145
idi. Xuan Flores də bu təhlükənin olduğunu kapitan Xuana
xəbər vermişdir. Yenə də o, buna heç bir əhəmiyyət
verməmişdir. Onun fikrinçə, ispan əsgərinin hökm sürdüyü bir
torpaqda, hər hansı bir ispanın həmin torpaqda kimdənsə ehtiyat
etməsi ağılasığmazdır. Düzdür, Xuan Flores izah etdi ki, belə
təhlükələr təsadüf nəticəsində baş verir. Çox güman ki, onlar
yolda təhlükə baş vermədən sağ-salamat gedib Kitoya çata
bilərlər.
İyulun 3-də dan yeri təzəcə sökülən kimi yolçular hindu
kəndini şimal istiqamətində tərk etdilər. Nəhəng dağlar
sinələrini qabağa verib onların hərəkətinə əngəllik yaradırdı.
Məhz buna görə də Kitoya gedən yol dağların arası ilə burulub
dalğavari zolaq təşkil edirdi. Yol gah yuxarı qalxır, gah da aşağı
enirdi. Buradakı dağların ətəyi sıx meşəliklərlə örtülmüşdü.
Araukaniyada olduğu kimi burada da çoxsaylı araukariya və
fitsroya ağacları ilə rastlaşmaq olurdu. Bəzən elə olurdu ki, yaşıl
ot ilə örtülmüş yol burularaq meşənin içərisinə daxil olurdu.
Lakin bələdçi meşəyə girməkdən böyük ehtiyat edərək,
narahat yol ilə meşənin ətrafını dövrə edirdi. Təkçə at ilə olsa
idi, bu yolu çətinlik çəkmədən qət etmək olardı. Ancaq
onlarda təkər üzərində hərəkət edən minik vasitəsi - araba -
vardı. Elə olurdu araba çalaya düşüb öz gücü ilə çıxa
bilmirdi. Belə olan halda atlılar öz qollarının gücü ilə arabanı
çaladan çıxarırdılar. İsti havada belə bir əməyə xeyli fiziki
146
qüvvə sərf olunurdu. Yavaş-yavaş yolçuların üzündə narahat
ifadələr hiss olunmağa başladı. Birinci yol narahat idi,
ikincisi isə onların hərəkətini xeyli ləngidirdi. Belə getsə,
onlar dünənkinə nisbətən az yol qət edəcəklər. Əsəblərini
saxlaya bilməyən kapitan Xuan qəzəblə bələdçiyə:
- Sən bizi hara gətirib çıxartdın? Düz yolu qoyub, nəyə
görə bu yolla getdik? Görmürsən ki, bu yol daş-kəsəklərlə və
çalalarla doludur? Belə getsə, biz heç bir həftəyə gedib
Kitoya çıxa bilmərik.
- Cənab kapitan, biz And dağlarının əhatəsindəyik. - deyə
təmkinliyini itirməyən bələdçi üzrxahlıqla dilləndi. - Bizə
rahat yox, təhlükəsiz yol lazımdır. Necə olsa da mən
bilavasitə sizin təhlükəsizliyinizə çavabdehəm. Sizə demişəm
ki, üç gün müddətinə hamınızı Kitoya çatdıraçağam, deməli
çatdıraçağam. Bu yol çətin olsa da, bizim üçün münasibdir.
- Belə yol bizim hamımızı yorub əldən salacaq. - deyə
kapitan təkidlə öz dediyinin üstündə durdu. - Mənə elə gəlir,
biz rahat yola çıxsaq yaxşı olar.
- Cənab kapitan, rahat yol meşənin içi ilə keçir, - deyə
bələdçi də israrla dilləndi. - biz orada qaçaq hindularla
rastlaşa bilərik. Həmin görüş isə bizə xeyir gətirməyəcək.
- Hindular elə bu yolda da bizimlə rastlaşa bilərlər. - deyə
arabanı hər dəfə çaladan çıxartdığına görə təngə gələn
Osvaldo ikrah hissi ilə dilləndi və üzünü birbaşa bələdçiyə
147
tərəf tutaraq hiddətlə sözünə davam etdi. - Yaddan çıxartma
ki, biz İspaniyanın və əlahəzrət II Filippin əsgərləriyik. Yeni
Dünya sahillərinə istirahət etməyə gəlməmişik. Krallığımızın
düşmənləri bu torpaqda azad gəzəcək, biz isə onlardan
gizlənməliyik?
Mən Osvaldo ilə tam şərikəm. - deyə Migel də söhbətə
qarışmalı oldu. - Biz hindulardan gizlənəcəyiksə, onda bu
torpağa nəyə görə ayaq basmışıq? İspaniyanın əsgəri heç
vaxt yerli hindularla üz-üzə gəlməkdən çəkinməməlidir.
- Elə bilməyin ki, mən yerli hindulardan qorxuram. - deyə
bələdçi üzünə ciddi ifadə verərək qürurla dilləndi. - Mən
köhnə konkistadoram, bütün həyatım demək olar ki, döyüş
meydanlarında keçib. Heç bir döyüş mənim üçün yüngül
keçməyib. Elə indi də mən hindularla qarşılaşmağa hazıram.
Sadəcə olaraq, mən sizin təhlükəsizliyinizi hər bir şeydən
üstün tutmalıyam. Siz Kitoya sağ-salamat çatmalısınız.
- Mən, guya bura ölməyə gəlmişəm? - deyə kapitan qeyri-
müəyyən tərzdə dillənərək gülməyə başladı.
- Cənab kapitan, mən elə demək istəmirdim. - bələdçi bir
az tərəddüd edəndən sonra aludəliklə dilləndi. - Sinyor
Bartolomeunu nəzər almasaq, biz dağların arasında cəmi beş
nəfərik. Bu qədər sayda adamın üzərinə hindular böyük bir
dəstə ilə hücum edirlər.
148
- Sən demək istəyirsən ki, Ataualpa ilə Ruminyauinin
məhvindən sonra bu ərazidə böyük heyətli olan hindu dəstə-
ləri var? - deyə Migel müəmmalı tərzdə bələdçiyə nəzər
salaraq maraqla soruşdu. - Sizin dünən verdiyiniz məlumat-
lardan belə qənaətə gəlmək olar ki, bu ərazidə iri silahlı
hindu dəstələri yoxdur.
- İri bir dəstə deyəndə, on-on beş nəfərlik bir dəstə
nəzərdə tutulur. - deyə bələdçi dilləndi. - Lakin onlar təcrü-
bəli və bacarıqlı döyüşçülərdən ibarət olurlar. Hətta yaxın
keçmişdə elə dəstələrdən biri hindu kəndlərində mühafizə
məntəqəsi yaradan əsgərlərin üzərinə hücum da etmişdilər.
Onlar qisas alan döyüşçülər sayılırlar. Bir sözlə...
- On-on beş nəfərlik hindu dəstəsi heç vaxt bizim üçün
təhlükə yarada bilməz. - deyə kapitan atının belinə atılaraq
bələdçinin sözünü yarımçıq qoydu. - Hindular bu gün həyat-
ları ilə vidalaşmaq istəyirlərsə, qoy bizimlə üz-üzə gəlsinlər.
İndi isə bizi düz yola çıxart. İstəmirəm ki, biz bu yolda
tısbağa kimi irəliləyək.
Xuan Flores gördü ki, müqavimət göstərməyin heç bir
mənası yoxdur, odur ki, kapitanın göstərişini yerinə yetirmək
üçün itaət etdi.
Geriyə qayıtmaq gec idi, düz yola çıxmaq isə heç də yaxın
deyildi. Deməli, çətin olsa da, bu yolu davam etdirmək lazım
idi. Onsuz da, Kitoya çatmaq üçün onlar bir neçə dəfə
Dostları ilə paylaş: |