  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə56/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

                                                     

 

  



                                                                            

                                                    

203 

yaşamış ermənilərdə böyük fərq var. Onlar bir-birilərilə heç 



də yaxşı davranmırlar. Bundan əlavə Qarabağ quldur klanı 

hakimiyyətdə  olduğu  üçün  Ermənistan  erməniləri  Qarabağ 

ermənilərinə düşmən münasibəti bəsləyirlər.  

-  O  ki  qaldı  Bakıda  32  min  erməninin  yaşamasına  bu 

nəsə inandırıcı görünmür. – deyə Sergey həmsöhbətinə şüb-

hə dolu nəzər saldı. 

-  Bunu  təkcə  mən  yox,  hətta  Bakıdan  çıxıb  gəlmiş 

ermənilər də təsdiqləyə bilər. İstəsən, mən onlardan biri ilə 

səni  tanış  edərəm.  Səndən  qabaq  mən  onunla  burada 

görüşmüşəm. 

Elmlər namizədi heç bir cavab verməsə də, lakin baxışları 

onun  bu  məsələyə  maraqlı  olmasından  xəbər  verirdi  və 

Abram  o  dəqiqə  anladı  ki,  rus  pedaqoqu  o  cür  adamlarla 

söhbət etmək arzusundadır. Yəhudi biznesmen ondan icazə 

alıb  Jannaya  zəng  etdi  ki,  geri  qayıdanda  Arturu  da  içəri 

dəvət  etsin.  Hal-hazırda  həmin  erməni  dost-tanışları  ilə 

zalda oturub, pivə içirdi. 

 

 



 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

204 

     XIX fəsil. Səmimi söhbətdən sonra tarixçi  



             alimin ermənilərə olan münasibəti  

                      yavaş-yavaş dəyişir  

 

Heç  beş  dəqiqə  keçməmiş  Janna  həmin  adamla  içəri 

daxil oldu və həmin an onu ziyalıya təqdim etdi.  

Artur  boyda  yəhudi  biznesmenindən  bir  qədər  alçaq, 

möhkəm  bədənli,  oynaq  hərəkətli,  yaraşıqlı  bənizli,  48 

yaşında  çox  danışmağı  xoşlamayan  bir  adam  idi.  O,  da 

Abram  kimi  yerli  bazarda  iki  böyük  topdan  satış,  lakin 

yəhudi  biznesmenindən  fərqli  olaraq,  meyvə-tərəvəz 

konteynerləri  işlədirdi.  Artur  gördü  ki,  masa  arxasında 

olanlar  bir  qədər  içkilidirlər,  odur  ki,  o,  tərəddüd  etmədən 

özünə bir badə araq süzüb tanışlığa görə sağlıq dedi.   

Sergey  daddığı  təamlardan,  eşitdiyi  musiqidən  ovqatı 

xoş  olmaqdansa  o,  uzun  müddət  hiyləgər  adamın  alətinə 

çevrildiyi  üçün,  hələ  də  özünə  gəlməmişdi.  Lakin  buna 

baxmayaraq  masa  arxasında  olanlar  onun  könlünü  almaq 

üçün şərəfinə badə qaldırırdılar. 

Erməni  biznesmenin  rus  ziyalısının  hansı  sahədə 

çalışdığını bilən kimi öz xislətinə uyğun olaraq yaltaqcasına 

dedi: 

-  Əziz  qonaq,  Qafqazda  gəzməli  yerlər  həddindən  artıq 



çoxdur,  amma  istirahət  etmək  üçün  lazımi  servis 


                                                     

 

  



                                                                            

                                                    

205 

yaradılmayıbdır. Sizin yerinizə olsam, imkanlı dostları bura 



cəlb  edib  buralarda  istirahət  mərkəzləri  tikdirərəm.  Ruslar 

öz  zövqlərinə  uyğun  kurort  mərkəzlərində  komfort  yarada 

bilərlər.  Ali  təhsil  ocaqlarında  tədris  keçən  tələbələr  isə 

buradakı  şəraiti  görəndən  sonra,  başqa  yerlərə  getməkdən 

imtina edərlər.   

-  İltifatınıza  görə  sizə  öz  minnətdarlığımı  bildirirəm. 

Hal-hazırda  turizm  sahəsində  gedən  rəqabəti  nəzərə  alsaq, 

imkanlı,  xüsusən  də  əcnəbi  turistləri  bura  cəlb  etmək,  bir 

qədər  çətin  prosesdir.  Stavropol  diyarında  fəaliyyət 

göstərən müvafiq strukturlar turizm kompaniyalarına dəstək 

verməlidir. 

Elə bu vaxt arxadan Artura mobil telefonu zəng çaldı və 

o,  zəngə  cavab  verəndə  məlum  oldu  ki,  əlaqə  yaradan 

Nazimdir.  Çünki  o,  həmin  adama  “Norik”  deyə  müraciət 

edirdi. O, bir qədər danışandan sonra söhbətini yekunlaşdır-

maq  üçün  bu  ifadələri  söylədi:  “Burada  nə  baş  verdiyini 

Janna  mənə  danışdı.  Heç  qoyaram  ki,  kimsə  sənin  xətrinə 

dəysin?  Qardaş,  qəti  narahat  olma,  uzağı  bir  saata  sənin 

yanında olacam”. 

Onların  arasında  olan  mehribançılığı  görən  Sergey 

təəccübdən yerindəcə donub qaldı.  

Bu  nədir,  ilğımdır,  yoxsa  yuxu?  –  deyə  rus  ziyalısı  öz-

özünə  düşündü.  -  Bir-birilərinə  qənim  kəsilən  iki  millətin 



                                                     

 

  



                                                                            

                                                    

206 

nümayəndələri  elə  münasibətdədirlər  ki,  hətta  qardaşlar 



onların  arasında  olan  mehribançılığa  həsəd  apara  bilər. 

Bəlkə,  telefonda  danışan  Nazim  yox,  başqa  millətin 

nümayəndəsidir?  İndiki  zamanda  hər  deyilənə  inanmaq 

olmaz,  lakin  bütün  bu  qəribəliklər  mənim  gözümün  qarşı-

sında  baş  verir.  Belə  çıxır  ki,  Eduardın  və  onun  ailəsinin 

dediyi  kimi,  heç  də  ermənilərin  hamısı  azərbaycanlılara 

qarşı ifrat düşmənçilik münasibəti bəsləmir.  

Fürsətdən  istifadə  edən  Abram  izah  etdi  ki,  Nazimlə 

Artur təxminən 35 il əvvəl Bakıda bir məhəllədə yaşayıblar 

və  onlar  indiyənə  kimi  bir-birilərilə  əlaqə  saxlayırlar.  Bir 

neçə  gün  qəmgin  görünən  elmlər  namizədinin  rəngi-rufu 

açıldı  və  o,  xoş  əhval-ruhiyyə  ilə  ətrafındakı  adamlarla 

diskussiya  aparmağa  başladı.  Sergey  birinci  olaraq  Artura 

intriqalı sual verdi:  

-  Artur,  Abram  deyir  ki,  sən  Bakıda  doğulmusan.  Bu 

həqiqidir? 

- Əlbəttə! Buna şübhə etməyə bilərsiniz. 

- Uzun müddət ayrılıqdan sonra vətən üçün darıxmırsan 

ki?  

Artur  ətrafına,  xüsusən  də  pəncərədən  o  tərəfə,  zal 



istiqamətinə  diqqətlə  nəzər  salıb,  sifətini  qabağa  verib  asta 

səslə dedi: 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə