  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə28/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

                                                     

 

  



                                                                            

                                                    

107 

diqqət  yetirən  Nizami  qızın  baxışlarından  və  hərəkətlərindən 



hiss  edirdi  ki,  gələcəyin  jurnalisti  onunla  tanış  olmaq  üçün 

əlverişli  zəmin  yaradır.  Lakin  azərbaycanlı  tələbə  utandığın-

dan  və  başqa  oğlanları  onun  yanında  gördüyündən,  qıza 

yaxınlaşmağa  cürət  etmirdi.  İndi  isə  Aleksandr  həmin  qızın 

yanında hərlənir və artıq bir neçə dəfə onu evlərinə ötürməyə 

müvəffəq olmuşdu.  

 

 

 



 

 

     X fəsil. Hiyləgərlikdə dayısından geri  

                qalmayan tələbə qız 

 

Günlərin  bir  günü  Nizami  fasilə  zamanı  universitetin 



dəhlizində Aleksandrla görüşür və bir neçə dəqiqəlik söhbət-

dən sonra həmin naməlum qız barəsində söhbət açır. Gözlənil-

məz  olsa  da,  rus  tələbə  vurğulayır  ki,  Raisa  adlı  həmin  qız 

onun  sevgilisidir  və  onlar  diplom  alandan  bir  neçə  ay  sonra 

evlənəcəklər.  Aleksandr  bu  haqda  məlumat  verəndə  Nizami-

nin əhval-ruhiyyəsi bir qədər dəyişdi, sanki o, həmin izdivac-

dan  narazı  idi.  Onlar  bir  neçə  dəqiqə  söhbət  edəndən  sonra 

Nizami başa düşdü ki, qızın bəzi təkəbbürlü hərəkətləri, ətraf-

dakı imkansız tələbələrə yuxarıdan aşağı baxması, imkanlılara 



                                                     

 

  



                                                                            

                                                    

108 

yaltaqlanması  rus  tələbəsinin  xoşuna  gəlmir  və  buna  görə 



onların arasında tez-tez mübahisələr olurdu.  

- Nizami, bilirsən mən səninlə nəyə görə xoş münasibətdə-

yəm?  –  deyə  eynəkli  tələbə  azərbaycanlı  tələbəyə  sualedici 

nəzər saldı. – Ona görə ki, sən çox sadə, təmkinli və mədəni 

bir  adamsan.  Atamın  sənin  kimi  tələbələrdən  xoşu  gəlir  və 

universiteti bitirməkdə daim köməklik göstərir. 

- Saşa, mənim də təkəbbürlü adamlardan xoşum gəlmir və 

aldığım tərbiyəyə  əsasən kimliyindən  asılı  olmayaraq hər bir 

şəxsə  hörmətlə  yanaşmalıyam.  –  deyə  Nizami  bu  məsələ  ilə 

bağlı subyektiv fikirini bildirdi. 

-  Elə  mənim  özüm  də  təbiətən  humanist  adamam  və 

istəmərəm  kimsə-kiminsə  xətrinə  dəysin.  Raisanın  taleyi  çox 

acınacaqlıdır və o, elə zənn edir ki, daim həyatdan ağır zərbə-

lər  alacaq.  Ona  görə  də  o,  ətrafdakılara  bir  qədər  şübhə  ilə 

yanaşır. Amma onu da deyim ki, Raisa jurnalistika sahəsində 

mühüm  addımlar  atır  və  onun  mətbuat  orqanlarında  dərc 

etdirdiyi  məqalələr  həddindən  artıq  xüsusi  əhəmiyyət  kəsb 

etdiyindən kafedrada ona böyük dəstək olunur. 

- Dostum, sirr deyilsə, deyə bilərsən o, haradandır və hansı 

millətin nümayəndəsidir? – azərbaycanlı tələbə maraqlandı. 

-  Raisa  ermənidir  və  səhv  etmirəmsə  o,  Bakıdan  və  ya  da 

Sumqayıtdandır.  –  Aleksandr  tərəddüd  etmədən  dilləndi  və 

həmsöhbətinə qəribə bir nəzər salaraq qətiyyətsiz halda dillən-

di. – Mən onun bir çox məqalələrini nəzərdən keçirmiş və hiss 




                                                     

 

  



                                                                            

                                                    

109 

etmişəm ki, o, Qarabağ münaqişəsinin birdəfəlik həll olunma-



sı istiqamətində mühüm addımların atılmasını arzulayır. 

- Onda denən ki, sənin rəfiqən bizim millətə qarşı düşmən-

çilik  mövqeyi  bəsləyir.  –  deyə  Nizaminin  əhval-ruhiyyəsi 

pozuldu.  –  Elə  adamlar  heç  vaxt  iki  millət  arasında  yaranan 

münaqişə  barəsində  obyektiv  məqalələr  yaza  bilməz.  Raisa 

kimilər  mütləq  öz maraqlarını  nəzərə  alıb  cəfəngiyyatla  dolu 

olan fikirlərini ortaya qoymalıdırlar.  

-  Sənə  bir  məsləhət  verim,  yadda  saxla,  tanımadığın  bir 

adam  haqqında  heç  vaxt  abstrakt  fikir  söyləmə.  Raisa  çox 

prinsipial və öz işini  yaxşı  bilən bir adamdır. Burada kifayət 

qədər azərbaycanlı tələbələr var ki, o, onların hamısı ilə yaxşı 

münasibətdədir.  Qarabağ  münaqişəsi  ilə  yazılarında  isə  o, 

ədaləti  tapıb  üzə  çıxarmaq  istəyir.  Raisa  çox  maraqlı  bir 

jurnalistdir,  sən  onunla  tanış  olsan,  onda  bilərsən  necə 

adamdır.  

-  Nə  deyirəm  ki,  bir  gün  vaxt  tapıb  şəhərdə  bir  yerdə 

görüşək, ondan sonra bilərəm onun xasiyyəti necədir.  

-  Mənə  elə  gəlir,  həmin  tanışlıq  hər  ikinizə xeyir  verəcək. 

Necə  olsa  da  sən  gələcəyin  tarixçisisən  və  müasir  araşdırma 

işlərində Raisa kimi prinsipial jurnalist, sənin işlərinə mühüm 

təkan verə bilər.  

Belə  bir  təklifin  özü  üçün  göydən  düşmə  olduğunu  zənn 

edən  Nizami  tərəddüd  etmədən  qız  ilə  əyani  surətdə  tanış 

olmaqdan  ötrü  həftənin  sonu  görüş  yerini  təyin  etdi.  Alek-




                                                     

 

  



                                                                            

                                                    

110 

sandr elə etməliydi ki, guya həmin tanışlıq təsadüf nəticəsində 



baş verəcək. 

Bazar  günü  onların  hər  üçü  Neva  prospektində  yerləşən 

Kolizey  kinoteatrına  bitişik  olan  kafedə  görüşməliydilər. 

Prospekt ilə hərəkət edən Aleksandrla Raisa kafeyə yaxınlaşıb 

orada nahar etmək istəyirlər, amma yer olmadığını görüb geri 

qayıtmağa  çalışdılar.  Bu  vaxt  Nizami  onları  görüb  əyləşdiyi 

masaya dəvət edir. Beləliklə, onlar tanış olurlar.  

Nizami  orada  öyrənir  ki,  Raisa  həqiqətən  də  əslən 

Sumqayıtdan olan ermənidir və uzun müddət ailəsi ilə birlikdə 

Stavropol  diyarının  Pyatiqorsk  şəhərində  yaşayıb.  Nizaminin 

azərbaycanlı, Raisanın erməni olması cavanları heç də narahat 

etmədi. Onlar birinci görüşdən bir-birilərilə elə ünsiyyət qur-

dular ki, sanki aralarında bir neçə il idi ki, dostluq münasibəti 

yaranıbdır.  

Aleksandr  onların  arasında  yaranan  xoş  münasibəti  görüb 

həvəslə dedi: 

-  Əziz dostlar, kənardan  baxan olsa sizə  yalnız qibtə edər. 

Ona görə ki, siz əsl qafqazlı həmrəyliyi nümayiş etdirirsiniz. 

Arada Qarabağla yaranmış düşmənçilik olmasa, siz dünyanın 

ən mehriban millətləri sayılarsınız.  

-  Mən  siyasətlə  məşğul  olmasam  da  dəqiq  bilirəm,  -  deyə 

Nizami  başını  təəssüflə  tərpədərək  məyus  halda  dilləndi.  - 

bütün  bu  hoqqanı  özlərinə  divident  qazandırmağa  çalışan 

karyerist siyasətçiləri çıxarıblar ki, Qafqazda uzun illər qeyri-

stabillik hökm sürsün və hamımız onların çirkin siyasətindən 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə