  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə72/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   68   69   70   71   72   73   74   75   ...   113

                                                     

 

  



                                                                            

                                                    

267 

Böyük  qızı  Sevil  Bakıdakı  Müəllimlər  İnstitutunun  ikinci 



kursunda oxuyurdu, kiçik qızı Sevinc isə orta məktəbin 10-

cu  sinif  şagirdi  idi.  Hazırda  onların  hamısı  bərbad 

vəziyyətdə olan bağçanın iki otağında qalırdılar. 

Hər şeyi əvvəlcədən nəzərə alan həkim Rusiyadan gələn 

qonağın  kimliyini  bildiyindən  o,  həmin  adamı  qaçqın 

düşərgələrinə  aparmağı  palanlaşdırmışdı.  Bu  minvanla 

Əvəz  tarixçi  pedaqoqa  sübut  etməyə  çalışırdı  ki,  işğalçı 

azərbaycanlılar  yox,  məhz  ermənilərdir  və  bunun  üçün 

bariz  nümunə  çadır  şəhərciyində  məskunlaşan  çoxsaylı 

qaçqınlardır. Məhz bu səfərdə Füzuli keçmiş silahdaşları ilə 

birlikdə onları yolda müşayiət etməliydi.

 

Özünə  görə  imkanlı  olan  Sergey  darısqal  və  təmirsiz 



otaqda  olmasına  baxmayaraq,  təvazökar  olduğu  üçün 

narahatlığını  büruzə  vermədi.  Çünki  o,  əvvəlcədən  bilirdi 

ki,  Nizaminin  ailəsi  qaçqındır  və  onların  belə  bir  şəraitdə 

yaşamaları, həqiqətən aldıqları statusu təsdiq edirdi. 

Elə bir az keçmişdi ki, Füzuli, Kamil, Heydər və Vahid 

həmin  evə  təşrif  buyurdular.  Əvəz  tələsik  halda 

içəridəkiləri  bir-biriləri  ilə  tanış  edərək,  onların  hamısını 

süfrə  arxasına  dəvət  etdi.  Darısqal  olan  otaqda  diskomfort 

yarandığından Füzuli günorta yemək üçün hamını öz evinə 

və  yaxud  da  münasib  olan  restoranların  birinə  getməyi 

məsləhət  bildi.  Onun  məqsədini  başa  düşən  rus  pedaqoqu 



                                                     

 

  



                                                                            

                                                    

268 

hələlik  burada  qalmağı  üstünlük  verdi  ki,  Əvəzin  gördüyü 



tədarük  bada  getməsin.  Sergeyin  fikrincə,  onların  buradan 

getməsi ev sahibinin xətrinə dəyə bilərdi.

 

Xəbər  əvvəlcədən  verildiyindən  evdəkilər  qonaqların 



gəlişinə hazır idilər. 

Bütün tədarük elə burada görülmüşdü.  

Süfrəyə  milli  yeməklər  –  küftə  bozbaş,  plovaltı  ördək, 

yarpaq  və  kələm  dolmaları  düzülmüşdü.  Əvəz  özü  spirtli 

içki  qəbul  etməsə  də  qonaqların  gəlişi  münasibətilə  salat-

ların  arasına  bir  araq  və  yerli  istehsal  olan  “Jalə”  şirələri 

qoyulmuşdu.  

Adəti  üzrə  ailə  başçısı  yeməyi  ya  tək,  ya  da  ki,  həyat 

yoldaşı  ilə  yeyərdi.  Uşaqlar  ayrıca  süfrəyə  əyləşirdilər. 

Xaricidən qonaqlar gəlsə də bu dəfə də adət pozulmadı.  

Müharibə  veteranları  masanın  bir  tərəfində,  Rusiyadan 

gələn  qonaqlar  ilə  Nizami  əks  tərəfdə,  Əvəz  isə  onların 

arasında, masanın başında oturmuşdular. Kim hansı nemət-

dən istəsə dada bilərdi.  

-  Əsl  qonaqpərvərlik  belə  olar.  –  deyə  yarpaq  dolması 

yeyən Sergey səmimiyyətlə dilləndi. – Əvəz Qasımıç, etiraf 

edim ki, mən Ermənistanda olanda belə bir qəbuldan kənar 

olmuşam. Açığı deyim, onlarda mən xoş sifət görmədim.  

-  Qonaqpərvərlik  bizim  qanımızdadır.  –  deyə  minnət-

darlığını bildirən həkim ehtiramla dilləndi. – Qonaq evimi-

zin yuxarı başında əyləşməlidir ki, o, özünü evindəki kimi 



                                                     

 

  



                                                                            

                                                    

269 

hiss  edə  bilsin.  –  Bundan  sonra  Əvəz  azərbaycanlıların 



adət-ənənələrini təbliğ etməyə başladı.  

Süfrə  arxasında  gedən  söhbət  Sergeyin  marağında  olsa 

da  o,  yarpaq  dolmasını  yeyərkən,  yeməyin  dadına  heyran 

qalmışdı. Tarixçi pedaqoq çəngəl ilə dolmanın birini göstə-

rib, məst olmuş halda dedi: 

-  Ermənilər  daim  bu  yeməklə  öyünsələr  də,  etiraf  edim 

ki, siz bunu onlardan daha ləzzətli hazırlayırsınız.  

-  Milli  yeməklərimiz  hamının  xoşuna  gəlsə  də,  heç  bir 

millət həmin yeməkləri bizim millətdən yaxşı bişirə bilməz. 

– deyə Vahid üzünə şirin təbəssüm verib iftixarla dilləndi.  

-  Üzr  istəyirəm  sizdən,  bəs  ermənilər  deyirlər  ki,  dolma 

onların  milli  mətbəxinin  məhsuludur.  –  təəccübdən  çiyin-

lərini çəkən elmlər namizədi tərəddüdlə dilləndi.  

Bu  söz  hamıya  təsir  etsə  də  Kamil  cavab  vermək  üçün 

üçün  araya  girdi.  O,  istehza  ilə  gülümsəyərək,  qalın  polad 

səsini işə salıb təmkinlə dedi: 

-  Bədbəxt  erməniləri  mən  qınamıram,  bir  millətin  ki, 

keçmişdə  heç  bir  mədəniyyəti,  ədəbiyyatı,  elmi,  adət-

ənənəsi  olmayıbdırsa,  özlərini  sivil  xalqların  arasında 

görmək üçün mütləq qonşularından oğurluq etməliydilər.  

Əziz  qonaq,  onlar  bütün  regionda  məşhur  olan  bizim 

xalçalarımızı, kulinariyamızı, musiqi alətlərimizi, memarlıq 

abidələrimizi,  mahnılarımızı,  mədəniyyət  ocaqlarımızı  öz 



                                                     

 

  



                                                                            

                                                    

270 

adlarına salmaqla bütün Qafqazda və region ölkələri arasın-



da  oğru  millət  kimi  tanınırlar.  Antik,  Yaxın  Şərq,  Avropa 

alimlərinin əsərlərində azərbaycanlı yaşayış məskələri kimi 

hallanan, yüz illər, hətta min illər yaşı olan həmin şəhər və 

kəndlərin adlarını dəyişib özlərinki kimi qələmə verməklə, 

sivil dünyanın qınağından çəkinmirlər.  

-  Sergey  Vladimiroviç,  mən  sizə  kulinariya,  musiqi 

alətləri  və  xalçaçılıqla  bağlı  kataloq-kitablar  hədiyyə  edə-

cəm,  onda  görəcəksiniz  ki,  yaşı  yüz  illər,  min  illər  olan 

həmin  əsərləri  ermənilər  bizim  ərazidə  məskunlaşandan 

sonra,  öz  adlarına  çıxarmağa  başlayıblar.  –  deyə  Vahid 

ehtiramla dilləndi. 

-  Bu  məsələ  ilə  bağlı  həqiqəti  aşkarlamaq  üçün  mən, 

məmnuniyyətlə həmin kataloqları nəzərdən keçirəcəyəm. – 

deyə rus ziyalısı sevincək halda dilləndi. - Həqiqətən də siz 

azərbaycanlılar  qonaq  qarşısına  çıxmaqda  bütün  millətlərə 

örnək  olmalısınız.  Mən  vaxtilə  Qarabağda  olanda  orada 

qonaqpərvərliyinin  necə  olmasının  şahidi  olmuşdum.  Bu 

dəfə  isə  orada  olanda  belə  bir  münasibəti  həmin  diyarda 

görmədim. Məhz onda başa düşdüm ki, həmin qonaqlıqlar, 

xoş  münasibət,  mehribançılıq  yalnız  azərbaycanlıların 

sayəsində  baş  verirdi.  Çünki  həmin  əlamətlərin  heç  birisi 

orada qalmayıbdır. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə