166
dilləndi. – Ermənilər hamılıqla vətəni tərk etmirlər. Onların
nəslinin hər hansı bir nümayəndəsi doğulduğu yerdə qalıb,
doğma ocağın keşikçisinə çevrilirlər.
-
Camaatın danışığından mən elə başa düşdüm ki, o,
Rusiyaya gedəndə hamıya geri qayıdacağına söz vermişdi. –
deyə ziyalı gəldiyi qənaətlə bölüşməyi qərara aldı. - Bunun
üçün atasını sanki orada girov saxlamışdılar.
-
Qətiyyən bu belə deyil. – deyə erməni öz etirazını bildir-
di. – Albert əminin özü evdə qalacağını və oradan heç yana
getməyəcəyini əvvəlcədən bəyan etmişdi.
-
Sən oradakı camaatın sifətlərinə baxmasan da, mən onla-
rın mimikasından nifrət hisslərini oxudum. Eduardın camaatı
aldatması onların hamısını qəzəbləndiribdir.
Həmsöhbətinin pərt olduğunu görən rus ziyalısı söhbəti bu
yerdə dayandırmaq üçün acıdığını bildirdi və heç bir söz əlavə
etmədən yeməkxanaya qayıtdı. Heç bir dəqiqə keçməmiş
süfrəyə yemək gətirildi. Onlara qədər sürücü yeyib ayağa
qalxmışdı.
Əvvəlki kimi orada əyləşən yaraqlılar Robertgili tərs
nəzərlə süzürdülər. Bir az keçəndən sonra qonaqlar içi arağla
dolu olan ikinci badəni qaldırmaq istəyirdilər ki, birdən onlara
çiyindən avtomat asılmış komuflyajlı, orta yaşlı iki yaraqlı
yaxınlaşdı. Saqqal basmış sir-sifətindən zəhrimar yağan
yaraqlının biri elə erməni dilində Robertdən kim olduğunu və
bura nəyə görə gəldiklərini soraq etdi. O, da tərəddüd etmədən
Qarabağa gəlişinin missiyasını açıqladı. Həmin yaraqlı
167
biləndə ki, 34 yaşlı Robert əslən Qarakənddəndir, onun
müharibə zamanı kimin batalyonunda döyüşdüyünü soruşdu.
-
Birincisi, müharibə başa çatan zaman mənim 17 yaşım
vardı. – deyə bu sorğu-sualdan təngə gələn Robert təşəxxüslə
dilləndi. - İkincisi, mənim atam, qardaşım və bir neçə qohu-
mum Qarabağ uğrunda gedən döyüşlərdə türklər tərəfindən
öldürülüblər. Növbəti dəfə müharibə başlayan kimi mən, müt-
ləq türklərdən öz əzizlərimin qisasını alacağam. Rusiyada...
-
Mən xoşlamıram ki, kimsə yanımda pafosla danışsın. –
deyə o biri alçaqboy, eybəcər sifətli erməni arxasını rus
ziyalısına çevirib kobudcasına dilləndi. – Bircə şeyi yadda
saxla, burada müharibə hələ də davam edir. Qeyrəti olan hər
bir erməni bu müharibədə iştirak etməli və ən az on türkü
məhv etməlidir.
-
Sənin kimiləri mən uzaqdan tanıyıram. – deyə hündürboy
yaraqlı özündən müştəbeh halda dilləndi. - “Artsaxa” yalnız
kef çəkmək üçün gəlirsiniz.
-
Bilmək istəsəniz, mən kef çəkən adamlardan deyiləm. –
deyə qonağın yanında biabır olan Robert qarşısındakı yaraqlı-
ları sakitləşdirməyə çalışdı. – Sizə izah etdim ki, yanınmdakı
qonaq elmi xadimdir və biz bura elmi-praktik konfransa
gəlmişik. Rusiyanın tanınmış alimi belə bir münasibəti görən-
dən sonra o, bizim millət barəsində nə düşünə bilər?
-
Qonşu kənddən xəbər verildi ki, bir fərarinin qohumu
yanında yaşlı slavyan görünüşlü kişi ilə orada olmuşdur. –
168
deyə alçaqboy yaraqlı nifrət hissilə dilləndi. - Əlamətlərə
görə elə başa düşürəm ki, həmin fərarinin qohumu sənsən.
Masaya yaxınlaşan yaraqlıların işi Sergeylə olmasa da o,
həmin adamların kobud danışıq tərzinə, sakit qalmaq fikirində
deyildi. Halbuki onların hamısı erməni dilində danışırdılar.
Rus ziyalısı ayağa qalxıb, arxası ona tərəf olan alçaqboy
yaraqlının çiyninə əlini qoyub nə lazım olduğunu soruşdu.
Sergeyin müdaxiləsi həmin yaraqlının xoşuna gəlmədi və o,
əlləri ilə ziyalının çiyinlərindən aşağı basıb qonağı yerində
otuzdurdu, sonra isə erməni dilində Robertə hədə-qorxu gələ-
gələ erməni dilində dedi:
-
Yanındakı akademikə denən ki, bura “Böyük Ermənis-
tan” torpağıdır və hamı millətimizə hörmətlə yanaşıb, qədim
torpağımızın üzərində erməni dilində danışmalıdır. Bir daha
bu salonda rus dilində danışmayın.
-
Əks təqdirdə, dostuna erməni dilini öyrətmədiyin üçün,
səni tənbeh etməli olacayıq. – deyə o biri yaraqlı xəbərdarlıq
edərək, dostu ilə birlikdə öz yerinə qayıtdı.
Çıxılmaz vəziyyətdə qalan Robert yerində əyləşən kimi
əlini dodağının üstünə qoyub, işarə ilə Sergeyə sakit olmağa
dəvət etdi. Onlar ac olsalar da, burada istənilən şəkildə çörək
yeyə bilmədilər. Ona görə ki, hələ də buradakı adamlar nifrət
dolu baxışlarını onlara tərəf yönəltmişdilər. Vəziyyəti dərk
edən Sergey münaqişə baş verməsin deyə, qarşısındakı
nemətlərdən doymadan tələsik buradan uzaqlaşmağı məsləhət
bildi.
Dostları ilə paylaş: |