191
dağına gedən yolun üstündə yerləşən, ermənilərin işlətdiyi
restorana getdi. Adəti üzrə Robert hər dəfə Pyatiqoskiyə
gələndə, yemək qəbul etmək üçün bu restorana gəlirdi, ona
görə ki, iaşə obyektin administratoru onun həmyerlisi
Qriqori idi.
Bu gün havanın soyuq keçməsinə baxmayaraq restoranın
bir küncündə, daha doğrusu sarmaşıqla örtülmüş talvarın
altında düzəldilmiş açıq zalda banket təşkil olunmuşdu.
Oradakı banketdə təxminən on beş adam vardı və hamısı da
ürək dolusu danışıb gülürdülər. Gələn müştərilərin vaxtı
xoş keçsin deyə, zalda milli geyimlərdə olan erməni
musiqiçiləri balabanda, zurnada, klarnetdə, tarda, nağarada,
qarmonda, lirik və şən mahnılar ifa edirdilər.
Pyatiqorskidə bir-birilərini tanıyan bir neçə erməni ailəsi
vardı və onlar mütəmadi olaraq bir-biriləri ilə əlaqə
saxlayırdılar. Rus pedaqoqu öyrənir ki, burada yaşayan
ermənilər təkcə Bakıdan və ya Qarabağdan yox, həm də
Ermənistanın özündən də gəliblər. Sergey öz-özünə belə bir
sual verməli olur: işdir, ermənilər azərbaycanlılar tərəfin-
dən sıxışdırılıb Azərbaycandan qovulublarsa, onda kimlər
erməniləri Ermənistandan didərgin salıbdır? Bu sual onu
həddindən artıq maraqlandırdığından o, məhz Pyatiqorskidə
yaşayan ermənilərin özlərindən həmin suala cavab tapmaq
istəyirdi.
192
Rus pedaqoqu Robertlə birlikdə fəvvarə ətrafında qoyul-
muş masa arxasında əyləşdi. Buradan demək olar ki, bütün
zalı seyr etmək mümkün idi.
Süfrəyə soyuq salatla yanaşı yarpaq dolması, lülə və tikə
kababları qoyulmuşdu. İçkilərdən isə məşhur müalicəvi
Qafqaz mineral sularından əlavə, yalnız rus arağı
gətizdirilmişdi. Sergey ilk dəfə bu restorana ayaq basanda
ona hörmətli qonaq kimi erməni konyakı verilmişdi. Lakin
o, həmin içkidən bir neçə qurtum içən kimi ağızdolusu
təriflənən konyakdan qətiyyətlə imtina etmişdi və hətta
bildirmişdi ki, əsl konyakın dadı bu cür açı olmur. Bir növ
belə bir subyektiv fikir söyləməklə o, qulluğunda duran
erməniləri pis vəziyyətdə qoymuşdu.
Onlar ilkin badəni içən kimi hərdənbir zalda çalınan
oğurluq azərbaycan musiqilərinə qulaq asmağa başladılar.
Musiqiyə qulaq asmaq üçün hər kəsin öz zövqü olduğu
halda, Robert elə hey çalışırdı ki, rus ziyalısının diqqətini
məhz çalğı alətlərində ifa edən incəsənət nümayəndələrinə
cəlb etsin. Ona görə ki, hər dəfə fasilədən sonra hər hansı
mahnı oxunurdusa və ya musiqi səsləndirilirdisə, tamada
bunu ermənilərə xas olan tərzdə səsləndirirdi; ermənilərin
milli aləti tarda, kamançada və ya balabanda çalır filan-
kəsov filankəs. Yəni, o, heç kimdən çəkinmədən, heç nədən
utanmadan, heç nəyə görə vicdan əzabı çəkmədən – sadəcə
193
olaraq həmin hisslər onda olmadığı üçün – restorana gələn
həm yerli, həm də əcnəbi qonaqlara, çalınan musiqi
alətlərlə yanaşı, ifa olunan mahnıları özününkü kimi təqdim
edirdi.
Bir neçə dəqiqə keçəndən sonra alçaqboylu, sallaq
qarınlı, yekə sifətli, yekə ağızlı, qalın əyri burunlu, kobud
bənizli, 57 yaşlı Abram adlı bir yəhudi gəlib onlara yaxın-
laşdı və Sergeylə görüşərək qucaqlaşdı. Abram biznes işi
ilə məşğul idi və hər ay Stavropolun kurort şəhərlərinə qoz,
fındıq, şabalıd, badam, fıstıq, kişmiş gətirirdi. Son illər
onun biznesi yaxşı inkişaf etmişdi və o, həmin malları artıq
sifarişlə gətirirdi.
Sergey Abramla dörd il bundan əvvəl elə burada, Eduar-
dın dul qalmış bacısı Jannanın sayəsində tanış olmuşdu. O
vaxt həmin yəhudi erməni qadını ilə vətəndaş nigahında
yaşayırdı. Elə indi də onlar görüşən kimi Sergey ondan
Jannanı soruşdu. Abram əlini pəncərə ağzında qoyulmuş
masanın arxasında əyləşən iki qadına və iki kişiyə tərəf
uzatdı. Robert əmisi qızının burada olduğunu bilən kimi
qanı qaraldı və həmin tərəfə nəzər də salmadı. Sergey isə öz
məmnunluğunu gizlətmədi və bildirdi ki, bir azdan sonra
gedib tələbəsinin anası ilə görüşəcək. Bundan sonra biznes-
men artıq sorğu-sual etmədən onu rahat buraxdı və gəldiyi
yerə qayıtdı.
194
Hər şeyə diqqət yetirən rus pedaqoqu fikir verdi ki,
Robert gedib əmisi qızı ilə görüşmədi və istər-istəməz
bunun səbəbini soruşdu. Robert də bunu Jannanın danışdığı
ifadələrə fikir verməməsi ilə izah etdi.
Burada olan adamların bir çoxu Roberti yaxından
tanıyırdılar və imkan tapan kimi bəziləri gəlib onunla
görüşürdülər. Onlardan biri hündürboylu, iriqamətli, kobud
sifətli bir erməni acıqlı vəziyyətdə Robertə yaxınlaşıb,
sanki Sergey eşitsin deyə, rus dilində ciddi halda dedi:
- Edik, sənə olan hörmətin həddi-hüdudu var. Bizim
xalqımızın belə bir ağır gündə, hansısa bir türkün burada
olması, bizim qəzəbimizə səbəb olur. Məsləhət bilərdim ki,
həmin adamı buradan uzaqlaşdırasan. Yoxsa, arada böyük
narazılıq baş verər.
- Kimi nəzərdə tutursan? – deyə təəccübünü gizlətməyən
Robert erməni dilində soruşdu.
- Əlbəttə ki, türk qohumunu! – deyə həmin adam
tərəddüd etmədən dilləndi və gəldiyi yerə qayıtdı.
Bu ifadələrdən sonra pərt olan erməni nəzərləri ilə ətraf-
dakı masaları seyr etdi və axtardığı adamı Abramla əmisi
qızının yanında gördü. O, əvvəlcə bir neçə dəqiqə bundan
qabaq masasına yaxınlaşan həmin naməlum adamın yanına
yollanıb, nəyisə müzakirə etməyə başladı. Onların hərəkəti-
ni izləyən rus qonaq elə başa düşüdü ki, indi aralarında
Dostları ilə paylaş: |