207
- Akademik Aqambekyanın, yazıçı Zori Balayanın
qurduqları siyasət nəticəsində mənim kimilərin vətəni yoxa
çıxıbdır və mənim kimilər siqanlar kimi nabələd yollarda
çörək pulu axtarmaqla məşğuluq.
- Nəyə görə belə bir abstrakt fikir yürüdürsən? – deyə
Sergey onun fikiri ilə razılaşmadı. – Mən bir çox ölkələrdə
olmuş və oralarda kifayət qədər erməni milliyyətinin
nümayəndələrini görmüşəm. Məgər, onların heç birisinin
vətəni yoxdur? Bəs, Ermənistan necə, ora sənin vətənin
sayılmır?
- Birincisi, əvvəlki Ermənistandan heç bir əsər-əlamət
qalmayıbdır, ikincisi ora indi Köçəryan, Sarkisyan, Balayan
kimi quldurların vətənidir, üçüncüsü isə mən doğulduğum
yeri heç bir ölkəyə dəyişmərəm. Ona görə ki, ən xoş
günlərim doğulduğum şəhərdə, böyüyüb-başa çatdığım
məhəllədə keçibdir.
- SSRİ dağılandan sonra təkcə ermənilər yox, bir çox
millətlər oradan çıxıb gediblər. – həmsöhbətindən söz al-
mağa çalışan ziyalı istehza ilə dilləndi. – Kim nə bilir, bəl-
kə də həmin məhəllədən heç bir əsər-əlamət qalmayıbdır.
- İnanırsınız, həmin dövrdə biz ayrıseçkiliyin nə olduğu-
nu bilmirdik. – deyə Artur yenə də ətrafına nəzər salaraq
asta səslə dilləndi. – Bizim məhəllədə rus, erməni, yəhudi,
kürd, ləzgi, gürcü, ukraynalı, yunan və digər millətlər
208
qardaş kimi yaşayırdı. Biz hamımız xeyir və şərdə bir yerdə
olmuşuq. Lakin iş elə gətirdi ki, araya nifaq salındı və biz
öz ocaqlarımızdan didərgin düşdük. Nazim deyir ki, digər
millətlər hələ də oradadırlar və əvvəlki kimi bir-birilərilə
qardaş kimi mehribandırlar.
- Yaxşı bəs, azərbaycanlılar mono millət kimi yaşamır-
lar? – deyə Sergey maraqlandı.
- Sizə dedim axı, onlar hələ də bir yerdə yaşayırlar. –
deyə Artur bezikmiş halda cavab verdi.
Elə bu vaxt Sergey yerindəcə donub qaldı və həmin an
Eduardın dediklərini yada saldı: o, deyirdi ki, Azərbaycan-
da öz millətindən başqa heç kim yaşamır və ora dünyadan
izolə edilmiş bir ölkədir. Kim ki, orada kök salıb yaşamaq
istəyir, həmin adam müəyyən müddətdən sonra fiziki
cəhətcən məhv edilir.
- Bakı haqqında məndə məlumatlar tamamilə başqa cür
idi. – deyə rus ziyalısı məyus halda dilləndi.
- Mən çox şadam ki, gec də olsa siz həqiqəti eşitməyə
başladınız. – deyə Abram ehtiramla dilləndi. – Elə erməni
millətçiləri və ekstremistlərinin ucbatından Artur kimi
evindən qovulan ermənilərin sayı həddindən çoxdur.
- Hörmətli qonaq, şəxsən mən, bir gün də olsa belə
doğulduğum şəhərə, yaşadığım məhəlləyə getmək, oradakı
qonşularla ünsiyyət qurmaqdan ötrü topladığım varidatı
209
qurban verməyə hazıram. – kədərlə dillənən Arturun gözlə-
ri doldu və o, baxışlarını rus ziyalısından ayırmadan tələsik
halda sözünə əlavə etdi. – Bilirsiniz nəyə görə? Ona görə
ki, mən başqa yerdə Bakıdakı kimi xoşbəxt ola bilmirəm.
Mən deyərdim, Bakı dünyada yeganə şəhərdir ki, milliyyə-
tindən, dinindən, irqindən asılı olmayaraq hər bir kəs orada
özünü doğma kimi hiss edir və bir-birilərinə can deyib, can
eşidirlər.
- Şəxsən sənin zəkana, daxildəki ülvi hisslərinə qibtə
edirəm. – aranın qızışmasını istəməyən Sergey səmimiyyət-
lə dilləndi. - Qafqaz qonaqpərvərliyi bütün Avropaya
yayılmaqdadır. Kaş hamı sizin kimi mehriban olaydı.
- Təəssüflər olsun ki, müharibədən əvvəl siz bizim
məhəllədə olmamısınız. – gözləri dərddən yaşaran Bakı
ermənisi başını yellədərək məyus halda dilləndi. – Orada
yaşayan zaman biz bilməmişik kim ermənidir, kim isə
azərbaycanlı. Yalnız Qorbaçovun çirkin siyasəti bizim
millətlərin arasına nifaq saldı. Ekstremistlər isə onun
“yenidənqurması”ndan məharətlə istifadə etdilər. Qardaşca-
sına yaşayan iki millət bir-birilərinə düşmən kəsildilər.
- Əziz dostum, sən yaxşı bilirsən ki, daimi yaşamaq üçün
Sankt-Peterburqda mənim evim var. – balıq qızartması
yeyən Abram əlini salfetka ilə silib səmimiyyətlə dilləndi. –
Ürəyimə danıb ki, haçansa həmin ev mənim əlimdən
210
çıxacaq. Ona görə ki, millətçilik çağırışları və çıxışları
Rusiyada günü-gündən artır. Bu ölkədə mən təhlükəsiz
yaşamağıma əmin deyiləm.
- Abram, bu sənin üçün problem törədirsə, sən İsrailə
köçə bilərsən. – deyə Artur məsləhət verməli oldu. – İsrail
regionda çox qüdrətli dövlətdir və vətəndaşlıq alan hər bir
soydaşına yaşamaq üçün çox əlverişli şərait yaradır.
- Bizim ölkə qüdrətli dövlət olsa da, orada yaşamaq heç
də təhlükəsiz sayılmır. – deyə Abram məyus halda dilləndi.
– Hər bir dövlət sərhəd qonşuları ilə sülh və əminamanlıq
şəraitində yaşamalıdır. Amma belə getsə, yaxın bir neçə
ildə Ərəb ölkələri ilə növbəti böyük müharibə başlanacaq
və həmin müharibədə qələbə çalmağımız sual altında qalır.
Əziz dostum, həm bunu nəzərə alaraq, həm də tarixin
səhifələrini vərəqləyərkən belə qərara aldım ki, ahıl yaşımı
yəhudilər üçün ən təhlükəsiz olan bir məkanda keçirim.
Hamı bilir ki, qədimdən başlayaraq bizim millət qədim
misirlilər, romalılar, yunanlar, ərəblər, bizanslılar, ispanlar,
portuqallar, fransızlar, almanlar, rusların və digər millət-
lərin yaşadıqları ölkələrdə fiziki cəhətcən məhv edilibdir.
Lakin Azərbaycanda yəhudilər belə bir diskriminasiya hələ
də ilə üzləşməyiblər. Mən, azərbaycanlıların həm qonaq-
pərvərliyini, sülhpərvərliyini, həm də tolerantlığını nəzərə
alıb yəhudilərin kompakt yaşadığı Quba rayonunda özümə
Dostları ilə paylaş: |