89
- Mən, çox təəssüflənirəm. – deyə gənc alim üzrxahlıqla
dilləndi və bir qədər ara verəndən sonra ehtiramla soruşdu.
- Səhv etmirəmsə, Martuni Şuşaya yaxın olan bir yerdədir?
- Sizin “Artsax” barəsində məlumatınız var? – deyə
erməni təəccübləndi.
- “Artsax” haradır? – deyə rus alimi çaşqınlıqla soruşdu.
- Türklərin adlandırdığı Qarabağı deyirəm. Qədimdən
ora “Artsax” kimi tanınır.
- Qismən də olsa, mən həmin ərazi barəsində məlumat-
lıyam! – deyə tarixçi tərəddüd etmədən dilləndi. - Ona görə
ki, mən tarixçiyəm. Amma mən oranı Qarabağ kimi
tanıyıram.
- Hörmətli tarixçi, bu türklərin uydurmasıdır və onlar
bütün bizim məskənlərimizə, özlərinin iyrənc adlarını
veriblər. Dünyada yayılan bizim kitablarda Qarabağ adlı
bölgə yoxdur.
- 80-ci illərin sonunda mən, öz işimlə əlaqədar Azərbay-
canın bir neçə bölgəsində, - deyə ev sahibi dilləndi. - əsasən
də Qarabağ və ona bitişik olan rayonlarda, o cümlədən
Ağız mağarasında da olmuşam. – sonra o, bir qədər ara
verib, maraqlandıran suallara cavab tapmaq üçün təmkinlə
soruşdu. – Deyirsən, kəndiniz işğal olundu və dinc əhali
arasında ölənlər də var?
90
- Xocalıda, Şuşada, Laçında öldürülən soydaşlarımızın
sayı minlərlədir. – deyə yalan informasiya verdiyinə görə
azacıq olsun xəcalət hissi keçirməyən Eduard kövrəlmiş
halda dilləndi. – Bir bacım Bakıda ailəsi ilə birlikdə girov
saxlanır, ikinci bacım Sumqayıtda baş verən iğtişaşlar
zamanı türklər tərəfindən zorlanıb, əri isə vəhşiliklə
öldürülübdür. Qonşu kənddə yaşamış qardaşım ağır
işgəncələrlə soydaşlarımızın gözü qarşısında edam edilib-
dir, əmim isə kiçik oğlu ilə birlikdə yaşadıqları evin
içərisində diri-diri yandırılıblar. Başımıza gələn müsibəti
kimə danışım ki, türklər öz cəzalarına çatsınlar?
- Tam əmin ola bilərsən heç bir şey cəzasız qalmır. –
deyə Sergey erməniyə təsəlli verdi. – Bu cinayətdə əli olan
adamın hər biri tutduğu vəzifədən asılı olmayaraq, ədalət
məhkəməsində cavab verməli olacaq. Amma bir şey mənə
qaranlıq görünür, səhv etmirəmsə, keçən ayın əvvəlində
aranızda baş verən münaqişədə atəşkəs əldə olunubdur?
Atəşkəs olan təqdirdə adamlar necə öldürülə bilər?
- Hansı atəşkəsdən söhbət gedir? Həmin atəşkəs kağız
üzərindədir. Türklər demək olar ki, ardı-arası kəsilmədən
bizim yaşayış məntəqələrimizə hücum çəkib, millətimizi
məhv edirlər. Bu münaqişə bir il də davam etsə, onda
erməni torpaqlarında bir nəfər də olsun, erməni millətinin
nümayəndəsi qalmayacaq.
91
- Edik, sənin dediklərin mənim üçün qəribə görünür.
Mən, SSRİ dağılmamışdan əvvəl Qafqazın cənubunda olan
hər üç respublikada olmuşam və azərbaycanlıların nə
dərəcədə qonaqpərvər olmasının şahidiyəm. İndi dediklə-
rindən belə çıxır ki, onlar yüz illər çiyin-çiyinə yaşayan bir
millətə qarşı qəddarlıq və amansızlıq nümayiş etdirirlər.
- Əzizim Sergey Vladimiroviç, bağışlayın məni, siz
Qafqaz türklərinin siyasətindən bixəbərsiniz. Nə qədər ki,
SSRİ mövcud idi, onlar qorxudan şirin dillərini işə salıb
bütün xristianlara yaltaqlanırdılar. Elə ki, həmin respublika
ayrıldı, onlar 360 dərəcədə dəyişərək, həmin ərazidə
yaşayan bütün xristianlara qarşı zor tətbiq etməyə başla-
dılar. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdən nəinki
erməni və gürcülər, o cümlədən, rus və ukrainlər də
qovuldu.
- Hələ də inana bilmirəm ki, insanlar bu dərəcədə dəyişə
bilsinlər? Ola bilsin, bu məsələyə dini siyasət mühüm təsir
göstəribdir. Yoxsa, mən azərbaycanlıları ən mehriban,
istiqanlı, qonaqpərvər bir millət kimi tanıyırdım.
- Mənim söylədiklərimi yoxlamaq üçün siz bir daha
həmin əraziyə baş çəkməlisiniz. Sağ-salamat qayıtmağınıza
heç bir möhlət yoxdur. Ən yaxşı halda sizi bir xristian kimi
əzişdirib, yarışikəst halda Rusiyaya göndərəcəklər. – sonra
dələduz kişi özünü daha da məzlum göstərmək üçün kövrək
92
halda sözünə davam etdi. – Bayaq dediyim kimi elə
bacımın ərini də orada öldürdülər, o biri bacım isə Bakıda
girov saxlanılır.
Hər hansı bir insanı aldatmaqda mahir usta olan Eduard
söylədiyi sözlərə həqiqət donu geydirmək üçün ağlamağa
başladı. Kənarda gül-çiçəklərlə oynayan uşaq atasının
ağladığını görən kimi cəld onun qucağına mindi. Bu hərə-
kət onun ssenarisinə uyğun edilirdi ki, əks tərəfdəki adam-
ların onlara yazığı gəlsin.
Təbiətən ürəyiyumşaq olan Sergey hiyləgər erməninin
kövrəlməsinə tab gətirməyib, onun üçün su gətirdi və
Eduardın sakitləşdiyini görən kimi sözə başladı. O, qarşı-
sındakı adamın belə bir acınacaqlı vəziyyətə düşdüyündən
qəzəblənərək, əsəbi halda dedi:
- Həqiqətən də sənin başın bəlalar çəkibdir, ailəniz isə
böyük faciə ilə üzləşibdir. Mənim başsağlığımı qəbul et.
İnsan üçün bundan ağır müsibətlər ola bilməz. Etiraf
etməliyəm ki, azərbaycanlıların bu dərəcədə azğınlaşmasını
mən təsəvvürümə belə gətirə bilmirəm.
Bəs, orada olan rus hərbi bölmələri nə ilə məşğuldurlar?
Onlar görmürlər ki, həmin münaqişədə heç bir günahı
olmayan dinc əhali qırılır?
- Rus hərbçiləri lazımi şəkildə bizə kömək edə bilmirlər.
– deyə özünü yazıq göstərən erməni yenə də kövrək halda
Dostları ilə paylaş: |