir neçə səbəb yaranmışdır; birincisi polkovnik Odovaldo 

öz ekspedisiyası ilə Antonio Berrio-i-Orunyanın ekspedisiyasına 

daxil olsa, onda ekspedisiyada ikinci şəxs kimi tanınacaq. Bu isə 

ona heç cürə sərf etmirdi. Ona görə ki, Eldoradonun kəşf edilib 

və  fəth  edilməsi  Antonio  Berrio-i-Orunyanın  adı  ilə  bağlı 

olacaq.  İkincisi,  həmin  ərazidə  öz  ekspedisiyası  ilə  müstəqil 

şəraitdə Eldoradonu axtarıb tapmaq üçün Alonso Odovaldonun 

əlində  kral  patenti  olmalı  idi  ki,  o,  yuridik  halda  Eldoradonun 

fatehi və varisi sayılsın. İndiki zamanda adının tarixə düşməsini 

istəyən hər bir şəxs başqa bir işi görməklə ad-san qazana bilərdi. 

Yer  kürəsinin  nəhəng  su  hövzəsi  sayılan  Sakit  okeanda  nə 

qədər tədqiq olunmayan yerlər var. Həmin naməlum yerləri kəşf 

etməklə,  tarixə  düşmək  olardı.  Bunun  üçün  coğrafiya  elmi  ilə 

dənizçilik  sənətinə  dərindən  yiyələnmək  lazım  idi.  Ya  da  ki, 

Qəraib dənizində ağalıq edən İngilis korsarlarını Frensis Dreyk 

ilə birlikdə məhv edərək özünə ispan cəmiyyəti arasında layiqli 

yer  tuta  bilərdi.  E.ə.67-ci  ildə  tribun  Azl  Qabininin  təklifi  ilə 

dahi  Roma  sərkərdəsi  Pompeyə  piratlara  qarşı  mübarizə  üçün 

fövqal”adə  hüquq  ilə  komandanlıq  tapşırıldı.  O,  da  üç  ay 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə