  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə43/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   39   40   41   42   43   44   45   46   ...   113

                                                     

 

  



                                                                            

                                                    

158 

İndi XXI əsrdir, lakin buradakı insanlar erkən orta əsrlərdə 



Avropa və yaxın Şərq ölkələrində hökm sürən vəhşı qanunlar-

la yaşayırlar? Halbuki Eduard erməni katolikoslarının xristian 

dəyərlərinə  necə  söykəndiyini  və  Qafqazda  xristianlığı  necə 

təbliğ  etdiyini  dəfələrlə  vurğulamışdır.  Başa  düşə  bilmirəm, 

kilsə insanlığa sığmayan belə bir vəhşiliyi, belə bir vandalizm 

aktlarını necə dəstəkləyə bilər?  

Bütün bunları öz daxilində götür-qoy edən rus ziyalısı əsas 

məsələyə aydınlıq gətirmək üçün diplomatcasına dedi: 

-  Bəzən elə hallar olur ki,  insan bir dəfə faciə ilə üzləşən-

dən  sonra  uzun  müddət  özünə  gələ  bilmir  və  məcburi  halda 

hər şeyi yenidən başlamaq üçün o, yaşadığı məkanı dəyişməli 

olur.   


- Nəyi nəzərdə tutursan? 

-  Dediyim  odur  ki,  bu  kənd  azərbaycanlıların  işğalına 

məruz  qalanda,  Edikin  evi  dağıdılmış  və  onlar  canlarını 

qurtarmaq  üçün  buradan  qaçmışdılar.  Yoxsa,  onlar  da  başqa 

öldürülən qohumları kimi məhv edilərdilər.  

- Bu məlumat səndə haradan?  

- Edik söyləyibdir. 

- Bu adam nə qədər yalan danışarmış? – deyə vəcdə gələn 

zabit  təəccübünü  gizlətmədi  və  aydınlıq  gətirmək  üçün 

səbirsizliklə sözünə davam etdi. – Əziz müəllim, yadda saxla 

ki,  başqa  kəndlərə  nisbətən  Qaradağlıda  türklər  böyük 

üstünlük  təşkil  edirdi.  Bir  dəfə  hücum  təşkil  edən  kimi 

bizimkilər  buranı  türklərdən  təmizlədi  və  o  vaxtdan  bu  kənd 



                                                     

 

  



                                                                            

                                                    

159 

bizim əlimizdədir. Onu da bildirim ki, türklər buradan qaçan 



kimi Edik ailəsi ilə birlikdə beş-altı qonşusunun torpağını zəbt 

edərək, həmin ərazini sənədləşdirməyə çalışmışdır. 

Məhz  bu  sözlərdən  sonra  Sergey  heç  bir  söz  demədən 

yerindəcə  donub  qaldı.  Robert  zabitin  sözlərini  eşitdikcə, 

utandığından  xəcalət  çəkirdi.  Necə  olsa  da  onun  əmisi 

oğlunun  bütün  iftiralarının  üstü  açılırdı.  Eduardın  haqqında 

danışan  həmin  millətçi  zabit,  hərdənbir  onu  söyüb  təhqir  də 

edirdi.  

Artıq  Sergey  yavaş-yavaş  başa  düşdü  ki,  söhbət  nədən 

gedir və Eduardın nə dərəcədə yalançı olduğu üzə çıxdı. Axı, 

Rusiyaya  pənah  aparan  fırıldaq  erməni  ona  demişdi  ki, 

azərbaycanlılar onun kəndinə hücum edərək, viran qoymuş və 

bütün  erməniləri  didərgin  salmışdılar.  Burada  isə  hər  şeyin 

əksi  baş  veribdir.  Azərbaycanlılar  erməniləri  yox,  ermənilər 

azərbaycanlıların  kəndlərini  darmadağın  etmiş,  torpaqlarını 

isə  ələ  keçiriblər.  Eduardın  yaşadığı  ərazi  cəbhə  xəttindən 

xeyli  aralı  və  Qarabağın  içərisində,  hətta  ermənilərin  işğal 

etdikləri Azərbaycan torpaqlarından da uzaqda yerləşirdi.  

Deməli,  Sankt-Peterburqda  məskunlaşan  həmin  ailə 

vətənindən  didərgin  düşmüş  yox,  öz  doğma  yurdunu  qoyub 

qaçan  ailə  sayılırdı.  Nahaqdan  isə  onlar  azərbaycanlıların 

boynuna olmazın şər və böhtanlar atırdılar. Onda belə çıxır ki, 

azərbaycanlılar  barəsində  yürüdülən  fikirlər  tamamilə  yanlış-

dır və onlar barəsində həqiqəti əks elətdirmir. 




                                                     

 

  



                                                                            

                                                    

160 

Vəziyyətin  daha  da  gərginləşməsini  istəməyən  elmlər 



namizədi  vaxt  itirmədən  buradan  uzaqlaşmağı  qərara  alır.  O, 

hiss  etdi  ki,  beş-on  dəqiqə  də  burada  qalsalar  yerli  sakinlər 

evə doluşub onları döyəcəklər. Təzyiqlər və iradlar qarşısında 

tab gətirməyən Robert də kənddən uzaqlaşmaq arzusunda idi. 

Onlar həyətdən çıxan zaman arxaları ilə nifrət dolu baxışlarını 

yönəldən zabit hiddətlə Robertə dedi: 

-  Edikə  deyərsən  ki,  onun  kimi  alçaqlara  bu  torpaqda  yer 

yoxdur.  İşdir,  qayıtmağa  fikri  olsa,  onda  o,  heç  vaxt  geri 

qayıtmayacaq. 

Utandığından  geri  baxmayan  Robert  tələm-tələsik  yola 

çıxdı  və  Sergey  ilə  birlikdə  birinci  gələn  minik  maşınına 

minib, doğulduğu Qarakənd kəndi istiqamətində yola düşdü.  

Qaradağlı kəndindəki  yerli sakinlərlə və xüsusən də zabitlə 

olan  xoşagəlməz  dialoq  rus  ziyalısından  çox  Robertə  təsir 

etmişdi  və  o,  bir  daha  bura  gəlməyəcəyinə  söz  verdi. 

Hadisələrin onlar üçün bu cür neqativ şəkildə davam edəcəyini 

əvvəlcədən təsəvvür edən Robert məhz buna görə Qaradağlıya 

getmək istəmirdi. 

 

 

 



 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

161 

   

XV fəsil. Erməni millətçilərinin qonaqpərvərliyi     

 

 



Rus  ziyalısı  buraların  səfalı  olmasını  əvvəlcədən  bilirdi, 

lakin  meşələrin  qırılması  onu  məyus  etdi.  Yoldakı  yaşayış 

məskənlərində  isə  canlanma  hiss  olunmurdu.  Oralarda  mülki 

vətəndaşlardan  çox  yaraqlıların  olması,  polislərlə,  hərbi 

geyimdə  olanlara  həddindən  artıq  səlahiyyət  verilməsi,  əksər 

yerlərdə  mədəniyyət  oçaqlarının  fəaliyyət  göstərməməsi, 

ümumiyyətlə  infrastrukturun  yaradılmaması  elmlər  namizə-

dində  pis  təəssüratlar  yaratdı.  Artıq  Sergey  başa  düşdü  ki, 

oralar  istirahət  ocağı  kimi  əvvəlki  əhəmiyyətini  itirmiş  və 

burada  sərbəst  şəkildə  gəzmək  heç  də  təhlükəsiz  sayılmır. 

Onu təəccübləndirən o idi ki, dağlar arası ilə yol qət edərkən, 

bir neçə yerdə açıq şəkildə nəşə, marixuana kollarının əkildiyi 

və  oralarda  hərbi  geyimdə  olan  saqqallı  adamların  var-gəl 

etməsidir. Bu haqda əhlikef sürücü qeyri-ixtiyari olaraq məlu-

mat  verir.  Belə  çıxır  ki,  Qarabağda  heç  kimdən  çəkinməyən 

yaraqlılar narkotik maddələrin istehsalı ilə məşğul idilər. Ser-

gey narkotiklərin əkilməsi ilə bağlı Robertin fikrini öyrənəndə 

dəhşətə gəlir.  

Erməni kommersant özünəməxsus tərzdə belə cavab verdi:  

-  Azərbaycanlıların  blokadada  saxladığı  ermənilər  burada 

nə ilə məşğul olmalıdırlar? Əlbəttə ki, acından ölməmək üçün 

alternativ  çıxış  yolu  olmadığından,  onlar  narkotikin  əkilməsi 

ilə  məşğuldurlar.  Sonra  isə  həmin  narkotik  maddələr  erməni 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə