172
aralıda olan masada əyləşmək istədi. Amma Sergey məhz
onlara yaxın masada əyləşərək Roberti də öz yanında
əyləşdirdi. Onlar kabab hazırlanana qədər hərəyə bir bokal pivə
içdilər. Sergey burada olan slavyan görünüşlü şəxsin buralarda
nə etdiyini öyrənmək üçün ona yaxınlaşdı. Məlum olur ki,
Vladimir Rusiyadakı Arxeologiya universitetlərin birində elmi
əməkdaş kimi çalışır. Onlar səmimi söhbət etmək üçün kafedən
uzaqlaşıb meşə istiqamətində gəzişməyə başladılar. Öndəki
ağacların sırası arxada qalan kimi Sergey üzrxahlıqla dedi:
- Yerli, sən mənim dostumdan incimə və onun hərəkətləri
xətrinə dəyməsin. İş ondadır ki, Robertin anasını “qocalar
evinə” göndərib evini isə talan ediblər və onun fikirincə, bu işi
burada müvəqqəti işləyən sizin kimi adamlar ediblər.
- Sergey Vladimiroviç, görünür sən burada hökm sürən
vəhşi qaydalardan hali deyilsən. – deyə istehza ilə dillənən
arxeoloqun dodaqlarında acı təbəssüm sezildi. – Buradakı
camaat əvvəlcədən sözləşiblər ki, yerli sakinlərdən kimsə, uzun
müddət evində qalmırsa, mütləq həmin adamın evi qarət
edilərək yararsız hala salınmalıdır. Sənin dostunun evini bizlər
yox, elə buranın sakinləri qarət ediblər. Ümumiyyətlə, demək
istəyirəm ki, ermənilərin qəribə bir xasiyyəti var: özlərinin
törətdikləri ən çirkin işləri başqalarının boynuna yıxmaq.
- Əgər elədirsə, onda Robert nəyə görə bunu gizlətməyə
çalışır? – deyə Sergey həmyerlisinə sualedici nəzər saldı. –
Həm də qonşular nəyə görə qonşunun evini talan etməlidir? O,
burada qalmayanda evi dağıdılmalıdır?
173
- Hörmətli alim, mən dedim axı, ermənilərdə vəhşi qaydalar
və barbarlara məxsus adətlər hökm sürür. Onlar özünkülərinə
qarşı belə bir sərt ictimai sanksiyalar tətbiq edirlərsə, gör
düşmənlərə qarşı necə reaksiya göstərirlər? Onlar sağlam
rəqabət aparmaq fikirində deyillər.
- Səni yaxşı başa düşə bilmədim?
- Sergey Vladimiroviç, mən ixtisasca arxeoloqam və bizim
işimiz bəşəriyyətə xidmət etməkdən ibarətdir. Hər hansı bir
ölkənin ərazisində yerin altında olan tarixi-memarlıq abidələr,
keçmişin tarixindən xəbər verən əşyalar, sənət əsərləri həmin
ərazidə yaşayan millətə yox, bütün bəşəriyyətə məxsusdur.
Lakin ermənilər başqa millətlərə məxsus olan bir çox şeyləri
özününküləşdirməyə çalışır, bəzilərini isə məhv edərək yer
üzündən silirlər.
Taliban Əfqanistanda hakimiyyəti ələ keçirəndə, orada olan
İslama qədərki dövrdə düzəldilmiş, qayalar üzərində Buddanın
yonulmuş nəhəng heykəlini partladir və bütün dünya başda
YUNESKO təşkilatı olmaqla, vandalizm aktına görə onları
qınadı və talibana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq
etdilər. Bəs, indi nəyə görə həmin təşkilat və dünya birliyi
susur?
- Əlbəttə ki, ermənilər qədim tarixi-memarlıq abidələrinə
ziyan vurmadıqları üçün YUNESKO heç bir reaksiya vermə-
məlidir. – deyə Sergey damağına siqaret qoyaraq biganəliklə
dilləndi.
174
- Görürəm, sən bu məsələdə tamamilə məlumatsızsan. –
Vladimir bir qədər də səsini yavaşıdaraq tələsik halda dilləndi.
– Mən Azərbaycanda dəfələrlə olmuş və Qarabağ ərazisindəki
bir çox tarixi abidələrin, o cümlədən, insanın ən qədim yaşayış
məskənlərindən biri olan “Azıx” mağarasının tədqiqi ilə məş-
ğul olmuşam. Hazırda ermənilər həmin mağaranı silah ambarı-
na çeviriblər.
Cənubi Qafqazda Azərbaycan toponimlərinin
dəyişdirilməsində xüsusi sənətkarlıq və ustalıq nümayiş etdi-
rən ermənilər, Azərbaycanın tarix və mədəniyyət abidələrini
və milli mədəniyyət nümunələrinin də məhv edilməsi eləcə də
erməniləşdirilməsi istiqamətində hər il xeyli vəsait xərcləməli
olurlar.
Bu ərazilərdə tarixən mövcud olan İslam dövrü abidələri,
kurqanlar, dekorativ tətbiqi sənət nümunələri, at, qoç fiqurları,
qəbirüstü abidələr, türbələr, məscidlər, pirlər, qədim yaşayış
məskənləri, saraylar, xatirə abidələri, yaşayış evləri və
muzeylərin isə ermənilər tərəfindən bir qayda olaraq kütləvi
şəkildə məhv edilməsinə qərar verilmişdir. Bu qərarın icrası
ilə ermənilər, bu ərazilərdə bir zamanlar yalnız ermənilərin
yaşadıqlarını sübuta yetirmək, Cənubi Qafqazın guya erməni
əraziləri olduğuna haqq qazandırmaq istəyirlər. Erməni
mənbələrində göstərilir ki, təkcə 1992-ci ildə erməni işğalın-
dan sonra Azərbaycan ərazilərində 1700 tarixi və mədəniyyət
abidəsinin adları dəyişdirilərək erməni adları ilə əvəz olunmuş
və ermənilərin tarix və mədəniyyət abidələri kimi təbliğ
olunmağa başlamışdır.
Dostları ilə paylaş: |