93
dilləndi. - Ona görə ki, rus hərbi birləşmələri Elçibəyin
təkidi ilə həmin ərazidən çıxarılıbdır. Oradakı yerli türklərə
Osmanlı Türkiyəsi, xristian dünyasının qatı düşmənlərindən
sayılan İranın dini fanatiklərdən ibarət olan islamçı qoşun-
ları arxa durur. Hamı bilir ki, müsəlmanlar dini qardaşlarını
qoyub biz xristianlara kömək etməyəcəklər.
Sergey bir tarixçi kimi gördü ki, məzlum vəziyyətində
olan erməni primitiv tarixi terminlərindən istifadə edir.
Azərbaycanda yaşayan yerli əhalini türk, Türk Cümhuriy-
yətini isə Osmanlı Türkiyəsi adlandırır. Lakin onda olan
məlumata əsasən, nə Türkiyə, nə də ki, İran öz ordusunu
münaqişə ocağına göndərməyibdir. Sadəcə olaraq həmin
regionda öz maraqlarını güdən Rusiya onların belə bir
müdaxiləsinə imkan verməz. Son aylar isə eşitdiyi o idi ki,
ermənilər Qarabağda olan bir neçə məntəqəni ələ keçiriblər.
Çünki bu münasibətlə Sankt-Peterbuqda olan erməni
diasporası və universitetdə işləyən ermənilər hər hansı bir
yaşayış məntəqəsi ələ keçirilən kimi ziyafətlər təşkil
edirdilər.
Rus ziyalısı onların ac olduğunu duyub həyat yoldaşın-
dan yemək hazırlamasını xahiş etdi və dərhal mətləbə
keçərək dedi:
- Eduard, sənin ailən necə, sağ-salamatdırlar?
- Sergey Petroviç, inanırsınız...
94
- Mən, Sergey Vladimiroviçəm. – deyə ziyalı düzəliş
verdi.
- Sergey Vladimiroviç, inanırsınız, mən onları gücbəla
ilə ölümün pəncəsindən xilas edə bilmişəm. Anam və
arvadım bir yaşlı Karmen qızımla, Stavropoldakı həmyerli-
mizin evindədirlər və imkansızlıqdan, dilənçi yaşayışından
beziblər.
- Yaxşı, bəs nəyə görə Stavropolda qalmadın? – deyə
Sergey maraqlandı.
- Ona görə ki, “Artsax”dan qaçan bütün ermənilər həmin
diyarda məskunlaşıblar. Sağ olsun yerli əhali, onlar əllərin-
dən gələn köməkliyi bizdən əsirgəmirlər. Stavropolun
yaşayış məntəqələrində demək olar ki, boş yer qalmayıbdır.
- Yaxşı, bəs nəyə görə Sankt-Peterburqa pənah gətirdin?
- Ona görə ki, bura türk torpaqlarından xeyli uzaqdır və
mən ailəmlə birlikdə təhlükəsiz şəraitdə yaşamaq istəyirəm.
Tale bizi həddindən artıq ağır sınaqlara çəkdi və bundan
sonra mən bir daha həmin zülmlə, dəhşətli qətllərlə,
amansız işgəncələrlə üzləşmək istəmirəm. – elə həmin an o,
heç bir şeydən ar etmədən ziyalının ayaqları altına yıxılıb
yalvarışla sözlərinə davam etdi. – Sergey Vladimiroviç, bir
xristian kimi mənə yazığınız gəlsin, bizə kömək edin.
Qoymayın bütöv bir ailə faciə nəticəsində məhv olsun.
95
- Qalx ayağa, aybdır axı. – deyə ziyalı özünü alçaldan
ermənini qolundan tutub ayağa qaldırmaq istədi.
- Ömrüm boyu sizin qulunuz olaram, – deyə o, hələ də
ziyalının ayaqlarını qucaqlayaraq ayağa qalxmaq istəmədi.
– insan kimi yaşamaq üçün bizə heç olmasa it damxası
verin. Hamımız qabağınızda qul olarıq.
Elə bu vaxt Sergeyin həyat yoldaşı bayıra çıxıb ermənini
sakitləşdirməyə çalışdı. Çünki o, yuxarıdan onların
danışıqlarını izləmiş və vəziyyətdən hali idi. Kövrək qadın
da kömək edəcəyini söz verərək, ermənini qaldırmağa
müvəffəq oldu. Qorxuya düşən uşaq ağlaya-ağlaya atasının
boynuna sarıldı.
Ər-arvad çıxılmaz vəziyyətdə qaldıqları üçün yerlərində
donub qalmışdılar. Belə məqamda onlar nə edəcəklərini
əvvəlcədən müəyyənləşdirə bilmədilər. Qadın əsasən,
uşağın ac olduğunu başa düşüb, hazırladığı yeməyi gətirə-
cəyini bildirdi.
Nina bişirdiyi borşu süfrəyə gətirib, qabları doldurdu.
Daim çox yeməyi xoşlayan Eduard bir qab yeyəndən sonra
tox olduğunu nümayiş etdirdi. Halbuki o, tam doymamış,
özünü acgöz kimi göstərməmək üçün birtəhər nəfsini
boğmağa çalışdı. Qaçqın erməni Elizabetə yemək yedizdir-
məyə kömək etmək istəyəndə, uşaq borşdan imtina edib,
masa üzərində olan şirniyyata əl atdı.
96
Sergey həyat yoldaşı ilə birlikdə xeyli fikirləşəndən
sonra ermənilərə sığınacaq verməyi qərara aldı. Ümumi
razılaşmaya görə cavan ailəyə mənsub olan 8 sot torpağın
iki sotu, müvəqqəti olaraq həmin ailəyə verilirdi. Pedaqo-
qun, sözün əsl mənasında “qaçqın düşən” həmin ailəyə
yazığı gəlmişdi.
Xristian dininə mənsub olan “qaçqın” ailəsinə kömək
etmək, cəmiyyətdə müsbət reaksiya ilə qarşılanmalı idi.
Necə olsa da o, böyük bir ali təhsil ocağında dərs deyir və
xeyirxah hərəkətinə görə həmin tədris ocağının rəhbərliyi
onu mükafatlandırmağa məcbur olacaq.
Eduard özü üçün göydən düşmə qərarı eşidən kimi
yaltaqcasına dedi:
- Sergey Vladimiroviç, siz əsl xristian kimi qərar verdi-
niz. Bu xeyirxah əməl ilə siz təkcə bizə yox, ümumilikdə
erməni xalqına kömək edirsiniz. Ona görə ki, siz bizi
türklərin əlindən qurtardınız və bununla da bizdə nəsil
artırmağa böyük bir şans yaranır.
- Sən ailənin yanına qayıdıb, təxminən iki aydan sonra
bura gələrsən. – deyə pedaqoq təmkinlə dilləndi və sevinc
içərisində olan erməninin söz demək istədiyini görüb, əlinin
işarəsi ilə onu sakitliyə dəvət etdi və həmin tərzdə sözünə
davam etdi. – Bu müddət ərzində mən sizə ailə qarışıq
ikiotaqlı ev tikdirəcəm və dövlət tərəfindən ev ilə təmin
Dostları ilə paylaş: |