  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə55/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

                                                     

 

  



                                                                            

                                                    

199 

şübhə  etmədən  inanırdım.  Lakin  görünür  yanılmışam. 



Janna  məndən  inciməsin,  iş  ondadır  ki,  ermənilərin  də 

mədəniyyətləri  müsəlman  qonşularının  mədəniyyətindən 

heç də üstün deyil. 

-  Üzr  istəyirəm  sizdən,  müsəlman  qonşuları  dedikdə  siz 

kimləri nəzərdə tutursunuz? – erməni qadını maraqlandı. 

-  Əlbəttə  ki,  ermənilərin  torpaqlarını  mənimsəmək 

istəyən azərbaycanlıları! – Sergey tərəddüd etmədən cavab 

verdi. 


Bu sözlərdən sonra qadının üzündə acı təbəssüm sezildi. 

Artıq  həqiqətin  açılmağının  əsl  vaxtının  yetişdiyini  görən 

Sergey, həqiqətin öz yerini tutacağına əmin oldu. Onlar bu 

səpgidə  bir  neçə  söz  mübadiləsi  aparandan  sonra  Janna 

sərinləşmək üçün havaya çıxmalı oldu. 

Açılan söhbət Abramın ürəyindən olmasa da, biznesmen 

iyirmi  il  bundan  əvvəl  baş  verən  qanlı  münaqişənin  bəzi 

məqamlarını  açıqlamaq  fikirində  idi.  O,  vaxtı  əbəs  yerə 

itirmək  istəmədiyi  üçün  dərhal  mətləbə  keçdi.  Biznesmen 

başını dik tutaraq aludəliklə dedi: 

-  Hörmətli  alim,  etiraf  etməliyəm  ki,  azərbaycanlılar 

qədim  tarixi  kökə  və  zəngin  mədəniyyətə  malik  olan  bir 

xalqdır.  Bunu  ermənilər  haqda  söyləmək  qeyri-obyektiv 

olar.  Ermənilər  dünyada  yeganə  millətdir  ki,  həyasızlıqları 

sayəsində, özlərini yazıq görkəmdə qələmə verdikləri üçün 



                                                     

 

  



                                                                            

                                                    

200 

hər bir rusda, avropalıda və ya amerikanlıda yanlış təsəvvür 



yarada  bilirlər.  Yaltaqlıqlarına  görə  isə  onlar  mədəniyyəti 

olmayan xalqalrı belə arxada qoyublar.  

-  Abram,  sənin  azərbaycanlılar  ilə  qohumluğun  yoxdur 

ki? – deyə Sergey həmsöhbətinin sözlərinə rişxənd etdi. 

-  Xeyr!  Amma  sənin  həyətyani  sahəndə  məskunlaşan 

Eduardın azərbaycanlılarla qohumluğu var. 

-  Sən  zarafat  edirsən?  –  deyə  təəccübdən  ziyalının  sifə-

tindəki mimika dəyişdi.  

-  Bayaq  burada  olan  qadın  Eduardın  böyük  bacısı, 

yanındakı kişi isə onun həyat yoldaşıdır.  

- Bunun mətləbə nə dəxli var?  

- İş ondadır ki, Klaranın Norik adı ilə çağrılan əri Nazim, 

azərbaycanlıdır.  

- Ola bilməz? – deyə ziyalı mat-məəttəl qaldı. 

-  Bəli,  bəli,  bu  belədir!  Onlar  keçən  əsrin  80-ci  illərin 

əvvəllərində  ailə  həyatı  qurublar.  Arada  yaranan  qanlı 

müharibəyə  baxmayaraq  Nazim  Klaranı  boşamadı  və  gör-

düyün  kimi  indiyənə  kimi  bir-birilərinə  can  deyib,  can 

eşidirlər.  

-  Yaxşı,  bəs  onlar  harada  yaşayırlar?  –  deyə  hələ  də 

eşitdiyi  sözlərin  ona  yuxu  kimi  göründüyünü  zənn  edən 

ziyalı  tərəddüdlə  soruşdu.  -  Övladları  var,  ya  yox?  Robert 

mənə  deyirdi  ki,  Norik  kürd  millətinin  nümayəndəsidir  və 



                                                     

 

  



                                                                            

                                                    

201 

azərbaycanlılar onu kürd olduğuna və erməni ilə ailə həyatı 



qurduğuna görə öldürüblər. 

-  Nazim  xalis  azərbaycanlıdır  və  gördüyün  kimi  sağdır. 

Onların  iki  övladı  -  bir  oğlu  ilə  bir  qızı  var  və  onlar  Bakı 

şəhərində  yaşayırlar.  Səhv  etmirəmsə,  Nazimin  oğlu 

Azərbaycan  Dövlət  Neft  Şirkətində  işləyir.  Sadəlövh 

dostum,  onlar  hər  altı  aydan  bir  bura  gəlib  sanatoriyaların 

birində  istirahət  edirlər.  –  sonra  Abram  əli  ilə  pəncərədən 

görünən  zalı  göstərib  təşəxxüslə  sözünə  əlavə  etdi.  -  Hal-

hazırda  zalda  əyləşənlərin  əksəriyyəti  onların  kimliyindən 

və ailə həyatından halidirlər. 

Arada  qanlı  müharibə  baş  versə  də,  onlar  beynəlmiləl 

ailə  kimi  bir-birilərilə  xoşbəxtdirlər.  Xüsusilə  də  qeyd 

etmək  istəyirəm  ki,  Nazim  ayda  iki  dəfə  Bakıdan  bura 

böyük  yük  maşınlarında  meyvə-tərəvəz  göndərir.  Həmin 

mallar Robertin vasitəsilə erməni alverçilərinə ötürülür.   

- Başa düşmədim, onda belə çıxır ki, bu neçə ili Eduard 

məni aldadıbdır? – deyə vəcdə gələn rus ziyalısının gözləri 

bərələ  qaldı.  –  O,  həmişə  mənə  deyirdi  ki,  Jannanın  ərini 

Sumqayıtda  yerli  adamlar  öldürüb,  Klaranı  isə  guya 

Qarabağda müharibə başlayan zaman azərbaycanlılar girov 

götürüblər və uzun müddət olmazın işgəncələr veriblər.  

Bu dərəcədə də iyrənc yalan olar? Mən isə heç bir sorğu-

sual  etmədən  onun  hər  bir  kəlməsinə  inanıb,  mütəmadi 



                                                     

 

  



                                                                            

                                                    

202 

olaraq  ona  və  ailəsinə  maddi  yardım  göstərmişəm.  Eduard 



isə məni riyakarcasına barmağına dolayıbdır. O, deyirdi ki, 

nəinki  Bakıda,  hətta  Azərbaycanda  da  bir  nəfər  olsun 

erməni qalmayıbdır.  

-  Qondarma  statistikanı  dünyaya  sırımaq  ermənilərin 

qanındadır. – deyə üzünü qabağa verən yəhudi ətrafına ötəri 

nəzər salaraq, asta səslə dilləndi. - İnanırsan, təkcə Bakıda 

32  minə  yaxın  erməni  yaşayır.  Amma  Ermənistanda  bir 

nəfər də olsun azərbaycanlı yaşamır. Üzr istəyirəm ifadəmə 

görə,  Eduard  kimi  murdar  insanlar  yalan  məlumatlar 

yaymaqla bütün insanları çaşqınlıq içərisində saxlayırlar. 

-  Sənin  dediyin  kimi,  eyni  şəkildə  elə  Robertin  yanında 

Eduardı  Qarabağda  da  söyüb  təhqir  etdilər.  Şəxsən  mən, 

Robertin yerinə xəcalət hissi keçirdim. Necə olsa da, Qara-

bağdakı  ermənilər  müharibə  gedən  zaman  ev-eşiyini  atıb 

qaçdığına  və  soydaşlarını  aldatdıqlarına  görə,  onun  əmisi 

oğlunu söyürdülər. 

-  Sergey,  elə  mənə  də  təsir  edən  budur.  Özləri  vətən 

torpağını  qoyub  xaricə  qaçırlar,  sonra  isə  bütün  dünyaya 

bəyan  edirlər  ki,  azərbaycanlılar  onları  oradan  qovub 

çıxardıblar. Dostum, elə başa düşərsən ki, ermənilərə qarşı 

şəxsi  qərəzliyim  olduğu  üçün,  mən  sənin  üçün  qaranlıq 

görünən bu cür fikirlər söyləyirəm. Amma onu da deyim ki, 

Ermənistanda  və  Qarabağda  yaşayan  ermənilərlə,  Bakıda 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə