  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə46/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

                                                     

 

  



                                                                            

                                                    

169 

Hündür  olmayan  dağların  arası  ilə  burulan  yol  əsasən, 



meşəlik  ərazidən  keçirdi  və  burada  da  görmək  olurdu  ki,  bu 

ərazilərdə  də  ağaclar  kütləvi  şəkildə  kəsilərək,  bərbad  hala 

salınmışdı. Robert doğma kəndinə daxil olan kimi heç bir yerdə 

dayanmadan bir başa doğulduğu evə getdi. 

 

Birmərtəbəli evin həyətini baxımsızlıqdan kol-kos basmışdı. 



həyətin  hasarı  demək  olar  ki,  yox  idi.  Evin  qapısının  qıfılı 

sındırılmışdı.  Pəncərələrin  şüşəsi  o  qədər  toz  basmışdı  ki, 

Günəşin şəfəqi tutqun halda içərini işıqlandırırdı. Arakəsmələr 

və  pəncərələrin  ağzını  hörümçək  toru  örtmüşdü.  İçəri  demək 

olar  ki,  alt-üst  olmuşdu.  Otaqlarda  quru  torpaq  döşəmədən, 

sınıq-salxaq  tavandan  başqa  heç  nə  qalmamışdı,  elektrik 

naqilləri isə tamamilə çıxarılaraq aparılmışdı. Hirsini daxilində 

birtəhər  boğan  Robert,  istər-istəməz  hər  şeyi  burada  çalışan 

əcnəbilərin boynuna yıxdı ki, qonaq yanında biabır olmasın.  

Özünü rus qonağının yanında qeyrətli oğlan kimi aparmağa 

çalışan  Robert  anasının  burada  olmadığını  görəndə  pərt  oldu. 

Evdəki vəziyyətdən hiss etdi ki, anası ən azı altı aydır burada 

yoxdur. Qonşulardan anasının harada olduğunu soruşanda ona 

izah  edirlər  ki,  arvad  həddindən  artıq  qocalmış  və  sərbəst 

hərəkət  edə  bilmədiyindən  onu  İrəvanda  yerləşən  “qocalar 

evinə”  aparıblar.  Təəccübləndirilən  hal  o  idi  ki,  bu  haqda 

Robert məlumatlandırılmamışdı.

 

Sergey Qarakənd kəndində olarkən buranın təbiətinə heyran 



qalmışdı.  Ona  görə  ki,  həm  kəndin  özü,  həm  də  kəndin  ətrafı 

sıx yaşıllıqla örtülmüşdü. Dağlı-təpəli  yüksəkliklər qalın meşə 




                                                     

 

  



                                                                            

                                                    

170 

altında  qalmış,  kənddə  isə  meyvə  bağları  və  üzümlüklər 



salınmışdı.  Buranın  yerli  camaatı  həddindən  artıq  az  olsa  da, 

onlar  əsasən  burada  qalan  qonaqların  hesabına  qazanc  əldə 

edirdilər.  Hərbçilərdən  başqa  həmin  yaşayış  məskənində  bir 

çox  taxta  alverçilərinin  və  ətraf  ərazilərdə  arxeologiya 

qazıntıları  ilə  məşğul  olan  mütəxəssislər  qalırdı.  Onların 

arasında  postsovet  məkanından  kənarda  yerləşən  ölkələrdən 

gələnlər də vardı. Əlbəttə ki, buradakı camaat həmin adamlarla 

ünsiyyət yaradıb, onları azərbaycanlılarla bağlı yanlış məlumat-

larla təchiz edirdilər. 

 

Qaradağlıya  nisbətən  buradakı  qonşular  Robertin  qarşısına 



yaxşı çıxdılar. İş ondadır ki, burada onu qəhrəman atanın oğlu  

kimi  qəbul  edirdilər.  Bu  ailənin  iki  üzvü  müharibə  zamanı 

döyüşlərdə öldürüldüyünə görə onlar xüsusi imtiyazlara malik 

idilər.


 

Başqa  kəndlərdə  olduğu  kimi  burada  da  yaşlı  adamlar 

qalmışdılar.  Onlar  ev-eşiklərinə  bağlı  olduqlarından  buradan 

uzaqlaşmırdılar.  Rusiyanın  bir  çox  bölgələrində  məskunlaşan 

övladlar,  qazandıqları  pulların  cüzi  bir  hissəsini  vaxtaşırı 

valideynlərinə göndərirdilər ki, onlar acından ölməsinlər. 

 

Robert fikirini dağıtmaq və təbiətin qoynunda kabab yemək 



üçün  qonağı  ilə  birlikdə  kəndin  məşhur  Çinarlıq  deyilən  yerə 

getdi. Orada böyük olmayan bir kafe tikilmişdi. Hava bir qədər 

soyuq  olduğundan  gələn  müştərilər  içəriyə  doluşurdu,  lakin 

açıq havada qoyulan masanın birində də müştərilər vardı. 

 



                                                     

 

  



                                                                            

                                                    

171 

Sergey içəri  girəndə bayırda əyləşənlərlə görüşdü və gördü 



ki, üç nəfərdən biri slavyan quruluşlu adamdır. İçəridə olan 10 

nəfərdən  yeddisi  hərbi  geyimdə  olan  saqqallı  yaraqlılar  idi  və 

onlar Roberti görən kimi kin-küdurətlə ona tərəf nəzər salmağa 

başladılar. Onlara bəlli  idi ki, Robert  yerli  adamdır və burada 

ev-eşiyi  olduğu  halda  o,  buranın  sakinləri  ilə  həmrəy  olub, 

kəndin  abadlıq  işlərində  və  təsərrüfatın  inkişaf  etdirilməsində 

əməli  fəaliyyət  göstərmirdi.  Həmin  hərbçilər  Rusiyadan  gələn 

erməniyə qorxaq kimi baxırdılar və əmin idilər ki, o, gələcəkdə 

başlanacaq  döyüş  əməliyyatlarından  ehtiyat  etdiyindən  doğma 

ocağını  tərk  etmişdi.  Necə  olsa  da  cəbhə  xətti  Qarakənd 

kəndindən o qədər də uzaqda yerləşmirdi. 

 

 



 

 

 



 

      



XV fəsil. Qarabağdakı faktlar ermənilərin  

  dediklərinin tam əksindən xəbər verir 

 

 



Sergey  Rusiyadan  olan  Vladimir  adlı  soydaşı  ilə  burada 

rastlaşdığından çox məmnun oldu, lakin həmin görüş Robertin 

ürəyindən olmadı. Vladimirə üz verməyən və onunla bir kəlmə 

də  kəsmək  istəməyən,  kinli  baxışlarını  ona  tərəf  yönəldən 

erməni  həmin  an  gətirdiyi  qonağı  götürüb  buradan  bir  qədər 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə